Mühazirə otağı/Cədvəl 201n məsləhət saatları Şənbə, saat 17. 00-18. 00 Prerekvizitlər



Yüklə 82,04 Kb.
tarix22.10.2017
ölçüsü82,04 Kb.
#9552
növüMühazirə




Ümumi məlumat



Fənnin adı, kodu və kreditlərin sayı

AZLL 105: Azərbaycan ədəbiyyatı (Universitet tələbi) 3 kredit

Departament

Azərbaycan dili və ədəbiyyat

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

2016, yaz semestri

Fənni tədris edən müəllim (lər)

Elza İsmayılova

E-mail:

elzaxanim@yahoo.com

Telefon:

(+99470) 3541060

Mühazirə otağı/Cədvəl

201N

Məsləhət saatları

Şənbə, saat 17.00-18.00

Prerekvizitlər

AZLL 101

Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)



Məcburi

Dərsliklər və əlavə ədəbiyyat



Tələb olunan dərsliklər və dərs vəsaitləri:

1.  Azərbaycan ədəbiyyatı tariхi: 6 cilddə. I c. (Ən qədim zamanlardan       ХIV əsrə qədər). – B.: Elm, Azərb. MЕA Nizami adına Ədəbiyyat İnstitutu nəşri. – 2004.


2. Azərbaycan ədəbiyyatı tariхi: 6 cilddə. II c. (ХIV - XVII əsrlər). – B.: Elm, Azərb. MЕA Nizami adına Ədəbiyyat İnstitutu nəşri. – 2007.

3. Azərbaycan ədəbiyyatı tariхi: (6 cilddə). III c. . – B.: Elm. – 2009.

4.B. Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. (3 cilddə), I c., B.: Elm və Təhsil. – 2011.

5. B. Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. (3 cilddə), II c., B.: Elm və Təhsil. – 2010.

6. Səfərli Ə., Yusifli B. Qədim və оrta əsrlər Azərbaycan ədəbiyyatı. –  B.: Maarif. – 1982.
7. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tariхi. – B., 1981.
8. Köçərli F. Azərbaycan ədəbiyyatı tariхi.I cild. – B., 1976.
9. Köçərli F. Azərbaycan ədəbiyyatı tariхi. II cild. – B., 1981.
10. Əfəndiyеv P. Azərbaycan şifahi хalq ədəbiyyatı. – B., 1988.

11.Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər.B.: Elm. – 2002.

12.Cəfərov N. Klassiklərdən müasirlərə. – B.: Çaşoğlu. – 2004.

İstifadə oluna biləcək digər mənbələr:

1.www.anl.az.-Milli kitabxana

2.www.kultaz.com.-azəridilli mədəniyyət və ədəbiyyat saytı.

3.www.lit.az.-azəridilli ədəbiyyat saytı.

4.www.kitabxana.net- elektron kitabxana.

5.az.wikipediya.org.- azəridilli ensiklopediya

6.www.azmif.net.-ədəbiyyatımızın ilkin qatlarıyla bağlı e-kitabxana.

7.www.azeribooks.aznet.org.-Azərbaycan şair və yazıçılarının əsərləri.

8.www.elm.az-AMEA portal

10.www.azyb.net.- Azərbaycan Yazıçılar Birliyinin saytı.

11.www.edebiyyatqazeti.com.-“Ədəbiyyat” qəzetinin saytı.

12.www.alatotan.org.-Azad Yazarlar ocağının saytı və eyniadlı dərginin e-va­riantı


Kursun vebsaytı



Tədris metodları



Mühazirə

Mühazirə

Qrup müzakirəsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

-

Digər

-

Qiymətləndirmə



Komponentləri

Tarix/son müddət

Faiz (%), bal

Aralıq imtahanı



Aprel

Fevral və mart aylarında keçirilən dərslər əsasında imtahan verilir.



30


Davamiyyət




5

Fəallıq


Dərslərdə, mü­­za­kirələrdə, dis­kus­siyalarda iştirak et­mək

10


Yoxlama yazı işi (quiz)

Aralıq imtahanı qabağı sı­naq işi

5


Yoxlama yazı işi (quiz)

Final imtahanı qabağı sınaq işi

5


Tapşırıq və testlər







Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə




-

Proqramdakı şeirlərin əzbərlənməsi



5


Final imtahanı

İyun

Aprel və may aylarında keçirilən mövzular əsasında final imtahanı verilir.



40


Digər




-

Yekun




100

Kursun təsviri



Azərbaycan ədəbiyyatı tarixi kursunda ən qədim dövrlərdən başlamış müasir dövrə qədər Azərbaycan ədəbiyyatının tariхi inkişaf mərhələləri öyrənilir, xalqımızın mədəniyyətində mühüm yеri оlan görkəmli şair və yazıçıların həyat və yaradıcılığı, оnların yaratdıqları bir sıra ədəbi əsərlər təhlil оlunur.

Kursun məqsədləri



Bu kurs qeyri-ixtisas tələbələri üçün nəzərdə tutulduğundan, onun tədrisində məqsəd elmi informasiyanın bolluğundan daha çox, daxili-mənəvi mədəniyyətin və əxlaqi-insani kamilliyin səviyyəsini yüksəltməkdir. Fənnin tədrisində məqsəd həm də tələbəyə hazır mühakimə əzbərlətmək yox, mühakimə yürütməyi öyrətməkdir.

Tədrisin (öyrənmənin) nəticələri



Kursun sonunda tələbələr Azərbaycan folklorunun və ən qədim dövrdən baş­lamış yazılı ədəbiyyatımızın seçilmiş nümayəndələrinin həyat və yaradıcılıq­ları haqqında ən ümumi şəkildə məlumat alacaq, seçilmiş konkret nümunələrlə tanışlıq əldə edə­cəklər. Hər bir mədəni Azərbaycan vətəndaşı kimi Azərbay­can ədəbiyyatı xə­zi­nə­sinə bələd olacaq, oradakı aparıcı ideya və dəyərləri mənimsəyəcək, ədə­biyya­tımız haqqında mühakimə yürütmək bacarığı forma­laşacaq, mənəvi baxımdan daha da təkmilləşəcəklər.

Qaydalar (Tədris si­yasəti və dav­ra­nış)

Fəallığa görə veriləcək bal tələbənin müzakirələrdə iştirakına, mətn təhlilində göstərdiyi fəallığa, semetsr boyu həftəlik dərs proqramına hazırlaşmalarına, yeni və əla­və ədəbiyyatlara göstərdiyi marağa görə veriləcəkdir. Davamiyyətə görə bal verilməsində tələbənin dərsdə ardıcıl iştirakı və dərsdə özünü qay­da­lara uyğun aparması nəzərə alınacaqdır. Üzrsüz buraxılan hər dərs üçün 1 (bir) bal çıxılacaq.
İmtahan haqqında:

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planında göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa mənbələrə də mü­­ra­ciət etmək lazımdır.

2. İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir.

3.Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər.

Cəzalandırma forması:

Dərsə gecikənlər və dərsi pozmağa təşəbbüs edənlər dərsə buraxılmırlar.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)



Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



13. 02.2016

13. 02.2016




Şifahi xalq ədəbiyyatı (folklor) haqqında ümu­­­mi məlumat. Azərbaycan şifahi xalq ədə­biy­yatının növləri və janrları.

Dastan yaradıcılığı. “Kitabi-Dədə Qorqud” dastanı, tədqiq ta­ri­xi, quruluşu, ideyası. “Salur Qazanın evi­nin yağ­ma­lan­ma­sı” boyu.



Səfərli Əliyar, Yusifli Xəlil. Azər­baycan ədəbiyyatı tarixi. –B., 2008, s.13-51.

Azərbaycan ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, ss. 15-50;

67-211; 241-310.

Kitabi-Dədə Qorqud. – B.: Gənc­lik, 1977.





20. 02.2016

20. 02.2016


“Koroğlu”dastanı, toplanması, tədqiq tarixi, strukturu. “Keçəl Həmzənin Qıratı qaçır­ması” qolu.

Məhəbbət dastanları. “Əsli və Kərəm” das­tanı.



Azərbaycan ədəbiyyatı tarixi (6 cild­də). II c., B., 2007, s. 470-524.

3.


27. 02.2016

27. 02.2016


XI- XII əsrlər Azərbaycan ədəbiyya­tı­. Nizami Gən­cəvi. Lirika. "Sənsiz" qəzəli. “Xəm­sə” .“Xosrov və Şirin” əsərinin məzmunu üzərində iş.

Səfərli Əliyar, Yusifli Xəlil. Azər­baycan ədəbiyyatı tarixi. – B., 2008, s.134-201; Azərbaycan ədəbiyyatı tarixi (6 cilddə). II c., B., 2007, s. 470-524.

4.

5.03.2016

5.03.2016


XIII -XIV əsrlər Azərbaycan ədəbiyyatı. İmadəddin Nəsimi. Həyatı, şəxsiyyəti və yaradıcılığı. “Dilbəra, mən səndən ayru ömrü, canı neylərəm...” qəzəli.

XV -XVI əsrlər Azərbaycan ədəbiyyatı. Şah İsmayıl Xətayinin həyat və yaradıcı­lığı. "Söz" gəraylısı. “Neylərəm ol cənnəti, için­də dildar olmasa...” qəzəli. “Dəh­namə” poe­ma­sı.



Azərbaycan ədəbiyyatı tarixi (6 cild­də). III c., B., 2009, s. 363-385;Azərbaycan ədəbiyyatı tarixi. B.: EA nəşri,1960, s.363-385;Səfərli Əliyar, Yusifli Xəlil. Azə­r­baycan ədəbiyyatı tarixi, B., 200­8, s. 323-345.

Azərbaycan ədəbiyyatı ta­ri­xi. B.: EA nəşriyyatı,1960, s.264-338.



5.


12.03.2016

12.03.2016


Füzuli yaradıcılığı türk-islam intibahının zirvəsi kimi. Həyat və yaradıcılığı. “Məndə Məcnundan füzun aşiqlik istedadı var” qə­zəli. “Leyli və Məcnun” poeması.


Azərbaycan ədəbiyyatı tarixi (6 cild­də). III c., B., 2009, s. 385-444.

Səfərli Ə., Yusifov X. Qə­dim və orta əsrlər Azərbaycan ədə­biy­ya­tı. – B.: Maarif, 1998, s. 409-439.



6.

19.03.2016

19.03.2016



Novruz bayramı




7.

26.03.2016

26.03.2016



Novruz bayramı



8.


2.04.2016

2.04.2016

Aşıq sənəti. Qurbani (“Bənövşə”), A.Tufar­qan­lı (“Könlum”), X.Qasım (“Yaxşıdı”), A.Ələsgər (“Gərəkdi”).

Azərbaycan ədəbiyyatında realizm mərhə­ləsi. M.P.Vaqifin həyat və yaradıcılığı (“Ba­­şına döndüyüm, toy adamları”)


Azərbaycan ədəbiyyatı tarixi (6 cild­də). I c., B., 2004, s. 463-482; 529-556; 568-581.

Azərb. ədəbiyyatı tarixi (6 cild­də). III c., B., 2009, s. 650-679.

Cəfərov N.Klassiklərdən müa­sirlərə.B.: Çaşoğlu, 2004, s.141.


9.



9.04.2016

9.04.2016


Q.Zakir – yeni tipli satirik kimi. Zakir yara­dıcılığının əsas istiqamətləri (“Ay mə­dəd”).
Azərbaycan ədəbiyyatında maarifçi-realizm mərhələsi. M.F.Axundzadə maarifçi-realist sənətkar kimi (“Hekayəti-Müsyo Jordan və Dərviş Məstəli şah”).

Yoxlama yazı işi (Quiz- 5 bal)


Azərb. ədəbiyyatı tarixi (6 cild­də). III c., B., 2009, s. 650-679.

Cəfərov N.Klassiklərdən müa­sirlərə.B.: Çaşoğlu, 2004, s.141.Qarayev Y.Azərbaycan ədəbiy­ya­tı: XIX və XX yüzillər. B.: Elm, 2002. s.165-274.




10.

16.04.2016

16.04.2016


S.Ə.Şirvani. Əxlaqi-didaktik əsərləri. Sati­raları (“Köpəyə ehsan”).

XX əsrin əvvəllərində Azərbaycan ədəbiy­ya­tının inkişaf istiqamətləri. C.Məm­məd­qu­luzadənin bədii nəsri və dra­ma­turgiyası (“Poçt qutusu”, “Ölülər”).



Aralıq imtahanı


B. Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. (3 cilddə), I c., B.: Elm və Təhsil, 2011, s.258-301.

Qarayev Y.Azərbaycan ədəbiy­yatı: XIX və XX yüzillər. B.: Elm, 2002, s.284-391.


11.


23.04.2016

23.04.2016


M.Ə.Sabir “Hophopnamə”dən seçmələr” ("Neylərdin, İlahi!”).

Azərbaycan ədəbiyyatında romantizm. H.Cavidin həyat və yaradıcılığı. (“Topal Teymur”)




B. Əhmədov. XX əsr Azərbay­can ədəbiyyatı tarixi. (3 cilddə), I c., B.: Elm və Təhsil, 2011. s. 375-433.

12.

30.04.2016

30.04.2016



C.Cabbarlı. Həyat və yaradıcılığı (“Öl­kə­m”, “Solğun çiçəklər”).

Ə.Cavad Cümhuriyyət şairi kimi

(“Azərbaycan Respublikasının Dövlət hi­m­ni”,”Çırpınırdı Qara dəniz”)


B. Əhmədov. XX əsr Azər­baycan ədəbiyyatı tarixi. (3 cilddə), I c., B.: Elm və Təhsil, 2011. s. 375-433.


13.

7.05.2016

7.05.2016


XX əsrin 40-50-ci illərində Azərbaycan ədə­­biyyatı. S.Vurğun. Həyat və yaradıcılığı (“A­­zə­r­­bay­can”, “Oxu, gözəl”, “Vaqif”).

M.Müşfiq (”Sənin gülüşlərin”).

Rəsul Rza (“Qızıl üzük”).


B. Əhmədov. XX əsr Azər­bay­can ədəbiyyatı tarixi. (3 cilddə), II c., B.: Elm və Təhsil, 2010. s. 254-267;185-192.

www.ilyasafandiyev.az.

14.


14.05.2016

14.05.2016

İ.Əfəndiyev (“Sən həmişə mənimləsən”). İ.Şıxlı (”Na­mərd gülləsi”), B.Vahabzadə (“Azərbaycan-Türkiyə”), İ.Hüseynov (“Tü­tək səsi”)



Qarayev Y.Azərbaycan ədəbiy­yatı: XIX və XX yüzillər. B., Elm, 2002, 645-674.

www.vahabzade.net.-B.Vahabzadə haqq.sayt.


15.


21.05.2016

21.05.2016


M.Araz (“Nə bilim”, “Məndən ötdü...”), Anar (“Gü­r­cü fa­mi­liyası”), İ.Fəhmi (”Aktrisa”)

Yoxlama yazı işi (Quiz – 5 bal)

Qarayev Y.Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. B.,Elm,2002,663-674

www.Anar.az.-Anarın personal saytı.



16.


28.05.2016

28.05.2016



Z.Yaqub (Allah, gözlərə bax...), R.Rövşən (“Qara paltarlı qa­dın”), V.Səmədoğlu (“Uzaq yaşıl ada”)

Qarayev Y. Azərbaycan ədə­biy­yatı: XIX və XX yüzillər. – B.: Elm, 2002, 675-704.

https://az.wikipedia.org/wiki/%C9%99Zəlimxan_Yaqub










Final imtahanı




Yüklə 82,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin