Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları



Yüklə 331,42 Kb.
səhifə49/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   49
4.Məkan və zaman
Varlığın ən ümumi xüsusiyyəti kimi məkan və zaman anlayışlarını da yaddan çıxarmaq olmaz. İstənilən cisim, əşya, hadisə həmişə gerçəkliyin başqa cisim və hadisələri ilə yanaşı olmaq, yəni məkan cəhətlərinə malik olurlar. Onlar bir-birinə münasibətdə fasiləsiz olaraq öz daxili və xarici vəziyyətlərini dəyişirlər ki, bu da konkret müxtəlif sürət, ritm, temp, və s. ilə baş verir. Bu xüsusiyyətlərin məcmusu isə bizdə zaman anlayışını yaradır. Beləliklə, məkan və zaman reallığın sonsuz çoxcəhətliliyi ilə varlığın forması kimi çıxış edir.

Məkan və zamanın mahiyyəti haqqında insanlar öz inkişafının ilk pillələrində fikirləşmişlər. Bu insanın təcrübəsi və idrakının inkişafı ilə bağlı genişlənərək, təkmilləşərək bu kateqoriyaların düşünülmüş və dərin izahına tələbat yaranmışdır. Antik dövrdə məkan formaları və onların ölçülməsi haqqında elm kimi həndəsə fəlsəfədən ayrılmışdır. Astronomik müşahidə, kosmosun əbədiliyi, insan həyatının tez bitməsi prizmasından zaman anlayışına diqqət yetirilmişdir. “Məkan” və “zaman” anlayışlarına maraq heç vaxt zəifləməmişdir. Məkan və zamanın müstəqil mahiyyətə, yaxud onların yanaşı mövcudluğu haqqında mühakimələr də yaranmışdır. Fəlsəfə tarixində bir-birindən prinsipcə fərqli iki istiqamət: substansional və relyasion baxışlar formalaşmışdır.

Substansional cərəyanda məkan və zaman müstəqil, materiya və şüurdan asılı olmayan varlıq kimi götürülür. Məsələn, Aristoteldə məkan hərəkətsiz ulduzlarla məhdudlaşır, daha sonra əbədi zaman və məkandan kənarda olan, hər şeyi hərəkətə gətirən hərəkətsiz, əbədi, ilahi səma gəlir.

Qədim yunan filosofları Demokrit və Epikur məkanı atomların yığım yeri kimi təsəvvür edir və boşluqla eyniləşdirirdilər. Məkanı mütləq, yekcins, hərəkətsiz, zamanı isə bərabər axan kimi təsəvvür edirdilər. Materiya, hərəkət, məkan və zamanı müstəqil substansiya kimi bölən bu ideyalar, sonralar Nyutonun klassik mexanikasında inkişaf etdirilmişdir.

Relyasion cərəyan (lat.relativus – nisbi) isə məkan və zamanı müstəqil varlıq deyil, real dünyanın obyekt və prosesləri arasındakı xüsusi münasibət sayırdılar. Onların fikrincə, bu münasibətlərdən kənarda məkan və zaman mövcud deyildir. Bu cərəyanın ən görkəmli nümayəndəsi Q.Leybnits (1646-1716) olmuşdur. Belə baxışlar marksist fəlsəfədədə inkişaf etdirilmişdir.

Marksist baxışa görə məkan və zaman insan şüurundan asılı olmayaraq obyektiv surətdə mövcuddur. Bu mövqe İ. Nyuton (1613-1727), A. Eynişteynin (1879-1955) təbiətşünaslıqdakı nailiyyətlərinə əsaslanır.

İdealist baxışa görə isə məkan və zaman obyektiv mövcud deyil, şüurun müxtəlif formalarından asılıdır. Subyektiv idealizmin nümayəndələri Berkli, Yum, Max məkan və zamana fərdi şüurun forması kimi baxırlar. D. Yum (1711-1776) qeyd edirdi ki, onlar yalnız hisslərdə mövcuddur. “Məkan ideyası zəkaya iki hisslə- görmə və toxunma ilə verilir, ona görə də bizdə o halda məkan ideyası, yaxud cazibə ola bilər ki, ona görmə və toxunma obyekti kimi baxarıq”.

İ. Kant da məkan və zamanı subyektiv sayır. Onun fikrincə onlar - insana təcrübəyə qədər-hissi seyretmə təcrübəsinin nəticələri kimi verilir.

Obyektiv idealizmdə məkan və zaman problemi Allah vasitəsilə həll edilir. Allah zaman və məkandan kənardadır. Onlar Allahın yaratdıqlarıdır, yaradılan materiyanın xüsusiyyətləridir, ilahi yaradıcılıq başlanğıcına malikdir.

Eynişteyinin xüsusi nisbilik nəzəriyyəsinə görə məkan və zaman öz-özlüyündə, bir-birindən ayrılıqda mövcud deyil, materiya ilə qırılmaz bağlıdır, heç bir müstəqilliyə malik deyil və çoxcəhətli tamın vahid atributu kimi çıxış edir. Vahid məkan-zaman kontinuumu birləşərək, maddi cisimlərin hərəkət sürətindən asılıdır. Belə ki, cismin nisbi surətinin artırılması ilə onun məkan xüsusiyyətləri azalır, onun öz vaxtı özünün müddətini ləngidir. Eynşteyin ümumi nisbilik nəzəriyyəsi məkan və zamanın qravitasiya ilə qırılmaz bağlılığına əsaslanırdı. Göstərdi ki, məkan və zaman xüsusiyyətləri ağır kütləli cisimlərin qarşılıqlı yerləşdirilməsindən asılı olaraq dəyişir. Bu zaman məkanın əyilməsi, zamanın ləngiməsi prosesi baş verir. Nisbilik nəzəriyyəsində zaman, məkan, hərəkət materiyanın əsas mövcudluq formalarının atributu, materiyanın özünün mövcudluğu kimi götürülür. Bütövlükdə dünya sonsuz məkan və zamanda əbədi hərəkətdə götürülür. Nisbilik nəzəriyyəsi haqda Eynşteyn deyirdi ki, mahiyyət belədir: əvvələr belə hesab edirdilər ki, möcüzə nəticəsində bütün maddi əşyalar yox olarsa, məkan və zaman qala bilər. Nisbilik nəzəriyyəsinə görə isə əşyalarla birlikdə məkan və zaman da yox olar.

Müasir təbiətşünaslığın nailiyyətlərinə görə məkan üç ölçülü, zaman bir ölçülüdür.

Məkan –zaman xüsusiyyətləri yalnız mikro, makro və meqadünya, səviyyəsində deyil, canlı təbiət və sosial gerçəklikdə özünün spesifikasına malikdir.

Yerdə həyatın yaranması ilə əlaqədar cansız təbiətin məkan və zaman daxilində olan xüsusi bioloji məkan və zaman ölçüsü formalaşır. Həyatı təsdiq edən alimlərin diqqətini canlı və cansız təbiətdəki simmetriya problemi cəlb etdi. Canlı orqanizmlərin simmetriya və asimmetriyası hadisəsini Paster, Kant, Vernadski və s. tədqiq etmişdilər. Onlar aşkara çıxardılar ki, cansız təbiət üçün səciyyəvi assimmetriya olmayan, molekulyar səviyyədə atomların “sol” və “sağ” qrupları növündə, orqanizmlər səviyyəsində isə onların quruluşu və dinamikası səviyyəsində meydana çıxır.

Canlı əşyalara spesifik həndəsə xasdır ki, bu zaman düz xətt və düz səth ikinci plana keçir, əyri xətt və əyri səth isə birinci yerdə durur.

Canlı cisimlərin funksionallaşma prosesində təkcə məkanca təşkiledilmə deyil, zaman xüsusiyyətləri də daxili bioloji prosesin gedişində səciyyəvi cəhətlərə malikdir. Söhbət “bioloji saatlar”dan gedir. Belə ki, xarici mühitin dəyişən amillərinin orqanizmin müxtəlif ritmlərə uyğunlaşmasını tənzim edən (gecə və gündüzün, ilin fəsillərinin və s. dəyişməsi) canlı orqanizmin daxili zamanı qeyri –standart şəraitə düşdükdə adi ritmdən çıxır, mahiyyətcə özünütənzim edən sistem olduğundan, bu “saat”lar yenidən xarici zamanın ritminə yenidən uyğunlaşır.

Sosial strukturda məkan - zaman münasibətləri daha mürəkkəbdir. Burada tarixən insan fəaliyyəti və praktikası ilə şərtlənən sosial məkandan danışmaq olar. Onun xüsusi insan biosfer, planetar, kosmik məkanla bağlılığı vardır. Eyni zamanda insan tərəfindən yaradılmış infrastruktur, mənimsənilmiş ərazi, istifadə olunan su və hava okeanı, kocmik üfüqlər insanın həyat məkanını təşkil edir. Məkan strukturları özü-özünə, xaotik yaranmır, cəmiyyətin obyektiv təkamül prosesinin nəticəsidir, bu və ya digər xalqın məişət, mədəniyyət, iqtisadi, sosial inkişaf səviyyəsini əks etdirir, özündə müəyyən zamanın izlərini daşıyır. Bunlar “ikinci təbiəti” təşkil edən onun arxitekturasında, dəyişdirilmiş landşaftında həkk olunur.

Bioloji “planetar –kosmik zamandan fərqli olaraq sosial zaman qeyri-bərabər gedir. Əsrlər boyu sosial zaman nəzərə az çarpacaq dərəcədə inkişaf edirdi. XVII-XVIII əsrlərdəki elmi-texniki tərəqqi, XX əsrdəki elmi-texniki inqilab sosial varlığı dəyişdirdi, zamanın gedişini daha da sürətləndirdi, ictima-iqtisadi proseslərin inkişafına sıçrayış xarakteri verdi. Planetimiz bəşəriyyət üçün bir tam kimi “balaca”, “dar” oldu. Onun bir son nöqtəsindən digərinə keçid artıq saatlarla ölçülür. Bu əvvəlki əsrlərlə müqayisədə gediş ağılagəlməz dərəcədə dəyişmişdir.

Sosial zamanın strukturunun mürəkkəbliyindən danışarkən aşağıdakıları müvəqqəti xarakter daşıyan komponentləri konkret adamların fərdi varlığı, sosial kollektivlər, ayrıca cəmiyyətlər, millət, dövlət, bütün bəşəriyyət və s. onların hər birinin həyat tempi və zamanı fərqlidir.



Deyilənləri ümumiləşdirərək məkanı mövcudluq qaydası, yekcinslik, çoxmiqyaslılıq, müddətlilik, zamanı isə hadisələrin ardıcıllıq qaydası, dönməzlik, bütün istiqamətlərin bərabərliyi kimi müəyyənləşdirə bilərik.



Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin