Mühazirə mətnləri 15 mövzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının



Yüklə 1,53 Mb.
səhifə12/17
tarix04.06.2018
ölçüsü1,53 Mb.
#52681
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17

Opistorxoz. Pişiyin– insanın qara ciyərinin öd axarlarında, öd kisəsi və mədəaltı vəzində, ət yeyən heyvanların və gəmiricilərın bir çox növlərində parazit halında yaşayan Opisthorchis felineus (pişik, it, donuz, canavar, tülkü, samur, ayı və s.) tərəfindən törədilir. Opistorxoz uzun müddət çəkdikdə ciyərin, mədəaltı vazin, öd kisəsinin xroniki xəstəliyinə çevrilir son nəticədə qara ciyərin və öd axarlarının xərçəngi xəstəliyi yaranır.

İnsan, metaserkariy parazitinin canlı sürfələri olan karp balığının və onun emal məhsullarının qəbulu zamanı sirayətlənir.



Difillobotriozlar. Diphillobothrium latum, hərdən D. denriticum и D. luxi. tərəfindən yaradılır. Insanın nazik bağırsağında, və bir çox ət yeyən heyvanlarda və quşlarda parazit halında yaşayır.

Psecdoamfistomoz. Pseudamphisthomum trunkatum tərəfindən törədilir. Parazitin əsas sahibi çox saylı məməlilər növü və insandır. Aralıq sahibləri – Bythynia cinsinə aid olan molyuskalardır. Əlavə (ikinci araılq) sahibləri – karp ailəsinə mənsub olan çox saylı balıq növlərididr. İnsanlara balıqlar, xərçəngəbənzərlər, molyuskalar, suda-quruda yaşayanlar sürünənlər və onların emal məhsulları tərəfindən insan orqanizminə ötürülməsinin qarşısının alınması üçün profilaktiki tədbirlər aşağıdakılardır:

–itehsal və realizə prosesi zamanı balıq məsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi;

– balıq məhsullarınınDövlət sanitar-epidimioloji xidmət orqan və müəssisələrinin normati-texniki sənədlərə uyğun olaraq texnoloji (istehsalat) proseslərin keyfiyyətinin və eyni zamanda laborator nəzarətinin yüksəldilməsi;

– insan sağlamlığı üçün təhlükəli olan canlı helmint sürfələri ilə sirayətlənmiş balıq məhullarının qəbul edilməsinin qarşısının alınması;

Balıq məhsullarında insan sağlamlığı ümü təhlükəli olan helmint sürfələrinin olduğunu müəyən edən təşkilat rəhbərliyi bu barədə məhsul istehsalçısına, ərazi Dövlət sanitar-epimioloji müəssisəsinə müəyyən olunmuş qaydada məlumat verir.

Balıq məhsulunda İnsan sağlamlığl üçün təhlükə yarada biləcək hətta bircə helmint sürfəsi belə tapılsa belə o “ şərti yararlıdır” kateqoriyasına keçirilir.

“ Şərti yararlıdır” kateqoriyasına aid edilən balıq məhsulunun zərərsizləşdirirlməsiə məsul olan məhsul iustehsalçısıdır. Belə məhsulun sahibi 3 gün ərzində məhsulun zərərsizləşdirirlməsi barədə qərar verilməsi Dövlət sanepid xidmət müəssisəsinə notarius tərəfindən “şərti yararlıdır” barədə təsdiq olunmuş sənəd təqdim etməlidir.

“Şərti yararlıdır” baliq məhsulunun zərərsizləşdirilmə və işlənmə rejiminə qoyulan tələbat:

1. Balığın dondurulmasına tələbat:

– balıqları lentes sürfələrindən zərərsizləşdirmək üçün aşağıdakı dondururlma rejimlərindən istifadə edilir (Cədvəl 6).

