Mövzu 5. Müəssisədə insan resurslarının idarə edilməsi siyasəti (mühazirə 2, seminar 1)
Müasir idarəetmə sistemində insan resurslarının idarə edilməsi departamentinin funksiyaları və strukturu. HRM departamentinin kəmiyyət və keyfiyyət tərkibi. Kadr siyasətinin mahiyyəti və anlayışları. Kadr siyasətinin növləri. HRM siyasətinin aparılmasına təşkilatın missiyasının, rəhbərin üslubunun və idarəetmə üsulunun təsiri. İnsan resurslarının səmərəli idarə edilməsi. Müəssisədə yüksək keyfiyyətə zəmanət, təşkilati mədəniyyət. Dövlətin kadr siyasəti. Kadr işi strategiyasının formalaşması, məqsəd və problemin qoyuluşu, heyətin seçilməsi, yerləşdirilməsi və inkişafının elmi prinsiplərinin müəyyən olunması, heyətin iş forma və üsullarının təkmilləşdirilməsi. İnsan kapitalı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə strateji hədəflərdən biri kimi. Təşkilatın (müəssisənin) kadr siyasəti. Kadr işinin əsas istiqaməti; kadr potensialının saxlanması; ixtisaslaşdırılmış və yekdil kollektivin təşkil olunması; insan resurslarının idarəedilməsi və rəqabət üstünlükləri. Bazar münasibətləri şəraitində insan resursları müəssisənin əsas rəqabər üstünlüyü kimi.
Motivasiya. Adams modeli. Mükafatlandırılmanın formaları. işçilər üçün müxtəlif imkanların yaradılması (məsələn, uşaqlar üçün çevik proqramlar və müavinətlər), sağlamlıq sığortası, müəyyən əşyaların alınmasına yönəldilən ssudalar, şirkətin özünün istehsal etdiyi malların alınmasında güzəştlər, bayram və digər xüsusi hadisələrlə bağlı olan mükafatlar. Motivasiyanın idarə edilməsinin maddi və qeyri-maddi üsulları. Mənəvi üsullar, iqtisadi üsul. Daxili motivlər. Xarici motivlərin mənbəyi: müəssisənin rəhbərliyi, müştərilər, tərəfdaşlar, sifarişçilər. Xarici motivlər: maddi və mənəvi. Qamçı və qoğal üsulu.
Dostları ilə paylaş: |