maliyyə resurslarının artırılması və onlardan daha
səmərəli istifadə edilməsi
ehtiyatlarını aşkar etməyə imkan verir.
Maliyyə idarəedilməsinin strateji (ümumi) və operativ formaları fərqləndirilir.
Strateji idarəetmə proqnozlaşdırma vasitəsilə perspektiv maliyyə resurslarının müəyyən
edilməsində, məqsədli proqramın reallaşdırılması üçün maliyyə resurslarının həcmini
təyin etməkdə və s. ifadə olunur. O, dövlət və təsərrüfat idarəetmə orqanları tərəfindən
Azərbaycan Respublikasının
Milli Məclisi, Prezident Aparatı, Maliyyə Nazirliyi,
Iqtisadi Inkihaf Nazirliyi və s. həyata keçirilir. Operativ
idarəetmə maliyyə sistemi
aparatının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası
subyektlərinin maliyyə
orqanlarının, yerli hakimiyyət orqanlarının, büdcədənkənar fondları rəhbərlərinin,
sığorta təşkilatlarının, müəssisələrin maliyyə xidmətlərinin (şöbələrin) funksiyalarına
daxildir.
Azərbaycan Respublikasında maliyyənin
ümumi idarəedilməsi ölkə
Konstitusiyasına əsasən dövlət hakimiyyəti orqanlarına - Azərbaycan Respublikasının
Milli Məclisinə, Prezident Aparatına və Azərbaycan Respublikasının
hökumətinə
həvalə edilmişdir.
Maliyyənin operativ idarə edilməsini maliyyə aparatı həyata keçirir.
Onun köməkliyi ilə dövlət iqtisadiyyatın bütün struktur bölmələrinin maliyyə
fəaliyyətinə rəhbərlik edir. Maliyyə Aparatı operativ maliyyə planlaşdırılması, uçot,
təhlil, nəzarət və maliyyə planlarının yerinə yetirilməsi üzrə işləri həyata keçirir.
Xalq təsərrüfatının müəssisə və sahələrində maliyyə
fəaliyyətini müəssisənin
maliyyə şöbələri və xidmətləri, habelə nazirlik və idarələrin maliyyə bölmələri həyata
keçirirlər. Sığorta münasibətlərini xüsusi sığorta strukturları idarə edir. Dövlət
maliyyəsinin idarə edilməsi üzrə işləri Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və onların
yerlərindəki orqanları həyata keçirirlər.
Maliyyənin idarə
edilməsi sahəsində onun
əsas vəzifələri aşağıdakılardan ibarətdir:
Dostları ilə paylaş: