Kodeks – hüququn hər hansı sahəsinə aid (mülki, cinayət) hüquq normalarını özündə əks etdirən qanunvericilik aktıdır. Bundan başqa “kodeks” termini hər hansı davranış qaydalarının məcmuyuna da deyilir.
Müəllimin professional etikasına aid kodekslərin əsas bölmələri bunlardır:
Müəllimin öz əməyinə münasibəti.
Müəllimin şagirdlərinə münasibəti.
Müəllimin şagird kollektivinə münasibəti.
Müəllimin valideynlərə münasibəti.
Müəllimin həmkarlarına münasibəti.
Müəllimin pedaqoji kollektivə münasibəti.
Müəllimin özünə münasibəti.
Müəllimin təhsil müəssisəsinin rəhbərinə münasibəti.
Müəllimin cəmiyyətə münasibəti.
Təhsil müəssisəsi rəhbərinin müəllim kollektivinə münasibəti.
Təhsil müəssisəsi rəhbərinin öz fəaliyyətinə münasibəti.
Təhsil müəssisəsi rəhbərinin özünə münasibəti.
Göstərilən hər bir bölmə ən azı 15 müxtəlif əxlaqi davranış normasını özündə birləşdirir. Əslində bu kodeks ideal xarakter daşıyır. Kodeksin müəllimin əxlaqi hərəkətlərinin normativ proqramı olması üçün hər bir müəllim, hələ ali məktəbdə təhsil illərindən özünün şəxsi kodeksini hazırlamalıdır. Bu cür çoxsaylı professional kodeksləri araşdırmaq yolu ilə müəllimin davranışının universal professional kodeksini hazırlamaq olar:
Pedaqoq bunları etməməyə söz verir:
uşağı incitmək;
uşağa zərər vurmaq;
uşağın üstünə çığırmaq və onu təhqir etmək;
uşaqdan gücü çatmayanı tələb etmək;
öz yetirməsinə yuxarıdan baxıb, onu alçaltmaq;
uşağa etinasızlıq, onu rədd etmək;
uşağı küt, düzəlməyən, qabiliyyətsiz hesab etmək;
uşaqdakı çatışmazlıqlara gülmək, onun bacarıqsızlığını tənqid etmək;