BəZİ KİMYƏVİ termiNLƏRİn yaranmasi tariXİ haqqinda (I məqalə) V. M. Abbasov, A. M. Tağıyeva, M. M. Abbasov, Z.Ə. Həsənov, Ş. V. Salmanzadə



Yüklə 127 Kb.
səhifə1/7
tarix10.01.2022
ölçüsü127 Kb.
#108587
  1   2   3   4   5   6   7

Kimya məktəbdə




BƏZİ KİMYƏVİ TERMİNLƏRİN YARANMASI TARİXİ HAQQINDA

(I məqalə)

V.M.Abbasov, A.M.Tağıyeva, M.M.Abbasov, Z.Ə.Həsənov, Ş.V.Salmanzadə
Kimyanın əksər terminlərinin və anlayışlarının yaranmasının maraqlı tarixləri var. Bir çox hallarda bu terminlər və anlayışlar coğrafi məkanlarla, tarixi hadisələrlə bağlı olaraq yaranmış, sonralar kimya elminin dilində geniş istifadə olunmağa başlamışdır. Bu məlumatların şagirdlərə çatdırılması sözün mahiyyətini başa düşməkdə onlara kömək edir. Eyni zamanda tarixi məlumatların şagirdlər tərəfindən yaxşı mənilsənilməsinə kömək edir.

Bu məqalədə antrasit, arqon, askarbin turşusu, atmosfer, atom, asetat sözlərinin yaranma tarixinə aid maraqlı məlumatları təqdim edirik.

Kimyanın əsas anlayışlarından biri adsorbsiya-dır.

Cazibə qüvvəsinin təsirindən asılı olmayaraq qubka və ya islana bilən kağız nəmi özünə çəkir. Lakin, əvvəllər kapilyar güclərinin təsiri ilə bu hadisənin bağlılığı məlum deyildi. Qədim insanlara belə gəlirdi ki, qubka sadəcə suyu sorur. Hadisənin özünü adsorbsiya adlandırdılar:latın sözü “ad”-ondan “sorbeo”-udmaq.

Kimyaçılar incə xırdalanmış tozların xassələrini tədqiq edərkən belə hadisələrlə qarşılaşdılar.

Əgər qazlar qarışığı aktivləşmiş (incə xırdalanmış) ağac kömüründən təzyiq altında qovularsa, onda qazın ayrı-ayrı molekulları kömür hissəcikləri üzərində möhkəm əlaqələnir və onunla əlaqələnmiş şəkildə qalır. Molekullar nə qədər böyük olursa onlar bir o qədər möhkəm əlaqələnirlər, eyni zamanda xırda molekullar kömür hissəciklərindən asanlıqla keçirlər.

Əlehqazın fəaliyyəti bu prinsipə əsaslanır. Zəhərləyici qazların molekulları adətən atmosferdə olan oksigen və azot molekullarından böyük ölçüdə və böyük enerjiyə malik olur. Zəhərli qazlarla qarışmış hava aktivləşmiş kömür ilə doldurulmuş qutudan keçdikcə zəhərləyici maddələrin molekulları orada ləngiyir, oksigen molekulları isə asan keçərək nəfəs almağa imkan verir.

Belə çıxır ki, qədim insanların hesab etdikləri kimi qubka suyu “sorduğu” kimi kömür də zəhərli qazı havadan “sorur”. Lakin, əslində bu hadisələrin mexanizmləri olduqca fərqlidir. Aktivləşmiş kömürdə kapilyar qüvvələri yox, onun çoxsaylı hissəciklərinin sərbəst enerjisi təsir edir və bu hissəciklərin səthlərinə qaz molekulları “yapışır” (adgeriya olunur). Buradan da hadisənin adı adsorbsiya adlandırılmışdır (latın sözü “ad”-yanında və “sorbeo”-udmaq).

Amma hər halda kapilyar qüvvələrinin təsiri zamanı adsorbsiya müəyyən rol oynayır və çox zaman absorbsiya və adsorbsiya-nı fərqləndirmək çətin olur. Odur ki, bəzi alimlər hər iki tip qarşılıqlı təsiri ümumi termin olan “sorbsiya” adlandırmağı təklif edirlər.

Maraqlıdır ki, latınca sorbus – quş armudu deməkdir. Yəqin ki, bu ağacı onun qırmızı meyvələrinə görə belə adlandırıblar və hesab edirlər ki, bu meyvələr yerin şirəsini özünə sorur. Bu meyvələrdən şəkərin olduqca hiqroskopik əvəzedicisi ayrılmışdır. Bu əvəzedici havadan suyu “sorur”. Bu maddəni “sorbit”, onun oksidləşmə məhsulunu isə “sorbin turşusu” adlandırırlar. Sorbin turşusu konservləşdirmədə istifadə olunur.

Azot” sözünün mənşəyi də maraqlıdır.

XVIII əsrin 70-ci illərinin əvvəllərində alimlər belə fikrə gəldilər ki, havada iki qaz var ki, onlardan biri həyat üçün vacibdir, ikincisi yox. Aydın oldu ki, əgər heyvan şüşə kalpak altında yerləşdirilərsə və ya orada şam yandırılarsa, onda havanın bir hissəsi (həyatı təmin edən və ya yanmanı təmin edən) tezliklə sərf olunur, qalan hissədə isə canlı orqanizm ölür, alov sönür.

İsveç kimyaçısı Karl Şeele (1742-1786) ilk olaraq havanın tərkibinin mürəkkəb olduğunu söyləmiş (1772-ci il), yanmaya kömək edən qazı “yanar hava” (bu oksigendir), qalan hissəni isə “zəhərli ruh” adlandırmışdı. İngilis kimyaçısı Cozef Pristli (1733-1804) Şeeledən iki il sonra oksigeni kəşf etsə də məhz onu bu qazın ilk kəşf edəni hesab edirlər.

Həmin 1772-ci ildə ingilis kimyaçısı Daniel Rezerford “Şeele zəhərli ruhunu” mefitik” adlandırdı (latınca “mefitic” (mephitis)-zəhərli buxarlanma). Amma, fransız Antuan Lavuazenin verdiyi “azot” (həyatsız) sözü qəbul edildi. Bu söz latınca mənfi hissəcik a“zoe” – həyat sözündən yaranmışdır. Almanlar onu eyni prinsiplə ştikştof” adlandırır ki, bu da “boğucu substansiya” deməkdir. İngilis dilində bu adların heç biri qalmamışdır.

1790-cı ildə fransız kimyaçısı J.Şaptal qara barıtın tərkibinə daxil olan şorada azotu aşkar etdi və onu azot yox, nitrogenom-şoradan alınmış adlandırmağı təklif etdi (yunan sözü “nitran”-şora, təbii duz).

Bu ad D.İ.Mendeleyevin dövri sistemində azotun adı oldu – Nitrogenium. İngilis dilində də nitrogen.

Şora” sözü (sal nitrum) latın mənşəlidir.

Alkohol” sözü də qədim tarixə malikdir.

Hər zaman gözəl olmağa cəhd edən qadınlar gözlərini boyayardılar. Ərəb qadınları bunun üçün xüsusi xırdalanmış toz istifadə edirdilər ki, onun da adı “al-ko(x)l” (ərəbcə al-kuhl) səslənirdi və “toz, pudra, kül, toz” mənasını verirdi. Orta əsrlər və əlkimyaçıları onun ifadəsini bir az dəyişməklə həmin ifadəni qəbul etdilər və azca üfürməklə havaya qalxan istənilən xırda dispersli tozu “alkohol” adlandırmağa başladılar.

XVI əsrin əvvəlində bu termini bəzi mayelərin “buxarlarına” aid istifadə etdilər. Məsələn, çaxırı qızdırdıqda əmələ gələn buxar əvvəllər çaxır alkoholu adlandırılırdı, sonra daha sadə deməyə başladılar – çaxır sözünü atdılar və alkohol qaldı. Alkoholun qaynama temperaturu suyun qaynama temperaturundan aşağı olduğundan çaxırı qızdırdıqda ayrılan buxar ilkin çaxıra nəzərən alkohol ilə daha zəngin olur. Buxarları soyutduqdan sonra alınan maye daha tünd içki olur. Belə qovulma prosesi distillə adlanır (latın dilində “distillyatsio” (distillatio) – damcılarla axma deməkdir).




Yüklə 127 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin