ÜST-nın Avropa regional bürosunun ürək-damar xəstəliklərinin profilaktikası sahəsində qarşıya qoyduğu vəzifələr
ÜST-nın Avropa regional bürosunun qarşıya qoyduğu vəzifələrdən biri ürək-damar xəstəliklərinin yayılmasının azaldılmasıdır.
- 2000-2005-ci ilə qədər 65 yaşa qədər əhalinin ürək- damar
sistemi xəstəliklərindən ölümünün 15%-dən aşağı salınmasına nail olmaq. Ürək-damar sistemi xəstəliklərindən əzab çəkən insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq. Bu vəzifə aşağıda göstərilən şərtlərin yerinə yetirilməsi şəraitində mümkün ola bilər:
- bütün əhaliyə şamil edilə bilən profilaktik tədbirlərin
həyata keçirilməsi və əsas risk faktorlarının azaldılması: siqaret çəkmə, hipertenziya, hiperxolesterenemiya, artıq çəki və hipodinamiyanın profilaktikası;
- diaqnostika və müalicə metodlarınm səmərəliliyinin
artırılması;
- ürək-damar sistemi xəstəlikləri ilə xəstə olan insanların
fiziki, psixi və sosial reabilitasiyası.
Ürək-damar sistemi xəstəliklərinin qarşısını almaq üçün həyat tərzində edilən dəyişikliklər arasında;
- ürəyin koronar xəstəliyində-siqaret çəkməni tərgitmək, qidada duzun miqdarını azaltmaq, yağsız yeməklərdən istifadə etmək, idman, fiziki hərəkətlərlə məşğul olmaq, bədən çəkisinə nəzarət etmək.
- insult - siqareti tərgitmək, qidalarda duzun miqdarını azaltmaq, bədən çəkisinə nəzarət etmək.
- arterial təzyiqin yüksəlməsi - yeməkdə duzun miqdarının azaldılması, fiziki aktivliyi artırmaq, bədən çəkisinə nəzarət etmək, spirtli içkiləri azaltmaq.
Ürək-damar xəstəliklərinin geniş yayılmasını, onların içərisində ürəyin işemik xəstəliyinin və hipertoniyanın birinci yer tutmasını nəzərə alaraq, bu xəstəliklərin müalicəsi və profilaktikasını daha da yaxşılaşdırmaq üçün ölkədə kardioloji xidmət sistemi yaradılmışdır. Kardioloji xidmətin tərkibinə poliklinikalardakı kardioloji kabinetiər, xəstəxanaların ixtisaslaşdırılmış şöbələri, təcili yardım briqadaları, kardioloji dispanserlər aiddir. Kardioloji dispanserlərin, kabinetlərin, xəstəxanalardakı şöbələrin işini ştatdan kənar səhiyyə nazirliyinin baş kardioloqu requlə edir və onlara təşkilati-metodik kömək göstərir. Miokard infarktı keçirmiş xəstələr xüsusi ixtisaslaşdırılmış kardioloji sanatoriyalarda tibbi reablitasiya yardımı alırlar.
Poliklinikanın kardioloji kabineti, ürək-damar xəstəlikləri ilə xəstə olanlara konsultativ yardım göstərir, stenokardiya tutmaları tez-tez təsadüf edən ürəyin işemik xəstəliyi olanlar, ürəyin ritm pozğunluğu ürəyin iştirakilə gedən hipertoniya xəstəliyi olan (II stadiya), miokard infarktı keçirmiş şəxslər ilə əhatə edilirlər. Kardioloji kabinetdə işləmək üçün kardioloq vəzifəsinə kardiologiya üzrə xüsusi hazırlıq keçmiş terapiya sahəsində 3 ildən az stajı olmayan ixtisaslı terapevt təyin edilir. Yaşlı əhalinin hər 30.000 nəfərinə 1 həkim-kardioloq vəzifəsi təyin edilir. Revmatoloji kabinetə isə revmatologiya üzrə hazırlıq keçmiş ixtisaslı həkim terapevt təyin edilir. Hər 50 min yaşlı əhaliyə 1 həkim revmatoloq, uşaq poliklinikalarında isə kardiorevmatologiya üzrə xüsusi hazırlıq keçmiş həkim təyin edilir. Hər 25000 uşaq əhalisinə 1 həkim kardio - revmatoloq vəzifəsi təyin edilir.
Dostları ilə paylaş: |