Cədvəl 6

Sürfələrdən zərərsizləşdirmək üçün balıqların dondururlma rejimi



Balığın

temperaturu 0C




B a l ı ğ ı n n ö v l ə r i


Durna, nalim, yerş, okun

Keta, qorbuşa,

kundja, sima,

saxalin taymeni


Pelyad, omul,siq, qoles, muksun, çir, losos, tuqun,

xarius, göl fareli



Zərərsizləşdirmək üçün tələb olunan vaxt, saat

-12

72

-

60

-15

-

50

-

-16

36

-

-

-20

-

-

36

-22

18

-

-

-26

-

16

-

-27

12

-

7

-30

-

-

6

– opistorxid sürfələrindən və digər trematodlardan zərərsizləşdirmək üçün balıqların dondururlma rejimi aşağıdakı kimidir (cədvəl 7).

Cədvəl 7

Opistorxid sürfələrindən zərərsizləşdirmək üçün balıqların dondururlma rejimi



Balığın bədən temperaturu,0C

Zərərsizləşdirmək eçen tələb olunan vaxt, saat

-40

7

-35

14

-28

32

– dəniz balığı, xərçəngəbənzərlər, molyuskalar, suda qurudu yaşayanlar və sürünənlər, canlı anikazid sürfələrinə malik olan və insan orqanizmi üçün təhlükəli olan heyvan helmintləri doondurulma yolu ilə aşağıdakı rejimdə zərərsizləşdirir.

Cədvəl 8

Anikazid sürfələrindən zərərsizləşdirirlməsi üçün balıqların, xərçəngəbənzərlərin və s.dondurulma rejimi



Balığın bədən

temperaturu,0C



Temperaturun təsir

müddəti


Saxlanmanın digər şərtləri

-18

11 gün

Saxlanma qaydasına uyğun olaraq

-20

24 saat

Sonrakı saxlanma -18 dərəcədən artıq olmamaqla 7 gün ərzində. Sonra qüvvədə olan saxlanma qaydasına uyğun olaraq

-30 və daha aşağı

10 dəqiqə

Sonrakı saxlanma -12 dərəcədən artıq olmamaqla 7 gün ərzində. Sonra qüvvədə olan saxlanma qaydasına uyğun olaraq

Balıq məhsullarının zərərsizləşdirilməsi üçün dondurma rejiminin həyata keçirilməsi mümkün olmadığı hallarda onu qida məhsulu kimi qüvvədə olan texnoloyi təlimatlara uyğun olaraq ancaq qaynar termiki işlənmədən,və ya sterilizə etdikdən (konservlər) sonra istifadə etmək olar.

2. Duzlanmaya tələbat:

– balığın enli lentes sürfələri ilə sirayətlənməsi zamanı onun zərərsizləşdirirlməsi üçün duzlanması 9-cu cədvəldə qeyd olunan rejimdə aparılır;

– uzaq şərq lososunun обеззараживание дальневосточных лососей от личинок D. Luxi, D. Klebanovskii sürfələrindən zərərsizləşdirirməsi bütün sınaye duzlama üsulları ilə təlimata uyğun olaraq balıqda duzun kütlə payının miqdarı 5%=ə çatana qədər aparılır;

– siqo, losos, xarius balıqlarının lenteç sürfələrindən zərərsizləşdirirlməsi qarışıq zəif duzla (qatılığı 1,18-1,19) 10 gün ərzində, balıq ətində duzun kütlə payının miqdarının 8-9% -ə çatana qədər aparılır;

– opistorxid sürfələrindən və digər nematodlardan balıqları zərərsizləşdirmək üçün qarışıq, tünd və orta qatılıqda (duzun qatılığı ilk gündən 1,20 , 1-20 C ) ətdə duzun kütlə payının 14% - çatanadək aparılır;

“Şərti yararlı” olan balığın zəif və az müddətli duzlanması onun əvvəlcədən yuxarıda qeyd olunan rejimdə dondurulmasından sonra aparılır.

3. Balıq kürüsünün düzlanmasına tələbat. Lentes sürfələrindən sərbıst məhsulun zərərsizləşdirməsi aşağıdakı üsulla həyata keçirilir:

– isti duzlama (15-160С temperatur) aşağıdakı duz miqdarında aparılır (kürünün çəkisinə görə %-lə): 12% – 30 dəq.; 10% – 1 s.; 8% – 2 s.; 6% – 6s.;



Cədvəl 9

Enli lentes sürfələri ilə sirayətlənmış balığın duzlanması



Duzlama

Duzlamanın qatılığı

Temperatur,0C

Zərərsizləşdirilməyə qarantiya verən duzlamanın davam etmə müddəti, gün

Balıq ətində duzun kütlə payı, %Qatı

Qatı

1,20

2-4

14

14-dən yuxarı

Orta

1,18

2-4

14

10-14

Zəif

1,16

2-4

16

8

– soyudulmuş duzlama (5-60С temperaturda) duz və kürünün həmin nisbətində iki dəfə artıq uzun müddətdə aparılır;

–lentes sürfələri ilə sirayətlənmiş siqa və digər balıqların kürüsünün soyudulmuş duzlanmasını kürünün çəkisinin 5%-i qədər duzla 12 saat müddətində aparılır.

Losos və asetrin balıqlarının kürülərinin duzlanması anizakid sürfələrinin texnoloji təlimata uyğun olaraq məhv ediməsindən sonra aparılır. Soyuq və qaynarüsulla hisə verilməsi nəzərdə tutulan, duzlanan, marinadlaşmış balıq məhsulları, preservlərin istehalı üçün “Şərti yararlı” dəniz balığını mütləq xammal istifadə etməklə əvvəlcədən xüsusi rejimdə dondurmaq lazımdır.

4. Qaynar termiki işlənməyə tələbat:

– texnoloji təlimatlara uyğun olaraq qaynar və soyuq hisəvermə, qaxacetmə, qurutma, həmçinin konservlərin hazırlanmasının həyata keçirirlməsi, balığı lentes sürfələrindən və opistorxislərdən (yazdan başqa) zərərsizləşdirir.

Soyudulmuş yaz qurudulmuş və hisə verilmiş balıq məhsulu istehsal etmək üçün istifadə edilə bilməz. Çümki bu zaman onun opistorxis sürfələrindən zərərsizləşdirirlməsi baş vermir. Qurudulmuş və hisə verilmiş balıq məhsulu istehsal etmək üçün xammal əvvəlcədən dondurulmalıdır.

– balığın porsiya tikələri qaynama anından etibarın 20 dəqiqədən az olmamaqla, balıq düşbərələrini qaynama anından etibarın 5 dəqiqə, xərçəngəbənzərləri və molyuskaları 125 dəqiqə ərzində bişirmək lazımdır;

–balığı (balıq kotleti) mütləq porsiya tikələri şəklində yağda 15 dəq. ərzində qızartmaq lazımdır. 100-qramlıq iri tikələr lay-lay şəklində 20 dəqiqədən az olmamaq şərtilə bişirilir. Xırda balıqlar bütöv şəkildə15-20 dəqiqə ərzində bişirilir

Balıq məhsullarının emalı zamanı yaranan tullantıları zibilliyə və su həvzələrinə tullamağa və ya əvvəlcədən təmizlənmədən heyvanları yemləməsində istifadə etməyə icazə verilmir.

“Şərti yararlı” və “Yararsız” balıq məhsulunun zərərsizləşdirirlməsi (utilizasiya, məhv etmə ) istənilən texniki üsulla, məcburi texniki və normativ sənədlərə əməl etməklə həyata keçirmək olur . İnsan orqanizi üçün təhlükəli olan canlı helmintlərə malik olan balıq ətinin zərərsizləşdirirlməsi və utilizasiyası üçün yeri, şəraiti məhsulun sahibi Dövlət canitar epidimioloji xidmətlə razaılaşaraq müəyyən edir. Balıq məhsullarının zərərsizləşdirirlmə (utilizasiya)qaydalarının yerinə yetirilməsinə təşkilat-hüquqi məsul şəxs hüquqi şəxs olub.

Balıq məhsullarını zərərsizləşdirmək (utilləşdirmə) qaydalarının yerinə yetirirlməsinə məsul şəxs hüquqi şəxs olmalıdır. Zərərsizləşdirmə (utiiışdirmə) təşkilati-hüquqi formalardaç asılı olmayaraq dövlət sanitar-epidemioloji xidmət üzrə ərazi müəssisələrinin nəzarəti altında aparılmalıdır. “Yararsız” balıq məhsullarının utilizasiyası (məhv edilməsi) müəyyən edilmiş qaydada normativ aktlara uyğun aparılır.



MÖVZU 13: Genetik modifikasiyalaşma məhsulları və onların təhlükəsizliyi

Plan:

GMO - haqqında məlumat

Öldürücü və yüksək allergiya reaksiyalarının müşahidə olunması

Xərcəng və degenerativ xəstəliklər

Bilavasitə xərcəng yaradan kanserogenlər

Süd vasitəsilə antibiotik təhdid

Bitkilər vasitəsilə antibiotik təhdid

Məməli heyvanların zəhərlənməsi

Genetik zibillənmə

Əsas qida çirkləndiriciləri və onların təsir mexanizmi

Pestisidlər haqqında məlumat və petisidlərin toksiki göstəriciləri

Pestisidlərin bioloji obyektlərdə kimyəvi-fiziki analizi

Hallogenli pestisidlər

Toksiki metallar

Dioksinlər və ona oxşar birləşmələr

Çoxnüvəli Aromatik karbohidrogenlər

Çox təhlükəli digər çirkləndirici maddələr

ƏDƏBİYYAT



  1. Fətəliyev H.K., Mikayılov V.Ş., Cəfərov F.N. Təklükəsiz qida məhsulları istehsalı dövrün tələbidir. Respublika qəzeti, №263 (3691), 04 dekabr 2009, səh.6.

  2. Mövsümov E.E., Yusifov N.M. Qida kimyası. Bakı, MBM, MMC, 276 səh.

  3. Рогов И.А., Антипова Л.В., Дунченко Н.И., Жеребцов Н.А. Химия пищи.- М.: Колос, 2000. 384 с.

  4. ПозняковскиЙ В.М. Гигиенические основы питания, безопасность и экспертизы продовольственных товаров. Новосибирск: Изд-во Новосибирского университета, 1999. 447 с.

  5. Донченко Л.В., Надыкта В Д. Безопасность пищевого сырья и продуктов питания. М,: Пищепромиздат, 1999. 360 с.

  6. Дудкин М.С., Щелкунов Л.Ф.. Новые продукты питания. М.: Наука, 1998. 300 с.

  7. Суханов Б.П., Австриевских А.Н., Позняковский В.М. Биологически активные добавки в питании человека. Томск, 1999. 290 с.

  8. Келигов М.Б. Обеспечение продовольственной безопасности страны по основным видам пищевой продукции. М.: АгриНресс ЛТ£), 1998.

  9. Рисман М. Биологически активные пищевые добавки: неизвестное об известном. М.: Арт-Бизнес-Центр, 1998. 490 с.

  10. Спиричев В.Б. Сколько витаминов человеку надо. М: 2000, 185с.

Genetik modifikasiyalaşma məhsulları və onların təhlükəsizliyi

  GMO - haqqında məlumat. Milyon illərdir şüurlu həyat tərzi keçirən insan təbiətin yaratdığı möcüzələrdən həzz alaraq yaşamışdır. Bu möcüzələrdən ən maraqlısı bioloji müxtəliflik olmuşdur. Bioloji müxtəliflik insanların həyatını zənginləşdirmiş, maraqlı etmiş və hər şeydən əvvəl onların həyati tələbatını təmin etmişdir. Planetimizdə bioloji müxtəlifliyin rəngarəngliyi və növlərin yaranması onların milyard illər davam edən təkamülə məruz qalması ilə əlaqədardır. Bu müxtəlifliyi təbiət gen mühəndisliyi ilə məşğul olmaqla özü yaratmışdır. Hələ 1200 il bundan əvvəl əkinçilik mədəniyyətinə başlayan insan öz təcrübələrində məhz yeni-yeni bitki sortları və heyvan növləri yaratmağa cəhd etmişdi və bu sahədə xeyli nailiyyətlər qazanmışdı. Təbiətdən asılı olan, min illərdir at və arabadan başqa heç nə görməyən insan yalnız XIX əsrin axırlarında təbiətin gen mühəndisliyi qabiliyyətinin mahiyyətini başa düşməyə başlamış və nəhayət, elmin gücünə söykənərək özü gen mühəndisliyi ilə məşğul olmaq iddiasına düşmüşdür. Bu iddianın kökündə yaxşı niyyyətlə özünün biomüxtəliflik yaratmaq iddiası durur. Gen mühəndisliyi Mendelin təcrübələrindən başlasa da, onun real nəticəsi yalnız XX əsrin sonlarına təsadüf edir. Gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır.Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır.


Orqanizmlərin genomunu dəyişdirmək üçün seçilmiş gen bakteriyalardan, viruslardan, heyvanlardan götürülərək digər qohum orqanizmlərə və eləcə də əksər hallarda bir-birindən uzaq orqanizmlərə yeridilir. Təbiətin məşğul olduğu ənənəvi gen köçürmələrindən fərqli olaraq bu zaman elə eyni orqanizmlər meydana gələ bilir ki, onlara təbiətdə heç zaman rast gəlinməyib. Bu yeni orqanizmlər, GMO-lar, onlardan alınan məhsullar qısa müddət ərzində (20 ildə) dünyada elə bir sürətlə yayılmağa başladı ki, hətta zəka sahibləri onların zərərli və ya sərfəli olduqlarını araşdırmağa imkan tapmadılar. Indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var.

Son zamanlar GMO-lara münasibət bütün ölkələrdə birmənalı deyil.



http://kayzen.az/uploads/images/00/53/78/2013/03/09/87c9c1.jpgBiotexnologiyanın ən son nailiyyətlərinə əsaslanan bu məhsulların planetimizdə əhalinin ərzaq təhlükəsizliyində rolu danılmazdır. 3 milyarddan artıq əhalinin aclıqdan əziyyət çəkdiyi indiki dövrdə bu məhsulların nə dərəcədə vacib olduğu heç şübhə doğurmur. Genetik modifikasiya edilmiş orqanizmlərə ehtiyac nədən yaranmışdır? Keçən əsrin ortalarından başlayaraq aqrar sənayenin intensivləşdirilməsi bir sıra çətinliklərlə üzləşdi. Planetimizdə əhali artımının sürəti, insanların getdikcə artan tələbatı, yaşayış səviyyəsinin yüksəlməsi daha məhsuldar, ətraf mühit amillərinə, kimyəvi preparatlara davamlı yeni bitki sortlarının və heyvan növlərinin ətraf mühit amillərinə davamlılığı artdıqca onların məhsuldarlığı aşağı düşürdü. Odur ki, GMO-lara ehtiyac yarandı. Gen mühəndisliyi yolu ilə alınan, proqramlaşdırılmış bitkilər və heyvanlar yüksək məhsuldarlığa malik olmaqla yanaşı, həm də quraqlığa, soyuğa, duza, pestisidlərə davamlıdır. Onların tərkibində bioloji məhsulların istənilən çeşiddə olmasını təmin etmək olur və eləcə də onları bu və ya digər fermentlərin istehsalçısına çevirmək mümkündür. Bəs bu qədər geniş imkanlara malik olan GMO-ların təhlükəli olduğu hansı narahatlıqlardan yaranmışdır? Nə üçün onların (GMO-ların) zərərli olduğu haqqında fikirlər alimləri narahat etməyə başlamışdır? Bu narahatlıqların əsasında hansı faktlar və dəlillər durur?

http://kayzen.az/uploads/images/00/53/78/2013/03/09/b06a7d.jpgElmi jurnalları və internet saytlarını analiz etsək görərik ki, GMO-lara qarşı çıxanların və onların törətdikləri fəsadları sübut edən araşdırmaların sayı getdikcə artır. Bu elmi təcrübələrin səviyyəsi bəzi hallarda yüksək olduğundan dünya ictimaiyyəti bu məsələyə ciddi yanaşmağa başlamışdır. GM edilmiş orqanizmlərin, onların məhsullarının zərərli effektləri haqqında araşdırmaların nəticələrini qruplaşdıraraq belə bir fikrə gəlmək olur ki, GMO-lar insan sağlamlığından başqa, ətraf mühitə, torpağa, su hövzələrinə, biomüxtəlifliyə böyük ziyan vura bilər. Gen mühəndisliyi ilə məşğul olanlar terminator bitkilər və intihar edən toxumlar, terminator ağaclar və susmuş meşələr kimi fantastik ideyaların yaxın gələcəkdə reallığa çevriləcəyinə tam əmindirlər. Ilk dövrlərdə yalnız bircə dəfə nəsil verən, bircə dəfə məhsul verən bitkilər-terminator bitkilər və intihar edən toxumlar (tibbdə işlədilən birdəfəlik iynələr kimi) ətraf mühit amillərinə davamlı və məhsuldarlığı yüksək olduğundan çox cəlbedici ola bilər. Eləcə də terminator ağaclar çiçəkləmirlər, onların yarpaqlarında toksik maddələr əmələ gəlir və ətrafında olan həşəratları, mikroorqanizmləri məhv edirlər. Bu ağaclar susmuş meşə əmələ gətirirlər. Lakin sonradan onların ekosistemlərə necə ziyan vuracağı, biomüxtəlifliyi necə dəyişəcəkləri böyük maraq doğurur.

GMO-ların insan sağlamlığına təsiri. Dünyanın məhşur bioloqlarından olan Dr. Pushpa Bhargava maraqlı bir araşdırma aparmışdır. O, Amerikanın 600-dən çox elmi-tibbi jurnalında nəşr olunan məqalələri analiz edərək belə bir nəticəyə gəlir ki, amerikalıların sağlamlığı GM edilmiş məhsulların və qidaların yaranmasından keçən dövr ərzində pisləşməyə doğru getmişdir. GM edilmiş orqanizmlərin təhlükəliliyi haqqında ilk həyəcan təbili çalanlardan biri Amerika alimi Nathan Batalion olmuşdur. O, bu məsələni ətraflı araşdıraraq GM edilmiş orqanizmlərin və onların məhsullarının 50 zərərli effekti haqqında kitab da yazmışdı. Onun sonda gəldiyi nəticələr dünya alimlərinin bu məsələ haqqında fikirlərinin ziddiyətli olmasına baxmayaraq, böyük maraq doğurmuşdur. GM edilmiş soyanın zərərli olduğunu siçanlarla apardığı ciddi elmi təcrübələrlə sübut etmiş Rusiya alimi İrina Yermakava 2005-ci ildə The National Association for Genetic Security-NAGS-ın təşkil etdiyi konfransda məruzə etmişdir. Onun məruzəsindən sonra bu məsələyə münasibət daha da dəyişmiş və dünyanın bir çox ölkələrində geniş elmi araşdırmalara stimul yaranmışdır. GM edilmiş orqanizmlərlə əlaqədar bəzi mühüm təhlükəli effektlərə nəzər salsaq görərik ki, həqiqətən XX əsrin ən ümidverici texnologiyalarından biri olan biotexnologiya nələrə qadirdir.



1.Ölüm hadisələri. 1989-cu ildə onlarca amerikalı, qidaların tərkibinə qatılan və Eosinofilia milagiya sindiromuna (EMS) qarşı işlədilən və L-tritofanın genetik modifikasiya edilmiş variantının ərzaq məhsullarının tərkibində işlədilməsi səbəbindən ölmüş və minlərlə insan əlil olmuşdur. Bunu Yaponiyanın Showa Denko kompaniyası istehsal etmişdir.

2. Öldürücü və yüksək allergiya reaksiyalarının müşahidə olunması. 1996-cı ildə Pioneer Hi-Bred kompaniyası mentionin zülalının miqdarını artırmaq üçün Braziliya qozunun genini soya bitkisinə köçürtdü. Bu qoza qarşı bəzi adamlar şok vəziyyətinə düşmə dərəcəsinə qədər allergik idilər. Bu, arı sancmasından yaranan şok qədər ölümcüldür. Heyvanlar üzərində aparılan təcrübələr və eləcə də insanlarda allergiya dərəcəsinin artım sürətinin böyüməsi transgen soyadan alınan məhsulların allergik olduğunu sübut edir. Xoşbəxtlikdən bu soyadan alınan məhsullar bazarlardan tezliklə yığışdırıldı və bədbəxt hadisələrin qarşısı alındı. Müəyyən edilmişdir ki, indi Amerika əhalisinin 25%-i ərzaq məhsullarına qarşı həssas olmuşlar, onlarda daha tez-tez qaşınmalar və qırmızı səpkilər olur, 4%, yəni 12 milyon əhali ciddi allergiya xəstəliyindən əziyyət çəkir, onların qanında İmmunoglobulin E və ya İgE yüksəkdir. 6%-7% üç yaşına qədər olan uşaqlarda qidadan allergiyanın səviyyəsi çox yüksəkdir və bu, ilbəil artır. Insanların pəhrizinə təbiətdə heç zaman rast gəlinməyən maddələr, məsələn soya çiçəyinin elementləri və pomidorda balıq genləri (1990-cı ildə DNA Plant Technology Corporation tərəfindən yaradılmışdır) daxil olan kimi allergiya riski böyük olan insanlarda ciddi fəsadlar yaranır. Bu, xüsusilə balıq geni yeridilmiş pomidorlardan alınan məhsullarda daha çox müşahidə olunur. Dərin və ətraflı elmi təcrübələr və qarğıdalı ilə məşğul olan insanlarda aparılan yoxlamalar sübut edir ki, qarğıdalıda GMO Bt allergendir. GMO kartof, noxud və soyalar allergenlərlə zəngndir. Siçanlar üzərində aparılan təcrübələrdə GM edilmiş noxudun yüksək allergen olduğunu sübut edilmişdir. 1999-cu ildə York laboratoriyasında GM edilmiş soyadan alınan məhsulların allergen olduqları sübut edilmiş və soyanı ilk on allergen siyahısına daxil etmişlər.

http://kayzen.az/uploads/images/00/53/78/2013/03/09/802d7e.jpg

3. Xərcəng və degenerativ xəstəliklər.  Inəklərdə südün məhsuldarlığını artırmaq üçün 1993-cü ildə FDA Monsantonun yaratdığı rBGH genini daha da yaxşılaşdırdı. Bu genin inəklərə yeridilməsi südün məhsuldarlığını bir neçə dəfə yüksəltdi. Lakin alimlər xəbərdarlıq etdilər ki, bu gen İGF-1 hormonunun miqdarını 70-1000% artırır. İGF-1 hormonu çox güclü kimyəvi maddədir və insanların yoğun bağırsağında, prostat vəzində və döşdə xərçəng riskini 2,5-4 dəfə yüksəldir. Kanada alimləri siçanlar üzərində apardıqları təcrübədə İGF-1 hormonunun  qalxanabənzər vəzdə toplandığını və daxili orqanları sıradan çıxardığını sübut etmişlər. FDA-nın öz təcrübəsində göstərmişlər ki, bu hormonun təsirindən dalaq 40-46% böyüyür və bu isə leykomiyanın əmələ gəldiyinə işarədir. Nəticədə Avropa Birliyi, Kanada, Avstraliya və Yeni Zelandiya rBGH geninin inəklərə yeridilməsini qadağan etmişdir. BMT-nin beynəlxalq standartlar bürosu (Codex Alimentarius) rBGH geninin yeridilməsinə patenti ləğv etdi və nəhayət ABŞ-da 2008-ci ildə bunu qadağan etməyə məcbur oldu. Başqa bir tərəfdən, GM edilmiş bitkilər kanserogen hesab edilən herbisidlərə davamlı orqanizmlərdir. Bromoksinilə davamlı BXN pambıq transgendir. Məlum olmuşdur ki, orqanizmə GMO ilə daxil olan yad DNT fraqmentləri tam həzm olunmadığından qana sorulur və insanın normal DNT-si ilə birləşməyə imkan tapır. Heyvanlar üzərində aparılan təcrübələrdə müəyyən edilmişdir ki, bu genetik elementlər soyuqdəymə, artrit və limfoma yaradır.

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin