BəZİ KİMYƏVİ termiNLƏRİn yaranmasi tariXİ haqqinda (I məqalə) V. M. Abbasov, A. M. Tağıyeva, M. M. Abbasov, Z.Ə. Həsənov, Ş. V. Salmanzadə


Radioaktivliyin kəşfindən sonra işlədilən “alfa-hissəciklər” sözünün yaranma tarixi aşağıdakı kimidir



Yüklə 127 Kb.
səhifə3/7
tarix10.01.2022
ölçüsü127 Kb.
#108587
1   2   3   4   5   6   7
Radioaktivliyin kəşfindən sonra işlədilən “alfa-hissəciklər” sözünün yaranma tarixi aşağıdakı kimidir.

Elmdə çevriliş edən radioaktivliyin kəşfi aşağıdakı kimi olmuşdur. Fransız fiziki Antuan A.Bekkerel uran duzlarının fosforessensiyasını tədqiq edirdi. O, bilmək istəyirdi ki, günəş şüalarının təsirinə məruz qalan fosforessensiya edən cismlər bir az əvvəl kəşf olunmuş rentgen şüalarını buraxa bilərmi. Bekkerel bir qədər uran duzunu sıx qara kağıza bükülmüş fotolövhə üzərinə tökmüş və onları günəş şüalarının güclü təsirinə məruz qoymuşdur. Fotolövhə aydınlaşdırıldıqdan sonra onun üzərində sıxılmış pulcuqların konturları aşkar olundu. Aydın idi ki, uran duzu kağızdan keçən və fotolövhəni işıqlandıran hansısa şüalar buraxır. Amma, bu, fosforessensiya ilə əlaqədar idimi?

Xoşbəxt təsadüf Bekkerelə bu suala cavab vermək imkanı yaratdı. Buludlu gündə növbəti təcrübəni aparmaq mümkün olmadıqda alim bütövlükdə qurğunu masanın qutusuna qoyur. Bükülmüş fotolövhə üzərində alüminium lövhə, onun üzərində mis xaç və onun üzərində kalium və uranın ikiqat sulfatı var idi. Lövhəni aydınlaşdırarkən Bekkerel gözlənilmədən onun üzərində xaçın aydın konturlarını aşkar etdi. Bu, o demək idi ki, şüalanma qaranlıqda və uran duzunun əvvəlcədən günəş işığı ilə işıqlandırılması olmadan baş vermişdi. Ən qəribəsi o idi ki, rentgen şüaları kimi bu şüalar da adi şüanın qabiliyyəti ilə müqayisə olunmaz dərəcədə nüfuzetmə qabiliyyətinə malik idilər.

1899-cu ildə Bekkerel və bir sıra digər tədqiqatçılar müşahidə etdilər ki, əgər Bekkerel şüaları dəstəsi maqnit sahəsini keçirsə, onda şüaların bir hissəsi bir tərəfə, bir hissəsi başqa tərəfə istiqamətlənir. Bu o demək idi ki, Bekkerel şüaları qeyri-bircinsdir və elektrik yükü daşıyır. Bu nəticəyə eyni zamanda ingilis fiziki Ernst Rezerford da gəldi. O, müəyyən etdi ki, “uranın şüaları mürəkkəbdir və ən azı iki müxtəlif növdən ibarətdir.” Çox sürətlə udulan bir növü o, α-şüalar, daha çox nüfuz edən digərini isə -şüalar adlandırdı.

1990-cü ildə fransız fiziki Pol Viyyar göstərdi ki, uranın şüalarının qeyri-adi nüfuzedici qabiliyyətə malik üçüncü tərkib hissəsi də var ki, bu şüalar maqnit sahəsində istiqamətini dəyişmir. Digər iki tərkib hissəsinə analoji olaraq üçüncü hissə yunan əlifbasının üçüncü hərfi ilə - -şüalar adlandırıldı. Həmin ildə Pyer və Mariya Kürilər göstərdilər ki, -şüalar sürətlə uçan elektronlar selindən ibarətdir, Rezerford isə 1909-cu ilə qədər sübut etdi ki, α-şüalar helium atomlarının ionlarından ibarət olub nisbətən ağır hissəciklərdən ibarətdir. Odur ki, biz indi böyük sürətlə uçan elektronları -hissəciklər, iki neytron və iki protondan ibarət kombinasiyanı α-hissəciklər (-şüalar hissəciklərdən ibarət deyil, öz təbiətinə görə o, rentgen şüalarına oxşardır, amma, daha çox enerjiyə malikdir və uyğun olaraq yüksək nüfuzetmə qabiliyyətinə malikdir).

Amalqama” termini də kimyada geniş istifadə olunur. Hələ metallurgiyanın başlanğıcında adamlar başa düşdülər ki, əlavələr əsas metalın xassələrini həm yaxşılaşdıra, həm də pisləşdirə bilər. Misə az miqdarda sinkin əlavə edilməsi latun ərintisi verir. Bu ərinti “qızılı” rəngə malikdir və dekorativ məqsədlərlə istifadə oluna bilər. Əgər misə qalay əlavə olunarsa, onda bürünc alınır. Bu ərinti hər iki metalın ayrı-ayrılıqda olduğu hala nəzərən daha möhkəm materialdır. Dəmir kəşf olunana qədər bürünc insana məlum olan ən bərk material idi. Ondan silah hazırlanırdı və həmin dövr indi bürünc əsri adlanır. Və indi də təmiz metallar olduqca nadir hallarda istifadə olunur. Əlavələrin köməyi ilə yüzlərlə müxtəlif xassəli ərintilər alınır.

Ərintilərin növlərindən biri civə ərintisidir. Civə maye metaldır, odur ki, onun ərintiləri də mayedir və ya yumşaqdır. Amalqama təhrif olunmuş yunan sözü “malyaqma”-yumşaq altlıq sözündəndir. Yunanlar istənilən yumşaq və boş materialı malyaqma adlandırırdılar.

Diş həkimliyi işində gümüş amalqaması (bir neçə metal, əsasən gümüş əlavə etməklə civə) istifadə olunur. Bu ərinti kifayət qədər yumşaqdır.

Kimyanın terminləri içərisində “ametist” sözünün xüsusi yeri var.

Təbiətdə nadir hallarda rast gəlinən qiymətli daşlar həmişə heyranlıq yaradır. Onlar təkcə öz gözəllikləri ilə yox, həm də zaman keçdikcə bu qabiliyyəti itirməmələri ilə insanı heyran edirlər.

Romantik təbiətli qədim insanlar qiymətli zinət daşlarını maqik xassələrsiz təsəvvür etmirdilər. Belə ki, hesab edirdilər ki, bənövşəyi rəngli şəffaf daş sərxoşluqdan qoruyur, hətta bu daşdan düzəldilmiş piyalədən içilən çaxır heç bir pis təsir göstərmir. Bu daş ametist adlandırıldı. Yunanca “ametistos” – sərxoşluğa qarşı təsir edən deməkdir: a-mənfi hissəcik və “meti”-çaxır.


Yüklə 127 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin