Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


İnsan həyatыnыn fəlsəfi mаhiyyəti



Yüklə 331,42 Kb.
səhifə40/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   49
3. İnsan həyatыnыn fəlsəfi mаhiyyəti

  1. həyat hüceyrələrin funksional fəaliyyətidir

Hazırda praktik təbabətdə həyatın hüceyrələrin funksional fəaliyyəti olması problemi müalicə məqsədilə nəzərdən keçirilir. Belə ki, hələ XIX əsrin sonunda həkimlər xüsusi cihazların köməkliyi ilə aşkar etmişdilər ki, hüceyrələr biotoklar ifraz edirlər. Həmin dövrdən başlayaraq təbiblər bundan diaqnostika məqsədləri iлə istifadə etməyə başlamışlar. Bu gün isə bu kəşflərdən müalicə məqsədilə istifadə olunur. Canlı orqanizmdə hər bir hüceyrə yüksək təşkilli bütöv struktur olmaqla sanki orqanizmin quruluşu və fəaliyyəti üçün şəxsən cavabdehlik daşıyır. Hüceyrə həyat mövcudluğunun funksional vahidi olmaqla bioloq alimlər və filosoflar tərəfindən orqa­nizmin öz inkişafı prosesini dərk etmək niyyəti ilə öyrənilir. Lakin Darvinin təkamül nəzəriyyəsi işlənib hazırlananadək insanlar hüceyrənin mürəkkəb quruluşu barədə olduqca az biliyə malik idilər və deməli, həyatın idarə olunmasında onun unikal funksional xüsusiyyətləri barədə heç bir təsəvvürləri olmamışdır. Təkamül nəzəriyyəsi insanın canlı orqanizmindəki prosesləri barədə abstrakt mühakimə yürütməyə imkan verən başlanğıc nəzəri metodoloji prinsip kimi çıxış etməyə başlayır. Bu, canlı materiyanın çoxsəviyyəli təşkilini və onun inkişafının xüsusiyyətlərini qiymətləndirməyə kömək etmişdir.

Son illər biologiyanın konseptual paradiqmalarında baş verən fəal dəyişikliklər canlı varlığa, onun mənşəyi və təkamülü barədə fəlsəfi baxışların dəyişməsini əks etdirir. Haqlı olaraq hesab edilir ki, canlı materiyanın təkamülü ilkin və sözün əsl mənasında, özü inkişaf edən bioloji sistem olan hüceyrənin təkamülündən başlayır. Bu biosistem molekullardan ibarətdir. Özü də bioloji molekullar, hüceyrə orqanoidləri kompleksi, təkamülcə ilkin strukturlar, ilkin biolo­ji sistemlər olub təkamül pillələrini keçir. Bu gün, fəlsəfi dildə desək, bir tərəfdən, hüceyrə bütün strukturların müxtəlifliyini funksional şərtləndirən bütün hüceyrədaxili proseslərin differensiallaşmış bütövlüyüdür, digər tərəfdən isə hüceyrənin mövcudluğunun özü yüksək dərəcədə inteqrasiya olunmuşdur. Bu inteqrasiya çərçivəsində, əslində bütün hüceyrə elementlərinin hamısının razılaşdırılmış, uzlaşdırılmış qarşılıqlı təsiri həyata keçirilir. Məhz buna görə hesab etmək olar ki, hüceyrə genetik və termodinamik sistemlərin birləşdiricisi kimi çıxış edir. O, irsi və operativ məlumatın saxlanılması və ötürülməsi əsasında özünüistehsalı funksional şərtləndirir. O, həmçinin xarici mühitlə qarşılıqlı təsirin gedişində nisbi sabitliyi saxlayır. Bu isə öz növbəsində hüceyrədə bütün hüceyrədaxili proseslərin tənzimlənməsinin və əlaqələndirilməsinin həyata keçirilməsini təmin edir.

Canlı hüceyrə, bir növ, elə fiziki-kimyəvi laboratoriyadır ki, burada ən mürəkkəb və hələ tamamilə aydın olmayan proseslər baş verir. Lakin bir şey aydındır ki, hüceyrə yalnız «bitmiş», yaxud bütöv orqanizm kimi normal fəaliyyət göstərə bilər. Onun morfoloji strukturu hüceyrədaxili dinamika, molekulyar struk­tur­­ların dinamik parçalanması və sintezi prosesləri ilə müəyyən olunur və saxlanılır. Hazırda yüksək voltlu makroskopiya metodları ilə müəyyən edilmişdir ki, bütün hüceyrə strukturları vahid üçölçülü fibrial şəbəkə ilə bağlıdırlar ki, bunun da mühüm komponenti aktinlərin azaldığı zülaldır. O, hüceyrələrin təkcə funksional deyil, həm də struktur-morfoloji bütövlüyünü təmin edir. Bundan əlavə, aktin eyni zamanda hüceyrənin müəyyən sərtliyini və funksiyalarının reallaşmasını təmin edən mütəhərrikliyini yaradır.

Burada bütün hüceyrə strukturlarının zaman və məkanda fəaliyyətinin dinamik uzlaşması və çox yüksək dəqiqliklə tənzimlənməsi göz qabağındadır. Qısa desək, hüceyrə həyatın bütün incəlikləri ilə tənzimlənmiş, həyat proseslərinin mexanizmi isə heyrətamiz dərəcədə mürəkkəbdir.

Ən mürəkkəb sistem üçün hüceyrə özünütəşkilin bir vəziyyətindən digərinə keçmək qabiliyyətinə malik olduğundan özünün təkamülü prosesində yeni strukturlar yaradır. Məsələn, hüceyrələrin embrional bölgüsü hadisələrində, yəni lifdə yerləşən hər bir hüceyrənin öz vəziyyəti barədə onu əhatə edən hüceyrələrdən informasiya aldığı hadisələrdə onların qarşılıqlı uzlaşmış differensiasiyası baş verir. «Embrionlarda keçirilən eksperimentlərdə bədənin mərkəzi hissəsindəki hüceyrə bədənin baş hissəsinə köçürüldükdən sonra göz yaşı kimi inkişaf etməyə başlamışdır. Bu eksperimentlər göstərdi ki, hüceyrələr özlərinin sonrakı inkişafı barədə əvvəlcədən informasiyaya malik olmurlar, əksinə, bu informasiyanı özünün hüceyrə lifindəki vəziyyətində alır». Beləliklə, fəlsəfi baxımdan demək olar ki, hüceyrə sabitliyin və dəyişkənliyin təbii dialektik dinamik taraz vəhdətinə əsaslanan vahid bütöv canlı sistem kimi mövcuddur və fəaliyyət göstərir. Lakin bu dialektik-dinamik tarazlıq hüceyrənin xarici mühitlə bütün struktur-funksional münasibətlərini xarakterizə edir.

Məsələn, F.Engels heç olmasa bir hüceyrənin struktursuz canlı zülaldan deyil, «birbaşa ölü materiyadan» yaranmasını izah etməyi mənasız cəhd hesab edirdi. Bu «struktursuz» canlı zülal öz həyat fəaliyyətini aramsız dəyişikliklərdə saxlayır və özünün vəziyyətlərinin qəribə dəyişmələrində mövcudluq formasına laqeydlik təzahür etdirir. Öz formasına, yaxud özünü istehsal vasitəsinə nizam­lanmış artımda və «bölünmədə» təzahür edən bu cür «biganəlik» bir tərəfdən, fiziki və kimyəvi baxımdan dar məhdudlaşdırılmış mühiti tələb edir, ikinci tərəfdən isə bu, yalnız belə mühitdə mümkün olur. XX əsrin altmışıncı illərinin əvvəlində, nuklein turşularının öyrənilməsində əldə olunan uğurlardan məst olmuş molekulyar biologiyanın nümayəndələri hesab edirdilər ki, Yer planetində həyatın başlanğıcı ilk molekulanın DNT (RNT) abiogen sintezi ilə üst-üstə düşür. Onlar daha çox ona görə belə hesab edirdilər ki, DNT molekulu öz mahiyyətinə görə həyatın irsi informasiyasının qoruyucusudur. Vernadskiyə görə, o, kosmik şəraitdə yaranaraq özünü yalnız biosferanın mövcudluğu şəraitində reallaşdıra bilmişdir.

Bu cür baxışa inanmayanlar, üstəlik də F.Engelsin «həyat zülal cisimlərinin mövcudluq formasıdır» hipotezini əvvəlki ki­mi aksioma kimi qəbul edənlər və təbii ki, zülalda bütün canlıların başlanğıcını görənlərə hətta etiraz edirdilər. Lakin son illər belə bir daha inandırıcı sübutlar əldə edilmişdir ki, nə zülal, nə də, hətta DNT (RNT) molekulları müasir həyatın hüceyrəyə qədərki sələflərinin əsasını qoymamışdır, əksinə həyatın əsasını hansısa hipogenetik probiontlar qoymuşdur.

Bioloq alimlər həyatın meydana gəlməsini getdikcə kiçik molekulların (üzvi və qeyri-üzvi) dinamik oyunu əsasında təkamülləşmə şəklində görürlər. Bu həm bir sıra metalların ionları, həm kükürd, fosfor, azot birləşmələri, həm də amin, amin turşuları, hidrogen tipli böyük olmayan üzvü molekullar ola bilər. Bioloq alimlərin bu yeni hipotezi biopolimerlərin (zülalların, nuklein turşuları, polisaxaridlər) kiçik molekulların ən zərif stimul­yasiyaları kimi izah etməsi hazırda orqanizmlərdə sərbəst (hormonlar, fermentlər, attraktanklar, repelentlər, daxili və hüceyrələrarası kommunikasiya amilləri), yaxud əlaqəli vəziyyətdə (hər cür mümkün kofaktorlar, aktiv ferment qrupları) mövcud həyati əhəmiyyətli mühüm həyata keçirən bioloji fəal kiçik molekulların təkamülü mühafizəkar təbiəti haqqında fəlsəfi mülahizə ilə uyğun səslənir.

Belə bir mülahizə, ehtimalı mövcuddur ki, həyat əlamətlərinin irsən ötürülməsinin nuklein turşularla yerinə yetirilən funksiyası «qeyri-üzvi genlərdən», yaxud molekulların sintezi üçün palçığın alüminsilikatları əsasında düzülmüş özünəməxsus matрislərdən asılı olmuşdur. İlk biopolimerlər isə kiçik molekulların avtokatalitik reaksiyası nəticəsində yarana bilərdi: sərbəst amin turşularının və qısa peptid mayanın olduğu məhsuldakı polipeptidlərin pərakəndə formalaşmasına aparan peptid əlaqəsinin avtokatalitik səmərəsi haqqında artıq elmi məlumatlar əldə edilmişdir. Hansı orqanların hüceyrələrində (canlı maddədə) bu günə kimi kiçik molekulların qeyri-ferment təsirləri relikt prosesləri cərəyan edir, zülal fermentləri isə bəzi hallarda həmin prosesləri sürətləndirməkdən daha çox ləngidir və tənzimləyir. Bioloqların şüurunda artıq «həyatın buludlarda yaranması» barədə ümumi-elmi-fəlsəfi ssenari formalaşmışdır. Bu ssenaridə ibtidai Günəşin ultrafioleti ilə nurlanmış və toz fırtınalarının gedişində metal və qeyri-metal birləşmələrinin hissəciklərini udan yağış damlaları fotooyanışlı getoqen kataliz üçün və yağışın okeana axını ilə gəlmiş mürəkkəb üzvi molekulların sonrakı sintezi üçün kifayət qədər ümumi yer səthi təmin etmişdir. Həmin okeanda Oparinin «ilkin bulyona» və ya «kooservativ damlalara» ssenarisinə uyğun gələn həyatın yetişməsi başa çatır.





  1. Yüklə 331,42 Kb.

    Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin