Ünsiyyətdə etiket normaları. Danışıq etiketi
Cəmiyyətdə insanların danışıq vərdişləri ümumi sosial normalara, danışıq mədəniyyəti isə cəmiyyətin ümumi mədəni səviyyəsinə uyğun olur. Danışıq etiketi danışıq mədəniyyətinin mühüm tərkib hissəsidir.
Danışıq etiketi. Müsahiblər arasında əlaqə qurmaqdan ötrü cəmiyyət tərəfindən qəbul edilmiş ünsiyyətin milli xüsusiyyətlərə uyğun, stereotip xarakterli, sabit formalarının sistemidir.
Danışıq etikası əxlaqi normalara, milli-mədəni ənənələrə əsaslanan zəruri danışıq qaydalarıdır. Hər bir cəmiyyətin özünəməxsus etik normaları olur. Bu normalar insanlar arasında ünsiyyətin müxtəlif anlarına da təsir göstərir.
Etik normalar (yaxud danışıq etiketi) birinci növbədə insanlara müraciətdə özünü göstərir: “ay qardaş”, “ay bacı”, “ a bəy”, “ay xanım”, “sən”, “siz”, “müəllim”, salamlaşmaq və ya xudafizləşməkdə: “salam”, “salamun əleykum”, “xoş gördük”, “sağ ol”, “salamat qalın”, “hələlik” və s.
Danışıq ünsiyyətinin bir sıra qaydaları mövcuddur:
salamlamaq, müraciət.
sözarası etiket formulları, frazalar (xahiş etmək, təbrik üçün, dəvət üçün etiketlər). “Bağışlayın, şələmi qaldırmağa kömək edərsinizmi?” “İndi dərsdəyəm. Bir az gözləyə bilərsinizmi ki, daha ətraflı söhbət edək?”
danışıqda effemizmdən istifadə: “nitqi qüsurlu”, “fiziki məhdudiyyətli”.
Dostları ilə paylaş: |