MühaziRƏ V üRƏk-qan damar, onkoloji, ƏSƏb-ruhi


Dəri - zöhrəvi xəstəliklər



Yüklə 42,6 Kb.
səhifə8/9
tarix02.02.2022
ölçüsü42,6 Kb.
#114138
1   2   3   4   5   6   7   8   9
Dəri - zöhrəvi xəstəliklər,

QİÇS sosial gigiyenik problem kimi
Hələ uzun illərdən bəri sosial mənşəli infeksiyalann sırasına cinsi yolla keçən xəstəliklər sifilis, süzənək, trixomoniaz, xlamidiaz və b. aid edilirdi. Hal-hazırda ölkədə xəstələnmənin bu patologiya üzrə növləri xoşagəlməz vəziyyətlər yaradır. Bu xəstəliklərin qorxulu cəhəti ondan ibarətdir ki, bunlar gizli gedişata malik xəstəliyin ilkin dövıiərində olur, nəticə etibarilə belə xəstəliklərin geniş yayılması müşahidə olunur. Əsassız olmayaraq hətta bu xəstəliklərin yayılmasının epidemiyasından danışırlar. Nisbətən köhnə, lakin əhaliyə çox məlum olan xəstəliklər sifilis və qonoreyadır (süzənək). Bu xəstəliklər çox parlaq surətdə özünü göstərən «sosial xəstəliklər» sırasına aid olub, daha geniş surətdə dövlətdə iqtisadi qeyri stabillik və işsizliyin artması zamanı özünü biruzə verir. XX əsrin sonuncu 10 illiklərində ölkədə çox ciddi iqtisadi və ictimai böhran halları zöhrəvi xəstəliklərin ilk növbədə sifılis xəstəliyinin artmasına təkan verdi. Rusiyada sifılislə ilkin xəstələnmə əhalinin hər 100000 nəfərinə 1990-cı ildə 5,3 xəstələnmə halından 1997-ci ildə 277,6 rəqəminə çatmışdı. Ölkənin ayn-ayrı regionlarında xəstələnmənin bu növü 10 dəfələrlə artmışdı. Qonoreya (süzənək) ilə xəstələnmə 1990-cı ilin əwəllərində artaraq əhalinin hər 100000 nəfərinə 1990-cı ildə 99,4-dən 1993-cü ildə 132,4 rəqəminə çatmış, 1994-cü ildə isə azalmağa başlamışdı. 1998-ci ildə hər 100000 nəfər əhaliyə 85,0 xəstələnmə olmuşdur. Əlbəttə xəstəliyin azalması haqqında məlumat həqiqətə o qədər də uyğun deyil, çünki belə xəstələr bəzən tibb idarələrinə muracıət etmir, öz-özünü müalicə ilə antibiotiklər vurmaqla mualıcə olunurlar. Lakin bu müalicənin qurtarması heç də xəstənin sağalması demək deyildir. Belə xəstələr çox vaxt qeyri dövlət özəl müalicə idarələrində müalicə olunurlar.

Səhiyyədə yenidənqurmanın başlandığı momentdən ölkədə əhalinin və dekretləşdiriimiş qrupların nümayəndələrını, hamilə qadınların 100%-ni vassermanizasiyası, somatik stasionarların pasientlərinə sifilisin profilaktikası məqsədilə yoluxma mənbələrinin aktiv surətdə aşkar edilməsi, cinsi və məişət kontaktlarının müəyyən edilməsi məqsədilə sifilisin geniş, fəal, səmərəli, keyfiyyətli profılaktikasını aparmaq qarşıya məqsəd qoyulmuşdur.

Cəmiyyətdə baş verən transformasiya yəni dəyişilmə prosesləri dəri zöhrəvi dispanserlərinin, zöhrəvi xəstəlikləri olan xəstələrə yardımın təşkil edilməsini heç də asanlaşdırmamışdır. Lakin qeyd etmək lazımdır ki, bu istiqamətdə yalnız xəstələrin kontingenti dəyişilmişdir yəni bu xəstəlik əsas etibarilə işsizlər, kasıblar, mədəni səviyyəsi aşağı olanlar içərisində daha çox cinsi əlaqələr vasitəsilə yayılmağa başlayır. Hamilə qadınların qadın məsləhəbb (analarına etinasızlıq göstərərək oraya müraciət etməmələri anadan gəlmə sifilisin diaqnostikasını və qarşısının alınmasını çətinləşdirir. Həll edilməmiş problemlərdən biri fahişəliyin sifilisin yayılmasının stimulyasiyasında əsas faktor olaraq qalmasıdır. Özü-özünü müalicə, həkimə müraciət etməmək, yarımçıq müalicə olunma, klinika-seroioji müayinədən imtina etmək - neyrosifilisli xəstələrin miqdarının artmasına səbəb olur.

Sifılisin və digər cinsi yollarla yayılan xəstəliklərin ictimai aspektdə profilaktikası hazırda çox zəifdir, ona görə də bu xəstəliklərin qarşısını almaq üçün əhalinin gigiyenik tərbiyəsini artırmaq və belə işləri xüsusilə məktəblilər arasında gücləndirmək lazımdır.

Cinsi yolla keçən və dəri xəstəliklərinə qarşı mübarizə aparan yeganə müalicə-profilaktika idarələri dəri-zöhrəvi dispanserlərdir. Dispanserlər bu xəstəliklərin aşkar edilməsini, dispanser müşahidəsini, müalicəsini təşkil edən və müxtəlif formalı dəri xəstəliklərinin müalicəsi ilə məşğul olan bir müalicə profilaktika idarəsidir.


Yüklə 42,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin