MühaziRƏ V üRƏk-qan damar, onkoloji, ƏSƏb-ruhi


Əsəb ruhi xəstəliklər sosial gigiyenik problem kimi



Yüklə 42,6 Kb.
səhifə7/9
tarix02.02.2022
ölçüsü42,6 Kb.
#114138
1   2   3   4   5   6   7   8   9
Əsəb ruhi xəstəliklər sosial gigiyenik problem kimi. Tibb elmi və səhiyyənin aktul problemləri içərisində psixi sağlamlıq problemi mühüm yer tutur. Sosioloqlar, həkimlər bir çox ölkələrin dövlət xadimləri əsəb-ruhi xəstəlikləri və alkoqolizmi ən mühüm vacib sosial, tibbi və iqtisadi problem hesab edirlər. Bu isə əhali arasında ağır zədələnmə, yüksək əlillik, əmək qabiliyyətində böyük fasilələr, bu xəstələrin asosial davranışları psixi pozğunluqlara qarşı mübarizəni ön cərgəyə çəkir. Eyni zamanda dünya ölkələrindəki krizis əhalinin psixi sağlamlığının pozulmasına səbəb olur. Psixi xəstəliklərin yayılmasının xarakter xüsusiyyətlərindən onların ildən-ilə artması və yığılmasıdır. Ən əvvəl bu hadisə ilkin xəstələnmənin artması ilə əlaqədardır: əhalinin yaş strukturunun dəyişilməsi ilə, hərbi konfliktlər, işsizliyin artması, sosial müdafiənin olmaması, iqtisadi böhran, alkoqolizmin yayılması və b. Psixi xəstələrin çoxalıbyığılması bu xəstələr arasında ölümün-letallığın az olması ilə əlaqədardır. İqtisadi cəhətdən inkişaf etmiş qərbi Avropa və Şimali Amerika ölkələrində əhalinin 10-15%-i psixi xəstəliklərdən əziyyət çəkir. Asiya və Okeaniyanın inkişaf etmiş ölkələrində 6,- 9%, inkişaf etməkdə olan ölkələrdə 2,5-5% əhali psixi pozğunluqlardan əziyyət çəkir.

Statistik məlumatlar göstərir ki, ölüm səbəbləri içərisində psixi xəstəliklər 0,03-dən 0,05%-ə qədər, ümumi xəstəliklərin strukturunda isə bu patologiya 2,5-5% təşkil edir.

Sosial mənşəli psixozların əhali içərisində artması - reaktiv psixozlar, qocalıq psixozu, ağıl zəifliyi özünə diqqəti cəlb edir. Psixi xəstəliklərin öyrənilməsi aparılan statistik tədqiqatlarla müəyyən edilir. Bunlar eyni zamanda müxtəlif etioloji hipotezlərin, genetik, perinatal faktorların, radiasiyanın, əmək və məişət şəraitinin, qidalanmanın, mədəniyyətin və adət ənənələrin təsiri nəticəsində əmələ gəlməsi aydınlaşdırılır. İlk dəfə B.D.Petrakov tərəfındən dünyada psixi xəstəliklərin müasir tendensiya və qanunauyğunluqları 65 ölkədə öyrənilmişdir. Onun verdiyi məlumata görə XX əsrin 70-ci illərinin əvvəllərində 68-72 milyon psixi xəstə var idi ki, onların stasionar müalicəsinə ehtiyacı vardır. Psixi xəstələr arasında ölüm ona qoşulan xəstəliklərdən, bədbəxt hadisələrdən özünü öldürmə, psixi fəaliyyətin pozulmasından baş verir. Psixi xəstəliklərdən baş vermiş əlillik 6% təşkil edir. Əlilliyin ağırlıq dərəcəsinə görə bu xəstəliklər birinci yeri tutur. I və II qrup əlillik dərəcəsi alanlar 74%, III qrup isə 26% təşkil edir.

Psixi xəstəliklərə görə əlillik dərəcəsi xəstələrin yaşına görə ən cavanıdır - yəni 21 % əlillər 30 yaşdan kiçik yaş qruplarını təşkil edirlər. Psixi xəstəliklərdən əlillərin yalnız 8-10%-i xəstəxana və əlillər evində yerləşir, 90-92%-i isə ailə şəraitində yaşayır və dispanserlərin müşahidəsi altında olur. Bizim ölkəmizdə psixonevroloji xəstələrə çox ciddi müalicə-profilaktika yardımı göstərən, sistem yaradılmışdır. Ən aparıcı mühüm tibb idarəsi psixonevroloji dipanserdir. Bundan başqa bu sistemə psixonevroloji xəstəxanalar, gündüz stasionarları, əlillər evləri, ixtisaslaşdırılmış körpələr evləri, uşaq bağçaları və məktəblər aiddir.

Psixonevroloji dispanserin tərkibinə aşağıdakılar daxildir:

1. Müalicə-diaqnostik şöbə - tərkibinə sahə psixiatrlarının kabinetləri, psixoterapevt, manipulyasiya otağı, fizioterapevtik və rentgenoloji kabinetlər daxildir.

2.Stasionar şöbəsi.

3. Əmək terapiyası şöbəsi.

4. Gündüz stasionarı.

Dispanserin əsas vəzifələri aşağıdakılardır:

1. Əhali arasında sinir-psixi pozğunluqların erkən aşkar edilməsi, dispanser müşahidəsinə götürülməsi, dinamik müşahidə və müalicə edilməsi.

2. Psixogigiyenik və psixoprofilaktik işlərin aparılması.

3. Dispanser müşahidəsində olan xəstələrə sosial-məişət və patronaj yardımının təşkili.

4. Sinir-psixi xəstələrin əməyə alışdırılması və işə düzəldilməsi.

5. Məhkəmə-psixiatrik, əmək və hərbi ekspertiza işinin təşkili.

6. Poliklinika və xəstəxana həkimlərinə konsultativ yardım göstərmək.

7. Psixonevroloji xəstələnmənin qeydiyyatı və hesabatının təhlili.

Dispanser muşahidəsındə olan xəstələr 5 qrupa bölunur:

I qrup - stasionardan 2-4 həftədən sonra evə yazılanlar.

II qrup – kəskin və yarımkəskin xəstələr.

III qrup - xəstəliyin uzun müddət davam edən formaları.

IV qrup - passiv qeydiyyat - sistematik müalicəyə və aktiv sosial-profilaktik tədbirlərə ehtiyacı olmayanlar.

V qrup - stasionar müalicəsində öz müalicələrini davam etdirənlər. Xəstəxanadan kənar psixiatrik yardım hazırki dövrdə 3 istiqamətdə inkişaf edir.

1. Ənənəvi psixiatrik yardımın təkmilləşdirilməsi (psixo- nevroloji dispanserdə).

2. Konsultativ psixiatrik yardım.

3. Ümumi tibbi yardtm sistemində psixiatrik xidmətin inkişafı.

Əsəb-ruhi xəstəliklər probleminə müəyyən dərəcədə alkoqolizm və narkomaniya da aid edilir.

Əsəb-ruhi xəstəliklərdən özünün sosial nəticələrinə görə xroniki alkoqolizm xüsusilə qeyd edilməlidir.

Alkoqolizm və məişət sərxoşluğu adı altında sosial təsəvvürdə yalnız alkoqol xəstəliyi yəni sistematik olaraq spirtli içkilərin qəbul edilməsi və psixonevroloji dispanserdə müşahidədə olanlar yox, eyni zamanda spirtli içkiləri qədərsiz qəbul edənlər sağlamlığa mənfı təsir göstərənlər də aiddir. Əsas psixi xəstəliklər içərisində alkoqol psixozları 35% təşkil edərək birinci yeri tuturlar. Sərxoşluq papiros çəkmə ilə yanaşı digər xəstəliklərin (ürək qan damar sistemi, həzm orqanları, tənəffüs sistemi, onkoloji xəstəliklər) əmələ gəlməsi üçün mühüm risk faktor sayılır. Müxtəlif ölkələrdə narkoloqların hesablamalarına görə xroniki alkoqolizm və ağır sərxoşluqla xəstə olanların miqdarı əhalinin 1%-dən- 10%-ə qədərini təşkil edir. Lakin bu tam dəqiq məlumat deyildir, çünki alkoqoldan sui-istifadə edənlərin müəyyən hissəsi qeydiyyata alınmır. Lakin alkoqollu içkilərin qəbul edilməsinin tendensiyasının dinamikasına nəzər yetirdikdə, onun bəzi ölkələrdə 1975-ci ilə nisbətən azalması müşahidə olunur; Fransa, Portuqaliya, İtaliya, Avstriya, Danimarka, Böyük Britaniya, Yaponiya, Norveç və b. ölkələrdə. Macarıstan, Belçika, Avstraliya, Çexiya, Kanada, ABŞ, İrlandiyada artıma doğru tendensiya müşahidə edilir. Rusiyada alkoqolizm bütün illərdə özünü artma tempində göstərir. 1993-cü ildə narkomaniya ilə qeydə alınan xəstələr 2 dəfə artmış 100000 əhaliyə 6,4 təşkil etmişdir.

Hazırki dövrdə aşağıda qeyd edilən tendensiyalar müşahidə olunur:

1. Alkoqolizmin yayılmasının artması, (bəzi tədqiqatçılar hesab edirlər ki, əmək qabiliyyətli əhalinin 10-15%-i alkoqolizmlə xəstədir).

2. Tədqiqatçıların çoxu qadınlar arasında alkoqolizmin artmasını qeyd edirlər.

3. Alkoqolizmin cavanlar arasında yayılmasının artması (46% alkoqollu içkiləri ayda 1-3 dəfə, 15% isə həftədə 1 dəfə aikoqollu içkiləri qəbul edirlər).

Müxtəlif orqan və sistemlərə alkoqolun patoloji təsirini Y.P.Lisitsın, N.Y.Kont göstərirlər. Kişilər arasında xəstələnmənin yüksək olması müxtəlif qrup və siniflər arasında alkoqolun çox qəbul edilməsi bədbəxt hadisələrə və travmalara, tənəffüs üzvlərinin vərəminə, qaraciyər xəstəliklərinə, zöhrəvi xəstəliklərə, hipertoniya xəstəliyinə, miokardın infarktına, ağ ciyərlərin xroniki xəstəliklərinə səbəb olur.

Kişilər arasında alkoqolun çox qəbul edilməsi nəticəsində baş verən bədbəxt hadisələr bütün kişilər arasında baş verən hadisələrdən 2,7 dəfə çox təsadüf edilir.

Alkoqolizmin genetik nəticələri də çoxdur. Alkoqoliklərin uşaqlarında çox zaman anadan gəlmə eybəcərliklər, psixi, fıziki inkişafdan geri qalma və bu uşaqlar arasındä ölüm hadisələri çox təsadüf edir. Spirtli içkilərin həddən artıq qəbul edilməsi isə cəmiyyətdə bir sıra ciddi nəticələrə gətirib çıxarır. 95%- xırda xuliqanlıq, 85% ciddi xuliqanlıq və 60%-dən çox isə bilərəkdən və ağır cinayət işləri görür, adam öldürmədə günahlandırılır. Spirtli içkilərin qəbulu ilə əlaqədar olaraq, bütün ölkələrdə avtomobil qəzaları artır. Alkoqolizm istehsalata da böyük zərər gətirir, bu isə iş buraxmaların sayının artmasına, ailəyə zərər vurulmasına, əmək məhsuldarlığının azalmasına, bədbəxt hadisələrə səbəb olur. ABŞ-da alkoqol qəbul edənlər arasında ildə 30 milyona qədər əmək qabiliyyətini itirmə günləri qeydə alınır. Alkoqolizm ailədə münaqişələrə səbəb olur, boşanmaların əsas səbəblərindən biri olub, ailədə uşaqların tərbiyəsinin pozulmasına səbəb olur.

Alkoqolizm problemi öz aktuallığını bir əsr yox, bir neçə əsrlər boyu saxlamaqdadır. Spirtli içkilərə qadağa qoymaqla onun qarşısını almaq mümkün deyildir. Alkoqolizmin fəal profılaktikası bütün cəmiyyətin - ictimaiyyətin və tibbi tədbirlərin səylərini birləşdirməlidir.

Narkoioji xidmətin əsasında narkoioji dispanser və orada çaiışan psixiatr-narkoloq durur. Son iliər ambulator-poliklinikaların ilkin həlqəsi kimi narkoloji dispanserlərin azalması müşahidə olunur. Hətta stasionar şəbəkəsi də azalmağa doğru meyillidir. Lakin bunun müqabilində alternativ müəssisələr yaranır. Bu müəssisələr alkoqolizmin müalicəsinə deyil yalnız alkoqolun sui istifadə ilə qəbul edilməsindən törənən kəskin ağırlaşma nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərirlər.



Yüklə 42,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin