Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Həyatın genetik təhlükəsizliyi problemi



Yüklə 331,42 Kb.
səhifə41/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   49
Həyatın genetik təhlükəsizliyi problemi

Bugünkü dünyada ekoloji vəziyyətin mürəkkəbliyi hamıya məlumdur. Dünya okeanının səviyyəsi sürətlə qalxmaqdadır. «Buxarlanma effekti» daha hiss olunan formada özünü büruzə verməkdədir. Planetdə havanın temperaturu ildən-ilə artmaqdadır. Əgər əvvəlki yüzilliklərdə Avropada bir-iki güclü zəlzələ baş verirdisə, artıq XXI əsrdə onlarla güclü zəlzələlər gözlənilir. Vulkanlar bir-birinin ardınca püskürməkdədir. Qısa deyilsə, planet miqyasında ümumi gərginlik durmadan artır. Bu hal Yer üzündə həyatın bir çox aspektlərini kəskinləşdirmişdir. Genosun (bir dəst xromosomda yerləşən genlərin tam toplusu) başqa şəklə düşməsi, yaxud deformasiyanın baş verəcəyindən qorxmağa əsas vardır. Bu gün hamı qəbul edir ki, orqanizmdə baş verən proseslər genlərin (irsin maddi daşıyıcıları; irsi informasiya vahidləri) nəzarətindədir. Onların ən kiçik «sınması» baş verəndə biokimyəvi tarazlıq pozulur, həyat fəaliyyətinin təbii proseslərində ağır pozulma halları yaradan yeni əlamətlər meydana çıxır. Yer üzündə, bizə məlum geoloji tarixdə yeganə olan insanın meydana gəlməsi bu baxımdan müstəsna əhəmiyyətli hadisədir.

Bir çox filosoflar və təbabət alimləri həyatı insanın sosial varlığı prizmasından qiymətləndirərək onu Kainatın başlıca sərvəti hesab edirlər. İnsan yer üzündəki bütün orqanizmlərdən, həm də ətraf mühitə təsirinə görə prinsipcə fərqlənir. Bu fərq əvvəllər böyük olduğu kimi, zaman keçdikcə həqiqətən nəhəng miqyas almışdır. Zəkalı insanın (homo arien ), məlum olduğu kimi, qırx min il yaşı var. Bu, milyonlarla yaşı olan həyatla müqayisədə azdır, bəşəriyyətin məlum tarixinə nəzərən çoxdur. Bu dövr ərzində Yer üzündə daim dəyişməkdə olan yaşayış mühitinə uyğunlaşmaq qabiliyyətinin olmaması səbəbindən canlı varlıqların bir çox növləri, ümumiyyətlə, itib getmişdir. Bu dəyişikliklər insan orqanizminə təsir göstərməyə bilməzdi. Əlbəttə, çox dəyişikliklər olmuşdur, lakin Yer üzündə bəşəriyyət qorunub saxlanmışdır və onun itəcəyini bildirən heç bir əlamət yoxdur. Buna səbəb nədir? Niyə görə məhz insan «sağ» qalmışdır? Hər şeydən əvvəl, bu onun unikal keyfiyyəti - zəkaya malik olması ilə bağlıdır. İnsan zəkası yer üzündə biosferanın «mexanizminə» yeni, əvvəllər məlum olmayan, yer üzündə meydana gəlməsi mümkün olmayan koevolyusion prosesləri gətirmişdir. O, əslində, planetin bütün xarici görkəmini kökündən dəyişdirmiş, ətraf təbii mühitin kimyəvi və mineral tərkibini, özünün yaşadığı mühiti dəyişdirmişdir. Onun yaradıcı fəaliyyəti hər minillik, əsr, hətta onillik keçdikcə daha tutumlu və eyni zamanda ziddiyyətli olur. İnsan bir çox geokimyəvi reaksiyaların təbii axarını artıq prinsipcə dəyişmişdir. Planetin faunasının və florasının simasını keyfiyyətcə dəyişmişdir.

Yer üzündə hər bir fenomenə fəlsəfi kontekstdə iki cürə baxıla bilər: ya onun başqa varlıqlar, yaxud hadisələrlə müqayisəsi vasitəsilə, ya da öz dəyərliyinin açıqlanması yolu ilə. Pozitivizmin banilərindən biri Herbert Spenqler qeyd etmişdir ki, həyat daxili münasibətlərin xarici münasibətlərə aramsız uyğunlaşmasıdır. İnsanın həyatının mahiyyətinin «daxildən» əsaslandırılması onun təbiətlə (kosmosla), cəmiyyətlə, Allahla və özü ilə əlaqələrini və qarşılıqlı asılılıqlı tənqidi dərkini nəzərdə tutur. Fərdin həyatını daxildən bütöv dərk etmək onun bədən, psixi, mənəvi və sosial varlıq kimi öyrənilməsi ilə müşayiət olunur. Məhz bütün bunlar insanda canlı varlığın keyfiyyətcə xüsusi vəziyyətinin - düşünən materiyanın olduğunu «görməyə» imkan verir. Məhz bu unikal vəziyyətinə görə, insanlar nəinki öz tarixini yaradır, həmçinin təbii dünyanın qlobal dəyişilməsinə radikal təsir göstərirlər. Belə ki, bunlardan biri Yer üzündə oksigenin istehsalıdır ki, bunsuz insan həyatı mümkün deyildir. Hələ 70-ci illərdə alimlərin hesablamalarına görə, okeanlar, dənizlər, çaylar, göllər, meşələr ildə 200 milyon ton oksigen hasil edirdilər.

İndiki dövrdə planetimizin ekologiyasına laqeyd münasibət bu göstəriciləri xeyli aşağı salmışdır. İnsanın texnogen fəaliyyəti sayəsində oksigendən istifadə xeyli, təqribən ildə 34-40 ton artmışdır. Daha bir maraqlı fakt. Təqribən 15 il bundan əvvəl Antraktida üzərində «azon deşiyi» aşkar edilmişdir. Bu gün isə müəyyən edilmişdir ki, oksigenlə çox az qidalandırıldığı üçün «azon təbəqəsi» xeyli «arıqlamışdır». Belə ki, Avropa üzərində bu təbəqə 15-20 faiz, Sibir üzərində isə 35 faiz azalmışdır. Yerin azon təbəqəsinin pozulması planetin maqnit sahəsinin dəyişməsinə və bunun da nəticəsində Yerə tərəf hərəkət edən ultrabənövşəyi şüalanmanın artmasına səbəb olmuşdur. Bu hadisənin nəticələri həkimlərə yaxşı məlumdur, yerin xarici elektromaqnit sahəsinin ən cüzi dəyişməsinə in­san orqanizmi kəskin reaksiya verir. Bu yeni hadisənin başqa neqativ nəticələri də ola bilər. Artıq yaxın keçmişdə Moskvanın psixiatr həkimləri adi danışıq dilinə yeni tibbi termin – «ekoloji psixoz» anlayışını daxil etmişlər. Aydın olur ki, zəhərlənmiş hava ilə nəfəs alanların çoxunda kəskin nevrozlar baş verir. Sənaye şəhərlərində hava hövzəsinin açıq-aşkar qənaətbəxş olmaması səbəbindən insanın beyin fəaliyyəti pisləşir. Uşaqlarda bir çox hallarda ağıl zəifliyi baş verir. Bundan əlavə, planetimizdə nəhəng şəhərlərin sakinləri artıq həqiqətən də oksigen azlığından boğulub əziyyət çəkirlər. Bütün bunlar hamısı birlikdə bəşəriyyəti məhv etmək üçün təbiətin «işə buraxdığı» avtotənzimləyici mexanizmi, insanın yaratdığı və onun özünə qarşı çevrilən, özünəməxsus ekoloji silahıdır. Bəşəriyyət və onun geoloji gələcəyi qarşısında varlığın çox mürəkkəb və olduqca ziddiyyətli perspektivi açılır. Əgər о öz zəkasını və yaradıcı əməyini özünün məhvinə deyil, təbiəti və öz təbiətini təkmilləşdirməyə yönəlmiş vasitəyə sərf etsə, onda bəşəriyyət qarşısında xoşbəxt həyatın yeni üfüqləri açılacaqdır.

Lakin son illərin elmi ədəbiyyatında insan mövcudluğu ilə bağlı bir sıra narahatlıq doğuran faktlar gətirilir. Belə ki, planlaşdırılmış şüalanmanın genetik səmərəsi haqqında ən yeni məlumatlar xəbərdarlıq edir ki, ətraf mühitin güclü radiasiyadan çirklənməsi nəticəsində insan orqanizmində genetik deformasiya təhlükəsi real xarakter kəsb etməyə başlayır. Planetin florası və faunasında neqativ dəyişikliklər bu gün molekulyar mexanizmlərin, genetik proseslərin, radiasiya mutagenezin transformasiyası və hüceyrə səbəbindən, həmçinin mutasiya dəyişlkliklərinin reallaşması, induksiyalaşmış mutasiyaların və onların müxtəlif növlərdə populyasiyası nəticəsində qlobal problemə çevrilmişdir. Xoşbəxtlikdən təbib alimlərin və bioloqların, həmçinin irsiliyin və dəyişkənliyin gen nəzəriyyəsi üzrə mütəxəssislərin, hətta başqa genlərin dəyişikliklərinə nəzarət edən xüsusi genlərin mövcudluğu barədə də fikir söyləyirlər. Lakin müxtəlif növ bitkilərin, heyvanların, о cümlədən insanların şüalanması nəticəsində baş vermiş mümkün neqativ genetik dəyişikliklərin fəlsəfi-ekoloji qiymətləndirilməsi bir tərəfdən, canlı obyektlərə ionlaşmış şüalanmaların təsirinin bioloji xüsusiyyətləri haqqında çox təshih çıxış məlumatları dərindən başa düşməyə və qiymətləndirməyə kömək edir, digər tərəfdən isə canlı varlığın, hər şeydən əvvəl insanın özünün radiasiyaya uğramağının qarşısını almaq məqsədilə qəti və səriştəli reaksiya vermək imkanı yaradır. Şüalanmanın genetik nəticələrinin proqnozlaşdırılması zamanı rəhbər tutulan əsas prinsiplərdən biri canlı obyektin öz dəyərliyinin saxlanması prinsipidir. Mikroorqanizmlərin, bitkilərin və xüsusilə heyvanların təbii populyasiyasına ionlaşmış şüalanmanın vurduğu genetik ziyan inteqral şəkildə özündə bütün mutasiya tiplərinin tezliklərinin yaranmasının onların nisbi həyat qabiliyyətinə ehtiva edir. Məsələn, bitkilərin və heyvanların bütün növlərinin populyasiyası üçün genetik ziyanın təhlili zamanı həyat qabiliyyətinin, yaxud genetik sabitliyinin embrional elementlərin müxtəlif görünən mutasiyaların, kəmiyyət və keyfiyyət əlamətlərinin azalması faktı qeydə alına bilər. Biosferin çirklənməsinin genetik nəticələrini qiymətləndirməyin fəlsəfi-etik meyarları bu münasibətlə təhlil edilməlidir ki, müxtəlif orqanizmlərin populyasiyalarının ətraf mühitinin mutagenlərlə zəhərlənməsi prosesi bir nəsil ilə məhdudlaşmır, əksinə, bir-birinin ardınca gələn nəsillərdə genişlənərək mu­tasiya prosesinin dinamikasının müəyyən mənzərəsini yaradır.

Canlı təbiətin və ictimai həyatın çoxlu sayda hadisələrinin elmi-fəlsəfi təhlili nümunəsində sübut edilmişdir ki, yeni həyat keyfiyyətinin yaranması təkcə bütövün tərkib hissəsi olan elementlərin kəmiyyət dəyişiklikləri ilə deyil, həmin elementlərin onların kəmiyyət dəyişiklikləri olmadan rekombinasiyası ilə bağlıdır. Müasir təbabətin tibbi-biologiya elminin və fəlsəfənin özünün bir sıra dünyagörüşü, metodoloji və əxlaqi problemlərin qiymətləndirilməsinə bu cür yanaşma həyata yeni bucaq altında baxmağa imkan verir ki, bu da yeni həyat fəlsəfəsinin formalaşmasına kömək edir.



  1. Yüklə 331,42 Kb.

    Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin