Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


BƏLƏDIYYƏ MALIYYƏSININ TƏŞKILI XÜSUSIYYƏTLƏRI



Yüklə 463,33 Kb.
səhifə35/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   125
Maliyyə 2018

4.5.BƏLƏDIYYƏ MALIYYƏSININ TƏŞKILI XÜSUSIYYƏTLƏRI
Bələdiyyələrin çox qədim və zəngin tarixi vardır. Onların yaranması şəhərlərin meydana gəlməsi ilə bağlı olmuşdur. Respublikamızda bələdiyyələr 1999-cu ildə yaradılmışdır. Hazırda ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir.

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların əsas istiqamətlərindən biri də bələdiyyələrin yaradılmasıdır. Bələdiyyələrin yaradılması eyni zamanda bələdiyyələr haqqında qanunların və hüquqi sənədlərin qəbul edilməsini zəruri etmişdir.

İnkişaf etmiə ölkələrin təcrübəsi onu göstərir ki, yerli özünüidarəetmə orqanlarının inkişafı onlara verilən səlahiyyətlərdən və maliyyə təminatından asılıdır. Yəni mükəmməl yerli özünüidarəetmə qurumları yaratmaq və onları inkişaf etdirmək üçün kifayət qədər bələdiyyələr kifayət qədər maliyyə vəsaitinə malik olmalıdırlar.

Bələdiyyə maliyyəsi dedikdə, yerli əhəmiyyətli məsələlərin həlli və digər idarəetmə funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan maliyyə resurslarının formalaşması, bölgüsü və istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərin məcmusu başa düşülür. Bu münasibətlər bələdiyyə ərazisində fəaliyyət göstərən təsərrüfat subyektləri və orada yaşayan əhali arasında yaranır. Bələdiyyələrin fəaliyyətinin qurulması onların maliyyə mənbələrinin müəyyən edilməsindən bilavasitə asılıdır. Bu məqsədlə 7 dekabr 1999-cu il tarixdə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanuna əsasən bələdiyyələrin maliyyə vəsaitlərinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və milli mənafelərin əlaqələndirilməsi prinsipinə əsaslanır.

Bələdiyyələrin maliyyə münasibətləri AR Konstitusiyasına, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Bələdiyyələrin statusu haqqında”, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunları və digər normativ hüquqi aktlarla tənzimlənir.

Bələdiyyələrin maliyyə vəsaitlərini yerli büdcə vəsaitləri və büdcədənkənar fondlar, valyuta fondu, yerli özünüidarəetmə orqanlarına mənsub olan dövlət və bələdiyyə qiymətli kağızları, bələdiyyələrin fəaliyyətinə kömək məqsədilə dövlət tərəfindən verilən dotasiya, subvensiyalar və digər vəsaitlər təşkil edir.

Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar təşkil edir.

Bələdiyyələrin maliyyəsinin təşkilində bələdiyyə mülkiyyəti mühüm rol oynayır. “Bələdiyyələrin statusu haqqında” AR Qanununa əsasən bələdiyyələrin mülkiyyətinə aşağıdakılar aiddir:



  • yerli verglər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti;

  • bələdiyyələrin büdcədənkənar fondları;

  • bələdiyyə əmlakı, bələdiyyə torpaqları;

  • bələdiyy müəssisə və təşkilatları;

  • bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları;

  • dövlət və xüsusi mülkiyyətdə olmayan yollar;

  • bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri;

  • və s.

Bələdiyyə mülkiyyəti AR Konstitusiyası, “Azərbaycan Respublikasında nülkiyyət haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakln verilməsi haqqında” və s. qanunlarla tənzimlənir.

Bələdiyyələrin əsas vəzifəsi AR konstitusiyası və qanunları ilə müəyyənləşdirilən, bələdiyyə əhalisinin həyat və fəaliyyətinin təmin edilməsi ilə bağlı olan yerli əhəmiyyətli sosial-iqtisadi inkişaf proqramları həyata keçirmək, əhalinin maddi və mədəni həyat səviyyəsıni yüksəltməkdir.

Bələdiyyələr öz fəaliyyətlərini həyata keçirmək üçün qanunvericiliklə müəyyən edilmiş mənbələr hesabına gəlirlərini formalaşdırır. Bələdiyyələrin xərcləri bu vəsaitlər hesabına maliyyələşdirilir.

Ölkəmizdə yerli büdcələri balanslaşdırmaq məqsədilə yerli özünüidarəetmə orqanları daxili maliyyə bazarlarında bələdiyyə borcları və müəyyən bələdiyyə əmlakının haqqı ödənilməsi şərtilə özgəninkiləşdirilməsi formasında vəsait cəlb edilməsini həyata keçirir. Bu orqanlara xaricdən borcalma hüququ verilməmişdir. Bələdiyyələrin maliyyə resurslarının mənbəyi regional ümumi daxili məhsul, bələdiyyə mülkiyyətində olan milli sərvətin bir hissəsidir.

Bələdiyyə xərcləri yerli özünüidarəetmə orqanlarının büdcələrindən və büdcədənkənar fondlardan yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilmiş pul vəsaitləridir.

Bələdiyyə xərclərinin zəruriliyi əhalinin mövcud tələbatı ilə əlaqdardır:



  • mənzil fondunun saxlanması;

  • əhaliyə nəqliyyat xidmətinin göstərilməsi;

  • ərazilərin abadlaşdırılması;

  • ictimai asayişin qorunması;

  • bələdiyyə qurumlarının idarə edilməsi.

Bələdiyyə büdcələri bələdiyyə maliyyəsinin əsasını təşkil edir. Bələdiyyə maliyyəsinin formalaşdırılması da müəyyən prinsiplərə əsaslanır:

  • özünüidarəetmə;

  • müstəqillik;

  • yerli mənafenin respublikanın mənafeyi ilə uzlaşdırılması.



Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin