Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


Pedaqoji professionallıq etikası formalaşdırılmasının mənbələri və proqramları



Yüklə 95,49 Kb.
səhifə54/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   58
Pedaqoji professionallıq etikası formalaşdırılmasının mənbələri və proqramları.

Yüksək əxlaqi – etik mədəniyyətə malik pedaqoq hazırlanması üçün yalnız ümumi pedaqogika kursları və pedaqoji ustalıq, pedaqoji texnika üzrə praktik kurslar keçmək kifayət deyildir. Çünki gələcək müəllimin şəxsiyyətinin əxlaqi baxımdan yenidən istiqamətləndirilməsi üçün həmin fənlərin imkanları azdır. Gələcək müəllimlərin professional hazırlığının formalaşdırılmasına başlanma dövründə isə onlar artıq müəyyən əxlaq normalarına, qaydalarına artıq yiyələnmiş olurlar. Əgər bu keyfiyyətlər müasir pedaqoqun əxlaqi-etik hazırlığına uyğun deyillərsə, onları mütləq dəyişdirmək lazımdır.

Pedaqoji etika gələcək müəllimlərdə əxlaqi hisslər formalaşdırmaq imkanlarına malikdir. Xüsusilə, nikbinlik prinsipindən istifadə etməklə tələbənin öz müsbət keyfiyyətlərini duymağa, ona inanmağa imkan verən metodikalar hazırlamaq mümkündür. Burada belə bir məsələ diqqətdə saxlanılmalıdır ki, əxlaqi kateqoriyaların müəyyən edilməsi və şüurlu surətdə mənimsənilməsi əslində uşaqlıq dövründə baş verir. Buna görə də praktik məşğələlər zamanı şüuraltı yaddaş mexanizmlərini aktivləşdirmək lazımdır.

Şəxsiyyətin əxlaqi baxımdan yenidən proqramlaşdırılması vəzifələri bunlardır:


  • əxlaqi seçim qabiliyyətini emosional qiymətləndirmə əsasında inkişaf etdirmək: uşaqlara münasibətdə xeyir və şər anlayışlarının dərki;

  • qarşılıqlı yardıma tələbat formalaşdırmaq (treninqlər sistemi, uşağa kömək);

  • uşaqları ünsiyyətdə bərabərlik hissinə alışdırmaq.


  1. Yüklə 95,49 Kb.

    Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin