BəZİ KİMYƏVİ termiNLƏRİn yaranmasi tariXİ haqqinda (I məqalə) V. M. Abbasov, A. M. Tağıyeva, M. M. Abbasov, Z.Ə. Həsənov, Ş. V. Salmanzadə


Ammonyak termininin maraqlı tarixi var. Qədim Misirdə ən çox səcdə edilən günəş allahı Amon



Yüklə 127 Kb.
səhifə4/7
tarix10.01.2022
ölçüsü127 Kb.
#108587
1   2   3   4   5   6   7
Ammonyak termininin maraqlı tarixi var. Qədim Misirdə ən çox səcdə edilən günəş allahı Amon idi. Amona sitayiş Yuxarı Misirdə başlamışdı (Fiv şəhərində) və sonra bütün Misirə yayılmışdı. Makedoniyalı İskəndər Yaxın və Orta Şərq dövlətləri arasında Misiri də işğal etdi (bizim eradan əvvəl 332-ci ildə). Makedoniyalı İskəndər öldükdən sonra onun nəhəng dövləti dağıldı və İskəndərin yaxın silahdaşları arasında bölündü. Misirdə Ptolomey hökmüdarlıq edirdi. Ptolomeylər dinastiyası orada 300 ilə yaxın hökmüdarlıq etdi. Misir mədəniyyətinin və dininin ellinizləşməsi (qədim yunan dilindən başqa dillərə keçmiş xüsusiyyət, ellin mədəniyyəti) bu dövrə aid edilir. Yunanlar burada tədricən özlərinin allahlarını Nil sahillərində sitayiş edilən allahlarla eyniləşdirməyə başladılar. Liviya səhrası vahəsində (səhrada yaşıllıq və su olan yer) Zevs-Ammona məbəd ucaldıldı (sonuncunun adı yunan traksliterasiyasında Ammon deyilir). Səhrada insanın qarşılaşdığı problemlərdən biri yanacağı necə tapmaqdır. Bu, çox sadə həll olundu – dəvə nəcisindən alov alındı. Məbədin divarlarında və tavanında dəvə nəcisindən yaranan tüstüdəki çöküntüdə xarici görünüşü ilə duza bənzəyən ağ kristallar aşkar olundu. Onları sal ammoniac-ammon duzu adlandırmağa başladılar.

Bu maddənin bir çox əsrlər tədqiqatına uğursuz cəhdlərdən sonra ingilis kimyaçısı və filosofu Cozef Pristli onu tədqiq etməyə başladı. 1774-cü ildə o, ammon duzundan boğucu qaz ayırdı və onu qələvi və ya “alkalin” hava adlandırdı. Çünki, bu qaz suda həll edildikdə su qələvi xassəli olurdu. Amma, bu qaz əvvəlcə ammonyak, sonra isə qısa olaraq ammiak adlandırıldı. Bu ad bu gün də saxlanılmaqdadır. Məişətdə (adi danışıqda) ammonyakın suda məhlulu naşatır spirti, bəzən isə sadəcə olaraq naşatır adlanır (baxmayaraq ki, kimyaçıların baxışlarına görə bu, düzgün deyil). Ammonyakın molekulu azot atomundan və üç atom hidrogendən ibarətdir. Ona daha bir hidrogen atomu əlavə olunduqda ammonium ionu əmələ gəlir ki, bu ion ammonium duzlarının tərkibinə daxildir (bizim “ammonium duzu” ammonium xloriddir). Əgər ammonyak molekulundan bir və ya bir neçə hidrogen atomu götürülsə, onda amin qrupları alınır. Çatışmayan hidrogen atomları karbohidrogen radikalları ilə əvəz olunduqda aminlər alınır. Aminlərə malik nisbətən sadə birləşmələrin uzun zəncirlərindən zülallar qurulur ki, əsasən bütün canlı orqanizmlər onlardan ibarətdir. Belə birləşmələr amin turşular adlanır. Belə alınıb ki, bizim bədənimizi qurmaq üçün ən əhəmiyyətli maddələr Misir Allahı Amona aid xatirəni daşıyır.

Anatomiyadakı terminlərdən biri də Amon adı ilə əlaqədardır. Bizim beynimizin gicgah payının əsasında qoyun buynuzuna bənzər burulmuş bölmə var ki, o da ammon buynuzu adlanır. Bu ad ənənəvi olaraq qoyun buynuzuna malik insan kimi Amonun ənənəvi təsviri ilə əlaqədardır.


Yüklə 127 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin