Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
LİT 305. Dünya ədəbiyyatı-1(Qədim və Orta əsrlər Şərq ədəbiyyatı,Antik (yunan və Roma)ədəbiyyatı).3 kredit.
|
Departament
|
Azərbaycan dili və ədəbiyyatı
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
2013/2014,yaz smestri
|
Fənni tədris edən müəllim (lər)
|
Dos.Mübariz Məmmədli
|
E-mail:
|
Mubariz1960@mail.ru
|
Telefon:
|
(+99450) 320 04 58
|
Mühazirə otağı/Cədvəl
|
305 Na,405 N,412
|
Məsləhət saatları
|
Şənbə,saat 10.00-12.00
|
Prerekvizitlər
|
yoxdur
|
Tədris dili
|
Azərbaycan dili
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Dərsliklər:
1.Cəlil Nağıyev.Qədim Şərq ədəbiyyatı tarixi.B.,Asiya,2004,546s.
2.Əli Sultanlı.Antik ədəbiyyat tarixi.B.,Nurlan,2008,519s.
3.Əli Sultanlı.Antik ədəbiyyat tarixi.B.,ADU,1958,415s.
Əlavə ədəbiyyat:
1.Yusif Yusifov.Qədim Şərq tarixi.B.,1993.
2.Oljas Süleymenov.Az-Ya.B.,1993
3.Stenli Kramer.Tarix Şumerdə başlayır.B.,BSU,2013
4.Cəmil Meriç.İşıq Şərqdən gəlir.B.,2004.
5.Əli Sultanlı.Kitabi Dədə Qorqud və Qədim yunan dastanları.B.,Elm 1999.
6.Qəzənfər Kazimov.Homerin poemaları və Kitabi Dədə Qorqud.B.,Təhsil,2006.
Qaynaqlar:
1.Qədim Şərq ədəbiyyatı. Tərtib edən İ.Vəliyev. B., 1999.
2.Nikolay Kun.Qədim Yunanıstanın mifləri və əfsanələri. B., BSU,2008.
3.150 cildlik Dünya ədəbiyyatı seriyasından müvafiq kitablar.
Bədii ədəbiyyat:
1.Bilqamıs dastanı (Gilqamış dastanı).
2.Ehram mətnləri.
3.Osiris haqqında əsatir.
4.Mahabharata.
5.Ramayana.
6.I-çin (Dəyişmələr kitabı).
7.Şi-çin (Nəğmələr kitabı).
8.Qədim Çin aforizmləri (Konfutsi,Dao).
9.Bibliya.
10.Avesta.
11.Homer.İliada.Odisseya.
12.Hesiod.Zəhmətlər və günlər.Teoqoniya.
13.Ezop.Təmsillər.
14.E.ə. VII-V əsrlərdə qədim yunan lirikası (Arxilox,Safo, Anakreont).
15.Esxil. Faciələr.
16.Sofokl. Faciələr.
17.Evripid. Faciələr.
18. Aristofan. Məzhəkələr.
19.Aristotel. Poetika.Ritorika.
20. Plavt. Məzhəkələr.
21.Terensiy. Məzhəkələr.
22.Lukresiy. Məfhumların təbiəti haqqında.
23.Katull. Şeirlər.
24.Vergiliy. Eneida. Bukoliklər.
25.Horatsiy. Odalar. Satiralar.
26.Ovidiy . Metamorfozlar.Elegiyalar.
27.Siseron. Natiqlik sənəti haqqında.
28. Yuvenal. Satiralar.
|
Kursun vebsaytı
|
|
Tədris metodları
|
Mühazirə
|
+
|
Qrup müzakirəsi
|
+
|
Praktiki tapşırıqlar
|
+
|
Praktiki məsələnin təhlili
|
-
|
Digər
|
-
|
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
|
30
|
Davamiyyət
|
|
10
|
Fəallıq
|
|
10
|
Tapşırıq və testlər
|
|
-
|
Kurs işi (Layihə)
|
|
-
|
Prezentasiya/Qrup müzakirə
|
|
10
|
Final imtahanı
|
|
40
|
Digər
|
|
-
|
Yekun
|
|
100
|
Kursun təsviri
|
Fənnin tədrisində Qədim Şərq, Yunan və Roma mədəniyyətləri müasir mədəniyyətin beşiyi, bu ərazilərdə yaşamış xalqların yaratdığı ədəbiyyat isə bəşəriyyətin ən zəngin xəzinələrindən biri kimi təqdim ediləcək, dünya ədəbiyyatının hərtərəfli öyrənilməsində kursun vacibliyi qeyd olunacaqdır.
|
Kursun məqsədləri
|
Kursun tədrisinin əsas məqsədi tələbəri qədim Şərq, yunan və Roma ədəbiyyatlarının ən görkəmli bədii nümunələri ilə tanış etməklə yanaşı, həmçinin onlara Qədim Şərq və Avropada ictimai quruluşların, mədəniyyət və ədəbiyyatların yaranması, təkamülü və əsas inkişaf mərhələlərinin konkret tarixi təhlilini göstərməkdən ibarətdir.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Kursla tanışlıq tələbələrdə Qədim Şərq və Qərb ədəbiyyatlarının xüsusiyyətləri, tendensiyaları, inkişaf tarixini öyrənməyə marağı artıracaq və gələcəkdə bilavasitə qədim dillərdə olan ədəbi abidələri oxuyub araşdıran mütəxəssislərin yetişməsinə təkan verəcəkdir.Kursu başa vurduqda tələbələr qədim dövr ədəbiyyatının ümumdünya mədəniyyətinə, o cümlədən Azərbaycan ədəbiyyatına göstərdiyi təsir haqqında geniş və hərtərəfli təsəvvürlərə malik olmalıdır.
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
Fəallığa görə bal tələbənin müzakirələrdə iştirakına, mətn təhlilində göstərdiyi fəallığa, semestr boyu həftəlik dərs proqramına hazırlaşmasına, yeni və əlavə ədəbiyyatlara göstərdiyi marağa görə veriləcəkdir. Davamiyyətə görə bal verilərkən tələbənin dərsdə ardıcıl iştirakı və özünü qaydalara uyğun aparması nəzərə alınacaqdır. Üzürsüz buraxılan hər dərs üçün 1 (bir) bal çıxılacaq.
İmtahan haqqında:
1.İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı dərsin iş planında göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa mənbələrə də müraciət etmək lazımdır.
2.İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir.
3.Aralıq və Final imtahanlarının hər ikisində test və ya klassik ola bilər.
Cəzalandırma forması:
1.Dərsə gecikənlər və dərsi pozmağa təşəbbüs edənlər dərsə buraxılmırlar.
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix(planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
-
|
12.02.2014
14.02.2014
|
Ədəbiyyat dünya mədəniyyəti və sənəti kontekstində.Ədəbiyyat tarixinin nəzəri əsasları.Dünya ədəbiyyatının inkişaf mərhələləri.Folklor və ədəbiyyat.Mif və ədəbiyyat.
|
Mühazirə kursu;
C.Nağıyev...,s 20-23;
Qədim dünya tarixi.,s 114-134.
|
-
|
19.02.2014
21.02.2014
|
Qədim Şərq ədəbiyyati.Beynəlnəhreyn(Mesopotamiya).Şumer və Akkad ədəbiyyatı.Babil mədəniyyəti.Gilqamış haqqında dastanlar və onların təsnifatı.
|
Qədim dünya tarixi.,s 134-147;
C.Nağıyev...,s 43-105.
Mühazirə kursu.
|
-
|
26.02.2014
28.02.2014
|
Qədim Misir ədəbiyyatı.Ehramlar kitabı.Osiris haqqında mif.Hermes Trismegist.Orta Şərq və Anadolu ədəbiyyatı.Qədim İran ədəbiyyatı.Avesta:dili,mətinin quruluşu və xüsusiyyətləri.Qədim Yəhudi ədəbiyyatı.Bibliya.
|
Mühazirə kursu;
C.Nağıyev...,s 105-203,375-455;
Qədim dünya tarixi.,s 177-237.
|
-
|
05.03.2014
07.03.2014
|
Qədim Hind ədəbiyyatı.Vedalar.Mahabharata.Ramayana.Kalidasanin dramları və poemaları.Qədim Çin ədəbiyyatı.Dəyişmələr kitabı.Nəğmələr kitabı.Dao.Konfutsi.
|
Qədim dünya tarixi., s.250-284;
C.Nağıyev...,s 205-375.
Mühazirə kursu.
|
-
|
12.03.2014
14.03.2014
|
Antik(yunan və Roma) ədəbiyyat tarixi kursuna giriş.Antik miflər və folklor.Yunan mifologiyasının əsası.İnsanın dünyagörüşünün tarixi tipləri.Antik ədəbiyyatın inkişaf dövrləri.Mifologiyanin inkişaf mərhələləri.
|
Mühazirə kursu;
Ə.Sultanlı... s.13-19;
N.Kun... s.28-30;
C.Meriç... s.9-21ş
|
-
|
19.03.2014
21.03.2014
|
Olimpiya allahları və onların adlarının yunan-Roma qarşılıqları.Qədim yunan poeziyasında növlər.Yunan qəhrəmanlıq eposu.
|
Mühazirə kursu;
Ə.Sultanlı... s.19-78;
Homer.İlliada.Odisseya.
|
-
|
26.03.2014
28.03.2014
|
Hesiod və didaktik epos.Ezop.Təmsillər.E.ə VII-V əsrlərdə qədim yunan lirikası.Arxilox.Alkey.Safo.Anakreont.Xor lirikası.
|
Mühazirə kursu;
Ə.Sultanlı... s.78-134.
|
-
|
02.04.2014
04.04.2014
|
Aralıq imtahanı
Qədim yunan faciələri.Faciənin quruluşu.Əsatirlə bağlılıq.Katarsis və mimesis.Esxil -“faciənin atası”.
|
Mühazirə kursu;
Ə.Sultanlı... s.134-164.
Esxil -“Xahiş edənlər”,”Zəncirlənmiş Prometey”, “Oresteya”.
|
-
|
09.04.2014
11.04.2014
|
Sofoklun həyat və yaradıcılığı.İnsan və cəmiyyət Sofoklun faciələrinin əsas problematikasıdır: İlahi.yazilmamış qanunlar və hakimiyyət qanunlarının fərqi; azad insan iradəsi və İlahi qanunlar; şəxsiyyətin və dövlətin maraqları.
|
Mühazirə kursu;
Ə.Sultanlı... s.164-192.
Sofokl-“Tiran Edip”,”Antiqona”,”Filoktet”.
|
-
|
16.04.2014
18.04.2014
|
Evripidin həyat və yaradıcılığı.Faciə janrının Evripid yaradıcılığında inkişafı.İnsanları real tesvir etmək meyli.Onların tərəddüd,zəiflik, ehtiraslarına diqqətin yönəldilməsi.Aristotelin faciənin nəzəriyyəsi ilə bağlı fikirləri.
|
Mühazirə kursu;
Ə.Sultanlı... s.192-221,248-273;
Evripid-“Medeya”;
Aristotel-“Poetika”.
|
-
|
23.04.2014
25.04.2014
|
Qədim Attik məzhəkə.Aristofan.Məzhəkə janrının ənənəvi xüsusiyyətləri.E.ə V-IV əsrlərdə qədim yunan ədəbiyyatında nəsr(Platon,Ksenofont,Plutarx,Lukian,Lonq).
|
Mühazirə kursu;
Ə.Sultanlı...s.226-248,273-282;Aristofan- Atlılar”,”Qurbağalar”.
|
-
|
30.04.2014
02.05.2014
|
Respublika dövründə Roma ədəbiyyatı.Məzhəkə janrının inkişafı(Plavt,Terensi).Respublikanın son dövründə Roma ədəbiyyatı(Siseron,Lusil,Sezar).
|
Mühazirə kursu;
Ə.Sultanlı... s. 313-363;
Plavt-“Xəzinə” ;
Terensi-“Qayınana’’.
|
-
|
07.05.2014
09.05.2014
|
İmperiya dövrü – qədim Roma ədəbiyyatının “qızıl əsri” kimi (Katull, Lukressi, Vergili, Horatsi, Ovidi).
|
Mühazirə kursu;
Ə.Sultanlı... s. 363 – 442;
Vergili -“Eneida” ;
Horatsi – Satiralar;
Ovidi – “Metamorfozlar”.
|
-
|
14.05.2014
16.05.2014
|
Roma ədəbiyyatında “gümüş dövr” (Seneka, Lukan, Fedr, Marsial, Yuvenal, Tassit, Petroni).
Roma ədəbiyyatının son dövrü ( Apuley).
|
Mühazirə kursu;
Ə.Sultanlı... s. 442-506;
Yuvenal – Satiralar; Marsial – Həcvlər;
Apuley – “Metamorfozlar” (“Qızıl eşşək”).
|
-
|
21.05.2014
23.05.2014
|
Orta əsrlər Şərq ədəbiyyatı. Poeziyanın inkişafı (Rudaki, Firdovsi, Xəyyam, Sədi, Hafiz).
|
Mühazirə kursu;
Y. Qarayev. İntibah və onun öyrənilməmiş problemləri/ Azərbaycan, 1978 N8.
|
|
|
Final imtahanı
|
|