MühaziRƏ XIII böYÜk coğrafi KƏŞFLƏR. Avropa döVLƏTLƏRİNİn müSTƏMLƏKƏ İŞĞallari böyük coğrafi kəşflərin səbəbləri


Xristofor Kolumb. Amerika qitəsinin kəşfi



Yüklə 41,37 Kb.
səhifə2/6
tarix21.06.2023
ölçüsü41,37 Kb.
#128334
1   2   3   4   5   6
MÜHAZİRƏ XIII

Xristofor Kolumb. Amerika qitəsinin kəşfi. XV əsrin sonunda ispanlar da yeni ticarət yollarının axtarışında idilər. 1492-ci ildə Genuya dənizçisi Xristofor Kolumb (1451-1506) ispan hökmdarları Ferdinand və İzabellanın yanına gəldi. Kolumbun gəncliyi haqqında məlumat azdır. O, Genuyada toxucu ailəsində anadan olmuş, gəncliyində bir neçə dəniz səyahətində iştirak etmiş, astronomiya və coğrafiyanı gözəl bilirdi. Kolumb Atlantikadan keçməklə Hindistana çatmağın layihəsini əvvəlcə portuqal monarxına təqdim etmiş, lakin həm ondan, həm də sonradan ingilis və fransız monarxlarından müsbət cavab ala bilməmişdir. Bu zaman portuqallar Afrikanı keçməklə, Hindistana yolu kəşf etmək ərəfəsində idilər, buna görə də V Alfonsu Kolumbun təklifini qəbul etməmişdi. İngiltərə və Fransanın isə ekspedisya təşkil etmək üçün kifayət qədər dəniz qüvvələri yox idi.
İspaniyada isə Kolumbun planını həyata keçirmək üçün əlverişli şərait var idi. 1492-ci ildə Qranadanın işğalı və ərəblərlə müharibənin başa çatması ilə ispan monarxiyasının iqtisadi vəziyyəti xeyli ağırlaşmışdı. Xəzinə boşalmışdı, monarxiyanın satmaq üçün boş torpaqları yox idi, ticarətdən gələn gəlirlər də az idi. Zadəganların (idalqo) böyük bir qismi vəsaitsiz qalmışdı; onlar iqtisadi fəaliyyəti bəyənmir və yalnız müharibəni gəlir mənbəyi hesab edirdilər. İspan idalqoları yeni işğallara hazır idilər. Hakimiyyət də bu narahat zadəganların İspaniyadan uzaqlaşmasında maraqlı idi. Digər tərəfdən, İspaniya sənayesi yeni bazarlara ehtiyac duyurdu. Öz coğrafi mövqeyi və ərəblərlə uzunmüddətli savaşı səbəbindən İspaniya XV əsrdə Aralıq dənizi ticarətindən ayrı düşmüşdü. Afrikanı üzməklə Hindistana gedən yol isə ispanlar üçün bağlanmışdı. Çünki bu istiqamətdə hər hansı bir hərəkət İspaniyanın Portuqaliya ilə toqquşması demək idi.
Kolumbun ideyası katolik kilsəsi və Avropanın məşhur Salaman Universiteti tərəfindən də dəstəklənir. İspaniya hökmdarları ilə Kolumb arasında müqavilə (kapitulyasiya) bağlanır; bu müqaviləyə görə, Kolumb kəşf olunacaq torpaqların vitse-kralı təyin olunur, admiral titulunu alır, ona yeni mülklərin gəlirinin 1/10-ni, ticarətdən gələn gəlirin isə 1/8-ni almaq hüququ verilirdi.
1492-cü il avqustun 3-də Sevilya yaxınlığındakı Palos limanından 3 karavelladan ibarət olan donanma cənub-qərbə doğru istiqamət götürdü. Kanar adalarını keçəndən sonra Kolumb eskadranı şimal-qərb istiqamətinə yönəltdi və bir neçə gündən sonra Sarqas dənizinə çatdı. Burada gəmi bir neçə günlük passat zonasına (ticarət küləkləri) düşdü – dənizçilərin arasında yaranan ruh düşkünlüyü qiyam təhlükəsini yaratdı. Oktyabrın əvvəllərində heyətin təzyiqi ilə Kolumb istiqaməti cənub-qərbə doğru dəyişməli oldu. Nəhayət, 1492-ci il oktyabrın 12-də quru sahəsi göründü, donanma Baham adalarından birinə (ispanların “San-Salvador” adı verdiyi Quanaxani adasına) yaxınlaşdı. Birinci səyahətin (1492-1493) gedişində Kolumb Kuba adasını kəşf etdi. Kubanı Yaponiya sahillərindəki adalardan biri kimi qəbul edən Kolumb qərbə doğru hərəkət etdi və Haiti (Espanyola) adasını da kəşf etdi. Haiti sahillərində Kolumb ən böyük gəmisini itirdi və heyətin qalan hissəsini Espanyolada qoydu. Burada istehkam və qala tikildi. Espanyoladakı qala – “Navidad” (Milad günü) Yeni dünyada ispanların ilk məskəni oldu. 1493-cü ildə Kolumb İspaniyaya döndü və burada böyük təntənə ilə qarşılandı.
Kolumb Amerikaya daha 3 səyahət etdi: 1493-1496, 1498-1500, 1502-1504-cü illərdə. Bu səyahətlərin gedişində Kiçik Antil adaları, Puerto-Riko, Yamayka, Trinidad adaları kəşf edildi. Kolumb ömrünün sonuna qədər hesab edirdi ki, o, Hindistana qərb yolunu tapıb; buna görə də XVI əsrin sonuna qədər rəsmi sənədlərdə West Hind (Qərbi Hindistan) adına rast gəlinir. Lakin səyahətləri zamanı Kolumb zəngin qızıl ehtiyatları tapa bilmədi. Kolumbun düşmənlərinin sayı isə getdikcə artırdı. 1500-cü ildə Kolumb öz vəzifəsinin yerinə yetrilməsində yol verdiyi səhlənkarlıqlara görə həbs olunaraq İspaniyaya gətirildi. Kraliçanın birbaşa təsiri ilə Kolumb azad edildi və titulları ona qaytarıldı.
Özünün sonuncu səyahətində Kolumb böyük kəşflər etdi: o, Kubadan cənuba doğru materikin sahilboyusunu aşkar etdi, Karib dənizinin cənub-şərb sahillərini 1500 km boyunca öyrəndi. Sübut olundu ki, Atlantik okeanı “Cənub dənizindən” və Asiya sahillərindən torpaqla ayrılırıb. Beləliklə, Kolumb Atlantik okeanından Hind okeanına keçidi tapa bilmədi. Kraliça İzabellanın vəfatından sonra Kolumb İspaniya sarayında böyük dəstəkdən məhrum oldu. Onun İspaniyadakı əmlakı müsadirə olunaraq satıldı. 1506-cı ildə Kolumb dilənçi vəziyyətində vəfat etdi. Onun ölümü haqqında xəbər yalnız 27 il sonra dərc olunmuşdu.

Yüklə 41,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin