4.4.DÖVLƏT XƏRCLƏRİNİN İQTİSADI MAHİYYƏTİ VƏ TƏRKİBİ
Müasir mərhələdə dövlətin funksiya vəzifələri bir sıra iqtisadi-siyasi metodlarla həyata keçirilir. Bu zaman maliyyə münasibətləri başlıca vasitə kimi çıxış edir. Dövlət maliyyəsinin fəaliyyəti gedişində bir-birilə qarşılıqlı əlaqədə olan 2 prosses baş verir. Dövlət gəlirləri yaranır və gəlirlər hesabına dövlət xərcləri həyata keçirilir.
Dövlət xərcləri dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş gəlirlərin istifadəsi ilə şərtlənir. Dövlət xərclərinin məzmunu dövlətin iqtisadi, sosial, idarəetmə və müdafiə funksiyaları ilə bağlıdır. Dövlət xərcləri özünü maliyyələşdirmə, büdcədən maliyyələşdirmə və kreditlə təmin olunma formasında həyata keçirilir.
Dövlət xərcləri həm dövlətin mərkəzləşdirilmiş xərclərini, həm də digər dövlət qurumlarının qeyri-mərkəzləşdirilmiş xərclərini əhatə edir. Davam etməkdə olan özəlləşdirmə, səhmdarlaşma və qeyri-istehsal sahələrinin digər formalarının və kommersiya strukturlarının yaradılması şəraitində dövlət xərclərinin rolu nisbətən azalır, dövlət xərcləri ilə qeyri-dövlət təşkilatlarının xərcləri arasında nisbət dəyişir. Dövlət xərclərinə dövlət təyinatlı xərclərlə yanaşı yerli təyinatlı xərclər də-kiçik biznesə və sahibkarlığa, xüsusi milli kapitalın iştirakı ilə, xarici təşkilatlar tərəfindən aparılan xərclər aiddir. Daxilolma mənbəyindən asılıolmayaraq respublikamızda bütün dövlət xörcləri vahid prinsip əsasında həyata keçirilir. Onlar dövlətin sosial-iqtisadi proqramlarına uyğun olaraq bölüşdürülür.
Bildiyimiz kimi dövlət xərcləri 4 qrup üzrə təsnifləşdirilir: idarəetmə xərcləri, müdafiə və hüquq-mühafizə orqanlarının saxlanma xərcləri, sosial yönümlü xərclər, dövlətin iqtisadi siyasətinin həyata keçirilməsi ilə bağlı xərclər. Dövlət xərcləri sahələr üzrə təsnifləşdirilərək maddi istehsal sahələrinin xərcləri və qeyri-maddi istehsal sahələrinin xərclərinə bölünür. İstehsal sferası xərclərinə məhsulun istehsalı və satışı ilə əlaqədar xərclər aiddir. Bu xərclərə sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyay, rabitə və s. xərclər daxildir. Qeyri-istehsal sferası xərclərinə idarəetmə, müdafiə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və s. xərclər aiddir.
Dövlət xərcləri büdcə və büdcədənkənar fondlar sistemi vasitəsilə həyata keçirilən birbaşa xərclərdən və dövlət müəssisələrinin xərclərindən ibarətdir.
Dövlət xərclərinin mühüm tərkib hissəsini dövlət büdcəsi təşkil edir. AR dövlət büdcəsinin xərcləri dinamik olaraq artır. Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsini təmin edir.Bu xərcərin tərkibində iqtisadiyyata ayrılan xərclər artır. Dövlətin sosial fəaliyyəti ilə əlaqədar xərclər mühüm əhəmiyyətə malikdir. Bu xərclər hesabına sosial-mədəni tədbirlər təmin edilir, əhalinin mənzil və digər problemləri həll edilir.
Dövlət xərclərinin tərkibində büdcədənkənar fondların xərcləri əhəmiyyət kəsb edir. Bu xərclər həm sosial, həm də истещсал xarakterli olur. Onların yaradılmasında əsas məqsəd əhaliyə sosial xidmətin genişləndirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir.
Vəsaitlərin cəlb edilməsi və istifadəsinə görə ən böyük fond AR ƏƏSM Nazirliyi yanında AR Dövlət Sosial Müdafiə Fondudur. Fond öz vəzifə və funksiyalarını həyata keçirmək üçün xüsusi büdcəyə malikdir. Bütün növ pensiya, pensiyaya əlavələrin təyin edilməsi, maliyyələşdirilməsi və ödənilməsinə nəzarət DSMF-na tapşırılmışdır.
Neft hasilatının artımı nəticəsində əldə olunan gəlir axınını ədarə etmək üçün zəruri ehtiyatı nəzərə alaraq AR Prezidentinin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə AR Dövlət Neft Fondu yaradılmışdır. Onun qarşısında qoyulan əsas vəzifə vətəndaşların bugünki və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarından istifadə edilməsindən əldə olunan valyuta vəsaitlərinin yığılması və səmərəli istifadə edilməsini təmin eiməkdir.
Bazar iqtisadiyyatı şəraitində qeyri-mərkəzləşdirilmiş dövlət xərcləri də mühüm əhəmiyyət kəsb edir.Bu xərclər müəssisə, təşkilat və idarələrin özləri tərəfindən həyata keçirilir. Dövlət xərclərinin xeyli hissəsi dövlət müəssisələrinin fəaliyyəti ilə bağlıdır. Respublikamızda dövlət mülkiyyəti öz əhəmiyyətin saxmaqda davam edir. Neft sənayesi, yanacaq-energetika kompleksi və digər mühüm sahələr dövlət bölməsinin fəaliyyəti sferasındadır. Bu təsərrüfat sahələrinin maliyyələşdirilməsi ilə bağlı xərclər əsas etibarilə dövlət bölməsi miqyasında aparılır.
Dğvlət xərclərinin strukturunda müəssisələrin subsidiyalaşdırılması və inkişafına vəsaitlərin ayrılması, birbaşa kapital qoyuluşları önəmli yer tutur.
Beləliklə, dövlət xərcləri dövlət büdcəsinin xərclərindən, dövlətin kredit fəaliyyəti ilə əlaqədar xərclərindən və büdcədənkənar fondların xərclərindən ibarətdir.
Dövlətin xərc siyasəti iqtisadiyyatın dövlət tənzimlənməsinin və sabitləşdirilməsinin mühüm alətidir. O, ÜDM-un həcminə, əhalinin məşğulluğuna və tələbin tənzimlənməsinə bilavasitə təsir göstərir. Dövlət xərcləri məqsədli xarakter daşıyır. O, sosial-iqtisadi inkişaf planlarında və müəssisənin biznes planında, xərc smetasında nəzərdə tutulmuş məqsədlərə sərf edilir. Bu xərclər geri qaytarılmamaq xarakteri daşıyır.
Dostları ilə paylaş: |