Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


d)“İnsanın ğlməzliyi” problemi



Yüklə 331,42 Kb.
səhifə44/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   49
d)“İnsanın ğlməzliyi” problemi

«Ölməzlik» anlayışı olduqca çox mənalıdır. Bu sözün üç əsas mənasını fərqləndirmək olar. Birincisi - dini məna. İnsan ölümündən sonra itmir, əksinə, öz varlığını başqa yönümdə davam elətdirir. Belə ideyanı xristianlıqda və islamda duymaq olar. İkincisi - fəlsəfi-dini. Ölməzlik şəksiz çevrilmə, dəyişmə kimi təqdim olunur: insan «Mən»inin sonsuz şəkildə müxtəlif varlıqlarda təcəssüm tapması. Bu, buddizmdə və bəzi antik fəlsəfi cərəyanlara aiddir. Üçüncü - dünyəvi məna. Ölməzlik bədənə aid deyil, insanın fikri fəaliyyətinin nəticəsidir. Bu barədə N.Berdyayev belə yazır: «Gələcək son nəticədə ölüm gətirir və bu, insanı kədərləndirməyə bilməz. Gələcək, keçmiş kimi, əbədiliyə düşməndir. Lakin heç nə əbədilik kimi maraqlı deyil».

Əlbəttə, fəlsəfə insanlara əbədilik bəxş etmir, lakin o, in­san həyatının varlığının tənqidi dərk olunmasına sövq edir, həyatın mənasını tapmağa və iradəni möhkəmlətməyə köməklik göstərir. Buna görə bizim də bütövlükdə bəşəriyyətin, həmçinin də ayrı-ayrı insanların ölməzlik imkanları haqqında fəlsəfi düşüncələrə dalmağımız yerinə düşər. Özü də unutmayaq ki, insanları şəxsi ölməzlik imkanı daha çox narahat edir. Onların əksəriyyəti ölməzliyi ya nəsə mistik, fövqəltəbii bir şeylə, ya da şəxsi yaradıcılıq, quruculuq problemləri ilə bağlayırlar. Çoxları bu gün də əbədi-axirət dünyasına inanır. Belə ki, məsələn indinin özündə firavan və sivilizasiyalı ölkənin vətəndaşları - Amerika əhalisinin üçdə biri ölümdən sonrakı həyata inanır.

Ölməzlik və insan ölümü fəlsəfi mövzu olsa da ənənəvi olaraq dinin obyekti olmuşdur. Minilliklər ərzində dünya dinləri və müxtəlif fəlsəfi təlimlər insana ölməzliyə, yaxud dünyasından sonrakı həyata nail olmağın imkanı barədə fikir aşılayırlar. İsa peyğəmbər deyir ki, «Məndə yaşayan hər bir kəs və mənə inanan hər bir kəs ömrü boyu ölməyəcəkdir». Hər bir dinin məqsədi fiziki ölümündən sonra insanın ruhunu xilas etməkdir. Ölməzlik məsələsində həyatın antipodu olan ölümün fəlsəfi mənası ehtiva olunmuşdur. Materialist əqlin sahibi ölüm deyərkən, hər şeydən əvvəl, onu fərdi bədənin məhvi kimi başa düşür, təbiblərin fikrincə, bu, bədənin həyatla bir araya sığmayan başqa alternativ bir vəziyyətə keçməsidir. İnsanın həyatını, ümumiyyətlə, həyatın bir hissəsi kimi onun yalnız sosial mahiyyəti vasitəsilə başa düşmək mümkün deyildir, çünki fərdin həyatı olsa-olsa Yer üzündə canlı materiyanın xüsusi halıdır. Sekulyarlaşmanın gedişində simvollar öz əhəmiyyətini itirmişdir. Buna görə də ölümdən sonra dirilmə probleminə qeyri-dini (dünyəvi) təsəvvürlər mövqeyindən yanaşmağa cəhd göstərək.

Klinik ölümdən sonra bir çox dirilmə (reanimasiya) halları təbabət işçilərinə məlumdur.

Hələ XX əsrin əvvəllərində amerikalı həkim, о zaman Nyu-York Rokfeller Mərkəzinin bioloqu Aleksis Karrel bütün skeptiklər və şübhə edənlər aləminə sübut edirdi ki, canlı bədən ölməz ola bilər. 1912-ci ilin yanvarında bu tanınmış alim çox maraqlı bir eksperiment qurmuşdur. O, toyuq embrionunun ürəyinin lifindən bir tikə götürərək onu qida və ifraz yolu ilə təmin etmişdir. Bu eksperiment 35 il davam etmiş və embrionun həmin çox kiçik hissəsi sağ qalmışdır. 1947-ci ildə eksperiment dayandırıldıqda məlum oldu ki, ürək lifinin bu kiçik hissəsi çox toyuqları «yola salmışdır», bu isə yüz illərlə insan ömrü deməkdir. Bu maraqlı embrion lifinin hissəsi о zaman "əbədi cavanlıq" lifi adlandırılmışdı. Onun ölçüləri hər 48 saat ərzində iki dəfə artırdı. Eksperimentatorlar artan təbəqələri bilərəkdən kəsirdilər ki, lif daim əvvəlki ölçüsündə qalsın, çünki əgər lif daim əvvəlki ölçüsündə böyüsəydi onu qidalandırmaq və qəfəsi təmiz halda saxlamaq çətin olardı. 35 ildən artıq bir vaxt ərzində hər bir alim «əbədi həyatı» öz gözləri ilə görə bilmişdir. Doktor Karrelin bu maraqlı eksperimentindən belə nəticəyə gəlmək olar: əgər orqanizm düzgün qidalandırılarsa və tullantıları atılarsa, onda fiziki həyatın ömrünü sonsuz dərəcədə uzatmaq mümkündür. İnsan fərdinin ölməzliyi mövzusu özlüyündə nə qədər maraqlı olsa da, ölməzliyin bütün bəşəriyyət tərəfindən dərkinə olan maraq onu kölgədə qoyur. Alimlərin və filosofların əksəriyyəti belə fikirdədir ki, yaxın gələcəkdə bəşəriyyətin məhvi mümkün deyildir, çünki bəşəriyyətin həyat potensialı hələ tükənməmişdir - onun inkişaf proqramı yalnız qismən həyata keçirilmişdir.

Şəxsiyyət və cəmiyyət. İnsan və bəşəriyyət

Dünyanın fəlsəfi mənzərəsi çox rəngarəngdir, fəqət bütün bunlar dünya-insan münasibətləri ətrafında qurulur. Bu əsasda fəlsəfi bilikdə şərti olaraq obyektivist və subvektivist adlandı­rılan iki aparıcı xətt yaranmışdır.

Obyektivist konsepsiyalar materialist və yaxud idealist ol­malarından asılı olmayaraq dünyaya üstünlük verir və hesab edir ki, o bütün hallarda obyektivdir, yəni öz mövcudluğunda və keyfiyyətlərində subyektin istəyindən asılı deyil. Həqiqət hamı üçün eynidir. Obyektivist konsepsiyanın ən parlaq misalı Hegelin və Marksın fəlsəfəsidir. Bu təlim insan həyatında id­rakın rolunıı çox yüksək qiymətləndirir, çünki hesab edir ki, rasional bilik bizi həqiqət ilə bilavasitə birləşdirir və dünyanı necə varsa elə də göstərir.

Subyektivizin obyektivizmin əksidir. Bütün yaşayan subyektlər üçün ümumi olan dünya çoxlu xırda “dünyalar” ilə əvəz edilir. Mən özüm üçün Kainatam və hədsiz dərəcədə tənhayam, çünki heç kim həbsxanaya çevrilən fərdi dünyamı mənimlə bölüşdürə bilməz. J.P.Sartrm fəlsəfəsi bu tip subyek­tivizin üçün parlaq misal ola bilər. O, hesab edirdi ki, öz iradə­sindən asılı olmayaraq “varlığa atılmış” insan tamamilə azad­dır. Ümumi həqiqət və ümumi qaydalar yoxdur. Hər bir insan özünəməxsus qorxu və risk ilə öz həyatını yaşayır, nə istəyirsə onu da edir və yalnız öz qarşısında cavab verir. Ümumi həqi­qətlərə və görüşlərə tabe olmaq özünə xəyanətdir.

Yaspers üçün (Toynbinin dediyi kimi) tarix şəxsiyyət yara­dıcılığının nəticəsidir, şəxsiyyətdən kənarda heç bir tarix ola bilməz. O, yazırdı: “Tarix ayrı-ayrı adamların daim və təkidlə irəliyə doğru hərəkətidir. Onlar başqalarını da öz arxalarınca getməyə çağırır. Onları eşidənlər və başa düşənlər bu hərəkata qoşulurlar”.

Şəxsiyyət problemini öyrənmək üçün ilk lazım olan “fərd” anlayışıdır. Hərfi olaraq bu söz hər hansı bir bütövün daha bölünməyən hissəciyidir, özünəməxsus “sosial atom”dur. Ayrı bir insan nəinki insan nəslinin tək nümayəndəsidir, həm də hər hansı sosial qrupun üzvüdür. Bu insanın ən sadə və mücərrəd xarakteristikasıdır.

“Fərdiyyət” termini isə daha zəngin məzmun kəsb edir, in­sanın bütün şəxsi keyfiyyət və xassələri ilə birlikdə unikal və təkrarolunmaz varlıq olduğunu ifadə edir.

Fərd konkret insandır və anadangəlmə Homo sapiens xüsu­siyyətləri ilə yanaşı həm də sırf fərdi keyfiyyətlərə də malik­dir. Bu onun həm təbii qabiliyyətinə, həm psixi xassələrinə (yaddaş, təxəyyül, temperament, xarakter) və təfəkkür qabi­liyyətinə (mühakimə, fikir), tələb və ehtiyaclarına aiddir. Bu mənada biz insanın fərdiliyi haqqında danışırıq. “..Fərdiliyə həmin fərdi başqa kütlədən fərqləndirən xassə və qabiliyyətin cəmi kimi tərif vermək olar”.

Z.Freyd insan yığını deyəndə bir qrup adamın təşkilatlanmış toplusunu, kütlə deyəndə xüsusi təşkil olunmuş insan toplusunu nəzərdə tuturdu. Burada fərdlər arasında bəzi ümumi cəhətlər yaranır: müəyyən situasiyada ümumi maraq, bir-birinə təsir et­mək qabiliyyəti və s.

Subyektin fəaliyyət, şüur və idrak daşıyıcısı kimi başa düşülməsi Yeni dövr fəlsəfəsindən başlayır. Bu da həmin fəl­səfə üçün xarakterik olan subyektivizm ilə əlaqədardır. Müasir fəlsəfə üçün subyekt hər şeydən əvvəl elə konkret cismani fərddir ki, məkan və zamanda yaşayır, müəyyən mədəniyyətə daxildir, özünün tərcümeyi-halı var, başqa insanlar ilə müxtə­lif əlaqələrdə olur.

İnsan haqqında bəzi elmlərdə həm də kollektiv subyekt an­layışı var. Belə subyekt müəyyən fəaliyyət, idrak və kollektiv şüur normalarının daşıyıcısı, onlara daxil olan fərdlər arasında­kı qarşılıqlı əlaqə sistemi kimi başa düşülür.

Cəmiyyətə münasibətdə insanın rolunu mütləqləşdirmək hiperindividuulizm adlanır. İnkişaf etmiş Qərb ölkələrində in­diki zamanda sinif və yaxud hər hansı sosial təbəqə deyil, məhz fərd (individ) diqqət mərkəzində durur. Qərb cəmiyyətində bir fərdin tələbatının onun qabiliyyətinə uyğun şəkildə ödənilməsi müşahidə edilir. Bir neçə şəxsiyyətin bir mənəvi bütöv halında birləşməsi hiperşəxsiyyət adlanır. Bu halda şəx­siyyətin siması onun şəxsivyətlərarası münasibətlər sistemi ilə əlaqəsindən asılı olur.

İlk növbədə fiziki-bioloji şəxxsiyyət və yaxud Mən adlanan insan anlayışı irəli sürülür. Bu insanın bədəni və yaxud cisma­ni cəhətdən təşkil olunması, şəxsiyyətin ən dayanıqlı cismani xassələrə və özünü hiss etməyə əsaslanan komponentdir.


Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin