Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


BÜDCƏ PRОSЕSININ IŞTIRАKÇILАRI VƏ ONLARIN SƏLAHİYYƏTLƏRİ



Yüklə 463,33 Kb.
səhifə62/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   125
Maliyyə 2018

8.2.BÜDCƏ PRОSЕSININ IŞTIRАKÇILАRI VƏ ONLARIN SƏLAHİYYƏTLƏRİ
Büdcə prosesi – büdcənin lаyihəsinin hаzırlаnmаsı, baxılması, təsdiqi və icrası ilə bаğlı hakimiyyət orqanlarının qanunvericiliklə аrdıcıllıqlа fоrmаlаşdırılmış fəaliyyətdən ibаrətdir. Onun məzmunu ölkənin dövlət və büdcə quruluşu, habelə müvafiq orqanların hüquqi və fiziki şəxslərin büdcə hüquqları ilə müəyyən edilir. Büdcə prosesində iştirak edən orqanlar: maliyyə orqanları, pul-kredit sistemini tənzimləyən orqanlar, dövlət nəzarəti orqanlarıdır. Hər bir orqanın bu və ya digər formada müəyyən vəzifəsi vardır və onlara verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Büdcə prosesinin iştirakçıları aşağıdakılardır:

- AR prezidenti;

- AR-nın Milli Məclisi;

- Azərbaycan Respublikasının hökuməti;

- AR Maliyyə Nazirliyi;

- Dövlət xəzinədarlıq orqanları;

- büdcə gəlirlərinin toplanmasını həyata keçirən orqanlar;

- Mərkəzi Bank;

- AR Hesablama Palatası;

- pul-kredit tənzimlənməsini həyata keçirən orqanlar;

- dövlət maliyyə nəzarəti orqanları;

- büdcədənkənar dövlət fondları;

- büdcə, vergi səlahiyyətləri verilən digər orqanlar.

Qanunvericilik və yerli özünüidarəetmə orqanları büdcə haqqında qanunu, onun icrası haqqında hesabatı müzakirə və təsdiq edir, büdcənin icrasına sonrakı nəzarəti həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları büdcə layihəsini tərtib edir və onları qanunverici orqanın təsdiqinə verir.

Azərbaycan Mərkəzi Bankının büdcə səlahiyyətləri ondan ibarətdir ki, Mərkəzi Bank Hökumətlə birlikdə pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb milli Məclisin müzakirəsinə təqdim edir. Mərkəzi Bank büdcə hesablarına xidmət göstərir. Dövlət qiymətli kağızları üzrə baş agent funksiyasını həyata keçirir.

Dövlət və bələdiyyə maliyyə nəzarəti orqanları büdcə layihələrinin, məqsədli proqramların ekspertizasını aparır və büdcənin icrasına nəzarəti həyata keçirir.

Qanunvericilik orqanlarının öz ehtiyat fondlarını yaratmaq hüququ yoxdur, büdcənin icrası üzrə ayrı-ayrı funksiyaları yerinə yetirə bilməz. Maliyyə nəzarəti orqanları büdcə layihələrinin, məqsədli proqramların ekspertizasını aparır və büdcənin icrasına nəzarəti həyata keçirir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi büdcə prosesinin iştirakçısı kimi aşağıdakı səlahiyyətlərə malikdir: dövlət büdcəsinin layihəsini tərtib edir, onu AR Hökumətinə təqdim edir və büdcədənkənar dövlət fondlarının layihələrinin hazırlanmasında iştirak edir;



  • Hökumətin tapşırığı ilə dövlət büdcəsi hesabına qaytarılmaq və təminat əsasında kənara vəsait verir;

  • Dövlət büdcəsi layihəsinin tərtibi və icrası sahəsində metodiki rəhbərliyi həyata keçirir;

  • İcmal büdcənin proqnozunu verir;

  • Hökumətin tapşırığı ilə daxili dövlət bopclanma proqramını, dövlət istiqrazlarının buraxılışı və yerləşdirilməsi şərtlərini müəyyən edir, subyektlərin və və bələdiyyələrin dövlət qiymətli kağızlarının emissiyasının qeydiyyatını aparır;

  • Hökumətin tapşırığı ilə beynəlxalq maliyyə-kredit təşkilatları ilə əməkdaşlığı həyata keçirir;

  • Hökumətin tapşırığı ilə xarici dövlət borclanma proqramını hazırlayır, xarici kredit resurslarının cəlb edilməsi üzrə işi təşkil edir;

  • Öz səlahiyyətləri çərçivəsində normativ aktlar qəbul edir;

  • Dövlət icra hakimiyyəti orqanlarından, büdcədənkənar dövlət fondlarından və yerliözünüidarəetmə orqanlarından dövlət büdcəsini tərtib etmək üçün zəruri materialları, dövlət büdcəsi haqqında hesabatı qəbul edir;

  • Dövlət büdcəsinin icrasının həyata keçirilməsini təşkil edir;

  • “Büdcə sistemı haqqında” qanunda nəzərdə tutulmuş qaydada dövlət büdcəsini icra edir;

  • Dövlət büdcəsinin icrasına qabaqcadan və cari nəzarəti həyata keçirir;

  • Dövlət büdcəsi haqqında hesabatı tərtib edir və Hökumətə təqdim edir;

  • Uçotun aparılması haqqında qaydanı müəyyən edir. Büdcə sisteminin bütün həlqələrinin büdcələrinin, büdcə idarələrinin xərc smetalarının icrası haqqında hesabatın tərtibi qaydasını, uçot və hesabat formasını müəyyən edir;

  • Büdcə vəsaitinin baş sərəncamçıları və sərəncamçıları, büdcə idarələrinə şəxsi hesab açır, onlardan dövlət büdcəsinin vəsaitinin istifadəsi haqqında hesabat alır, qanunverıcılıyə uyğun olaraq cərimə tətbiq edir.



Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin