Normallaşdırılmış analoq siqnallarının rəqəmli kod ardıcıllığına çevrilməsi
Rəqəmli siqnalların kanala görə ümumi şində birləşdirilməsi
Idarəedici komandaların ayrılması
Adapterlər arasında rəqəmli siqnalların kommutasiyası
Siqnalların rəqəmli cəmlənmə metodu ilə qrup kanallarının təşkili
Radiostansiyanın işinin qisa nəzəri izahı:
Analoq nitq və tonal siqnallar müvafiq adapterlər tərəfindən qəbul olunaraq (adapterlərin adları РС46М – stansiyasının adapterlərinin adları ilə analojidir, lakin funksiyaları və strukturaları fərqlidir), burada işlənir: səviyyəyə görə uzlaşma, süzgəclənmə, idarəedici komandaların ayrılması və rəqəmli kod ardacıllığına çevrilir (İKM). Analoq siqnallarının rəqəmli kod ardıcıllığının zamana görə paylanması kanala görə ümumi şin vasitəsi ilə birləşdirilir və rəqəmli kommutator platasında (ЦК-8) kommutasiya marisasına verilir. Rəqəmli siqnal prosessoru (RSP) (ЦСП) kanaldakı informasiyanı analiz edir və idarəedici komanda daxil olan kimi mərkəzi prosessoru məlumatlandırır ki, bu da öz növbəsində iki adapterin birləşməsi haqqındakı komandanı kommutasiya matrisasına verir. Rəqəmli seçmələr bir adapterdən digərinə verilir və burada analoq siqnalına çevrilərək səviyyəyə görə uzlaşdırılaraq rabitə kanalı ilə ötürülür. Qrup kanallarının təşkili lazım olduqda rəqəmli veriliş sistemləri bir neçə adapterdən seçmələrin rəqəmli cəmlənməsini təmin edir.
Fiziki analoq rabitə xətti ilə uzaq məsafədən qoşulma imkanı
Rəqmli veriliş sisteminin kanalları ilə uzaq məsafədən qoşulma imkanı
Baza blokunun sayı
Baza blokunun daxili arxitekturası
50
120
280х660x880
75
var
yoxdur
1
var
yoxdur
analoq
5
0,5
187-242
21-28
80
135
276х358х429
19
var
yoxdur
2
var
yoxdur
11
Anloq-rəqəm
5
0,5
140-280
18-36
25
70
249х298х256
7,5
var
yoxdur
2
var
var
4
Rəqəm
РС-46МЦ – radiostansiyasının naqilli kanalının interfeysinin xüsusiyyətləri. Naqilli kanalının interfeysinin bir neçə əsas fərqləndirici xüsusiyyətləri cədvəldə göstərilmişdir.
Fərq
Səmərəli həll üsulu
1. Universal birəşdirmə sxemi istifadə olunmuşdur.
Modul dəyişmədən 2 və 4 naqilli rabitə xəttində işləmə imkanı yaranmışdır.
2. Kompanderli prinsip əsasında güclənmənin avtomatik tənziminin (GAT) rəqəmli sxemi tətbiq olunmuşdur.
Klassik analoq GAT sxeminə nəzərən kiçik siqnallar rejimində daha yaxşı küy xarakteristikasına malik olur.
3. GAT sxeminin dövrədən açılması imkanı vardır.
Naqilli kanalının interfeysinin istifadə olunmasının funksional imkanlarının genişləndirilməsi.
РС-46МЦ – in proqram təminatının xüsusiyyətləri.
Radiostansiyaların strukturaları bir – birindən əsalı şəkildə fərqləndiyindən onların proqram təminatının fərqindən danışmağa dəyməz. Hər iki stansiyanın sxemində komandaların analizi və seçilməsi sxemləri istifadə olunur. Bu rəqəmli qurğuların həlledici funksiyalarının yerinə yetirilməsi zamanı proqram təminatının fərqlərinə baxmaq üçün aşağıdakı cədvəli nəzərdən keçirmək kifayətdir.
Cədvəldə müqayisə olunan xarakteristikaların qiymətləri göstərilmişdir.
Xarakteristikalar
Stansiyanın növü
РС-46М
РС-46МЦ
1. Rəqəmli siqnal prosessorunun işinin alqoritmi.
Klassik ШОУalqoritmi
Korrelyasiya işlənməli modernləşdirilmiş ШОУ alqoritmi
Siqnalın spektral tərkibinin korrelyasiya işlənməli orijinal proqram təminatının optimal cxemotexniki həll ilə birgə istifadə olunması imkan verir ki, naqilli kanalın ən pis küy halında da komandaların ayrılmasının doğruluğunu təmin etmək mümkün olsun.
Radiostansiyanın idarə olumasında komandaların ayrılması və analizi sxemlərinin funksiyalarının qısa izahatı.
1 РС-46М – radiostansiyasında F= 5 МHs tezliyində işləyən rəqəmli veriliş sisteminin (RVS) növbəti analiz prinsipindən istifadə olunur. RVS – də analiz olunan siqnal ilkin süzgəcləmədən keçirilərək gücləndirilir və sonra məhdudlanır. Nəticədə alınmış siqnal 5 əsas tezliyə görə süzgəclənir və sonra zaman paylanmasından asılı olaraq tezlik paylanması yerinə yetirilir və sonda zaman paylanmasından asılı olaraq göndərişlərin nömrəsi formalaşdırılır.
Verilmiş alqoritm və onun konkret olaraq proqram – sxematik realizasiyası növbəti məhduddiyyətlərə malikdir:
Aşagı takt tezlikli RVS - in istifadə olunması bir göndərişin gəlmə müddətində az sayda komanda ayrılmasına şərait yaradır (məsələn QƏBUL komandası – 200 ms). Sadə hesablamalar göstərir ki, 200 ms ərzində prosessor 500 000 komanda yerinə yetirilir. Diskretizasiya tezliyini 8 kHs qəbul edərək 200 ms ərzində 1600 göndəriş almaq olar. Buradan görünür ki, bir hesablamanın keçməsi müddətində komandaların asyı RVS =312 olur. Buna müvafiq olaraq rəqəmli süzgəcin nöqtələrinin sayı da 150 – dən çox olmamalıdır. Buna görə də verilmiş süzgəcin buraxma zolağı geniş alınır.
2 РС-46МЦ – radiostansiyasında daha məhsuldar prosessorun bazası əsasında modifikasiya olunmuş alqoritm tətbiq olunur. Komandalara görə ehtiyatın təmin olunması üçün saniyyədə 22 milyon takt, bir taktda 8 əməliyyat və 13 tərtibli analoq- rəqəm çeviricisi (ARÇ) olan RVS –dən istifadə olunur. Nəticədə komandalara görə bir hesablama ərzində böyük ehtiyat, ARÇ (2750 komanda) almaq mümkün olmuşdur ki, bu da öz növbəsində 1024 nöqtəli, ± 10 Hs – zolaqlı süzgəclərin realizasiya olunmasına içkan yaratmışdır.
Verilmiş alqoritm MATCAD proqramında ən pis hal üçün (giriş təsirləri zamanı) və real radiostansiyada aparılan sınaqlar zamanı maksimal məhsuldatlığa yoxlanılmışdır.