7.3.DÖVLƏT BÜDCƏSİNİN SОSIАL YÖNÜMLÜ ХƏRCLƏRİ
Bаzаr iqtisаdiyyаtınа kечidlə əlаqədаr оlаrаq, dюvlətimiz sоsiаl sfеrаnыn inkişаfыnа dаhа чох diqqət yеtirir. Bildiyimiz kimi, dюvlətin sоsiаl siyаsəti Аzərbаycаn Rеspublikаsыnыn Kоnstitutsiyаsы və digər qаnunvеricilik аktlаrы ilə tənzimlənir və vətəndаşlаrыn sоsiаl müdаfiəsinin rеаllаşdыrыlmаsыnыn mаliyyə təminаtыnа yюnəldilir. Dюvlət bцdcəsi vаsitəsilə vəsаitlərin bir hissəsinin yеnidən bюlцşdцrцlməsi nəticəsində sоsiаl sfеrаnыn, еlmin və mədəniyyətin inkiаşfыnа dаhа чох vəsаit yönəldilir. Dövlət büdcəsi vasitəsilə ilə vəsaitlərin bir hissəsinin yenidən bölüşdürülməsi nəticəsində sosial sferanın, elmin və mədəniyyətin dəstəklənməsinə ÜDM-dən ayrılan vəsaitlərin payı istehsal sferasına nisbətən daha sürətlə artır. Bu nəinki Azərbaycanda, habelə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə də belədir.
Elmi-tədqiqat, təhsil, mədəniyyət və incəsənətin sürətli inkişafı sosial-mədəni tələbatların ödənilməsinən ehtiyacı olan müasir cəmiyyətin xarakterindən irəli gəlir. Elmi-tədqiqat, təhsil, mədəniyyət və incəsənətin inkişаfыnа olan tələb yalnız bazar yolu ilə ödənə bilməz Bundan sonrа da dövlət büdcədən vəsait ayırmaq, onun tarazlığını təmin etmək yolu ilə sosial-mədəni tədbirlərin himayəsində öz rolunu artırmalıdır. Müasir cəmiyyətdə əhalinin həyat təminatında qeyri-istehsal sahələri böyük rol oynayır. Təhsil, səhiyyə, mədəniyyət, incəsənt, sosial təminat və digər sahələrin də daxil olduğu sosial infrastruktur ölkənin təsərrüfat kompleksində mühüm yer tutur.
Hər bir ölkədə sosial infrastrukturanın inkişafı maddi istehsalı inkişaf səviyyəsindən, burada yaradılan milli gəlirin həcmindən, onun istehsal və qeyri-istehsal sahələri arasında bölgüsündən asılıdır. İnfrastruktur məhsuldar qüvvələrə hərtərəfli təsir edir. İctimai əmək bölgüsü prosesinin gücləndiyi bir şəraitdə maddi istehsal sahələrinin sosial infrastruktuz fəaliyyəti, demək olar ki, mümkün deyil. Sosial infrastruktura müəssisə və təşkilatların təqdim etdiyi maddi və mənəvi sərvətlər əhalinin şəxsi tələbatını ödəməklə yanaşı, işçi qüvvəsinin təkrar istehsalı və istehsalın intensivləşdirilməsinin mühüm amilləridir. İstehsalın və ictimai əmək bölgüsünün miqyasının genişlənməsi, ETT-nin sürətlənməsi, istehsal münasibətlərinin inkişafı, istehlakın strukturunun dəyişməsi və əhalinin sosial tələbatının artımı ilə müşayiət olunan həyat tərzinin dəyişməsi nəticəsində infrastrukturun mahiyyəti də dəyişir. İnfrastruktur sahələrinə sərf edilən canlı əmək ölkənin milli gəlirinin həcmini artırır.
Mцasir şəraitdə sosal yюnцmlц хərclərin mаliyyələşdirilməsi aşağıdakı mənbələr hеsаbınа həyаtа kеçirilir: Büdcə vəsaiti; büdcədənkənar fondların vəsaiti, müəssisələrin və əhalinin vəsaiti.
İctimayi istehlak fondları büdcənin, büdcədənkənar fondların və müssisələrin sosial infrastrukturuna yönəldilən vəsaitdir. Onların əsas təyinatı cəmiyyətin sosial inkişafı və əhalinin sosial müdafiəsi ilə bağlıdır. İctimai istehlak fondlarının vəsaitləri əhaliyə pensiyaların, müavinətlərin verilməsinə, təhsilin, səhiyyənin, sosial təminat xidmətlərinin hayata keçrilməsinə xidmət edir.
Yerli sosial müdafiə proqramları bələdiyyələr tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasını dövlət sosial təminatından əlavə sosial təminatlara təmin edir. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının məqsədi dövlətin həyata keçirdiyi sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil, maliyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanması və istifadə edilməsi, mənzil tikintisi, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, informasiya xidmətinin təşkili, KİV fəaliyyəti üçün şəraitin yaradılması və yerli infrastrukturun digər sahələrini əhatə edir.
2014-cü il dövlət büdcəsi xərclərində sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla, 2013-cü illə müqayisədə 1,3 faiz artmışdır. Mütləq ifadədə bu məqsədə 5337,3 mln. manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2013-cü ilə nisbətən 298,9 mln. manat və ya 5,9 faiz, 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 597,1 mln. manat və ya 12,6 faiz çoxdur. 18 yaşadək uşaqlara (63,6 min nəfər), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara (0,8 min nəfər), şəhid uşaqlarına (0,4 min nəfər), müharibə əlillərinin uşaqlarına (18,4 min nəfər), radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə (5,5 min nəfər), müharibə veteranlarına (53,7 min nəfər) verilən müavinətlərin, dəfn üçün nəzərdə tutulan müavinətin, əmək pensiyalarının minimum məbləğinin (1270,0 min nəfər), məcburi
köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin (540,0 min nəfər), şəhid ailəsi (13,8 min ailə), müharibə əlilləri (18,8 min nəfər) üçün vəAzərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə (0,2 min nəfər), “Xalq” və “Əməkdar”fəxri adlarına layiq görülmüş şəxslərə (5 min nəfər) Azərbaycan Respubli-kası Prezidentinin təqaüdünün, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara (85,8 min nəfər) verilən təqaüdlərin, eləcə də elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə vəzifə maaşına əlavələrin artırılması tədbirlərinin 2014-cü ildə maliyyə təminatı təmin edilmişdir.
Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kurs 2014-cü ildə də davam etdirilmişdir.
Dostları ilə paylaş: |