Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


MÜDAFİƏ VƏ IDАRƏЕTMƏ XƏRCLƏRİ



Yüklə 463,33 Kb.
səhifə59/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   125
Maliyyə 2018

7.4.MÜDAFİƏ VƏ IDАRƏЕTMƏ XƏRCLƏRİ
Müstəqil dövlətin yaşaması üçün ilkin şərtlərdən biri də dövlətin müdafiəsi, təhlükəsizliyi məsələləridir. Öz təhlükəsizliyini qoruya bilməyən dövlət hər an hərbi və siyasi müdaxilələrə məruz qala bilər. Buna görə də, dövlət hər şeydən əvvəl, öz müdafiəsini güclü təşkil etməlidir. Müdafiə qabiliyyətinin gücləndirilməsi isə ilk növbədə çox böyük həcmdə xərc tələb edir. Dövlət bu məqsədlə öz büdcəsindən hər il böyük miqdarda vəsait xərcləyir və öz müdafiə qabiliyyətini möhkəmləndirir.

Ümumiyyətlə, müdafiə xərcləri demək olar ki, tarixi olaraq ən ilk dövlət xərclərindən hesab edilə bilər. Belə ki, sinifli cəmiyyətin yaranması və dövlətin meydana gəlməsi, hər şeydən əvvəl, bu xərcləri vacib edirdi. Dövlət yaranırdısa, deməli, müdafiə olunmalı idi. Müdafiə xərclərinin əsas mənbələrini yoxsul əhalidən yığılan çoxsaylı vergilər və digər vergi yığımları təşkil edirdi.

Cəmiyyətin və dövlətin müasir inkişaf səviyyəsində bu xərclərin tərkibi və ödənilməsi mənbələri öz tarixi mahiyyətini saxlasa da, xeyli təkmilləşmişdir. Müdafiə xərcləri transfer xərclərdir. Yəni milli gəlirin artımına heç bir müsbət təsir göstərmir. Bu xərclər (çox zaman hərbi xərclər də adlandırılır) hərbidə şəxsi heyətin saxlanılmasına, silah istehsalına və silah alınmasına, kapital qoyuluşlarının həyata keçirilməsinə, ərzaq və digər hərbi təyinatlı malların alınmasına və s. məqsədlərlə istifadə olunan xərcləri əhatə edir. Buraya həmçinin, yeni hərbi texnologiyanın tətbiqi və hərbi obyektlərin bərpası, yaxud yenidən qurulması üçün istifadə edilən xərclər də daxildir.

Məlum olduğu kimi, hərbi xidmətə ölkənin kişi əhalisi cəlb olunur və hər bir ölkə vətəndaşı hərbi xidmət keçməlidir. Yəni bu, məcburi xidmətdir. Əhalinin bu hissəsinin hərbi xidmətə cəlb olunması, cəmiyyətin əsas işçi qüvvəsinə böyük təsir göstərir. Xüsusilə müharibə dövründə hərbi xərclərin artması ilə yanaşı, kişi əhalinin daha çox hissəsi müharibəyə cəlb olunurlar ki, bu da istehsal prosesində əmək məhsuldarlığının aşağı düşməsi deməkdir.

Ümumiyyətlə, müharibə şəraitində dövlət xərclərinin tərkibi demək olar ki, tamamilə dəyişir. Ölkənin bütün maliyyə resursları müharibəyə cəlb edilir və istifadə olunur. Müharibədən sonrakı dövrdə isə müharibə əlillərinə, zərər çəkənlərə, müharibə əsirlərinə, müharibədə ayrı düşmüş və başçısını itirmiş ailələrə yardımlar, müharibə dağıntılarının aradan qaldırılması ilə bağlı məsələlər dövlət büdcəsinə çox ağır bir xərc yükü gətirir.

Idarəetmə xərcləri ən mühüm transfer xərclərindəndir. Bu xərclər dövlətin yaşaması və fəaliyyət göstərməsini təmin edən ən əsas xərclərdəndir. Daha doğrusu, idarəetmə xərcləri dövlətin normal idarə olunması üçün zəruri sayılan xərcləri əhatə edir. Bu xərclər tarixi olaraq meydana gələn ilk dövlət xərclərindəndir. Müasir inkişaf səviyyəsində bu xərclər nəinki azalmış, əksinə xeyli artaraq dövlət büdcəsinin xərc hissəsində özünə böyük yer tutmuşdur. Belə ki, dövlət idarəetmə orqanlarının hamısı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar hesab olunur və bu orqanların fəaliyyəti üçün zəruri bütün xərclərin hamısı dövlət büdcəsindən ödənilir.

Idarəetmə xərclərinin ümumi dövlət xərcləri tərkibindəki payı dünyanın müxtəlif ölkələrində müxtəlif həcmlərdədir. Ümumiyyətlə, götürüldükdə, bu xərclər dövlət büdcəsində 10-15%-li paya malikdir, yəni bu normal xərc həcmini göstərir. Dünyanın inkişaf etmiş ölkələri zəif inkişaf etmiş ölkələrlə müqayisədə idarəetməyə xeyli az miqdarda pul xərcləyir. Bu ilk növbədə idarəçilik sisteminin avtomatlaşdırılması və az işçi ilə keyfiyyətli və dəqiq idarəetmə mexanizminin mövcudluğu ilə əlaqədardır. Yerli idarəetmə orqanlarının mərkəzi idarəetmə aparatı ilə əlaqələri çox dəqiq və yüksək səviyyədə qurulmuşdur. Bu kimi səbəblər üzündən inkişaf etmiş ölkələrdə dövlət büdcəsi xərclərinə xeyli qənaət olunur. Bundan başqa, həmin ölkələrdə dövlət idarəetmə orqanlarının sayı çox azdır. Belə ki, ən inkişaf etmiş ölkələrdən olan ABŞ 13 nazirlik, Yaponiya 19 nazirlik, İsveçrə 7 nazirlik və s. vasitəsilə idarə olunduğu halda, bir sıra az inkişaf etmiş ölkələrdə idarəetmə aparatı xeyli şişirdilmişdir.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin