Bədxassəli şişlər sosial-gigiyenik problem kimi. Müasir tibbin ən mühüm problemlərindən biri bədxassəli şişlərə qarşı mübarizə olub, bunun üzərində bütün dünya həkimləri və alimləri çalışırlar. Mütəxəssislər bədxassəli şişləri «2N-li qatil» adlandırırlar. Çünki, dünyanın bir çox ölkələrində bədxassəli şişlər ölüm səbəbləri içərisində ürək-damar sistemi xəstəliklərindən sonra 2-ci yeri tutur. Bu problemin öyrənilməsinin əsas əhəmiyyəti sonuncu onilliklərdə yoluxucu və digər xəstəliklərdən ölümün kəskin aşağı düşməsi və ölüm səbəbləri içərisində bədxassəli şişlərin birinci yerə çıxmasıdır. Bu xəstəliklərin sosial- gigiyenik əhəmiyyəti onunla izah edilir ki, bu xəstəliklər ən əvvəl iqtisadi cəhətdən yüksək itkilərə, vaxtından əvvəl ölüm və əlilliyə səbəb olur. Əgər XX əsrin əvvəllərində iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bütün ölürn səbəbləri içərisində bədxassəli şişlər 3-7% təşkil edirdisə, hal-hazırda 14-20% təşkil edir.
Bədxassəli şişlərdən ölüm səviyyəsi və ölümün tərkibi yaş və cinslə sıx əlaqədardır. Kişilər arasında baş vermiş ölümün tərkibində birinci yeri tənəffüs orqanlarının xərçəngi, ikinci yeri mədənin xərçəngi və üçüncü yeri yemək borusunun xərçəngi tutur. Qadınlar arasında birinci yeri süd vəzisinin xərçəngi, ikinci yeri uşaqlıq boynunun xərçəngi, üçüncü yeri mədənin xərçəngi tutur. Xərçəng xəstəliyindən ölüm kişilərdə qadınlara nisbətən üstünlük təşkil edir. 1998-ci ilin məlumatına əsasən Rusiya Federasiyasında kişilər arasında ölümün adi göstəriciləri 100.000 nəfərə 238,0 qadınlar arasında isə 168,6 olmuşdur. Yaş xüsusiyyətinə görə ölümün standartlaşdırılmış göstəriciləri 100000 nəfərə kişilər arasında 290,2, qadınlar arasında isə 137,2 nəfər təşkil etmişdir. Bədxassəli şişlərdən ölümün intensiv artması bu xəstəliyin yaş xüsusiyyətlərindən asılı olmasını göstərir. Bədxassəli şişlərdən yaş artdıqca ölüm göstəriciləri intensiv surətdə artır. ÜST «Britişh Medikal jurnal»ında dərc olunmuş məlumata istinadən hər il 10 milyon insan xərçəng xəstəliyinə tutulur. Səmərəli profilaktik tədbirlər aparılmasa 17 ildən sonra bu rəqəm 20 milyona çatacağı gözlənilir. Kişilər arasında yüksək ölümün nəinki ümumi, eyni zamanda ayrı-ayrı yaş qruplarında müşahidə edilməsi ilk növbədə onunla izah edilir ki, kişilər arasında daxili üzvlərin xərçənginin yemək borusu xərçəngindən 2 dəfə çox, mədənin, traxeya, ağ ciyərlərinin xərçəngindən 7 dəfə çox rast gəlməsidir. Bu lokalizasiyalı şişlərin erkən diaqnostikası indiki dövrdə belə çətinlik təşkil edir.
Qadınlar arasında ən cox rast gələn süd vəzisinin, cinsiyyət üzvlərinin xərçəngidir. Bu lokalizasiyalı törəmələrin diaqnostikası nisbətən asandır.
Bədxassəli şişlərdən baş verən ölümün dinamikası çox böyük maraq doğurur. ÜST verdiyi məlumata görə bu xəstəliklərdən baş verən ölümün səviyyəsi getdikcə artmaqdadır. 1991 və 1997-ci illərdə inkişaf etmiş ölkələrdə bu xəstəliklərlə xəstələnmənin və ölümün sürətlə artması qeyd olunur. Xəstələnmə hər 100000 nəfərə 1991-ci ildə 324,2 1997-ci ildə isə 381,0, ölüm göstəricisi isə 1991-ci ildə hər 100.000 nəfərə 279,0 təşkil edirdisə 1997-ci ildə bu rəqəm nisbətən azlıq təşkil etmişdir. (Sankt Peterburq şəhərinin məlumatına əsasən)
Bədxassəli şişlərin epidemiologiyası məsələləri ilə məşğul olan alimlərin əksəriyyəti hesab edirlər ki, bu xəstəliklərdən baş verən ölümün dinamikasını tədqiq etdikdə 3 əsas cəhəti nəzərə almaq lazımdır.
1. 60-70 il ərzində bütün dünyada bədxassəli şişlərin diaqnostikasının keyfiyyəti kəskin irəliləmiş, ixtisaslı - onkoloqların miqdarının artması, şişlərin histoloji və rentgenoloji müayinənələrinin keyfiyyəti yaxşılaşdırılmışdır.
2. Xəstəliklərin qeydiyyatı təkmilləşdirilmişdir.
3. Əhalinin yaş strukturunun qocalığa doğru meyilli
dəyişilməsi. 30 yaşa qədər əhali qrupuna nisbətən 60-70 yaşlı qadınların xərçəng xəstəliyindən ölümü 50-60 dəfə, eyni yaşda kişilər arasında isə 100-115 dəfə artmışdır. Lakin standartlaşdırılmış göstəricilər bütün dünya ölkələrində kişilər arasında bədxassəli şişlərdən ölümün yaş tərkibinə görə stabilləşməsini göstərir. Bütün bədxassəli şişlərdən yalnız tənəffüs orqanlarının şişləri bu qanunauyğunluğa daxil deyildir. Xəstələnmə və ölümün səviyyəsində ağ ciyərlərin xərçənginin artmaya doğru tendensiyası müşahidə olunur. Ağ ciyər xərçənginin artmaya doğru meyilli olmasını bütün tədqiqatçılar və alimlər papiros çəkmə ilə əlaqələndirirlər. Bizim ölkəmizdə şəhərlərdə onkoloqlar işləyən yerlərdə bədxassəli şişlərin qeydiyyatı 1939-cu ildən aparılır. Lakin bütün ölkə ərazisində 1953-cü ildən aparılmağa başlayır. Diaqnozu ilk dəfə aşkar edilmiş şiş xəstəliklərinin artmağa doğru tendensiyası bizim ölkəmizdə və MDB ölkələrində artmaqdadır. Kişilər bu xəstəliyə qadınlara nisbətən çox tutulurlar. Kişilər arasında bu göstərici hər 100000 nəfərə 329, qadınlar arasında isə 267,0 təşkil etmişdir.
Azərbaycan Respublikasında əhalinin hər 100000 nəfərinə ilk dəfə aşkar edilən bədxassəli şişlərlə xəstələnmə göstəricisinin dinamikası 1920-ci ildən etibarən azalması müəyyənləşdirilmişdir. 1990-cı ildə 131,1, 1997-ci ildə 73,4 səviyyəsində olmuşdur. 1990-cı ildə hər 100000 nəfərdən 426,7, 1997-ci ildə isə 392,3 nəfəri müalicə-profilaktika idarələrində bu xəstəliklə qeydiyyatda olmuşlar. Göstəricilərin belə istiqamətdə dəyişilməsi heç də o demək deyildir ki, bədxassəli şişlərlə xəstələnmə azdır. Azərbaycanda əhali arasında baş verən ölümün səviyyəsi 1990-cı İldə 69,0%O 1997-ci ildə isə 62,2%0 təşkil etmişdir. Əsasən tənəffüs üzvlərinin, süd vəzisi xərçənginin və hemoblastozun dinamik artması müşahidə olunur. Qida borusu və mədə xərçəngi azalmağa doğru meyllidir. Rusiya Federasiyasında və bütün dünya ölkələrində bədxassəli şişlərin yayılma səviyyəsi artmağa doğru meyllidir. Əgər 1980-cı ildə 1318 min xəstə qeydə alınmışdırsa, 1998-ci ildə 2005 bədxassəli şişlərlə xəstə qeydə alınmışdır. Xəstələrin təxminən 50% 5 ilə qədər yaşaya bilir.
Bədxassəli şişlər probleminin düzgün həll edilməsi üçün xəstələrin erkən aşkar edilməsi mühüm məsələlərdən biridir. Tibbi xidmətin düzgün təşkil edilməsi isə xəstəliyin vaxtında aşkar edilməsindən asılıdır. Şiş xəstəliklərinin erkən aşkar edilməsi, müalicəsi və onun qarşısının alınmasında onkoloji xidmət sisteminin mühüm əhəmiyyəti vardır. Bu sistem eksperimental diaqnostika və terapiya, kliniki onkologiya sahəsi, şüa terapiyasi, kimyəvi terapiya və cərrahi müalicə üsullarına əsaslanaraq fəaliyyət göstərir.
Bədxassəli şişlərlə xəstələnmə MDB ölkələrində ən aşağı səviyyə Tacikistanda (100000 əhaliyə 62,9) və ən yüksək səviyyə Estoniyada (100000 əhaliyə 265,6) müəyyən edilmişdir. Ölüm göstəricilərinə gəldikdə isə ən minimal aşağı ölüm göstəriciləri Orta Asiya və Zaqafqaziya respublikalarında, yüksək göstəricilər isə Pribaltika respublikalarında qeydə alınır.
Son illərdə kişi və qadmlarda cavan yaşlarda xəstələnmənin səviyyəsi eyni surətdə hamarlanır, lakin qoca yaş qruplarında isə artmağa doğru meyilli olur. Xərçəngə qarşı mübarizə tədbirlərinin aparılmasında bütün müalicə profılaktika idarələri iştirak edir. Profilaktik müayinələrin aparılması bədxassəli şişlərin və şişönü xəstəlik- lərin vaxtında aşkara çıxarılmasına səbəb olur. İxtisaslaşdırılmış tibbi yardım Milli Onkologiya Mərkəzi, onkoloji dispanserlər tərəfindən göstərilir. İxtisaslaşdırılmış yardım göstərən belə dispanserlər eyni zamanda stasionar yardımı göstərir və respublikanın mərkəzində və böyük şəhərlərdə fəaliyyət göstərirlər. Mərkəzi rayon xəstəxanalarında və rayon bölgülü şəhər poliklinikalarında onkoloji dispanser şöbələri və ya kabinetləri təşkil edilmişdir. Hər 15-20 terapevtik həkim sahəsinə 1 onkoloji həkim kabinetinin təşkil edilməsi norma sayılır. Bunlar xəstələri qəbul edir, onların müayinəsini və müalicəsini təşkil edir, onkoloji xəstələrin patronajını aparır, xəstələnmə və ölüm haqqındakı materialları, onların səmərəliliyini, əhalinin profilaktik müayinəsini təşkil edir. Onkoloji xəstəliklərin qarşısının alınmasında ən mühüm tədbirlərdən biri əhalinin dövrü tibbi müayinələrdən (kişilər 35 yaşdan, qadınlar ısə 30 yaşdan) keçirilməsidir.
Onkoloji dispanserlərin vəzifələri aşağıdakılardır:
1. Xəstələrin vaxtında erkən aşkar edilməsinin təşkili;
2. Yüksək ixtisaslı müalicənin təşkil edilməsi;
3. Dispanserlərin fəaliyyət göstərdiyi ərazidə bütün müalicə-profilaktika idarələrinə onkologiya sahəsində təşkilati- metodik rəhbərlik etmək;
4. Müalicə-profilaktika idarələrinin təcrübi fəaliyyətində daha səmərəli müalicə və diaqnostika metodlarının tətbiq edilməsi;
5. Müalicə idarələrində xəstələrin müalicə edilməsi üzərində nəzarət;
6. Gecikmiş xəstələnmə hadisələrinin öyrənilməsi və təhlil edilməsi;
Dispanser müşahidəsinə götürülməli olan onkoloji xəstələrin bütün kontingentlərini aşağıdakı müşahidə qruplarına bölmək olar:
a) Xərçəng xəstəliyinə şübhəli xəstələr
b) Şişqabağı və ya şişönü vəziyyətdə olanlar
v) İxtisaslaşdırıimış müalicə almalı olan xəstələr
q) Radikal üsulla müalicə olunmalı xəstələr
d) Praktiki sağlam şəxslər
e) Gecikmiş formada və ya stadiyada olan xəstələr.
Onkoloji dispanserlər onkoloji xəstələrin müalicəsi üçün
yeganə ıdarə deyildir. Onkoloji xəstələrin müalicəsi sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, bu xəstələrin erkən aşkar edılməsındə müalicə-profilaktika idarələrinin ilk növbədə isə polıklınikaların rolu müstəsnalıq təşkil edir. Bədxassəli şışlərın erkən aşkar edilməsi üçün 2 imkan vardır.
1. Həkimlərdə və əhali arasında xüsusi onkoloji ehtiyatlılığın formalaşdırılması;
2. Məqsədli və geniş əhali kontingentini əhatə edən profilaktik müayinələrin aparılması.
Müxtəlif müalicə idarələrində işin ən mühüm tərəfi xərçəngin gecikmiş hallarının təhlii edilməsindən ibarətdir. Gecikmiş formalı xərçəngin xəstələr arasında baş verilməsinin əsas səbəbi 40-45% hallarda xəstələrin tibbi xidmət üçün gec müraciət etmələri, 35-40% - gizli formalar, 20% diaqnozun düzgün təyin etməməsidir. Onkoloji xəstəlikləri öyrəndikdə ən mühüm göstərici hər 100 xəstəyə görə 1-ci ildə aşkar edilən və 1-ci il ərzində olən xəstələrin göstəriciləridir. Xərçəngin müxtəlif lokalizasiyasından asılı olaraq, bu göstərici geniş dəyişiliklərlə özünü göstərir, məs; 1-ci ildə müşahidəyə götürülənlərdən yemək borusunun xərçəngindən 59%-i, ağ ciyər xərçəngindən - 55%, süd vəzi xərçəngindən isə 11,5% ölür.
Xərçəngin 2 növ profilaktikası mövcuddur:
1. Kanserogen maddələri öyrənmək və insanın onunla kontaktına yol verməmək. Burada əsas etibarilə istehsalat zərərlərini aradan qaldırmaq. İstehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq, suyun və qida məhsullarının ciddi nəzarətə alınması.
2. Şişqabağı xəstəliklərin erkən aşkar edilməsi və radikal müalicəsi, bu baxımdan onkoloqların dediklərini unutmaq olmaz; «şiş önü olmadan xərçəng ola bilməz». Bu prinsipinrealizasiyası üçün daha kütləvi tibbi profiiaktik müayinələr və onkoloji ayıqhq olmalıdır. Sanitariya maarifi təbliğatının əhali arasında daha keyfiyyətli aparılması vacibdir.
Dostları ilə paylaş: |