Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə75/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   137
Psixoloji üsul. İdarəetmədə psixologiyanın, psixi proseslərin rolu böyükdür. İdarəetmə fəaliyyətində psi­xo­lo­ji üsul insanların davranış və ünsiyyət fəaliyyəti ilə əla­qə­­dar olub, onların fəaliyyətinə təsir göstərmək, onları va­cib məqsəd ətrafında səfərbər etmək üsuludur.

Psixoloji üsullar sistemi də sosial fəlsəfənin tərki­bi­nə daxildir. Psixoloji üsul fərdlərin, qrupun və ya kollek­tivin psixologiyasına təsir etməklə onların fəal­lığının ya­ra­dılması və artırılması üsuludur. İdarəetmənin bu me­to­du kollektiv arasında psixoloji əhval ruhiyyə yarat­maqla is­teh­salın inkişafına, keyfiy­yətin yaxşı­laş­dırıl­ma­sına və in­sanlar arasında birgə fəaliy­yətin və sosial mü­na­si­bət­lə­rin tənzimlənməsinə yönəldilir.

Psixoloji üsul işçinin daxili imkanlarını araşdırmaq, on­lardan istifadə etmək və psixologiyasına təsir etmək üsu­ludur.

Psixoloji üsul kollektivin psixologiyasına birbaşa və dolayı təsir göstərməklə onları əmək prosesində fəal­laş­dı­rır. Aşağıdakı birbaşa təsir üsullarını tətbiq etməklə iş­çi­nin fəallığını artırmaq mümkündür:



  1. Tərifləməklə.

  2. Vədlər verməklə.

  3. İstiqamətləndirməklə.

  4. Fəxri fərmanlarla, diplomlarla, medallarla təltif et­­mək­lə.

  5. Şərəf lövhəsinə şəklini vurmaqla və s.

Birbaşa təsir üsulu mənəvi cəhətdən həvəs­lən­dir­məklə, işçini əmək prosesində ruhlandırır.

Psixoloji üsulun dolayı təsir üsulları aşağıdakılardır:

1. Kollektivdə fərdi və kollektiv psixoloji xüsusiy­yətləri nəzərə almaq.

2.Təşkilatda sağlam psixoloji mühiti formalaş­dır­maq.

3. İdeya-siyasi tərbiyələndirmə.

4. Kollektivin ənənələrinin, adətlərinin qorunması və inkişaf etdirilməsi.

Dolayı psixoloji üsullardan biri müəssisədə sağlam psi­xoloji mühitin formalaşdırılmasıdır. Bu üsul kollek­tiv­də daim yüksək abu-havanın, əhval-ruhiyənin olma­sını tə­min edir. Sağlam psixoloji mühit insanlar arasında mü­na­sibətləri tənzimləyir, humanizmin inkişa­fına şərait ya­radır.

İdeya-siyasi tərbiyə dedikdə, konstitusiyasının ali məqsədinə hörmətlə yanaşmağı, dövlət direktivlərinə, qa­nun­vericilik aktlarına əməl etməyi, əməli fəaliyyətdə döv­lətin mənafeyini şəxsi mənafedən üstün tutmağı tələb edir. İdeya-siyasi tərbiyə milli bayramların, məsələn Kon­sti­tu­si­ya gününün, müstəqillik gününün və s. qeyd edilməsi, işçilərin bir sıra siyasi xadimlərlə görüş­lərinin keçirilməsi, kollektivin dövlət tədbir­lə­rin­də, siyasi tədbirlərdə fəal iştirakı ilə əlaqədardır. İdeya-siyasi tərbiyə kollekti­vin vətənpərvər ruhda tərbiyələn­mə­si üçün önəmlidir.

Kollektivin adət-ənənəsi bir neçə illər və ya on il­lik­lər ərzində yaranır və formalaşır. Yeni təyin olunmuş rəh­bər­lər də kollektivin adət-ənənələrini öyrənməli və ona uy­ğunlaşmalıdırlar. Çünki kollektivin adət-ənənəsi kollek­tivin xarakterinin, xüsusiyyətlərinin, onlar arasında ünsiy­yətin, əlaqənin təzahüründən formalaşır. Kadrların hərə­kəti, yeniləşməsi, işə qəbulu tədricən baş verdiyin­dən, ye­ni kadrlar həmin ənənələrin təsirinə məruz qalır və ona uy­ğun­laşırlar. Kollektivin adət–ənənəsi onu digər kollek­tiv­lər­dən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

Din insanlar üçün paklıq, saflıq rəmzidir. Müəssi­sə­də müxtəlif dinə sitayiş edən insanlar çalışa bilərlər. On­la­rın dini etiqadına, ibadətinə hörmətlə yanaşılması kol­lek­tiv münasibətlərin tənzimlənməsi üçün olduqca vacib mə­sə­­lələrdən biridir. Onların ibadəti üçün şəraitin yara­dıl­mas­ı, dini bayramlarda onlara diqqət yetirilməsi, hə­diy­yələrin, yardımların verilməsi psixoloji üsulun ele­men­ti sayılır.

Psixoloji təsirin müsbət nəticələri aşağıdakılardır:

1) Xoş əhvalı-ruhiyyə.

2) Özünə inam.

3) Aktivlik.

4) Məsuliyyətlilik.

Kollektivdə bu cür psixoloji hallar və vəziyyətlərin yaranması işçilərdə müsbət emosiyalara səbəb olur, on­la­rın əmək prosesində daha da aktivləşməsinə müsbət təsir göstərir.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin