Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "



Yüklə 108,91 Kb.
səhifə2/2
tarix01.01.2022
ölçüsü108,91 Kb.
#103022
növüMühazirə
1   2

Nizami Gəncəvi(1141-1209)

Dövrü və həyatı. Nizami Gəncəvi Yaxın və Orta Şərq ədəbiyyatında yeni bir ədəbi məktəbin əsasını qoyan dahi Azərbaycan şairi və mütəfəkkirdir. Nizami dövründə Azərbaycanda iki böyük dövlət olmuşdur: şimalda Şirvanşahlar, cənubda isə Atəbəylər.

Nizamini adı İlyas, atsının adı Yusifdir. Nizami şairin təxəllüsüdür- nəzmə çəkən, nizamlayan deməkdir. Gəncəvi isə Nizaminin Gəncədə doğulmuş, təhsilini doğma şəhərdəki mədrəsədə almışdır. Əsərlərin diqqətlə öyrənilməsi göstərir ki, şair dövrünün bütün əsas elmlərini (tarix, fəlsəfə, fiqh - müsəlman hüquqsünaslığı, nücm - astronomiya, tibb və s.) dərindən bilmişdir. Nizami heç bir saryda yaşamamış, bütün ömrünü Gəncə şəhərində keçirmişdir. Nizami heç bir sarayda yaranmış, bütün ömrünü Gəncə şəhərində keçirmiş və 1209-cu ildə burada vəfat etmişdir. Nizami gənc yaşlarında Dərbənd hökmdarı Müzəffər ibn Məhəmməd şeirlər həsr etmiş, hökmdar da ona Afaq adlı bir kənizi-qıpçaq qızını hədiyyə olaraq göndərmişdir.Nizami Afaqla evlənmiş və 1174-cü ildə ondan Məhəmməd adlı oğlu olmuşdur. Vaxtsız vəfat edən Afaqı şair “ Xosrov və Şirin “ və “ İskəndərnamə “ poemalarında böyük məhəbbətlə xatırlamışdır. Nizamiyə dünya şöhrəti qazadıran “ Xəmsə “ ( Beşlik ) poemasına bu adı sonradan katiblər və təzkirəçilər ( ədəbiyyatşünaslar) vermişlər. Nizaminin özü isə poemalarını “ Pənc gənc “ ( Beş xəzinə ) adlandırmışdır. Həmin poemalar aşağdakılardır:

  1. “ Sirlər xəzinəsi “ -1174-75-ci illərdə yazılmış və Ərzincan hakimi Fəxrəddin Bəhram şaha həsr edilmişdir.

  2. “ Xosrov və Şirin “ poeması 1180-81 –ci illərdə tamamlanmış və Azərbaycan Atəbəylərindən Məhəmməd Cahan Pəhləvana həsr edilmişdir. Poema yazılandan az sonra hğkmdar vəfat etmiş və hakimiyyətə keçən qardaşı Qızıl Arslan Nizaminin görüşünə gəlmişdir. Nizami sonradan poemaya artırdığı əlavədə bu görüşü təsvir etmişdir. Gəncədən 200 km . aralıdaa olmuş bu görüş zamanı Qızıl Arslan Şairə Həmdünyan adlı bir kənd bağışlamışdır.

  3. “ Leyli və Məcnun “ – Şirvanşah Axistanın sifarişi ilə 1188- ci ildə yazılmışdır.

  4. “ Yeddi gözəl “ – “ Bəhramnamə “ adı ilə də tanınan bu poema 1197-ci ildə yazılmış və Marağa hakimi Əlaəddin Körpə Arslana həsr edilmişdir.

  5. “ İsgəndərnamə” – 1200-ci ildə tamalanmışdır. Əsərin birinci hissəsi-“ Şərəfnamə” Azərbaycan Atəbəylərindən Nüsrətəddin Əbubəkrə, ikinci hissə- “ İqbalnamə “ Mosul hakimi Məlik İzzaəddinə hhəsr edilmişdir.

Nizami dövrün tələbinə və ədəbi ənənələrinə görə əsərlərini fars dilində yazmışdır. Şairin bütün poemaları, əsasən, romantik üslubda yazmılmışdır.
Yaradıcılığı
Lirikası. Nizami yaradıcılığa lirik şeirlə başlamışdır. “Sirlər xəzinəsi” poemasından əvvəl yazdığı bir fəxriyyəsində Nizami musiqi kimi ürəkləri oxşayan , könül açan qəzəllərindən bəhs edir. Nizaminin Şirvanşah Axsitana bağışladığı bu “Divan”da 20 min beytə yaxın şeir olmuşdur. Lakin şairin “Divan”ından cəmi 6 qəsidə, 120 qəzəl və 30 -dan çox rübai gəlib çatmışdır. Nizaminin “Qocalıq” qəsidəsi göstərir ki, o, ömrünün sonlarında da lirik şeirlər yazmışdır.

Nizaminin lirik şeirlərinin , xüsusilə də qəzəllərinin əsas mövzusu məhəbbətdir.Bu qəzəllərdən “Gəlmiş idi”, “Sənsiz”, “Keçsin”, çox məşhurdur.

Nizaminin lirik şeirlərinin bir hissəsi də ictimai və əxlaqi məzmun daşıyır. “Olar” rədifli qəsidəsində şair hakimləri zülmdən əl çəkməyə , xalqla ədalətlə rəftar etməyə

çağırır.Nizami başqa qəzəlində cavanlara həyatı mənalı keçirməyi məsləhət bilir.


“ Xəmsə “ yə daxil olan poemalar “ Sirlər xəzinəsi “ poeması.
Nizaminin ilkpoeması başqa poemalarından vahid süjet xəttinin olmaması ilə fərqlənir. Poema iyirmi məqalətdən ( söhbət, nəsihət ) və hər məqalənin məzmunu ilə bağlı verilmiş kiçik həcmli mənzum hekayələrdən ibarətdir.

Şair öz fikrilərini daha açıq şəkildə demək üçün hekayələri, əsasən, tarixi mövzularda qələmə almışdır. “ Nuşirəvan və bayquşların söhbətləri “ , “ Sultan Səncər və qarı “ hekayələri, əsasən, tarixi mövzularda qələmə almışdır. “ Nuşirəvan və bayquşların söhbətləri “ , Sultan Səncər və qarı “ hekayələri buna nümunə ola bilər.

“ Zalım padşahla Zahidin dastanı “ hekayəsində də şairin əsas məqsədi şahlara ibadət dərsi verməkdir.

Poemada zəhmməti, əməyi tərənnüm edən hekayələr də vardır. “ Kərpickəsən qocanın dastanı “ adlı hekayədə insanın öz əməyinə güvənməsi fikri aşılanır.

“ Süleyman və əkinçi “ hekayəsində susuz səhrada torpağa dən səpsən bir qoca əkinci ilə Süleyman peyğəmbər qarşılaşdırılır. Süleyman əkinçiyə əməyinin hədər gedəcəyini dedikdə qoca kişi peyğəmbərə deyir: “ Bu torpağı dırnağımla şumlayıb, alın tərimlə suvaracağam “. Əkinçinin bu cür cavabı peyğəmbəri heyrətləndirir.
«Xosrov və Şirin” poeması

Nizaminin “Xosrov və Şirin” poeması ənənəvi qaydada minacat , nət və Mədhiyyə ilə başlayır. Mədhiyyədə Atabəy Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın tərifi verilib. Şairə görə sənətkar doğrunu yazmalı , boş və mənasız sözlərdən uzaq olmalı , sözü sözü uzatmamalıdır.

Nizami poemanın giriş hissəsində eşqdən də söz açır və belə bir nəticəyə gəlir ki,dünyada hər şey eşqlə bağlıdır, eşqsiz həyat yoxdur.

“Xosrov və Şirin” də hadisələr geniş epik planda təsvir edildiyi üçün poemanı mənzum roman da adlandırırlar. Əsərin əsas ideyası saf məhəbbətin tərənnümü və insanın mənəvi təkamülündə eşqin böyük tərbiyəvi rolu olduğunu göstərməkdir. Poemanın baş qəhrəmanı Xosrov və Şirindir.

“Leyli və Məcnun” poeması

Nizami “Leyli və Məcnun” poemasının mövzusu ərəb əfsanə və rəvayətlərindən götürülmüşdür. Yaxın Şərq ədəbiyyatında bu mövzuda ilk poemanı Nizami yazmışdır. Nizami bu poemasında insan mənəviyyatını və şəxsiyyətini buxovlayan köhnə baxışlarla ailəyə , həyata olan yeni dünyagörüşün toqquşmasını göstərmişdir. Poemada şair divanından da söz açır və oğlu Məhəmmədə nəsihət verir.


“Yeddi gözəl” poeması

Nizaminin bu poeması baş qəhrəmanın adı ilə “Bəhrəmnamə” də adlanır. Əsərin mövzusu Sasani hökmdarı Bəhram Gurun həyatından götürülmüşdür.Poemada ölkənin ədalətlə idarə olunması , hökmdar və xalqın qarşılıqlı münasibətləri məsələləri əsas yer tutur. Poemanın giriş hissəsində şair boş , faydasız həyatın zərərindən danışaraq insanları mənalı yaşamağa, öz əməlləri ilə dünyanı bəzəməyə səsləyir.


“İsgəndərnamə” poeması

“Xəmsənin “ nin sonuncu və həcmcə ən böyük poeması olan “İsgəndərnamə”iki hissədən ibarətdir: “Şərəfnamə” və “İqbalnamə”. Birinci hissə İsgəndərin apardığı müharibələrdən və qazandığı qələbələrdən bəhs edir. İkinci hissədə həyat və insan haqqında elmi fəlsəfi düşüncələrdən, ağılın qüdrətindən danışılır. Poemanın bu hissəsi “Xirədnamə” adı ilə tanınır.”İsgəndərnamə”nin giriş hissəsində Nizami özündən ,şöhrətindən danışır və artıq qocalıq dövrünün gəlib çatdığını dilə gətirir.

Poemanın baş qəhrəmanı e. ə. 300 il qabaq yaşamış Makedoniyalı İsgəndərdir. Lakin Nizaminin təsvir etdiyi qəhrəmanla tarixdəki fateh , işğalçı İsgəndər arasında fərq var. Şair , əsasən , müsəlman Şərqində İsgəndərlə bağlı olan rəvayətləri əsas götürərək bu surətin köməyi ilə ədalətli və dünya , insan haqqındakı qabaqcıl fikirlərini ifadə etmişdir.

Poemanın maraqlı surətlərindən biri də Nüşabədir. Bərdə hökmdarı Nüşabə ağıllı və tədbirli bir qadındır. Nüşabənin şöhrətini eşidən İsgəndər elçi sifətində onun sarayına gəlir.

Lakin Nüşabə onu tanıyır.

Poemanın ikinci hissəsində dahi şair İsgəndərdən alim kimi bəhs edir. Burada İsgəndərin Əflatun, Ərəstu, Sokrat və başqa filosoflarla söhbəti əsas yer tutur.”İsgəndərnamə”də maraq doğuran səhnələrdən biri İsgəndərin Şimal səfəri zamanı “Xoşbəxtlər ölkəsi”nə gəlişinin təsviridir. Burada oğurluq, əyrilik yoxdur. Nizami bu ölkənin təsviri ilə arzuladığı ideal insan cəmiyyəti haqqında kı istək və düşüncələrini qələmə almışdır.

Orta dövr Azərbaycan ədəbiyyatı (XIII-XVI)

Bu dövrdə Azərbaycan ədəbiyyatında mühüm ədəbi hadisələr baş vermişdir. Ədəbiyyatımızda ana dilində yazan müəlliflərin çoxalması.

Ədəbiyyatımızda tuyuğ janrı təşəkkül tapdı.

Ədəbiyyatımızda ikinci “Xəmsə” yazıldı. (Əşrəf Marağayi)

Fəlsəfi məzmunlu qəzəl inkişaf etdi.

Əruz vəzni ilə yanaşı heca vəznində də əsərlər yazıldı.

Azərbaycan dilində ilk nəsr nümunələri yazıldı.

XIII əsrdə ana dilimizdə ilk şeir nümunələri yaradan sənətkar İzəddin Həsənoğludur. O, ana dilimizdə yazdığı qəzəllərini Həsənoğlu, farsca yazdığı qəzəllərini Puri təxəllüsü ilə yazmışdır.

Şairin ana dilində yazdığı qəzəllərdən üçü, farsca qəzəlindən isə biri dövrümüzə qədər gəlib çatmışdır.

Bu dövrdə poliqlot şair kimi tanınmış Zülfüqar Şirvani(1190-1304) altı dildə lirik əsərlər yazmışdır. Lakin şairin təkcə farsca qələmə aldığı “Divan”ı günümüzədək gəlib çatmışdır.Divana daxil olan şeirlərin əsasıını məhəbbət lirikası təşkil edir.

XIII yüzilliyin anadilli epik şeir örnəkləri içərisində “Dastani- Əhməd Hərami” və Qul Əlinin “Qisseyi- Yusif” poemalarını misal göstərmək olar.

XIV yüzilliyin anadilli poeziya nümunələri içərisində Suli Fəqih və Mustafa Zəririn “Yusif və Züleyxa” poemaları xüsusi yer tutur. Hər iki əsər “Quran” motivləri əsasında yazılmışdır. Yusif Məddahın “Vərqa və Gülşa” poeması isə epik şeirin sonrakı inkişafında müəyyən rol oynamışdır.

XIII-XIV əsrlərdə anadilli ədəbiyyat güclənib fasdilli poeziyanı üstələsə də fars dilində yazıb-yaratmaq ənənəsi davam edirdi. Həmin dövrdə farsca yazıb- yaratmış Nəsirəddin Tusi (1201-1274)

“Əxlaqi-Nasiri” kimi fundamental əxlaqi-didaktik əsəri ilə yanaşı, bir sıra elmi-fəlsəfi, ədəbi-bədii əsərləri də yaranır.

Fars dilində yazılmış epik şeir nümunələri , əsasən Nizami ənənələri əsasında yaranırdı. Bu şairlərdən Marağalı Övhədinin “Cami-cəm” və “Dəhnamə “ poemaları diqqəti cəlb edir.

Arif Ərdəbili “Fərhadnamə” poemasını birbaşa Nizaminin “Xosrov və Şirin” əsərinin təsiri altında yazmışdır.

Əssar Təbrizi (1325-1390)fars dilində yazdığı “Mehr və Müştəri” poemasını Nizaminin təsiri ilə qələmə almışdır.

XIV əsr Azərbaycan ədəbiyyatında Qazi Bürhanəddinin (1344-1398) öz dəsti- xətti vardır. “ Sərdar” şair kimi tanınan Q. Bürhanəddin tarixdə həm igid və döyüşkən bir hökmdar, həm də incə qəlbli şair kimi tanınır. Şairin ana dilində yazdığı mükəmməl divanı günümüzə qədər gəlib çıxmışdır. Bu divan ana dilimizdə yazılan və əldə olan ilk divan sayılır. Şairin ərəb dilində yazdığı “Səadət iksiri” və “Seçilmiş izahlar” adlı dini-fəlsəfi əsərləri də vardır.

Q. Bürhanəddin yalnız lirik şeirlər yazmışdır. Şairin yaradıcılığında tuyuğ janrı əsas yer tutur.

XV-XVI əsrlər ədəbiyyatı ana dilimizdə yaranan lirik şeirlərin güclü inkişafı ilə səciyyələnir. Bu dövrdə Qaraqoyunlu hökmdarı Cahan şah Həqiqi , Səfəvi hökmdarı Şah İsmayıl Xətainin ana dilində şeirlər yazması başqa şairləri də doğma türk dilində yazmağa ruhlandırır.

Bu dövrün görkəmli şairlərindən biri Kişvəridir.Kişvərinin yaradıcılığında özbək şairi Əlişir Nəvainin təsiri hiss olunur. Şairin şeirlərində zülmdən şikayətlə yanaşı , nikbin ruh da hiss olunur.

Dövrün ustad şairlərindən biri olan Həbibi də XV əsrin sonları, XVI əsrin əvvəllərində yaşayıb- yaratmışdır. Şairin yaradıcılığında mənəvi azadlıq, və insan gözəlliyinin tərənnümü ideyaları güclüdür.

Dövrün aşıq şeirinin nümayəndəsi Dirili Qurbanidir (XVI) Qurbaninin ustalıqla qələmə aldığı qoşma, və gəraylılarında təbiət və insan gözəllikləri ,yüksək əxlaqi keyfiyyətlər tərənnüm olunur.

Orta dövr Azərbaycan ədəbiyyatında Aşıq Qurbanidın başqa Məhəmməd Əmani və Ş.İ. Xətai də yaradıcılıqlarında klassik janrlarla yanaşı, xalq şeiri üslubunda da maraqlı əsərlər yazmışlar.

İmadəddin Nəsimi (1369-1417)
Həyatı. İmadəddin Nəsimi anadilli ədəbiyyatımızda ictimai, fəlsəfi şeirin ilk görkəmli nümayəndəsidir. Şairin əsl adı Seyid Əii, ləqəbi İmadəddin, təxəllüsü Nəsimidir. O, 1369 -cu ildə Şamaxıda anadan olmuş, təhsilini də burada almışdır. Nəsimi gənc ikən sufizm cərəyanına meyl etmiş və sufi şeyxi Hüseyn ibn Həllac Mənsuru (858-922) özü üçün ideal bir şəxsiyyət seçmişdir.

Dahi şair ilk şeirlərini “Hüseyni” təxəllüsü yazmışdır.

Nəsimi 1386 -cı ildə hürufilik təriqətinin başçısı Fəzlullah Nəimi (1332-1394) ilə görüşdükdən sonra onun yaratdığı yeni təlimi-hürufiliyi qəbul edir. Bu dövrdən başlayaraq o, ustadı Nəimiyə hörmət əlaməti olaraq Nəsimi təxəllüsünü seçir. Hürufilər maddi və ilahi aləmi –ALLAHI, insanı və bütün varlıqları vəhdətdə götürür və sufilər kimi kamil insanı yüksək qiymətləndirirlər. Hürufilərin fikrincə bütün varlıqların yeganə səbəbkarı ALLAHIN nitqi, kəlamı-“QURAN”dır.”QURAN”isə hərflərdən ibarət olduğu üçün yeni təlimi qəbul edənlər özlərini hürufilər adlandırırlar. Hürufilərə görə, insanda ALLAHIN əlamətləri- “Quran”ın nişanələri vardır. Nəimi 1394- cü ildə öldürüldükdən sonra Nəsimi Türkiyəyə, oradan isə Suriyaya gedir. Şeirlərində hürufilik ideyalarını yaymaqda günahlandırılan Nəsimi 1417- ci ildə Suriyanın Hələb şəhərində agır işgəncə ilə öldürülür.

Yaradıcılığı. Nəsimi əsərlərini həm ana dilində, həm də farsca yazmışdır. Şairin bu iki dildə yazdığı “Divan”ı vardır. Şairin yaradıcılığında əsasən qəzəl, qəsidə, rübai və tuyuğ yazmışdır.

Nəsiminin əsərlərini məzmunca iki əsas yerə bölmək olar: saf məhəbbətin tərənnümü və fəlsəfi düşüncələr.Saf məhəbbətdən bəhs edən şeirlərinin çoxu qəzəl janrındadır. Şairin bu qəzəllərində məşuqənin gözəlliyi, aşiqin isə eşq yolunda çəkdiyi əzablar ustalıqla təsvir olunur. Buna misal olaraq şairin bir beyti diqqəti cəlb edir:

Üzünü məndən nihan etmək dilərsən , etməgil,

Gözlərin yaşın rəvan etmək dilərsən, etməgil.

Özünəməxsus deyim tərzi ilə seçilən qəzəl aşiqin məşuqəyə müraciəti şəklində qələmə alınmışdır. Nəsiminin insan gözəlliyinə həsr etdiyi qəzəlləri kamil bədii sənət nümunələridir.

Nümunə üçün şairin bir beytini nəzərdən keçirək:

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,

Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?

Qəzəlin bu beytində “xəyalinə və xəyali nə sözləri cinas qafiyələnir.

Nəsimiyə görə insan mənən kamil olmalıdır. Nəsiminin nəsihət şəklində yazdığı əxlaqi-tərbiyəvi məzmunlu şeirləri vardır. Şair bu şeirlərində zülmü pisləyir, insanları xeyirli işlər görməyə səsləyir. Bu cəhətdən şairin “Mən mülki-cahan...”qəzəli diqqəti cəlb edir:

Mən mülki-cahan , cahan mənəm,mən!


Mən həqqə məkan, məkan mənəm, mən!

Mən ərşilə fərşü kafü nunəm,

Mən şərhü bəyan, bəyan mənəm, mən!

Şeirin lirik qəhrəmanı özünü həm yaradan, həm də yaradılan , həm”gövhər”, həm də “kan”, həm “zaman”, həm nişan, həm də məkan hesab edir.

“ Mən mülki-cahan ...”şeiri əruz vəzninin həzəc bəhrində yazılmışdır. Qəzəlin dili çətindir. Buna baxmayaraq şeir humanist qayəsinə görə Azərbaycan

Fəlsəfi lirikasının orta əsrlərdə yazılmış klassik nümunələrindən biridir.

Nəsiminin həm məhəbbət mövzusunda yazdığı “Etməgil”, “Yanaram”, “Dilbəra...”, qəzəlləri, həm də fəlsəfi düşüncələri əks etdirən “Sığmazam”,

“Ağrımaz”və s. şeirləri istər sənətkarlıq baxımından, istərsə də məzmun cəhətdən bədii təravətini saxlamaqdadır.


Şah İsmayıl Xətai (1487-1524)


Həyatı. Ş.İ.Xətayi Azərbaycan tarixində həm görkəmli dövlət xadimi, həm də ana dilində gözəl şeirlər yazan qüdrətli bir şair kimi tanınır. Şairin

Adı İsmayıl , təxəllüsü isə Xətaidir. İsmayıl 1487-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur. İsmayılın atası Şeyx Heydər həm nüfuzlu bir təriqət şeyxi ,həm də igid bir sərkərdə idi. Anası Aləmşah bəyim isə Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi.

Səfəvilərin get-gedə artan nüfuzundan qorxan Sultan Yaqub Şeyx Heydəri xəyanət yolu ilə öldürtdürür. İsmayılı isə iki qardaşı ilə birgə həbs etdirir. Az sonra Gilan hakimi Həsən xan İsmayılı və qardaşlarını gizlicə öz sarayında saxlayır. İsmayıl burada Lələ Hüseyn bəyin himayəsi altında igid və istedadlı şair kimi yetişir. İsmayıl 1499-cu ildə kiçik bir dəstə ilə Ərdəbilə tərəf gedir. Yolda İsmayılın dəstəsinə bir çox türk tayfalarından olan tərəfdarları da qoşulur. Beləliklə, İsmayıl böyük bir qoşunla 1501-ci ildə Təbrizə daxil olaraq ,özünü şah elan edir.

Qüdrətli Səfəvilər dövlətini yaradan Şah İsmayıl hakimiyyətinin ilk illərində bir sıra hərbi uğurlar qazanır və dövlətin sərhədlərini xeyli genişləndirir. Lakin Şah İsmayıl 1514-cü ildə Osmanlı hökmdarı Sultan Səlimlə Çaldıran düzündə olan döyüşdə məğlub olur və bir daha müharibə aparmır.

Şah İsmayıl Xətayi 1524-cü ildə Ərdəbildə vəfat etmişdir. Ş.İ.Xətayinin bir hökmdar kimi Azərbaycanda mədəniyyətin, xüsusilə də anadilli ədəbiyyatın inkişafında misilsiz xidmətləri olmuşdur.
Yaradıcılığı. Ş.İ.Xətayi ana dilində həm lirik şeirlər,həm də epik əsərlər yazmışdır. “Nəsihətnamə” və “Dəhnamə” epik əsərlərdir. Ədəbiyyatımızda ilk dəfə olaraq ,divanına əruz vəznində şeirlərlə yanaşı, heca vəznində şeirlər də daxil etmiş sənətkar Xətayidir. Şair klassik üslubun -əruz vəznində yazdığı şeirləri qəzəl, qəsidə, mürəbbe, tuyuğ və janrlarındadır. Xətayinin heca vəznində yazdığı qoşma, gəraylı və bayatıları bu gün də öz bədii cəhətdən mükəmməlliyi ilə seçilir.

Xətayinin əsərlərində kamil insan problemi əsas yer tutur. Şairin “Deyil” rədifli qoşmasınin bir bəndini nəzərdən keçirək:

Namərd bağçasında qönçə gül olmaz,
Kamil ilə yoldaş olan yorulmaz.

İki məxluq vardır haqqa qul olmaz,

Məğrurluq, kibrilik etməli deyil.

Bu bənddə şair kamil insanlara öz rəğbətini , təkəbbürlü insanlara isə nifrətini bildirir. Xətayinin lirik qəhrəmanı ağıllı bir insan, gözəllik vurğunu, sevgisinə sadiq bir aşiqdir.

Xətayinin yaradıcılığında qəzəl janrının da öz yeri vardır. Bu qəzəllərin də əsas qəhrəmanı sevən aşiqdir.Şairin “...nə dersən?” qəzəlinə diqqət yetirək:

Qızılgül, baği bustanım nə dersən?

Fəda olsun sənə canım, nə dersən?

Bu beytdə səmimi qəlblə sevən bir gəncin ürək sızıltıları hiss olunur.

Xətayi poeziyasının diqqəti çəkən xüsusiyyətlərindən biri də sevinc və nikbinlik hisslərinin qabarıq şəkildə ifadə olunmasıdır. Şairin “Dövrüdür” rədifli qəzəli bu cəhətdən səciyyəvidir:

Növcəvan ol pir ikən, dövran ki, canan dövrüdür,

Şad ol, ey xəstə könül, kim, dərdə dərman dövrüdür.

Xətayi qurduğu dövlətin əsas ideologiyasını qoşma və gəraylılarında ifadə etmişdir:

1.dövlət qurmağa;

2.qurduğu dövlətin siysi-ideoloji əsaslarını möhkəmləndirməyə;

3. ölkənin əhalisini bir bayraq və bir ideya ətrafında birləşdirməyə;

O,imam Əlini təriqət mürşidi, ALLAHDAN və MƏHƏMMƏD peyğəmbərdən sonra ən böyük qüdrət sahibi adlandırır.

Mənim yolumda yektalar gərəkdir,

Dini imanı yəğmalar gərəkdir.

Mənəm Sultan Xətai Heydər oğlu,

Mənim yolumda qovğalar gərəkdir.

Xətayinin yaradıcılığında təbiət gözəlliklərinin təsviri də mühüm yer tutur. Bu cəhətdən şairin “Bahar oldu ki, aləm gülşən oldu” qəzəli peyzaj lirikasına gözəl nümunədir:
Bahar oldu ki, aləm gülşən oldu,

Gözün aç, gör cahan nə rövşən oldu.

Bəzəndi hər bir ağac bir gül ilə,

Ağaclar ccümlə gülppirahən oldu.

“Mövsimi-qış getdi qəzəli də bu mövzuya gözəl nümunədir.
“Ayrılır” qəzəli

Xətayi bu qəzəli Nəsiminin eyni adlı qəzəlinə nəzirə yazılmışdır.

Xətayi də bu qəzəli Nəsimi kimi müsəlmanlara xitabla başlayır:

Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Uçdu ruhum , getdi əqlim , gövdədən can ayrılır.

Nəsimidən fərqli olaraq, Xətayi bu qəzəlində dörd obyektə (müsəlmanlara, könlünə, gözlərinə, özünə) müraciət etmişdir. Qəzəlin dili sadədir. Asan başa düşülür.


“Dəhnamə” poeması (1506)

Azərbaycan ədəbiyyatında “Dəhnamə” yazmaq ənənəsi olmuşdur. Xətayidən əvvəl H.Təbrizi, M. Övhədi bu ad altında fars dilində əsərlər yazmışlar. Xətayinin “Dəhnamə”si yuxarıda adları çəkilən müəlliflərin “Dəhnamə”lərindən fərqlidir. Xətayi bu əsəri Azərbaycan dilində yazmışdır. İnsanın pəriyə vurulmasını, fədakarlığı sayəsində onu ram etməsini ustalıqla təsvir etmişdir. Əsərinə Bağban, Huş, AH və Göz yaşı kimi simvolik surətlər əlavə etmişdir.

Poemanın mövzusu saf, ülvi məhəbbətin tərənnümüdür. Əsərin əsas qəhrəmanı vəfalı, iradəli Aşiqdir. Aşiqdən sonra ikinci surət Məşuqdur. Əsər nikbin sonluqla bitir. Poemanı yazmaqda şairin 3 niyyəti olduğunu bildirir: 1. Allahın birliyini bildirməklə öz bəndəliyini bildirmək; 2. Qəmli könülləri sevindirmək; 3. Dünyada özündən sonra bir yadigar qoymaq;

“Nəsihətnamə” məsnəvisi

Xətayinin epik əsəri olan “Nəsinətnamə” öyüd- nəsihət şəklində yazılmış məsnəvidir. Şair bu əsərində gənclərə öz faydalı məsləhətlərini verir. “Nəsihətnamə”nin yazılma səbəbini belə açıqlayır: “Nəsihətnamə” yazdım dərvişanə,
Cahanda olmaq üçün bir nişanə.

Xətayi əxlaqi-tərbiyəvi məzmunlu nəsihətlərində isə gənclərə müraciətlə deyir:Budur sözüm sənə,məndən əmanət,

Könül yıxma, vəli eylə imarət.

Dəxi yoldaş ilə qonşunu gözlə

Ki, xalqın eybini sən açma, gizlə.

Xətayinin “Nəsihətnamə” məsnəvisindəki öyüd-nəsihətləri bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır.


Məhəmməd Füzuli (1494-1556)


Həyatı. M. Füzuli klassik Azərbaycan ədəbiyyatının dünya şöhrətli söz ustalarından biridir. Şairin adı Məhəmməd, atasının adı Süleymandır. Füzuli onun təxəllüsüdür. Füzuli 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla şəhərində anadan olmuşdur.Füzuli təhsilini mədrəsədə almış, həm dini, həm də dünyəvi elmlərə dərindən bələd olmuşdur.

Füzuli yaşadığı illərdə Kərbəla, Bağdad şəhərləri əvvəlcə Ağqoyunluların, sonra isə Səfəvilərin və Osmanlıların hakimiyyəti altında olmuşdur. Şair heç bir sarayda yaşamamışdır. Bununla belə, o, “Bəngü badə” poemasını Şah İsmayıl Xətayiyə, bir sıra əsərlərini isə Sultan Süleyman Qanuniyə həsr etmişdir. Füzuli 1556-cı ildə indiki İraq ərazisində olan Kərbəla şəhərində vəfat etmişdir.

Yaradıcılığı

Füzuli yaradıcılığa gənc yaşlarından başlamış, tez bir zamanda məşhurlaşmışdır.

Füzulinin bədii irsi islam Şərqinin üç aparıcı dilində-- türk, fars, ərəb dillərindədir.

Qəsidələri. Klassik Şərq şeirinin ən qədim və dəbdəbəli üslubu seçilən qəsidə janrı Füzuli yaradıcılığında xüsusi yer alır. Füzuli “Qəsidələr divanı”na yazdığı dibaçədə bu janrın üstünlüklərini belə qeyd edir:

Məsnəvi üsulu, qəzəl sənəti

Qazanmış olsa da aləmdə şöhrət,

Ancaq bir eybi var: ifratla təfrit

Nə onda dad qoymuş, nə bunda ləzzət.

Təkcə qəsidədir, hər xeyir işdə

Cilvələr saçaraq sayılır sənət.

Füzulinin qəsidələr divanına 85 nümunə daxildir. Onların içərisində azərbaycanca qəsidələr üstünlük təşkil edir. Füzuli qəsidələrində daha çox islam dininin böyük şəxsiyyətlərini mədh etmişdir. Füzulinin “Su”, “Gül”, “Xəncər” rədifli qəsidələri Azərbaycan dilində qələmə alınmışdır. Yüksək bədii keyfiyyətlərinə görə bu gün də öz əhəmiyyət və aktuallığını qoruyub saxlamaqdadır.
Qitələri. Füzulinin türk divanında qitə janrında olan örnəklər xüsusi yer tutur. Şair qitələrində bir sıra ictimai-fəlsəfi problemlər qoyur. Bu problemləri yüksək bədii dillə ifadə edir. Bu baxımdan şairin müəllimə müraciətlə başlayan qitəsi səciyyəvidir:

Ey müəllim, aləti-təzvirdir əşrarə elm,

Qılma əhli-məkrə təlimi-məarif,zinhar

Hiylə üçün elm təlimin qılan müfsidlərə

Qətli-am üçün verir cəlladə tiği-abidar.

Bu qitədə şair göstərir ki, məkr əhlinə elm öyrədən ona baş kəsmək üçün iti qılınc verir.

Qəzəlləri. Füzuli qəzəllərinin əsas mövzusunu məhəbbət təşkil edir. Füzulinin tərənnüm etdiyi gözəl nə qədər ilahi səciyyə daşısa da , canlı insan duyğuları və yaşantıları ilə əlaqəsini kəsmir. Şairin qəzəllərinin təsir gücü də bundadır.

Füzuli eşqdə Məcnundan da üstün olduğunu iftixar hissi ilə bildirir.

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var...

Bu qəzəllərdəki eşq, məhəbbət geniş məna daşıyır. Bu eşq həm gözələ bəslənilən saf sevgi duyğuları, həm də bəşərə vurğunluqdur.

Füzuli qəzəllərinin bədii xüsusiyyətlərindən biri də qəm və kədər, odlu-alovlu həsrət, yanıqlı ah-nalə hisslərinin bədii ifadəsidir.

“Məni candan usandırdı...”qəzəli. Füzulinin lirik şeirlərindən, nadir sənət incilərindən biri “Məni candan usandırdı...” qəzəlidir.Qəzəl aşiqin eşqi yolunda çəkdiyi sonsuz əzab-əziyyətdən doğan acı şikayətləri ilə başlanır:

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?

Qəzəlin son beytində aşiq öz eşqi yolunda rüsvay olsa da ,bu yoldan dönməyəcəyini bildirir:

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun ki,bu nə sevdadır, bu sevdadan usanmazmı?

Bu qəzəl dərin məzmunu və sənətkarlıq xüsusiyyətləri ilə seçilir.
Qəzəl , başdan-başa bədii suallar üzərində qurulmuşdur.Əruz vəzninin həzəc bəhrində yazılmışdır.

Bədii nəsri. Füzuli öz qələmini nəsr sahəsində də sınamışdır.Azərbaycan və fars dillərində bədii nəsrin gözəl nümunələrini yaratmışdır. Füzuli “Səhhət və Mərəz”, “Rindü Zahid” əsərlərini fars,”Hədiqətüs-süəda”, “Şikayətnamə” əsərlərini isə Azərbaycan dilində yazmışdır. “Hədiqətüs-süəda” dini məzmunludur. Əsərdə şeir parçaları da vardır.

Poemaları. Füzulinin dörd poeması vardır: “Bəngü Badə”, “Söhbətül-əsmar”, “Leyli və Məcnun”, “Həftcam”. “Həftcam” fars dilində, qalan üçü Azərbaycan dilindədir. Bu poemaların üçü alleqorik, “Leyli və Məcnun” poeması isə Füzuli yaradıcılığının zirvəsidir.
“Əql yar olsaydı...” qəzəli

Füzulinin türk divanına daxil olan ən gözəl qəzəllərindən biri “Əql yar olsaydı,tərki-eşqi-yar etməzmidim?”misrası iləbaşlayan qəzəlidir.

Əql yar olsaydı ,tərki-eşqi-yar etməzmidim?

İxtiyar olsaydı,rahət ixtiyar etməzmidim?

Lirik qəhrəmanın dilindən söylənən bu beytdə şair eşq ilə ağılı qarşılaşdırır və bu qarşılaşdırmada eşqə daha çox üstünlük verir.

Bu qəzəl əruz vəzninin rəməl bəhrində yazılmışdır.


“Leyli və Məcnun” poeması
“Leyli və Məcnun” poeması Füzuli yaradıcılığının zirvəsidir. Poema 15537 –ci ildə yazılmışdır. Türkiyə sultanı Süleyman Qanuniyə ithaf olunmuşdur.Poemanın mövzusu qədim ərəb əfsanəsindən götürülmüşdür.Nizamidən fərqli olaraq Füzuli bu poemanı Azərbaycan dilində yazmışdır.

Poemanının əsas qəhrəmanları Məcnun və Leyli surətləridir.Poemada bir sıra köməkçi surətlər də vardır.Bunlardan Məcnunla Leylinin ata-anası , Zeyd və Nofəli göstərmək olar.

“Leyli və Məcnun” poeması bədii cəhətdən mükəmməl bir sənət nümunəsidir.Əsərdə əsas hadisələr təhkiyə yolu ilə məsnəvi şəklində verilmişdir.Məsnəviyə əlavə edilən rübai,qəsidə,qəzəl,mürəbbe əsərin

bədiiliyini daha da artırmışdır.

Yeni dövr Azərbaycan ədəbiyyatı

Azərbaycan ədəbiyyatının yeni dövrü XVII əsrdən başlayıb XX əsrin əvvəllərinə qədər bir dövrü əhatə edir. Bu dövr üç inkişaf mərhələsinə bölünür:

I Mərhələ: XVII-XVIII əsrlər

II Mərhələ: XIX əsr

III Mərhələ: XX əsrin əvvəlləri(1900-1917-ci illər)

I Mərhələ

XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı

Bu mərhələdə aşıq şeirinin yeni bir inkişaf mərhələsinə qədəm qoyması, çoxlu dastanların yaranması, yazılı ədəbiyyatın, xüsusilə poeziyanın xəlqiləşmısi ilə xarakterizə edilir.Bu dövrü Azərbaycan ədəbiyyatının oyanma dövrü kimi qiymətləndirmək olar.Bu intibahın səciyyəvi əlamətləri aşağıdakılardır:

1.Ədəbiyyatın milliləşməsi

2.Ədəbiyyatın demokratikləşməsi

3.Ədəbiyyatın realistləşməsi

XVII-XVIII əsrlərdə Azərbaycan şifahi xalq ədəbiyyatının yazıya alınması sürətlənir.Azərbaycan dili təkcə Azərbaycanda deyil, qonşu xalqlar arasında da şeir –sənət və ünsiyyət dili kimi işləndiyindən Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri həmin xalqlar tərəfindən də yazıya alınırdı.Bu dövrdə Azərbaycan ədəbiyyatı Qurbani aşıq məktəbinin davamçıları olan XVII əsr Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, XVII əsrin sonu və XVIII əsrin əvvəllərindən isə Xəstə Qasım kimi el sənətkarlarının simasında ozünün kamil bir mərhələsinə qədəm qoyur.

Aşıqlar tərəfindən “Şah İsmayıl” ,”Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”,””Aşıq Qərib” və s.kimi məhəbbət, “Koroğlu” kimi qəhrəmanlıq dastanları yaranır.”Koroğlu” dastanı bu dövrün möhtəşəm abidəsi sayılır.

XVII-XVIII əsrlərdə ədəbiyyatımız üçün xarakterik olan klassik poeziya nümunələri də davam etdirilir.Bəhs etdiyimiz ədəbiyyat nümunələrinin bir qismi klassik şeir janrlarında , digər bir qismi xalq şeiri janrlarında yaranırdı.Bu dövrdə poeziyada Füzuli ənənələri əsas yer tuturdu. Ədəbiyyatın əsas nümunələri Azərbaycan,az bir qismi isə fars dilində yaranırdı.

Bu dövrdə poeziyanı həm klassik , həm də xalq şeiri janrlarında yazıb –yaratmış Məhəmməd Əmani(1536-1610), “Bəxtiyarnamə” poemasının müəllifi Fədai Təbrizi (XVII), Füzuli ədəbi məktəbinin davamçıları olan Məsihi !%75-1656),Saib Təbrizi (1601-1676) və Qövsi Təbrizi(XVII)təmsil edirdi.

Bu şairlər içərisində Saib Təbrizi daha məşhur olmuş, O,ana dilində yazdığı şeirlərinə görə əsrinin Füzulisi,farsca şeirlərinə görə isə əsrinin Hafizi sayılmışdır. S.Təbrizinin bizə Azərbaycan dilində cəmi 17 qəzəli məlumdur.

XVIII əsr Azərbaycan yazılı ədəbiyyatının xarakterik xüsusiyyətləri özünü Molla Vəli Vidadi və Molla Pənah Vaqifin yaradıcılığı timsalında daha aydın göstərir.Əsərlərini lirik növün klassik və xalq- aşıq şeiri janrlarında yazmış Molla Vəli Vidadi(1707-1808) daha çox qəm,kədər şairidir. O,”Könlümü” rədifli qoşmasında qəm,kədər şairi olmasını belə izah edir:

Ey həmdəmim, səni qanə qərq eylər,

Gəl tərpətmə yaralanmış könlümü.

Şairin yaşadığı dövrdə dərəbəyliyin doğurduğu fəlakətlər”Müsibətnamə” mənzuməsində ətraflı əks olunmuşdur. O,müxəmməs şəklində olan bu mənzuməni dostu Şəki hakimi Hüseyn xan Müştağın öldürülməsi münasibətilə yazmışdır.Vidadinin “Durnalar” rədifli qoşması çox məşhurdur.

Vidadi ilə Vaqifin məşhur “Ağlarsan” rədifli deyişmələri həm ideya və məzmunca, həm də sənətkarlıq səviyyəsinə görə ədəbiyyatımızın dəyərli nümunələrindəndir.

Vidadi ilə Vaqif dostluğu ədəbiyyat tariximizdə qələm dostluğunun parlaq təcəssümüdür. Xalq şairi S.Vurğun “Vaqif” dramında bu dostluğu böyük ustalıqla qələmə almışdır.

“Koroğlu” eposu
“Koroğlu” dastanı XVI-XVII əsrlərin həyatı ilə səsləşən ən məşhur tarixi-qəhrəmanlıq eposudur. Dastanda XVI əsrin sonu və XVII əsrin əvvəllərində Azərbaycan və Türkiyə ərazisində baş verən Cəlalilər üsyanı ilə bağlı hadisələr öz bədii əksini tapmışdər.

Dastan 18 qoldan ibarətdir.Eposun ilk qolunda Koroğlunun atası Alı kişinin günahsız yerə cəzalandırılmasından danışılır. Alı kişinin oğlu Rövşən zülmkar paşa və xanlara qarşı mübarizəyə başlayır. Dastanın qalan qollarının hamısında Çənlibeldə yurd salan Koroğlunun və yoldaşlarının igidliyindən danışılır.Dastandakı qollar müstəqil epos təsiri bağışlasa da , əsərin ana xətti ilə uzlaşır.Yalnız “Dərbənd səfəri” qolu eposun ümumi məzmununa uyğun gəlmir.

Dastanın əsas ideyası xalqın öz düşmənlərinə,haqsızlıq və ədalətsizliyə qarşı mübarizəsinin tərənnümüdür.

Koroğlu surəti. Koroğlu dastanın baş qəhrəmanıdır.O yalnız atasının intiqamını deyil,həm də xalqın mənafeyi uğrunda mübarizə aparır, qəhrəmanlıq göstərir.Onun arxası,köməyi xalqdır. Yaxın silahdaşları isə xalqın içərisindən çıxmış dəlilərdir. Qəhrəmanın qoluna güc,gözlərinə işıq verən el-oba məhəbbətidir.Koroğlu dastanın bütün qollarında iştirak edir.Xalqın xilskarı kimi tanınan Koroğlu həm də ddəlilərin sevimlisi, başçısı və dayağıdır.

Koroğlunun dəliləri. Koroğlunun yaxın silahdaşları dastanda dəlilər(igidlər) adlanırlar.Bu igidlər xalqın say-seçmə oğullarıdır. Dəli Həsən,Dəmirçioğlu,Tüpdağıdan,Bəlli Əhməd,Halaypozan,Eyvaz və başqaları Koroğlunun mərd və yenilməz döyüş yoldaşlarıdır. Eposda Koroğlunun dəlilərinin sayı 7777 göstərilir.Bu rəqəm sonsuzluq rəmzidir.

Qadın surətləri. Dastandakı qadın surətləri varlı paşa və xotkar qızlarıdır.Onlar mənəvi azadlığı üstün tutaraq öz istəkləri ilə Çənlibeləgəlir,dəlilərlə birlikdə döyüşə gedirlər.Nigar,Mərcan,Telli,Ruqiyyə,Məhbub belə igid qızllardandır.

Mənfi surətlər. Dastanda xalqı incidən,xan və bəy surətləri vardır.Hasan Paşa,Cəfər Paşa,Həsən xan,Ərəb Reyhan,Bolu bəy,Qara xan və başqaları onların tipik nümayəndələridir.

Yardımçı qüvvələr. Dastandakı Qırat,Dürat,Misri qılınc və Qoşabulaq əfsanəvi keyfiyyətləri ilə seçilən yardımçı qüvvələrdir.

“Həmzənin Qıratı qaçırması” qolu. Dastanın məşhur qollarından biri də”Həmzənin Qıratı qaçırması “qoludur.”Toqat səfəri” adı ilə tanınan bu qolda Koroğlunun aldanışı və öz günahını təkbaşına yuması təsvir olunur.Qol xotkarın Koroğlu ilə bağlı qurduğu məclisin təsviri ilə başlayır.Məclisdə iştirak edən keçəl Həmzə Hasan paşanın qızı Dona xanımla evlənmək şərtilə Koroğlunun atını gətirməyi öz öhdəsinə götürür.Dastanda Həmzənin hiyləgərliyi ilə yanaş,mərdliyi də göstərilir.Qolda Nigar xanım tədbirli bir qadın olması göstərilir.

Qolun sonunda Qıratı gətirən Koroğlunun öz səhvini etiraf etməsi də onun daxilən saflığını və mərdliyini göstərir.


Molla Pənah Vaqif (1717-1797)


Vaqif ədəbiyyatımız tarixində realizmin banisi hesab olunur.Vaqifin şeiri ilə yazılı ədəbiyyata həm məzmun,həm də formaca demokratiklik və xəlqilik gəldi. Yeni bir ədəbi məktəb –Vaqif ədəbi məktəbi yarandı.

M.P.Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur.Şairin əsl adı Pənah,atasının adı Mehdi ağadır.Vaqif şairin təxəllüsüdür.Məktəbdarlıqla məşğul olduğundan Molla Pənah adıilə xalq arasında tanınmışdır.

Vaqif mükəmməl mollaxana təhsili almışdır.Onun kamilləşməsində o dövrün tanınmış şəxsiyyəti Şəfi Əfəndinin rolu olmuşdur.

XVIII əsrin ortalarında Azərbaycanla Gürcüstan sərhədində baş verən münaqişələr nəticəsində bir çox ailələr Qazaxı tərk edir.Vaqif də ailəsi ilə birlikdə Qazaxdan köçür.O,əvvəl Gəncəyə,sonra Şuşaya gəlir.Vaqif çox keçmir ki,İbrahim xanın sarayına dəvət olunur.Əvvəlcə eşik ağası,sonra isə xanlığın baş vəziri olur.

Ağa Məhəmməd şah Qacar 1797-ci ildə yenidən Qarabağ üzərinə hücuma keçir.İbrahim xan Balakənə-Əmmə xanın yanına qaçır.Vaqif Şuşada qalır.

Şuşanı işğal edən Qacar xanlığın rəsmi adamlarını ,o cümlədən Vaqifi zindana saldırır.Şah öz yatağında sərkərdələri tərəfindən öldürüldüyündən Vaqif həbsdən qurtulur.Qacarın qoşunları Şuşanı tərk edirlər.İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir vəziyyətdən istifadə edib hakimiyyəti ələ keçirir. Cavanşirin Vaqiflə münasibəti pis olduğundan şairi oğlu Əli ağa ilə birlikdə edam etdirir.

Yaradıcılığı. Vaqif lirik şairdir.Yaradıcılığında xalq şeiri üslubu daha güclüdür.Şeirlərinin əksəriyyəti qoşmalardan ibarətdir.Onun təcnisləri də vardır.

Vaqifin poeziyasnın bir qismini də əruz vəznində yazdığı qəzəllər,müxəmməslər,müstəzadlar və müəşşərlər təşkil edir.

Vaqifin yaradıcılığı ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoydu.Onun əsərlərində nikbinlik,gözılliyə pərəstiş duyğuları ön plandadır.

M.P.Vaqif poeziyasını mövzu baxımından iki yerə bölmək olar:

1. Gözəlliyin və məhəbbətin tərənnümünə həsr olunmuş şeirləri;

2.İctimai məzmunlu şeirləri;


Gözəlliyin və məhəbbətin tərənnümünə həsr olunmuş şeirləri. Şairin yaradıcılığının əsas mövzusu qadın gözəlliyinin tərənnümüdür.

Bu şeirlərdə konkret gözəlləri,qadın gözəlliyinin konkret əlamətlərini təsvir və tərənnüm edir.Bu baxımdan Vaqifin “Zeynəb”,”Pəri” rədifli qoşmaları diqqəti cəlb edir:

Bənövşətək ənbər zülfün buy verir,

Hər yuyub sərəndə həvayə,Zeynəb!

Yaxud: Boyun sürahidir,bədənin büllur,

Gərdənin çəkilmiş minadan,Pəri!

M.P.Vaqifin bir qrup qəzəl,müxəmməs və müstəzadlarında da real gözəlliyin vəməhəbbətin tərənnümü öz bədii əksini tapmışdır.

Vaqif yaradıcılığının əsas xüsusiyyətlərini özündə əks etdirənqoşmalarıiçərisində”Bəri bax” xüsusi yer tutur.Şeirdə tərənnüm olunan gözəl olduqca həyati və realdır.Şeirdən bir bəndə baxaq:

Ala gözlü,sərv boylu dilbərim,

Həsrətin çəkdiyim canan,bəri bax!

Gecə-gündüz fikrim,zikrim,əzbərim,

Üzüldü taqətim,aman ,bəri bax!

Qoşma Vaqif yaradıcılığı üçün xarakterik olan müraciət formasında yazımışdır.Şair üz tutduğu gözəlin adını çəkmir. Bu gözəl zahiri gözəlliyi ilə aşiqi dərdə salan real saray xanımıdır.

İctimai məzmunlu şeirləri. Vaqifin yaradıcılığında ictimai məzmunlu şeirləri də xüsusi yer tutur.Şair bu şeirləri heca və əruz vəznində yazmışdır.Vaqif ictimai məzmunlu şeirlərində də nikbindir,əyilməzdir.Belə şeirlərdən biri olan “Hayıf ki,yoxdur”qoşması diqqəti cəlb edir:

Qış günü qışlağı Qıraqbasanın

Gözüdür Aranın,cümlə cahanın.

Belə gözəl yerin,gözəl məkanın

Bir gözəl obası,hayıf ki,yoxdur!

Vaqifin ictimai məzmunlu şeirləri içərisində “Bax”rədifli qəzəli daha çox diqqəti cəlb edir.Qəzəli şair dostu M.P.Vidadiyə müraciətlə yazmışdır.Qəzəl 9 beytdən ibarətdir.Sonuncu beytdə şair dünyanın yaxş-yamanınada göz yummağı məsləhət görür.Onun əyrisinə,düzünə baxmır,etiqadını peyğəmbərə,onun ali ocağına,nəslinə bağlayır:

Vaqifa,göz yum,cahanın baxma xubü ziştinş,


Üz çevir ali-əbayə,Əhmədi-Muxtarə bax!

“Görmədim” müxəmməsi şairin yaradıcılığında mühüm yer tutur. Vaqifin bu şeiri Məhəmməd bəy Cavanşirin hakimiyyəti zamanı yazılmışdır.

Bu müxəmməs faciələrlə dolu bir dövrün hadisələrinə Vaqifin etirazı və üsyanıdır.”Hər nə gördüm ,əyri gördüm,özgə babət görmədim” deyən şair təsdiq ilə inkar arasında zahiri təzad yaratsa da,mahiyyətcə təsdiqi də məhz inkarın təsdiqi kimi işlədir.
II Mərhələ.XIX əsr Azərbaycan ədəbiyyatı
Bu mərhələdə Azərbaycan ədəbiyyatının ideya-məzmun və poetika-sənətkarlıq baxımından zənginləşməsi özünü açıqca göstərir.Bu xüsusiyyətlər II mərhələnin əhəmiyyətli hadisəsi olan maarifçilik ideyalarının yayılması idi.Milli ruhlu vətəndaşlar tərbiyələndirmək üçün onlar məktəbə,teatra,mətbuata,ədəbiyyata xüsusi diqqət yetirir və eyni zamanda ,məktəb vəmətbəəaçır,qəzet və kitab nəşr edir,teatr tamaşaları hazırlayırdılar.

1873-cü il mart ayının 10-da H.b.Zərdabinin və N.b.Vəzirovun rəhbərliyi altında M.F.Axundzadənin”Sərgüzəşti-vəiri-xani-sərab” əsərinin ,aprel ayının 17-də isə yenə də M.F.Axundzadənin”Hacı Qara”pyesinin Bakı real gimnaziyasının bir qrup tələbəsinin iştirakıilə tamaşaları göstərildi. Beləliklə,Azərbbaycan milli teatrının əsası qoyuldu.

Azərbaycan maarifçiləri mətbuat yaratmaq işində xeyli səy göstərdilər.Şm.Azərbaycanda bu işin təşəbbüskarıH.b.Zərdabi oldu.1875-ci il iyul ayının 22-də ilk milli Azərbaycan dilində qəzet, “,Əkinçi”çap edilməyəbaşladı.Qızetin 1877-ci il sentyabr ayının 29-dək 56 nömrəsi nəşr edildi.

Qəzetdə M.F.Axundzadə,S.Ə.Şirvani,N.b.Vəzirov,Ə.a.Gorani,Əhsənül-Qəvaid,M.Dərbəndi kimi qabaqcıl fikirli ziyalılar yazılarını çap etdirirdilər.

XIX əsrin 20-ci illərindən başlayaraq maarifçilik ideyaları bədii ədəbiyyatın janr-üslub modelini zənginləşdirdi.Satirik şeir sahəsində Q.b.Zakir və B.b.Şakir,nəsr sahəsində A,a.Bakıxanov və İ.b.Qutqaşınlı xüsusi xidmət göstərmişlər.

XIX əsrdə aşıq poeziyası yeni inkişaf pilləsinə qədəm qoyur.

A.a.Bakıxanov(1794-1846)ensiklopedik biliyə malik bir şəxsiyyətdir.O,müxtəlif janrlarda əsərlər yazmışdır. Həcm etibarilə ən böyük əsəri “Miratül-cəmal”və “Mişkatül-ənvar” məsnəviləridir.

M.Ş.Vazeh klassik poeziya ənənələrini davam etdirən şair,müəllim,xəttat olmuşdur.Vazeh Tiflisdə “Divani-hikmət”ədəbi məclisini təşkil etmişdir.Alman şərqşünası Bodenştedt 1851-ci ildə “Mirzə Şəfinin nəğmələri”adı ilə şairin şeirlərini nəşr etdirir.

İ.b.Qutqaşınlı( 1809-1861)Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsidir.Onun “Rəşid bəy vəSəadət xanım” əsəri 1835-ci ildə Varşavada fransız dilində çap edilmişdir.

X.b.Naatəvan (1832-1897) bədii yaradıcılığa 50-ci illərdə başlamışdır.Xan qızı kimi tanınan Natəvan yalnız qəəzəl janrında əsərlər yazmışdır.

N.b.Vəzirov (1854-1926) yaradıcılığa 70-ci illərin əvvəllərində başlamışdır. Vəzirov 1896-cı ildə yazdığı “Müsibəti-Fəxrəddin “əsəri ilə Azərbaycan ədəbbiyyatında faciə janrının bünövrəsini qoymuşdur.N.b.Vəzirov eyni zamanda çoxlu komediyalar yazmışdır.Onun yazdığı əsərlərdə maarifçilik ideyaları mühüm yer tutur.

Q.b.Zakirin həyatı və yaradıcılığı (1784-1857)


Q.b.Zakir XIX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindəndir.O həm gözəl lirik şeirlər,satiralar,həm də mənzum hekayə və təmsillər yazan şair kimi tanınmışdır.

Qasım bəy Əli oğlu Zakir Qarabağda məşhur olan Cavanşir nəslindəndir.O,1784-cü ildə Şuşada doğulmuşdur.Təhsilini də Şuşada-mollaxanada almışdır.Fars dilini mükəmməl öyrənmişdir.Q.b.Zakir 1806-1813 və 1826-1828-ci illərdə Rusiya-İran müharibələrində çar ordusunun tərəfində vuruşmuşdur.

Zakir öz dövrünün məşhur sənətkarlarından M.F,Axundzadə İ.Qutqaşınlı,B.b.Şakir,X.Natəvan və başqaları ilə məktublaşmış,onlarla dostluq əlaqələri saxlamışdır.Şair kəskin satiraları ilə özünə çoxlu düşmən də qazanmışdı.Bunlar Qarabağda çar hakimi Tarxan-Mouravov,Cəfərqulu xan Nəva,Şuşa qazisi Əbülqasim Zakirin qəddar düşmənləri idilər.Onlar Zakiri həbs etdirmək üçün bir bəhanə axtarırdılar.Belə bir bəhanə Zakirin qardaşı oğlu Behbud bəyin həmin vaxt hökumətdən qaçaq düşməsi oldu.Tarxan-Mouravov 1849-cu ildəqaçaq Behbud bəyi evində gizlətməkdə günahlandıraraq tutdurdu və Bakıya sürgün etdirdi.Şair bir neçə ay Bakıda sürgün həyatı yaşadıqdan sonra dostlarının köməyi ilə azad edildi və Şuşaya qayıtdı.Ömrünün sonuna qədər Şuşada yaşadı.

Q.b.Zakir 1857-ci ildə vəfat etmiş,şəhərin Mirzə Həsən qəbristanlığında dəfn olunmuşdur.

Yaradıcılığı.

Lirikası.Zakirin lirikası həm məhəbbət,həm də ictimai mövzuludur.Onun məhəbbətə dair şeirlərində insan gözəlliyinin ,sevgi duyğularının tərənnümü aparcıdır.Q.Zakir qoşma və gəraylılarında insanın zahiri gözəlliyindən bəhs edərkən sadəliyə,təbii keyfiyyətlərə üstünlük verir,ənlik,kirşan və başqa boyalara qarşı çıxır.

“Badi-səba,söylə mənim yarıma” qoşmasında Zakir öz sevgilisini təbiət qoynunda,gözəllər arasında görmək istəyir:

Badi-səba,söylə mənim yarıma,

Gözəllər çıxıbdı seyranə gəlsin.

Təğafül etməsin,işrət çağıdır,


İçilir hər yerdə peymanə gəlsin.

Qoşmada Aşiqin hiss və duyğuları,arzu və istəkləri,Məşuqənin isə gözəlliyi real boyalarla tərənnüm edilmişdir.

İctimai motivli şeirləri: “Dost yolunda cəfa çəkdim ,can üzdüm”,”Qələtdir qocaya növcavan sevmək”,”Gözüm yolda qaldı,könül intizar” misraları ilə başlayan qoşmalarında ,bəzi qəzəl və müxəmməslərində şikayət,etiraz və mənəvi-əxlaqi naqisliklərin tənqidi güclüdür.

“Eylər” müxəmməsi ideya-məzmun və bədiilik baxımından Q.Zakirin ictimai lirikasının gözəl nümunələrindəndir.Şeirin qəhrəmanı mövcud həyatın ziddiyyətlərini yaşayan kədərli bir insandır.

“Durnalar” qoşması şairin ictimai məzmunlu qoşmalarındandır.Q.Zakirdən əvvəl M.P.Vaqif,M.V.Vidadi tərəfindən durnalara müraciətlə qoşmalar yazılmışdır.Bunların hamısında vətən məhəbbəti,qürbət sıxıntısı,ayrılıq hisləri əsas yer tutur.Zairin qoşmasında da əsas məzmunu yuxarıda göstərilən hislər ön plandadır.Çünki şair doğma Qarabağından uzaqdadır, Bakıda sürgündədir.

Satiraları. Zakir həm də satirik şair kimi məşhurdur.Zakirin satirasının əsas tənqid hədəfləri çarizmin müstəmləkəçilik siyasəti,vəzifə sahiblərinin rüşvətxorluğu və digər naqisliklərdir.

“Vilayətin məğşuşluğu haqqında” şeiri şairin mükəmməl satiralarındandır.Şeir epistolyar üslubdadır.Burada ölkəni bürüyən quldurluq və yolkəsənlik haqqında yazır:

Qüttəüttəriqin vüfuru vardır,

Yaylaqda,aranda qatar-qatardır.

Yenə ötür-ötür,apar-apardır,

Bizim başımızda çatdadı çanaq.

Şairin əruz vəzni ilə müqayisədə heca vəznində yazdığı şeirlərinin dili çox sadədir.O xalq üslubunda yazdığı şeirlərində xalq danışıq dilindən,atalar sözləri və məsəllərdən məharətlə faydalanmışdır.

Beləliklə,Q.Zakir ədəbiyyatımızda incə ruhlu lirik şair və satira ustasıdır.

Mirzə Fətəli Axundzadə (1812-1878)

M.F.Axundzadə XIX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli sənətkarlarından biridir.

Həyatı. M.F.Axundzadə 1812-ci ildə Şəki şəhərində anadan olmuşdur.Təhsilini əvvəlcə Şəkidə,sonra isə Gəncədə Molla Hüseyn Pişnamazzadənin yanında almışdır.M.Fətəli Gəncədə oxuyarkən Mirzə Şəfidən xəttatlıq sənətini öyrənir.Ruhani olmaq istəyən Mirzə Fətəli müəllimi və dostu Mirzə Şəfi ilə söhbətindən sonra bu fikirdən əl çəkir.O,1833-cü ildə Şəkidəki rus məktəbindəoxuyur.Sonra Qafqazın baş hakimi baron Rozenin dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsində işləyir.

M.F.Axundzadə 50-ci illərdə bədii yaradıcılıq sahəsində fəaliyyətini genişləndirmiş və komediyalarını,”Zakirə məktub” şeirini,”Aldanmış kəvakib” povestini Tiflisdə çıxan “Kavkaz” qəzetində nəşr etdirmişdir.Yazıçının dram əsərləri 1853-cü ildə rus dilində,1859-cu ildə isə ana dilimizdə “Təmsilat”adı ilə çap olunmuşdur.

M.F.Axundzadə 1857-ci ildən ömrünün sonunadək ərəb əlifbasını islah etmək sahəsində çalışmış,lakin istəyinə nail ola bilməmişdir.Yazıçı 1865-ci ildə”Kəmalüddövlə məktubları”adlı bədii-fəlsəfi əsərini tamamlamışdır.Bu əsər müəllifin sağlığında nəşr edilməmişdir.

M.F.Axundzadə 1878-ci ildə Tiflisdə vəfat etmiş və müəllimi Mirzə Şəfinin qəbri yanında dəfn olunmuşdur.

Yaradıcılığı. M.F.Axundzadə yaradıcılığa lirik şeirlə başlamış və ilk şeirlərini fars dilində “Səbuhi” təxəllüsü ilə yazmışdır.Şairin ilk qələm təcrübəsi “Zəmanədən şikayət” şeiridir.

M.F.Axundzadənin çap olunmuş ilk əsəri isə A.S.Puşkinin ölümü münasibətilə fars dilində yazdığı “Qəsideyi-təziyyət”adlı mərsiyəsidir.Şeir rus dilində çap olunarkən “Puşkinin ölümünə Şərq poeması” adlandırılmışdır.

Şairin ana dilində yazdığı lirik şeirləri də vardır. Bu şeirlərin çoxu müəllifin dost və tanışlarına yazdığı mənzum məktub və mədhiyyələrdən ibarətdir.Ana dilindəki şeirlərinin bir hissəsi də məhəbbət mövzusundadır.

Dramaturgiyası. M.F.Axundzadə ədəbiyyatımızda daha çox dramaturq kimi tanınır.Yazıçı 1850-1855-ci illərdəyazdığı altı komediya ilə milli dramaturgiyanın əsasını qoymuşdur.

Dramaturqun ilk əsəri “Hekayəti-Molla İbrahimxəlil kimyəgar” komediyasıdır.Komediyada avamlıq,gerilik və fırıldaqçılıq tənqid olunur.

“Hekayəti-xırs quldurbasan “ (1851)

Əsərin ideyası azad,qarşılıqlı məhəbbətin təbliği və qadın hüquqsuzluğunun tənqididir.

“Hekayəti-vəziri-xani-Lənkəran” (1851)

Əsərin əsas ideyası xanlıq dövründəki hakimlərin , saray xadimlərinin bacarıqsızliq və yaltaqlığının tənqididir.

“Hekayəti-mərdi-xəsis” (1852)

Komediya xəsislik mövzusundadır.Əsərin əsas ideyası xəsisliyin və acgözlüyün tənqididir.

“Mürafiə vəkillərinin hekayəti”(1855)

Əsərdə əsas tənqid hədəfi Ağa Mərdan Halvaçı oğludur.Bu fırıldaqçılıqla pul qazanır .Sonda ifşa olunur.Səkinə xanım məhkəmədə qalib gəlir.

“Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukini-məşhur” (1850)

Bu əsər Axundzadənin ikinci komediyasıdır.Onun maarifçi ideyalarını əks etdirir.Əsas ideya avamlıq,cadugərlik tənqid olunur,maarifçilik isə təbliğ olunur.Əsərin konflikti yazıçının maarifçi ideyası ilə avamlığın toqquşması üzərində qurulmuşdur.Əsərdəki hadisələr Təklə-Muğanlı obasında baş verir.Mülkədar Hətəmxan ağanın qardaşı oğlu Şahbaz bəy təbib Müsyö Jordanla Firəngistana təhsil almağa getmək istəyir.Lakin nişanlısı Şərəfnisə xanım və anası Şəhrəbanu xanım cadugər Məstəli şahın vasitəsilə mane olur.

Əsərdəki əsas surətlər bunlardır:Hətəmxan ağa,arvadı Şəhrabanu,Şahbaz bəy,nişanlısı Şərəfnisə,müsyö Jordan,dərviş Məstəli şah və s.

Seyid Əzim Şirvani (1835-1888)

S.Ə.Şirvani ədəbiyyat tariximizdə həm klassik poeziya ənənələrinin davamçısı,həm də görkəmli maarifçi və satirik şair kimi tanınır.

Həyatı. S.Ə.Şirvani 1835-ci ildə Şamaxıda doğulmuşdur.Yeddi yaşında ikən atasını itirir.Ana babası onu öz himayəsinə götürür.O,ilk təhsilini də babasının axundluq etdiyi Dağıstanın Yaqsay kəndində almışdır.S. Əzim burada ərəb və fars dillərini mükəmməl öyrənir. 1853-cü ildə Şamaxıya qayıdan şair bir müddət sonra təhsil almaq üçün əvvəl Bağdada,oradan da Şama gedir.O,1857-ci ildə Şamaxıya qayıdır,az sonra Şərq ölkələrinə səfərə çıxır.Səfərdən qayıtdıqdan sonra S.Əzim ruhani olmaq fikrindən əl çəkir,əvvəlcə məhəllə məktəbində,sonra isə şəhər məktəbində müəllim işləyir.

S.Ə.Şirvani “Əkinçi” qəzetinin nəşrə başlamasına ürəkdən sevinir,bəzi şeirlərini də bu qəzetdə çap etdirir.

Şair 1879-cu ildəşəhər məktəbindən günahsız yerə azad edilmiş,lakin Tiflisə şikayətə getdikdən sonra yenidən öz vəzifəsinəqayıtmışdır.

S.Ə.Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmişdir.

Yaradıcılığı. S.Ə.Şirvani lirik şeirlərini qəzəl,qəsidə,rübai,qitə,müxəmməs,müsəddəs,müstəzad,tərcibənd,tərkibbənd,mürəbbe janrlarında,mənzum hekayə,təmsil,öyüd və nəsihətlərini məsnəvi formasında yazmış və Füzuli ədəbi məktəbinin ənənələrini davam etdirmişdir.

Şairin lirikasının əsasını məhəbbət mövzusu tutur.Belə şeirlərindən biri də “Necə həmtay tutum hər buti-zibayə səni”qəzəli 7 beytdən ibarətdir.Burada Aşiq öz sevgilisini hər cür bəşər övladından da,əfsanəvi bütlərdən də üstün tutur.Onu gözəlliyinə görə Aydan üstün tutur:

Necə həmtay tutum hər buti-zibayə səni?

Vermərəm,tanrı bilir,cümlə bu dünyayə səni.

Şeirdə klassik ənənələrdən gələn”buti-ziba”,”abi-bəqa” kimi birləşmələr Azərbaycan dilinin doğma ahənginə ,melodiyasına qovuşur.

İctimai-fəlsəfi məzmunlu şeirlərində şair zəmanədən narazılıq və şikayət ruhu vardır.

Əxlaqi-didaktik əsərləri.S.Ə.Şirvaninin XIX əsrin 70-80 –ci illərində məktəb,əxlaq,tərbiyə,mədəniyyət mövzularında yazdığı şeirləri didaktik poeziyanın ən gözəl nümunələridir.Bu nümunələrdə bilikli,tərbiyəli vətəndaşların yetişdirilməsinə xüsusi diqqət yetirilir.Şairin əxlaqi-didaktik şeirlərində maarifçilik ideyalarının təbliği onların ana xəttini təşkil edir.S.Ə.Şirvani “Qafqaz müsəlmanlarına xitab” adlı mənzum məktubunda yazırdı:

Bu qədər dərd kim,olurhadis,

Ona bielmlik olur bais.

Bir bəladır bu dərdi-nadani

Ki,onun elm olubdu dərmanı.

Mənzum hekayələr S.Ə.Şirvaninin əxlaqi-didaktik əsərlərinin müəyyən hissəsini təşkil edir.Sayı 100-dən artıq olan bu mənzum hekayələrin çoxunu şair Azərbaycan xalq nağıllarından,lətifə və rəvayətlərdən istifadə yolu ilə qələmə almışdır.Mənzum hekayələrinin bir hissəsi N.Gəncəvinin “Sirlər xəzinəsi”, “İqbalnamə”, bir hissəsi Sədinin “Gülüstan” və “Bustan” əsərlərindən alınmışdır.Bir mənzum hekayə isə-“Musa və çobanın hekayəti” C.Ruminin “Məsnəvi”sindən iqtibas edilmişdir.

Satiraları.Məşhur satirik kimi tanınan S.Ə.Şirvani çar çinovniklərinə,mülkədar və bəylərə etiraz etmiş,onları kəskin satira atəşinə tutmuşdur.

“Şirvanın təzəbəyləri”,”Tələbənin hadisəsi”, “Köpəyə ehsan”, “Allaha rüşvət”, “Riyakar abid”, “Dəli şeytan”satirik şeirlərində riyakar ruhanilər,dövlət məmurları,mülkədar və bəylər tənqid olunur.

S.Ə.Şirvani əsərlərində metafora,mübaliğə,epitet,cinas,kinayə kimi bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə etmişdir.

Aşıq Ələsgərin həyatı və yaradıcılığı (1821-1926)

A.Ələsgər Azərbaycan aşıq yaradıcılığının ustad sənətkarlarındandır.Aşıq şeirində dodaqdəyməz təcnisin yaranması Aşıq Ələsgərin adı ilə bağlıdır.

Həyatı. A.Ələsgər 1821-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalınin Ağkilsə kəndində anadan olmuşdur.Təhsil ala bilməsə də ,Aşıq Alıya şəyirdlik etdiyi dövrdə ondan aşıqlıq sənətinin sirlərini öyrənmişdir.Ustadı Aşıq Alıya ehtiramını aşağıdakı sözlərlə ifadə etmişdir:

Bir şəyird ki ustadına kəm baxa,

Onun gözlərinə qan damar,damar.

19 əsrin 50-ci illərindən başlayaraq müxtəlif mahalları gəzib-dolaşmış ,şadlıq məclisləri keçirmiş,gəzdiyi yerlərdə xalqın həyat tərzi ilə yaxından tanış olmuşdur.

Səhnəbanıya olan ilk sevgisi uğursuz olmuşdur.40 yaşında Kəlbəcərin Yanşaq kəndindən olan Anaxanımla evlənmişdir.

1918-1919-cu illərdə erməni daşnaklarının türklərə qarşı törətdiyi soyqırımı nəticəsində Göyçə mahalının əhalisinin də var-yoxu talanmışdır.Bu illərdə A.Ələsgər Kəlbəcərdə və Tərtərdə köçkün həyatı yaşamışdır.1921-ci ildə A.Ələsgər Ağkilsəyə qayıtmışdır.Ömrünün sonlarını bədbin keçirir:

Səksəni,doxsanı keçibdir yaşım.

Əzrayıl həmdəmim,məzar yoldaşım.

Gor deyə tərpənir bəlalı başım.

Daha köç təbilin çal,qoca baxtım.

A.Ələsgər 1926-cı ildə Ağkilsə kəndində vəfat etmiş və orada da dəfn olunmuşdur. 1972-ci ildə 150 illik yubileyi təntənə ilə qeyd olunmuş,AEA tərəfindən əsərləri iki cilddəçap edilmişdir.

Yaradıcılığı. A.Ələsgərin zəngin ədəbi irsi,əsasən,qoşma,gəraylı,təcnis və müxəmməs janrlarında olan lirik şeirlərdən ibarətdir.Aşığın bədii irsinin əsasını təşkil edən lirik şeirləri,əsasən ,bu mövzulardadır:

1.Məhəbbətin tərənnümü

2.El gözəllərinin tərifi

3.Təbiət gözəlliklərinin tərənnümü
5.Əxlaqi-tərbiyəvi fikirlərin təbliği

6.İctimai zülmə etiraz

Ustad sənətkarın yaradıcılığında əsas yeri məhəbbət şeirləri tutur.”Eyləmişəm”qoşmasına baxaq:

Ala gözlüm,səndən ayrı düşəli

Hicranın qəmiylə kef eyləmişəm.

Ah-vaynan günüm keçib dünyada,

Dərd alıb,qəm satıb nəf eyləmişəm.

Aşığın yaradıcılığındael gözəllərinin tərifinə həsr edilən və gözəlləmə adlanan qoşmaları çoxluq təşkil edir.Ələsgər gözəlləmələrində sanki gözəlin rəsmi sözlə çəkilir:

Qabaq ayna – çəkilibdi varağa,

Dodaq qaymaq,gül yapışıb yanağa.

Dolanır gözləri canlar almağa,

Şölə salır xanlıq fanarı kimi.

Aşığın məhəbbətə aid qoşmalarından “Bəyistan”,”Telli”,”Güləndam” və s.göstərmək olar.

A.Ələsgərin əxlaqi-tərbiyəvi fikirlərin təbliğinə həsr etdiyi şeirlərində insanlığın əsas göstəricisi kimi mərdlik təriflənir,namərdlik lənətlənir:

Bu dünyanı mən təcrübə eylədim,

Namərd körpü salsa, onda ad olmaz.

Bir mərdinən ağı yesən,şirindi,

Yüz namərdnən şəkər yesən,dad olmaz.

A.Ələsgər təbiət gözəlliklərinin tərənnümünə həsr etdiyi şeirlərdə doğma yurdu insanın ilk məskəni kimi mənallandırır:

Axşam-səhər ,çeşmə,sənin başına

Bilirsənmi,necə canlar dolanır?!

Büllur buxaq,lalə yanaq,ay qabaq,

Şahmar zülfü pərişanlar dolanır.

“Görmədim”ictimai məzmunlu şeirində aşığın cəmiyyətdə görmək istədiyi,çoxunda görə bilmədiyi keyfiyyətlər sadalanır:


Bivəfanın,müxənnətin,nakəsin

Doğru sözün,düz ilqarın görmədim.

Namərdin dünyada çox çəkdim bəhsin,

Namusun,qeyrətin,arın görmədim.

Ədəbiyyatımızda dodaqdəyməz təcnislər,dildönməz gəraylı A.Ələsgərin adı ilə bağlıdır.

A.Ələsgərin cığalı təcnisləri də çox maraqlıdır.Belə təcnislərdə hər bənddə ikinci misra ilə üçüncü misra arasında bir bayatı salınır ki,buna da cığa bəndi deyilir.

A bimürvət,həsrətini çəkməkdən

İllər ilə xəstə düşdüm başa-baş.

Mən aşiqəm başa-baş,

Oxu dərsin başa-baş

Eşqindən səməndərəm,

Oda yandım başa-baş.

“Can”deyənə “can”deginən mərdana,

Baş qoyanın qoy yolunda başa-baş.

A.Ələsgər sözü elə seçib işlədir,sözün elə yeganə işlənmə məqamını tapır ki,həmin sözün başqa cür işlənə biləcəyini təsəvvür edə bilmirsən.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı (1900-1917)

Milli məktəb şəbəkələrinin genişlənməsi, ana dilində dərsliklərin hazırlanması, müəllim hazırlığı, qızların təhsilə cəlb olunması milli mənlik şüurunun oyanışı və başqa məsələlər dövrün hadisələrindəndir.

Bu dövrün əsas ədəbi-mədəni hadisələrindən biri də dahi Ü. Hacıbəyov tərəfindən Şərqdə ilk operanın (“Leyli və Məcnun” 1908) yazılmasıdır.

Milli mətbuatın və publisistikanın inkişafı .

Dövrün ən böyük hadisələrindən biri mətbuat sahəsində baş vermiş intibahla bağlı idi. XX əsrin əvvəllərində Tiflisdə “Şərqi-Rus” və ”Molla Nəsrəddin” , Bakıda “Həyat” , “Füyuzat” , “İrşad” , “Açıq söz”, “Zənbur” , “Bəhlul” , “Məktəb” , Təbrizdə “Azərbaycan”, İrəvanda “Leylək” və s. mətbuat orqanlarının nəşr olunması milli-mənəvi oyanışa təkan verirdi.

“Molla Nəsrəddin” jurnalı Azərbaycanda ədəbi məktəb yaratmış ilk mətbuat orqanıdır. M. Ə. Sabir, Ö. F. Nemanzadə, M. S. Ordubadi, Ə. Nəzmi, Ə. Əzimzadə, Ə. Qəmküsar, Ə. b. Haqverdiyev, M. M. Şəbüstəri bu ədəbi məktəbin görkəmli nümayəndələridir. Bu jurnalın fəaliyyəti sayəsində Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanı formalaşmışdır.

“Molla Nəsrəddin” jurnalının ilk sayı 1906 –cı il aprelin 7-də Tiflisdə işıq üzü görmüşdür.C. Məmmədquluzadənin rəhbərliyi ilə nəşr olunurdu. Jurnal “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” kimi müraciətlə nəşrə başlamışdır. “Molla Nəsrəddin” şəkilli satirik jurnal idi. Yalnız həqiqəti yazan jurnalın əsas məqsədi xalqın oyanışı və ictimai-mədəni tərəqqisi idi. Jurnalda qadın hüquqsuzluğunu , dini fanatizmi , ədalətsizliyi ifşa edən felyetonlar, lətifələr, karikaturalar əsas yer tuturdu.

XX əsrin əvvəllərində tənqidi realizmlə yanaşı romantizm ədəbi cərəyanı da fəaliyyət göstərmişdir. Tənqidi realizmdən fərqli olaraq , romantizm ədəbi cərəyanının nümayəndələri həyatı tipik bədii vasitələrlə deyil, xəyala və arzuya uyğun şəkildə ifadə etməyə üstünlük vermişlər.

Azərbaycan ədəbiyyatında milli romantizm ədəbi cərəyanını H. Cavid, M. Hadi, Ə. b. Hüseynzadə , A. Səhhət, A. Şaiq və başqaları təmsil etmişlər.

Azərbaycanda romantizm ədəbi cərəyanının əsas ideya cəbbəxanası “Füyuzat” jurnalı idi. Görkəmli romantik şair və mütəfəkkir Ə. b. Hüseynzadənin redaktorluğu ilə 1906-1907 ci illərdə Bakıda nəşr olunmuşdur. “Füyuzat” -türkçülük və islamçılıq ideyalarının , ictimai- mədəni tərəqqiyə çağırış, avropalaşmaq- müasirləşmək meyillərinin əsas tribunası olmuşdur.

“Füyuzat” jurnalı ali niyyətinə çatmaq üçün elmin və maarifin inkişaf etdirilməsi , milli adət və əxlaqın zənginləşdirilməsi, ədəbiyyatın dirçəlişi, dilimizin islahı kimi məsələləri ön mövqeyə çəkdiyini bəyan etmişdir.

“Füyuzat” jurnalı məşhur milyonçu və xeyriyyəçi H. Z. Tağıyevin maliyyə dəstəyi ilə nəşr olunurdu.

XX əsrin əvvəllərində Azərbaycanda bədii fikirlə yanaşı , elmi fikir də inkişaf etməkdə idi. Ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərən A. Sur, S. Hüseyn, F. B. Köçərli vəbaşqaları dövrü mətbuatda klassik və müasir Azərbaycan ədəbiyyatı haqqında qiymətli məqalələr, mükəmməl əsərlər yazmışlar.

XX əsrin əvvəllərində mühacirət ədəbiyyatı da formalaşmağa başlamışdır. Mühacirət ədəbiyyatında vətən həsrəti, qürbət duyğuları, tarixi hadisələrə fərqli ədəbi baxış meyilləri qüvvətlidir.

Həyatlarının əsas dövrlərini Türkiyədə keçirmiş Ə.b. Hüseynzadə, Ə. Ağaoğlu, M. Rəsulzadə, A . İldırım, Fransada mühacir həyatı yaşamış Ümmülbanu, Almaniyada yazıçı kimi tanınmış Qurban Səid və başqaları Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələridirlər.

Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı (1869-1932)

Böyük demokrat, ictimai xadim, yazıçı, dramaturq C. Məmmədquluzadə Məmmədqulu oğlu 22 fevral 1869 -cu ildə qədim Naxçıvan torpağında anadan olmuşdur. 1873-1878-ci illərdə mollaxanada oxumuş, ərəb və fars dillərini öyrənməklə Şərq tarixi və ədəbiyyatı haqqında ilkin məlumatlar almasına təsir göstərmişdir. Sonra isə Naxçıvan şəhər üçsinifli məktəbində təhsil almışdır.

C. Məmmədquluzadə 1882-1887-ci illərdə Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir.

1887-1897-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, əvvəlcə İrəvan quberniyasının Uluxanlı, sonra Baş Noraşen, daha sonra isə Nehrəm kəndində müəllimlik etmişdir. İrəvan və Naxçıvanın hüquq orqanlarında qısamüddətli fəaliyyət göstərmişdir.

Böyük ədib 1903-cü ildən Tiflisdə yaşayıb fəaliyyət göstərmişdir. Mirzə Cəlil ilk vaxtlar Tiflisdə nəşr olunan “Şərqi-Rus” qəzetilə əməkdaşlıq etmişdir.

C. Məmmədquluzadənin rəhbərliyi ilə 1906-cı il aprel ayınin 7-də “Molla Nəsrəddin” jurnalı Tiflisdə nəşr olunmağa başlamışdır. Jurnal 1920-ci ilə qədər Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə, 1921-1932-ci llərdə Bakıda nəşr olunmuşdur. Mirzə Cəlil Azərbaycanda sovet hakimiyyətinin qurulmasını alqışlamış, ictimai tədbirlərdə fəal iştirak etmişdir.

Böyük demokrat 1932-ci il 4 yanvarda Bakı şəhərində vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

YARADICILIĞI. C. Məmmədquluzadə ədəbiyyatımızda kiçik hekayənin böyük ustadı kimi tanınmışdır. Yazıçının nəsr əsərləri Azərbaycan ədəbiyyatında yeni ədəbi hadisə idi. Mirzə Cəlilin “Poçt qutusu”, “Saqqallı uşaq”, “Quzu”, “Konsulun arvadı”, “Rus qızı”, “Nigarançılıq” hekayələrində Azərbaycan cəmiyyətinin problemləri öz əksini tapmışdır.

“Proletar şairi”, “Oğru inək”, “Şərq fakultəsi” və başqa hekayələrində Sovet cəmiyyətində baş verən prosesləri ustalıqla qələmə almışdır.

Ustad yazıçının 1894-cü ildə qələmə aldığı “Danabaş kəndinin əhvalatları” povestində Azərbaycan kəndinin geriliyi məharətlə təsvir edilmişdir.

DRAMATURGİYASI. Mirzə Cəlil yazdığı dram əsərləri ilə ədəbiyyatımızda yeni bir mərhələ açmışdır. İlk dram əsəri olan “Çay dəstgahı”nı 1889-cu ildə qələmə almışdır. Əsər nəzm formasında yazılmışdır. Alleqorik pyesdir. Pyesdə gənc müəllif “kimdir günahkar”kimi dərin ictimai məzmunlu suala cavab axtarır.

Dramaturgiyamızın bənzərsiz nümunəsi olan “Ölülər” tragikomediyası 1909-cu ildə yazılmışdır. Əsərdə avamlıq, mövhumat, dini fanatizm , qadın hüquqsuzluğu məsələsi böyük sənətkarlıqla qələmə alınmışdır. Əsərin əsas qəhrəmanı Kefli İsgəndər əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin nəzərə çarpan milli ziyalısının ümumiləşmiş obrazıdır.

Şeyx Nəsrullah obrazı isə əsərdə yalançı, fırıldaqçı din xadimlərinin ümumiləşmiş obrazıdır.
C. Məmmədquluzadənin “Kamança” pyesi 1920-ci ildə yazılmışdır. Bu əsər Qarabağ münaqişəsinə həsr olunmuş ilk bədii əsərdir.

“Anamın kitabı” tragikomediyası da 1920-ci ildə yazılmışdır. Əsərdə azərbaycançılıq ideyası əsas yer tutur.

“Danabaş kəndinin məktəbi” pyesi 1921-ci ildə yazılmışdır. Pyesdə maarifçilik məsələsi ön plana çəkilmişdir.

Dramaturqun yaradıcılığında xüsusi yer tutan “Dəli yığıncağı” tragikomediyasında xalqa rəhbərlik edənlərin onun dilini, milli psixologiyasını bilməyən insanlar tənqid olunur.

PUBLİSİSTİKASI. C. Məmmədquluzadə yüzlərlə felyetonun və publisistik məqalələrin müəllifidir. Ədibin “Necə qan ağlamasın”, “Millət”, “Sizi deyib gəlmişəm”, “Firqələr davası”və s. kimi məqalələrində dövrün, zamanın naqislikləri öz əksini tapır.

Mirzə Cəlilin publisistikasında “Azərbaycan” (1917) məqaləsi önəmli yer tutur. Bu məqalə milli oyanış dövrünün həqiqi bədii manifestidir.

Böyük ədibin məqalələri içərisində mühüm yer tutan yazılarından biri də “Cümhuriyyət” məqaləsidir. Bu məqalə Mirzə Cəlil demokratizminin nizamnaməsidir.

Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığı (1862-1911)

HƏYATI. M. Ə. Sabir ədəbiyyatımızda yeni tipli satiranın banisi və tənqidi realizmin yaradıcılarındandır. Mollanəsrəddinçi satirik şeir məktəbinin əsasını qoyanlardan biri olan M. Ə. Sabir 30 may 1862-ci ildə qədim Şamaxıda anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, 1874-1883-cü illərdə S. Ə. Şirvaninin dərs dediyi yeni üsullu quberniya məktəbində oxumuşdur.

1884-1886-cı illərdə Şərq ölkələrinə səyahət etmiş, səyahət zamanı rastlaşdığı hadisələr və insanlar onun həyatında dərin iz buraxmışdır.

Şamaxıya qayıtdıqdan sonra 1887-ci ildə qohumu Billurnisə ilə evlənmiş, ailəsini dolandırmaq üçün sabun bişirməklə məşğul olmuşdur. 1902-ci ildə Şamaxıda baş verən zəlzələ onun həyatını daha da çətinləşdirmişdi. M. Ə. Sabir başqa mətbuat orqanlarında şeirlərini çap etdirsə də onun əqidəsinə, məsləkinə uyğun mətbuat orqanı “Molla Nəsrəddin” jurnalı idi. “Molla Nəsrəddin”lə əməkdaşlığı yeni tipli satiranın meydana gəlməsinə və Mirzə Cəlillə dostluğa səbəb olmuşdu. 1908-ci ildə imtahan verib müəllimlik diplomu almışdır. “Ümid” məktəbini açmışdır. “Zənbur” jurnalı ilə əməkdaşlıq etmişdir. Balaxanı məktəbində, “Günəş” və “Həqiqət” qəzetləri redaksiyalarında çalışmışdır. “Çuvalduz” ,”Nizədar”, “Hophop” imzaları ilə şeirlər yazmışdır.

1911-ci il 12 iyulda Şamaxıda vəfat etmişdir.

YARADICILIĞI. M. Ə. Sabir yaradıcılığa ibtidai məktəbdə oxuduğu vaxt başlamışdır. Mərsiyələr, lirik şeirlər, epik əsərlər yazmış, bədii tərcüməçiliklə məşğul olmuşdur. Sabir milli satirik şeirimizə ilk dəfə olaraq , taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, sual-cavab və s. janrlar gətirmişdir.

O, H. b. Zərdabinin, Müzəffərəddin şahın vəfatı münasibətilə mərsiyələr yazmışdır. Onun mərsiyələri lirik üslubdadır.

Şarin yaradıcılığını aşağıdakı kimi qruplaşdırmaq olar: 1.Klassik üslubda yazdığı qəzəlləri;

2.İctimai-siyasi şeirləri

3.Uşaq şeirləri

Qəzəl yaradıcılığında klassik ədəbiyyatla bərabər, S. Əzimin də təsiri hiss olunur.

İctimai-siyasi şeirləri içərisində “Fəxriyyə”, “Səttarxana”, “Ruhum” şeirləri daha çox diqqəti cəlb edir.

Uşaq şeirlərində M. Ə. Sabir gənc nəsli elmə, təhsilə həvəsləndirmişdir. “Uşaq və buz”, “Yaz günləri”, “Cütcü”, “Ağacların bəhsi” , “ Hər işin ibtidası” və s. şairin belə şeirlərindəndir.

SATİRALARI. M. Ə. Sabir satira sənətini yeni bir inkişaf mərhələsinə çatdırmışdır. O, Azərbaycan şeirində inqilabi satiranın banisidir.Tipi öz dilində danışdırmaq üsulunu ədəbiyyatımıza məhz Sabir gətirmişdiir.

İctimai-siyasi çətinliklər, xalqın mədəni geriliyi, mövhumat, qadın azadlığı Sabir satiralarının başlıca mövzularındandır. “Millət şərqisi”, “İstiqbal bizimdir”, “ Bizə nə”, “Ayılma”, “Qoyma gəldi”, “Adəmi adəm eyləyən paradır” və s. kimi şeirlərində dövrün eybəcərlikləri öz əksini tapmışdır. Satira yaradıcılığında şairin əsas məqsədi xalqı qəflət yuxusundan oyatmaq, ona öz hüquqlarını başa salmaqdır. Aşağıdakı nümunələrdə bu fikirləri əyani şəkildə görmək olar:

Dindirir əsr bizi, dinməyiriz,

Atilan toplara diksinməyiriz.

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz.

Yaxud

Əqrəb kimi neştər gücü var dırnağımızda,



İslam susuz olsa, su yox bardağımızda,

Hər küncdə min tülkü yatıb çardağımızda,

Min hiylə qurub, rütbəvü ikram alarız biz,

Qafqazlılarız, yol kəsəriz, nam alarız biz!

Maarifçi-satirik şeirləri. Sabir maariflənməni, qadın azadlığını, demokratik azadlıqlar uğrunda mübarizə aparmağı çox vacib hesab edirdi. Böyük şairin “Uşaqdır”, “Müəllimlər syezdi”, “Ürəfa marşı” və s. kimi şeirlərində elmsizliyin, savadsızlığın bəlaları ifşa olunduğundan həmin əsərlər maarifçi-satirik şeirlərdəndir.

M. Ə. Sabirin satirik şeirləri bu gün də aktualdır.

XX əsrin 10-cu illərinin sonlarından 50-ci illərə qədər Azərbaycan

ədəbiyyatı

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması iləölkədə ictimai-siyasi həyatla yanaşı ideoloji, mədəni, ədəbi-bədii həyatda da böyük canlanma əmələ gəldi. Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə milli dövlətçilik ideyaları geniş tərənnüm olunur, vətənpərvərlik hisləri təbliğ edilirdi.

Azərbaycanın Şimalının 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğalı nəticəsində AXC-nin süqutundan sonra ölkədə ictimai-siyasi , ideoloji ovqat dəyişməyə başladı. Azərbaycan Yazıçılar Cəmiyyəti əsasında daha mütəşəkkil yaradıcılıq təşkilatı olan Azərbaycan Yazıçılar İttifaqı yaradıldı. Haqqında söhbət gedən mərhələdə həm poeziyada , həm nəsrdə, həm də dramaturgiyada böyük inkişaf özünü göstərmişdir.

POEZİYA. 10-cu illərin sonu, 20-ci illərin əvvəllərində milli vətənpərvərliyin əsas tərənnümçüsü poeziya idi.

Ə.CAVAD (1892-1937). Ə. Cavad Azərbaycan Demokratik Cümhuriyyətinin tərənnümçüsü, Azərbaycan Demokratik Respublikasının Dövlət himninin sözlərinin müəllifidir.

S.RÜSTƏM (1906-1989). Azərbaycan sovet poeziyasının tərənnümçüsü olmuş, bir çox lirik şeirlərin müəllifidir.

M. RAHİM (1907-1977). Azərbaycan sovet poeziyasının görkəmli nümayəndələrindən biridir. Böyük Vətən müharibəsi dövründə azərbaycanlı təyyarəçinin qəhrəmanlığını tərənnüm edən “Leninqrad göylərində” poeması məşhur olmuşdur.

M. MÜŞFİQ (1908-1938). Yaradıcılığa 20-ci illərin ortalarında başlamışdır. M. Müşfiq sovet quruculuğunu tərənnüm etməklə yanaşı, gəncliyin saf, səmimi duyğularını da qələmə almışdır. Məşhur “Yenə o bağ olaydı” şeiri Müşfiqin qələminin məhsuludur.

O.SARIVƏLLİ (1905-1990). Yaradıcılığa 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində başlamışdır. Əsasən xalq şeiri üslubunda yazmışdır.

Ə.VAHİD (1895-1965). Yaradıcılığa 10-cu illərin ortalarında başlamışdır.Xalqın ruhuna uyğun qəzəllər, meyxanalar yazmışdır.

M. DİLBAZİ (1912-2001). 30-cu illərdə ədəbiyyata gəlmişdir. Şeirlərində sovet quruluşu ilə yanaşı, adi insanın hislərini, duyğularını da təsvir etmişdir.

N. RƏFİBƏYLİ (1913-1981). Yaradıcılığa 30-cu illərdə başlamışdır. Şeirlərində sovet ideologiyası ilə yanaşı, səmimi lirik şeirlər yazmışdır.

N Ə S R. 20-ci, 30-cu illərdə yazılmış nəsr əsərlərində “yeni həyat”ın, sosialist inqilabının təntənəsi , “ictimai geriliy”in ifşası əsa s mövzudur.

S. HÜSEYN (1887-1937). 20-ci, 30-cu illərdə yazdığı “Yeni həyat yollarında”, “İki həyat arasında” hekayə kitablarının müəllifidir.
M.S. ORDUBADİ (1872-1950). Yaradıcılığa 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində başlamışdır. Qələmini müxtəlif sahələrdə sınasa da tarixi romanlar ustası kimi tanınmışdır. 1930-1940-cı illərdə nəşr olunmuş “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” romanları Azərbaycan tarixi nəsrinin dəyərli nümuləridir.

S. RƏHİMOV (1900-1983). Yazıçı “Saçlı”, “Ağbulaq dağlarında”, “Qafqaz qartalı” və s.romanlar, povestlər, hekayələr yazsa da əsasən Azərbaycan ədəbiyyatı tarixində “Şamo” epopeyasının müəllifi kimi məşhurdur.

Ə. VƏLİYEV (1901-1983). Xalq həyatını yaxşı bilən Ə.Vəliyev əsərlərində yerli kolorit öz ifadəsini bütün zənginliyi ilə tapır.

M. HÜSEYN (1909-1965). Yaradıcılığa çox gənc yaşlarında başlamışdır. Ədəbiyyat ideoloqu kimi tanınmışdır. Çoxlu hekayə, povest, roman və ədəbi tənqidi məqalələr müəllifidir.

M. Hüseyn “Abşeron”, “Qara daşlar”, “Yeraltı çaylar dənizə axır” və s. əsərlərin müəllifidir.

DRAMATURGİYA. Dramaturgiya sahəsində H. Cavid, C. Cabbarlı, S. Rəhman, M. İbrahimov, S. Vurğun və başqaları qiymətli əsərlər yazmışlar. Dramaturgiyanın inkişafı Azərbaycan teatrının tarixində yeni mərhələnin başlanmasına təkan vermişdir.

ƏDƏBİYYATŞÜNASLIQ. F.b. Köçərli məktəbinin davamçıları olan V. Xuluflu, H. Əlizadə, S.Mümtaz, M.Təhmasib, H. Araslı, F. Qasımzadə , M. Cəlal, M . Cəfər, M. A. Dadaşzadə və başqaları ədəbi tənqidə dair sanballı əsərlər yazmışdır.

Hüseyn Cavidin həyatı və yaradıcılığı (1882-1941)

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanın əsas nümayəndələrindən olan H. Cavid milli romantik şeirin və mənzum faciənin banisidir.

HƏYATI. Hüseyn Molla Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada almışdır. Mollaxanada oxuyarkən ərəb-fars dillərini öyrənmişdi. Sonra Naxçıvanda “Tərbiyə” məktəbində oxumuşdur. Gənc yaşlarında “Gülçin” və “Salik” təxəllüslərilə şeirlər yazmışdır. 1898-1903-illərdə Təbrizdəki “Talibiyyə” məktəbində, 1906-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakultəsində təhsil almışdır.

1909-1910-cu illərdə Naxçıvanda, 1911-1917-ci illərdə Tiflisdə müəllimlik etmişdir.

1913-cü ildə “Keçmiş günlər”, 1917-ci ildə “Bahar şəbnəmləri” şeilər kitabları çap olunmuşdur.

Azərbaycanda sovet hökuməti qurulduqdan sonra , əsasən müəllim kimi fəaliyyət göstərmişdir. 1937-ci ildə günahsız yerə həbs olunmuş, 1938-1940-cı illərdə sibirdə sürgündə olmuşdur. 1941-ci ildə sürgündə vəfat etmişdir.

YARADICILIĞI. H. Cavid poeziyası romantik şeirlər və poemalardan ibarətdir. O, yaradıcılığa klassik üslubda yazdığı qəzəllərlə başlamışdır. Cavid poeziyasının lirik qəhrəmanı filosof xarakterli aşiqdir. İstanbulda təhsil aldığına və türk poeziyası ilə bağlılıq onun şeirlərində Anadolu şivəsinə məxsus ifadələri artırır. “Rəqs”, “Pəmbə çarşav”, “Uyuyur”, “Ah, yalnız sən” və s. şeirlərində Anadolu şivəsinə məxsus ifadələr çoxdur.

H.Cavid həm klassik üslubda qəzələ, həm də aşıq şeiri tərzində qoşma, gəraylıya müraciət etmişdir. “Get”, “Könlümü” şeirləri qəzəl, “Xuraman-xuraman”qoşma, “Rəqs”, “Uyuyur” müxəmməs və müsəddəslərin əlamətləri olan şeirlərdir.

H. Cavid Azərbaycan şeirinə sonet, türkü, marş kimi yeni janrlar gətirmişdir.

Dialoqlardan istifadə Cavid lirikasına süjet əlaməti verir. “Qız məktəbində”, “Çiçək sevgisi” belə şeirlərdəndir. “Qız məktəbində” şeiri ədəbiyyatımızda süjetli lirikanın gözəl nümunəsi sayılır.

--Quzum, yavrum! Adın nədir?

--Gülbahar.

--Pəki, sənin anan , baban varmı?

--Nasıl, zənginmidir baban?

--Əvət, zəngin, bəyzadə...

--Öylə isə geydiyin geyim neçin böylə sadə?..

POEMALARI. H. Cavid ilk poemalarını XX əsrin əvvəllərində qələmə almışdır. Şairin ilk poemaları lirik-romantik məzmun daşıyır.


“Bir ahi-məzlumanə” (1907) poemasında vətənin acı halına dərin təəssüf hisləri ifadə edən şair qeyrət göstərmək motivlərini ön plana çəkmişdir.

“İştə bir divanədən bir xatirə” (1912) poemasında şair lirik-romantik düşüncələrini əks etdirmişdir.

“Hübuti-Adəm” (1913) poemasında Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınmış məqamın kiçik epik təsviri verilmişdir.

“Azər”poeması Cavidin ən kamil əsəridir. Bu poemanı şair Almaniyada müalicə olunarkən—- 1926-1928-ci illərdə yazmışdır.

Əsərin əsas qəhrəmanı Azər real həyatdan alınmış bədii obrazdır.Cavid Azərin proobrazıdır.

Əsərdə H. Cavid Azərbaycanda qurulmuş yeni cəmiyyətə öz münasibətini bildirir.”Səlmanın səsi”, “Üsyan” bölmələrində yeni cəmiyyətindərki məsələləri önə çəkilir.

DRAMATURGİYASI. H. Cavid ədəbiyyatımızda daha çox dramatik əsərlərilə məşhurlaşmışdır. O, Azərbaycan romantik mənzum dramaturgiyasının ,mənzum faciə janrının yaradıcısı və banisidir.

Ədibin ilk dramatik əsəri “Ana” mənzum faciəsidir.Əsərin əsas qəhrəmanı olan Səlma ana hər cür qeyri-insani hislərdən yüksəkdə duraraq övladının qatilini bağışlamağı bacarır.

H.Cavidin ikinci pyesi olan “Maral” (1912) nəsrlə yazılmış faciədir. Ailə-məişət planında yazılmışdır.Əsərdə pulun, sərvətin cəmiyyətdə törədə biləcəyi bəlalar əks etdirilir.

“Şeyx Sənan faciəsi(1914) damaturqun ən məşhur əsəridir.Əsərdə saf eşqin dini etiqad üzərindəki təntənəsi,hər cür buxovları qırmaq qüdrəti nümayiş etdirilir.

“Şeyda”(1916) pyesi Bakı mətbəə işçilərinin həyatından bəhs edən faciədir. Nəsrlə yazılmışdır.Burada realist lövhələrə daha çox yer verilmişdir.Dramaturq “Şeyda”pyesində real mübarizə yollarını tapa bilməyən insanların faciəsini ümumiləşdirir.

“İblis”(1918)mənzum faciəsi şərə qarşı qüvvətli etirazın ifadəsi olan Cavid dramaturgiyasının ən dəyərli əsərlərindən biridir.

“Uçurum” mənzum faciəsi (1919)ilə H.Cavid yaradıcılığının 1-ci mərhələsi başa çatır.Dramaturq əsərdə süni avropalaşmanın milli mənəviyyata vurduğu zərbəni və bundan doğan faciəni ümumiləşdirir.

“Afət”(1922) Cavidin Sovet hakimiyyəti illərində nəsrlə yazdığı faciədir.

H.Cavid yaradıcılığında mənzum “Peyğəmbər”(1923)və nəsrlə yazılmış “Topal Teymur”(1925) əsərlərinin özünəməxsus yeri var.Hər iki əsər tarixi mövzuda yazılmış dramdır.

“Knyaz”(1929)mənzum faciəsində Cavid müasirliyə daha yaxın idi. Əsərdə inqilabın doğurduğu çətinliklər nəticəsində Avropaya qaçan Knyazın və ailəsinin faciəsi təsvir olunur.

“Səyavuş”(1933) mənzum faciəsində dramaturq insanlar arasındakı münasibətlərin yaxşılaşdırılması yolundakı maneələrin aradan qaldırılması ideyasını müdafiə edir.

“Xəyyam” (1935)mənzum dramında H.Cavid Xəyyamın simasında insanın öz əqidəsinə sədaqəti fikrini müdafiə edir.

“İblisin intiqamı”(1936)nəsrlə yazılmışdır.Dramaturq sonda bu qənaətə gəlir ki,yalnız yüksək mənəviyyatla,humanist düşüncələrlə iblisə qalib gəlmək olar.

Cəfər Cabbarlının həyatı və yaradıcılığı (1899-1934)

HƏYATI. Ən yeni dövr Azərbaycan dramaturgiyasının banisi Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il 21 martda Xızıda anadan olmuşdur. İlk təhsilini məhəllə mollasının yanında almışdır. Burada ərəb və fars dillərini , xüsusilə də Quran oxumağı və klassik ədəbiyyatı öyrənmişdir. Sonra isə o, Bakıda 7-ci rus-tatar məktəbində təhsil almışdır.

1910-cu ildə rus-tatar məktəbini bitirib Alekseyev adına ali-ibtidai məktəbdə təhsilini davam etdirmişdir. 1915-ci ildə C. Cabbarlı Bakı Sənaye Texnikumuna daxil olmuş, rus dilində təhsilini davam etdirmişdir.

Milli hökumət dövründə C. Cabbarlı yaradıcılığında bir yüksəliş müşahidə olunur. “Sevdiyim”, “Azərbaycan bayrağına” kimi şeirləri bu dövrdə yazılmışdır. C. Cabbarlı 1919-cu ildə S.Hüseynin rəhbərlik etdiyi “Yaşıl qələm”ədəbi cəmiyyətinin fəal üzvlərindən olmuşdur.

1920-ci ildə Milli hökumətin süqutu C. Cabbarlının sonrakı taleyində təsirsiz ötmədi. 1920-1926-cı illər C. Cabbarlının mənəvi böhran keçirdiyi dövr idi.

C. Cabbarlı əslində bolşevik ideyalarını qəbul etməmişdir. Bolşeviklərin həyata keçirdiyi mədəni inqilab C. Cabbarlının xalqımızın gələcəyi barəsində arzularına uyğun idi. Elə bu proses də onu mənəvi sarsıntıdan xilas etdi.

C. Cabbarlı 1934-cü ildə dekabrın 31-də vəfat etmişdir.

YARADICILIĞI. C.Cabbarlı hər üç ədəbi növdə qələmini sınamış, daha çox dramaturq kimi tanınmışdır. O, bir müddət romantik şair kimi tanınır. O həm lirik, həm də satirik şeirlər yazmışdır.

C. Cabbarlının ilk mətbu şeiri olan “Bahar” 1915-ci ildə “Məktəb” jurnalında nəşr olunmuşdur. Milli hökumət dövründə “Sevdiyim”, “Azərbaycan bayrağına” şeirlərini yazır.

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı.

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı.

Ürəklərə dolmalı

Bu al boya azadlığın , təcəddüdün fərmanı.

Mədəniyyət bulmalı.

C. Cabbarlının lirik şeirləri içərisində “Ana” şeiri xüsusi yer tutur.

C. Cabbarlı satirik şeirlərində M. Ə. Sabir ənənəsinin davamçısıdır.

1923-cü ildə Cabbarlı “Qız qalası” adlı bir poema yazmışdır.

HEKAYƏLƏRİ. İlk hekayələri olan “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru” maarifçilik dünyagörüşünün ifadəsi idi. 20-ci illərdə isə “Qara Qənbər”, “Papaq”, “Firuzə” və başqa hekayələrini yazır.

DRAMATURGİYASI. C. Cabbarlının ilk dram əsəri olan “Vəfalı Səriyyə”(1915)pyesində qəhrəmanlar iki yerə bölünür. Bir tərəfdə saf məhəbbət, digər tərəfdə isə cahillik dayanır. Sonda haqq yerini tutur.

Dramaturqun “Solğun çiçəklər”(1916) faciəsi və “Nəsrəddin şah”(1916) dramında ədib faciələri yalnız maarifsizlikdə deyil, insanların fitri qüsurlarında arayır.

“Trablis müharibəsi”(1917) pyesində romantik ruh qabarıq verilmişdir.Burada vətənpərvərlik, saf məhəbbət motivləri üstünlük təşkil edir.

“Ədirnə fəthi”(1917)Bu pyesdə də qəhrəmanlıq motivlərilə yanaşı, Rüfət və Zöhrənin məhəbbətindən bəhs olunur.

“Aydın”da başlıca motiv qəhrəmanın daxili böhranıdır. Pyesin personajları arasında ona qarşı duran aşkar bir cəbhə yoxdur. Aydın özünü mühitə, bəşəriyyətə qarşı qoyur. “Oqtay Eloğlu”pyesi ilə mövzu oxşarlığı var.

1927-ci ildə dramaturq “Od gəlini” faciəsini yazır. Əsər Azərbaycan ədəbiyyatının şah əsərlərindən biri, xalqımızın ictimai fikir tarixində mühüm bir addım idi. Bu faciə xalqımızın milli tale problemini əks etdirir.

1928-ci ildə C. Cabbarlı mədəni inqilab dövrünün ən qiymətli əsəri olan “Sevil” pyesini yazdı. Əsərin əvvəlində təhsilsiz , məzlum bir ev qadını , sonda qadın azadlığı hərəkatının liderinə çevrilir.

Mədəni inqilab illərində C. Cabbarlı “Almaz”, “Yaşar”, “Dönüş” kimi sanballı əsərlər yazmışdır. Yazıçının son mühüm əsərlərindən biri də “1905-ci ildə”pyesidir. Tarixi-inqilabi bir mövzuda yazılmış bir əsərdir.

C. Cabbarlı dramatik əsərlərini yazarkən ANA dilimizi yeni bir inkişaf pilləsinə qaldırmışdı.

Səməd Vurğunun həyatı və yaradıcılığı (1906-1956)

Ən yeni dövr Azərbaycan poeziyasının , müasir Azərbaycan dilinin banisi olan Səməd Vurğun azərbaycançılıq ideologiyasının yaradıcılarından biridir.

HƏYATI. Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Səməd ilk təhsilini öz kəndlərində almışdır.

1918-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. 1920-ci ildə Səməd seminariyanı bitirib Qazax məktəblərində müəllim işləyir. Sonra Qubada, Gəncədə müəllim işləyir.

1929-cu ildə imtahan verib 2-ci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur.

1931-ci ilin yayında Bakıya qayıdır. Azərbaycan Elmi -Tədqiqat İnstitutunun ədəbiyyat üzrə aspiranturasına daxil olur. 1934-cü ildə Səməd Vurğun Azərbaycan Sovet Yazıçılar İttifaqının məsul katibi , 1935-ci ildə ZSFSR İcraiyyə Komitəsinin üzvü seçildi.

Böyük Vətən müharibəsinin ilk günlərində şair qələbə inamını ifadə edən parlaq şeirlərini yazdı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis ediləndə S. Vurğun bu elm məbədinin ilk akademik lərindən biri seçilir.

S. Vurğun 1956-cı il mayın 27-də vəfat etdi. Fəxri xiyabanda dəfn olunub.

YARADICILIĞI. Böyük şairin yaradıcılığının ilk dövrü 1920-ci illərin əvvəllərinə təsadüf edir. Şairin ilk şeirlər kitabı “Şairin andı”(1930), “Fanar”(1932), “Könül dəftəri”(1934) nəşr olunur, ona şöhrət qazandırır.

Yaradıcılığının ilk illərində həm əruz vəznində, həm də sərbəst vəzndə şeirlər yazan şair tezliklə heca vəznini milli şeirimiz üçün daha doğma saymış, bu vəznin parlaq nümunələrini yaratmışdır.

Bu dönüş həm S.Vurğunun öz yaradıcılığı üçün, həm də Azərbaycan şeir dilinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb etmişdir. S. Vurğun 1935-ci ildə “Azərbaycan” şeirini yazmaqla əsl milli şair səviyyəsinə qalxdı.

Gənc şair hələ uşaqlıqdan təbiət vurğunu olub. O təbiətə aid çoxlu şeirlər yazıb. “Dilcan dərəsi”, “Göy göl”, “Kür çayı”, “Dağlar”və s. kimi şeirləri misal göstərmək olar.

Böyük Vətən müharibəsi illərində S. Vurğun sovet adamının faşizmə nifrətini ifadə edən “Ananın öyüdü”, “Şəfqət bacısı”, “Partizan Babaş”,”Qəhrəmanın hünəri” kimi şeirlərini yazdı.

POEMALARI. S. Vurğunun müxtəlif illərdə yazdığı poemalarını mövzu baxımından 3 qrupa bölmək olar: 1) əfsanəvi mövzulara həsr olunmuş poemalar: “Bulaq əfsanəsi”, “Qız qayası”, “Aslan qayası”, “Hürmüz və Əhriman” poemalarının bir qismi xalq əfsanələri, bəziləri də “Avesta” motivləri əsasında yazılmışdır.

2) tarixi mövzulara həsr olunmuş poemalar: “Ölüm kürsüsü”, “Zəncinin arzuları”, “Dar ağacı”, “Üsyan”, “Zamanın bayraqdarı”, “Macəra”öz ideoloji keyfiyyətləri ilə seçilir.


3) sovet həyatını əks etdirən poemalar: “Muğan” və “Aygün” poemlarını sovet həyatını , bu dövrün yeni insanını əks etdirən poemalar kimi götürmək olar.

S. Vurğunun poemaları həyatı əksetdirmə baxımından 2 yerə bölünür: epik poemalar, lirik poemalar.

DRAMATURGİYASI. S. Vurğunun yaradıcılığında pyesləri də mühüm yer tutur. Onun 4 mənzum pyesi vardır. Şairin bütün pyesləri dram janrına aiddir və heca vəznində yazılmışdır. “Vaqif” (1937). Bu dram S. Vurğun yaradıcılığının zirvəsidir.Əsərin mövzusu Azərbaycan şairi M.P. Vaqifin həyatından və Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici qəsbkarlara qarşı mübarizəsindən götürülmüşdür.

“Xanlar”(1939) pyesində Azərbaycan bolşeviklərinin , inqilabçı Xanlar Səfərəliyevin bədii obrazı yaradılmışdır.

“Fərhad və Şirin”(1941) pyesi dahi Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında yazılmışdır. Əsərdə hökmdar və zəmanə, zəhmət və məhəbbət məsələlərinə toxunulur.

“İnsan”(1945) pyesi müharibə və sülh problemləri barədə yazılmış romantik ruhlu fəlsəfi dramdır. S. Vurğun bu əsərdə müharibənin səbəbləri barədə düşünür, insanlığın müharibələr erasından birdəfəlik uzaqlaşmasını arzulayır.

Məhəmmədhüseyn Şəhriyarın həyatı və yaradıcılığı (1905-1988)

M. Şəhriyar Cənubi Azərbaycan şeirinə xalq dilini, xalq ruhunu gətirmişdir.

HƏYATI. M. Şəhriyar 1905-ci ildə Təbrizdə anadan olmuşdur. Ədibin adı Seyid Məhəmmədhüseyn Behcət Təbrizi, təxəllüsü Şəhriyardır.

İlk şeirlərini “Behcət” təxəllüsü ilə yazsa da , ustad sənətkar kimi ədəbiyyat aləmində “Şəhriyar” adı ilə məşhurdur.

Atası , Hacı Mirağa Xoşginabi hüquqşünas olmuş, məhkəmədə vəkillik etmişdir.

Anası, Kövkəb xanım şair ruhlu evdar qadın idi.

Şəhriyarın uşaqlığı ata yurdu Xoşginabda , Heydərbaba dağının ətəyində keçmişdir. Burada ilk dəfə məktəbə getmişdir.

1912-ci ildə Şəhriyarın ailəsi Təbrizə qayıdır. O, burada “Talibiyyə” mədrəsəsində oxumuş , ərəb, fars , fransız dillərini öyrənmişdir.

Şəhriyar 1921-ci ildə Tehrana gələrək darülfünun mədrəsəsində təhsilini davam etdirmişdir.

O, 1924-cü ildə Tehranda Ali Tibb Universitetinin diş həkimi və əczaçılıq fakültəsinə daxil olmuş, lakin oranı bitirə bilməmişdir. Universiteti qurtarmağa 2-3 ay qalmış Şəhriyar təhsilini yarıda qoyaraq Tehranı tərk etməyə məcbur olmuşdur.

1935-ci ildə Tehrana qayıdır. Burada o, kənd təsərrüfatı bankında işə düzəlir.

1937-ci ildə şair Təbrizə qayıdır. Ustad Şəhriyarın ən ağır , böhranlı günlərində anası Kövkəb xanım ona dayaq, həmdəm olmuşdur. 1952-ci ildə Kövkəb xanım vəfat etmişdir.

Şair bir müddət Tehranda yaşadıqdan sonra 1953-cü ildə Təbrizə qayıdır. Qohumu Əzizə xanımla ailə qurur.

1973-cü ildə görkəmli alim və ictimai xadim doktor C. Heyət təkidlə ustad Şəhriyarı Tehrana dəvət edir.

Böyük şair Əzizə xanımın ölümündən sonra övladları ilə birlikdə həmişəlik Təbrizə dönür.

1988-ci il 18 sentyabrda Şəhriyar vəfat edir. Təbrizdəki Surxab qəbristanlığında dəfn edilmişdir.

YARADICILIĞI. Ustad Şəhriyarın yaradıcılığında Azərbaycan mövzusu geniş yer tutur. Ustadın “Azərbaycan” şeiri o taylı-bu taylı Azərbaycanda həmin mövzuda yazılmış şah əsərlərdən biridir:

Şəhriyarın ürəyi də səninkitək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman , Azərbaycan!

Şəhriyar və ana dili mövzusu da Şəhriyar və Azərbaycan mövzusunun üzvi tərkib hissəsidir. Şairin 1969-cu ildə yazdığı “Türkün dili” şeiri indiyədək ana dilimiz haqqında yazılmış ən mənalısıdır:


Türkün dilitək sevgili, istəkli dil olmaz,

Ayrı dilə qatsan, bu əsl dil əsil olmaz.

Ustad Şəhriyarın böyük ilhamının məhsulu olan “El bülbülü” , “Can Rüstəm”, “Qaçaq Nəbi” , “Həkiməcan” , “Qafqazlı qardaşlarla görüş”, “Gözün aydın” şeirləri , xalq şairləri S. Rüstəmə və M. Rahimə yazdığı mənzum məktublar Güney Azərbaycanda uzun illər Şimali Azərbaycanla əlaqə və ünsiyyətin ən etibarlı bələdçisi olmaq vəzifəsini uğurla yerinə yetirmişdir.

Ustad şairin yaradıcılığında poema janrının da xüsusi yeri vardır. Onun poemalarının bir qismi fars dilində yazılmışdır. Şair “Haqqın səsi” poemasında “İnsanın vətəni Yer kürəsidir” ideyasını irəli sürür. “Şeir və hikmət” poemasını şairin fəxriyyəsi də adlandırmaq olar.

“Nişapurda günəş batarkən”, “Qardaşım oğlu Huşəngə”, “Gecənin əfsanəsi” şairin tərcümeyi-hal poemalarıdır. “Stalinqrad qəhrəmanları” poemasında isə 2-ci Cahan müharibəsində baş verən hadisələr , qələmə alınmışdır.

Şəhriyarın poema yaradıcılığında “Səhəndiyyə” poeması xüsusi yer tutur. Poema Azərbaycan dilində yazılmışdır. Cənublu şair Səhəndin məktubuna cavab olaraq yazılmışdır.

“HEYDƏRBABAYA SALAM” (1954) poeması. Bu poema Şəhriyarın yaradıcılığının zirvəsidir. Şair daha çox bu poeması ilə tanınıb şöhrətlənmişdir. “Heydərbabaya salam” poeması dünya poeziyasında nadir lirik poemalardan biridir.

Poema iki hissədən ibarətdir. Birinci hissədə şairin uşaqlıq xatirələri, ikinci hissədə isə şairin real müşahidələri əsasında yazıldığı üçün burada bəşəri mətləblərdən çox konkret problemlərə diqqət yetirilmişdir.

Poemada dağ obrazı özünəməxsus yer tutur. Şair Heydərbaba dağına daha çox Vətənin rəmzi , uşaqlıq xatirələrinin şahidi kimi üz tutur.

“Heydərbabaya salam” poemasında şairin özünün də bədii obrazı canlandırılmışdır.

Janr etibarilə “Heydərbabaya salam” əsəri lirik poemadır. Bu poema XX əsr Azərbaycan ədəbiyyatının mühüm yaradıcılıq nailiyyətidir. Ədəbiyyatımızda bu poemaya çoxlu nəzirələr yazılmışdır.

Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı (1908-1978)

HƏYATI. Mir Cəlal Əli oğlu Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Əndəbil kədində anadan olmuşdur. Uşaq ikən ailəsi ilə Gəncəyə köçmüşdür. İlk təhsilini də Gəncədə almışdır. 1924-1928-ci illərdə Gəncə Pedaqoji Texnikumunda oxumuşdur. Mir Cəlal 1930-1932- ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsil almışdır.

Görkəmli yazıçının həyatı 1933-cü ildən ömrünün sonuna qədər Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur.

Mir Cəlal keçən əsrin 20-ci illərinin axırlarında ədəbi fəaliyyətə başlamışdır. Bədii yaradıcılığa şeirlə başlamışdır. Sonra isə nəsr sahəsini seçmişdir. Ədəbi xəzinəmizə qiymətli nəsr əsərləri bəxş etmişdir.

M. C. Paşayev ədəbiyyatşünas alim kimi də böyük şöhrət qazanmışdır. O, ədəbiyyatşünaslığın müxtəlif sahələrinə aid sanballı monoqrafiyalar, çoxlu sayda elmi məqalələr yazmışdır.

Görkəmli yazıçı və tanınmış alim M. C. Paşayev 28 sentyabr 1978-ci ildə vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.

YARADICILIĞI. M. C. Paşayev “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələrini qoruyub saxlayan və inkişaf etdirən yazıçılardandır. Ədibin yazdığı hekayələr, povest, romanlar ədəbiyyatımızın qiymətli ədəbi nümunələridir.

HEKAYƏLƏRİ. Görkəmli yazıçı ədəbiyyatımızda hekayə janrının kamil ustadı kimi tanınmışdır. Mir Cəlal hekayələrində C. Məmmədquluzadə və Ə. b. Haqverdiyev ənənələrini yaşadıb inkişaf etdirmişdir. Yazıçı müxtəlif illərdə yazdığı hekayələrini “Həyat hekayələri”, “Sadə hekayələr”, “Mətləb hekayələri” kitab halında nəşr etdirmişdir. O, bu hekayələrdə ibrətamiz məqamları, sadə, adi, sıravi insanların əhvali-ruhiyyəsini bədii ədəbiyyata gətirməyə üstünlük vermişdir. Ədibin maraqlı, yaddaqalan, məşhur hekayələrindən “Qoltuq radiosu”, “Həkim Cinayətov”, “İclas qurusu”, “Anket Anketov”, “Qonaqpərəst” və başqalarının adını çəkmək olar.

ROMANLARI VƏ POVESTİ . Mir Cəlalın yaradıcılığında roman janrının xüsusi yeri vardır. Nasirin müxtəlif illərdə qələmə aldığı “Dirilən adam”(1934), “Bir gəncin manifesti”(1938), “Açıq kitab”(1944), “Yaşıdlarım”(1946), “Təzə şəhər”(1951), “Yolumuz hayanadır”(1957) romanları ədəbiyyatımızda oxucu rəğbətini qazanmışdır. “Dirilən adam” romanında XX əsrin 20-30-cu illərində Azərbaycanda baş verən hadisələrin timsalında haqsızlıq və dərəbəyliyin törətdiyi fəsadlar öz əksini tapmışdır.

“Bir gəncin manifesti” romanınında ictimai-mənəvi azadlıq problemi ön mövqedə dayanır.Əsərdə təsvir olunan zəhmətsevər insanların başlıca qayəsi sosial mühitin mövcud buxovlarından xilas olmaqdan , insan kimi yaşamaq haqqı qazanmaqdan ibarətdir.

Romanda Sona ananın obrazı məharətlə təsvir edilmişdir. Romandakı Mərdan, Yəhya, Bağır, Yaqub və başqaları haqsızlığa barışmaz münasibətləri ilə yadda qalırlar.

“Açıq kitab” romanında xudbinlik və bədxahlıqla əsl insani münasibətlərin mübarizəsi əsasında haqqın qələbəsi əks etdirilmişdir.

“Yaşıdlarım” romanının mövzusu şəhər həyatından götürülmüşdür. Bu roman avtobioqrafik roman təsiri bağışlayır. Kərimzadə surəti müəllifin proobrazı kimi görünür.

“Yolumuz hayanadır” romanında qüdrətli şair M. Ə. Sabirin həyatı və mühiti qələmə alınmışdır.

“Dağlar dilə gəldi”(1967) povesti Azərbaycanın adlı-sanlı ağsaqqal ziyalıları ilə yeni nəsil maarifçiləri arasındakı əlaqələrdən bəhs edilir. Povestdə görkəmli yazıçı C. Məmmədquluzadənin də obrazı yaradılmışdır.

ELMİ ƏSƏRLƏRİ. Mir cəlal həm də görkəmli alimdir. Alimin “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi məktəblər”, professor P. Xəlilovla birlikdə yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, “XX əsr Azərbaycan ədəbiyyatı” (Firudin Hüseynovla birlikdə yazıb) əsərləri tələbələrin və müəllimlərin stolüstü kitabıdır. M. C. Paşayevin bədii əsərləri kimi elmi əsərləri həmişə öz aktuallığını qoruyub saxlayır

XX əsrin ortalarından bu günə qədərki Azərbaycan ədəbiyyatı

Bu mərhələnin başlanğıcı cəmiyyətdə baş verən böyük dəyişiklərlə əlamətdardır. Qələm sahibləri cəmiyyətdə baş verən dəyişikliklərə daha həssas yanaşırlar. 50-ci illərin sonlarında baş verən proseslər—demokratikləşmə meyilləri ədəbiyyatın inkişafına həqiqi mənada təkan verdi.

Poeziya. Bu mərhələdə poeziyada , əsasən üç nəslin nümayəndələri fəaliyyət göstərirdi:

HÜSEYN ARİF. Xalq poeziyasının ənənələrini davam etdirmiş, lirik şeirlər, poemalar yazmışdır. (poemaları: “Yolda”, “Dilqəm”)

NƏBİ XƏZRİ. Lirik şeirlər, lirik-epikpoemalar, mənzum və mənsur dramlar müəllifidir.

QABİL (İMANVERDİYEV). Yaradıcılığında ənənəvi mövzular əsas yer tutur. Zaradıcılığının zirvəsi “Nəsimi” poemasıdır.

NƏRİMAN HƏSƏNZADƏ. Lirik şeirlər, lirik-epik poemalar və mənzum dramlar yazmışdır. “Nəriman”, “Kimin sualı var?”,”Zümrüd quşu”poemaları, “Atabəylər”,”Pompeyin Qafqaza yürüşü”dramları və s.

XƏLİL RZA ULUTÜRK.Gözəl şair, mübariz vətəndaş, ana dilimizin təəssübkeşi, azadlıq mücahidi olmuşdur.

MƏMMƏD ARAZ. Milli birlik, vətənpərvərlik tərənnümçüsü olmuşdur.”Atamın kitabı”, “Dünya sənin,dünya mənim”, “Əsgər andı” və başqa kitabları nəşr olunmuşdur.

CABİR NOVRUZ.Şeirlərinin əsas tərənnüm obyektləri ana,Vətən, məhəbbət,gözəllik olan C.Novruz sevilən şairlərdən olmuşdur.”Məhəbbət”,”Sağlığında qiymət verin insanlara”,”Tələbəlik illəri” kimi şeirləri dillər əzbəridir.

VAQİF SƏMƏDOĞLU(VƏKİLOV). Son dövr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir.”Yaşıl eynəkli adam”,”Bəxt üzüyü” kimi maraqlı komediyaların müəllifidir.

SABİR RÜSTƏMXANLI.Ədəbiyyatda,xalqın azadlıq mübarizəsində öndə gedən şəxsiyyətlərdən biridir.”Gəncə qapısı”,”Sağ ol,Ana dilim”,”Qan yaddaşı”,”Ömür kitabı” və başqa qiymətli əsərlərin müəllifidir.

RAMİZ RÖVŞƏN. Müasir poeziyamızın görkəmli nümayəndələrindəndir.”Göy üzü daş saxlamaz”,”Gedək biz olmayan yerə”,”Nəfəs”kimi şeir kitabları geniş oxucu rəğbətini qazanmışdır.

ZƏLİMXAN YAQUB. Aşıq poeziyasının mükəmməl bilicisidir.Çoxlu maraqlı şeirlərin müəllifidir.

N Ə S R . İSA HÜSEYNOV(MUĞANNA).”Yanar ürək”,Saz”,”Teleqram”,povestlərinin,”Məhşər”,”İdeal” romanlarının və bir çox hekayələrinin müəllifidir.


SABİR ƏHMƏDLİ.”Aran”,”Toğana”,”Dünyanın arşını” və başqa povestləri, hekayələri oxucuların rəğbətini qazanmışdır.

VİDADİ BABANLI. Ən məşhur əsəri “Vicdan susanda” romanıdır.”Həyat bizi sınayır”,”Müqəddəs ocaq”,”Ömürlük əzab” və s. qiymətli əsərlərin müəllifidir.

YUSİF SƏMƏDOĞLU.”Qətl günü”romanı, bir sıra hekayələri ilə tanınmışdır.

ANAR. “Ağ liman”,”Beşmərtəbəli evin altıncı mərtəbəsi”,”Evləri köndələn yar”,”Sizsiz”,”Macal” kimi dəyərli əsərlərin müəllifidir.

ELÇİN. “Bir görüşün tarixçəsi”,”Mahmud və Məryəm”,”Ölüm hökmü” kimi sanballı əsərləri vardır.

MÖVLUD SÜLEYMANLI.Milli dəyərlərə bağlı bir nasirdir.”Dəyirman”,”Köç”,”Səs” kimi çox maraqlı,dərin mənalı olan əsərlərin müəllifidir.

DRAMATURGİYA. II mərhələ Azərbaycan dramaturgiyasının ən görkəmli nümayəndəsi İ.Əfəndiyevdir.İ.Əfəndiyevdən başqa B.Vahabzadə,N.Xəzri,N. Həsənzadə,Elçin,Anar və başqaları dramaturgiyaya maraq göstərmiş,uğurlu əsərlər yaratmışlar.

Komediya sahəsində S.Rəhman,Ş.Qurbanov sanballı əsərlər yazmışlar.

Ədəbiyyatşünaslıq. Bu mərhələdə ədəbiyyatşünaslıq sahəsində M.A.Dadaşzadə,F.Qasımzadə,Ş.Qurbanov,X.Əlimirzəyev,Ə.Səfərli,T.Hüseynoğlu,K.Əliyev,Z.Əsgərli,Yaşar Qarayev,K.Talıbzadə,T.Hacıyev,A.Məmmədov,K.V.Nərimanoğlu,Ə.Cəfər,Ş.Mikayılov və başqaları qiymətli əsərlər yazmışlar.

Rəsul Rzanın həyatı və yaradıcılığı (1910-1981)

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan R.Rza 1910-cu ildə Göyçayda anadan olmuşdur.R.Rza ilk təhsilini Göyçayda almış,sonra isə Gəncə Sənaye və Əkinçilik Texnikumunda oxumuşdur.

O,texnikumdakı təhsilini yarımçıq qoymuş,əvvəlcə Bakıya,daha sonra Tiflisə getmiş,təhsilini orada davam etdirmişdir.

1930-cu ildə yenidən Bakıya gəlmiş,”Gənc işçi” qəzetində işləməyə başlamışdır.1937-ci ildə Moskva Kinematoqrafiya İnstitutuna daxil olmuşdur.Bakıya qayıtdıqdan sonra R.Rza bir müddət kinematoqrafiya sahəsində çalışmışdır.

1941-ci ildə cəbhəyə getmiş,Krımda xidmət etmişdir.Cəbhədəki xidmət illərində “Krımskaya boevaya” qəzetində çalışmışdır.

O,müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri,kinematoqrafiya naziri vəzifəsində çalışmışdır.

R.Rza 1960-cı illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru vəzifəsində işləmişdir.

Böyük şair 60-cı illərdən başlayaraq yenilik axtaran gəncliyin formalaşmasında böyük rol oynamışdır.

R.Rza 1981-ci ildə vəfat etmiş,Fəxri xiyabanda dəfn olunmuşdur.

YARADICILIĞI. R.Rza lirik,epik,dramatik növlərdə gözəl əsərlər yazmışdır.

Əsərlərinin çox hissəsini sərbəst vəzndə yazmışdır.

LİRİKASI.R.Rza bədii yaradıcılığa lirik şeirlə başlamışdır.Şairin ilk şeiri 1927-ci ildə “Qığılcım”adlı almanaxda nəşr etdirdiyi “Bu gün” şeiridir.

R.Rzanın 1931-ci ildə çap etdirdiyi “Bolşevik yazı”şeiri dərhal diqqəti cəlb etdi.

Şairin ilk şeirlər kitabı 1932-ci ildə çap etdirdiyi “Çapey”idi.Bundan sonra 1935-ci ildə “Qanadlar”,1939-cu ildə “Çinar”şeirlər kitabı işıq üzü görmüşdü.

Dövrün ruhuna sadiq olan şair ehtirası və sərtliyi onun beynəlxalq mövzularda qələmə aldığı nümunələrdə daha üstündür.”Madrid”,”Haray dostlar!”,”Həbəşistan” poemalarında şair günün nəbzini tutmağa çalışırdı.

Şair 1941-1945-ci illərdə cəbhədə olur.Bu vaxt onun yazdığı şeirlərin əsas mövzusu Vətən olur.Onun 1942-ci ildə çapdan çıxan kitabının “Vətən” adlandırması bu səbəbdən idi.
Şairin yaradıcılığında yeni mərhələ 1950-ci illərə təsadüf edir.”Pəncərəmə düşən işıq”,”Mən torpağam” şeir kitabları,xüsusi olaraq “İnsan şəkli” şeiri daha maraqlıdır.

Orada bir insan şəkli asacağam,

Görünsün dünyanın hər yerindən-

Zamanın keçmişindən,

Dövrün indisindən,

əsrin gələcəyindən.

Şairin “Rənglər”silsiləsində yazdığı şeirlər çox maraqlıdır.Dünyanı,insan həyatını bütün rəngləri və boyaları ilə vermək,geniş və əhatəli göstərmək üçün R.Rza axtarır və lirikanın yeni vasitələrinə müraciət edirdi.

SATİRALARI.”Nə deyim sənə”,”Mığmığalar”,”Yaman qonşu”,”Xanım” kimi satirik şeirlərində şair ikiüzlülüyü,tamahkarlığı sərt tənqid edir.

POEMALARI.R.Rza poema yaradıcılığına 1930-cu illərdən başlamışdır.Şair 1934-cü ildə “Almaniya”,1940-cı ildə “Lenin”,1959-1960-cı illərdə “Qızılgül olmayaydı”,1975-ci ildə “Min dörd yüz on səkkiz” poemalarını yazmışdır.Şair “Bir gün də insan ömrüdür” poemasında insan ömrü, insan taleyi hər cür plandan,hər cür tapşırıqdan qiymətlidir ideyasını irəli sürür.

“Qızılgül olmayaydı” poeması böyük şairimiz M.Müşfiqin faciəli taleyinə həsr etmişdir.Poema keçmişə qayıdış formasında yazılmışdır.”Qızılgül olmayaydı” poeması qırmızı terror mövzusunda yazılmış əsərlər içərisində Azərbaycan ziyalısının xatirəsinə həsr olunmuş ən gözəl bədii əsərdir.

NƏSR əsərləri.R.Rzanın nəsrlə yazılmış epik əsərləri də vardır. Yazıçının”oğul qatili”,”Uxajor”,”Dilarə”kimi hekayələri,”Leytenant Bayramın gündəlikləri”povesti və çoxlu oçerkləri vardır.

R.Rzanın “VƏFA” adlı pyesi də vardır.Mövzusu müharibə illərindən götürülmüşdür.

R.Rzanın yaradıcılığı bu gün də oxucular tərəfindən sevilə-sevilə maraqla oxunur.

Mirzə İbrahimovun həyatı və yaradıcılığı (1911-1993)

HƏYATI. Qüdrətli nasir dramaturq,ədəbiyyatşünas alim Mirzə Əjdər oğlu İbrahimov 1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur.O,1918-ci ildə valideynləri ilə birlikdə Bakı şəhərinə gəlmiş,Balaxanı və Zabrat neft mədənlərində işləmişdir.M.İbrahimov 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində təhsil almışdır.1933-cü ildə Naxçıvanda “Sürət” qəzetinin redaktoru,”Ədəbiyyat” qəzetinin çap olunmasında yaxından iştirak etmişdir.

M.İbrahimov 1935-1937-ci illərdə Şərqşünaslıq institutunun aspiranturasında oxumuşdur.1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılanda akademiyanın həqiqi üzvü seçilmişdir.

Görkəmli yazıçı müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmiş,ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir.M.İbrahimov bir sıra yüksək vəzifələrdə çalışmışdır.

Tanınmış yazıçı öz dövrünün ən yüksək mükafatlarına layiq görülmüşdür.

Azərbaycanın xalq yazıçısı M.İbrahimov 1993-cü ildə vəfat etmiş,fəxri xiyabanda dəfn olunmuşdur.

YARADICILIĞI.M.İbrahimov bədii yaradıcılığa şeirlə başlamışdır.1930-cu ildə “Aprel alovları” məcmuəsində “Qazılan buruq” şeiri çap olunmuşdur.Bundan başqa gənc yazıçı bu illərdə bir sıra puplisistik yazılarını yazmışdır.

HEKAYƏLƏRİ. M.İbrahimov istedadlı yazıçı kimi bir sıra yaddaqalan,maraqlı hekayələr yazmışdır.Bu hekayələrdən “Qorxulu səs”,”Mələk”,”Qaçaq” Cənub hekayələri silsiləsindən “On iki dekabr”,”Azad”,”Tonqal başında” və başqalqrı oxucu rəğbətini qazanmışdır.

POVESTLƏRİ.M.İbrahimov iri hıcmli əsərlərində insanın mənəvi aləmini açır,ictimai-siyasi hadisələrə öz münasibətini bildirir.Görkəmli yazıçının “Güləbətin”, “Xosrov Ruzbeh”, “Pərvizin həyatı” və başqa əsərləri buna misal ola bilər.

Yazıçının povestləri təkcə onun yaradıcılığında deyil, geniş mənada ədəbiyyatımızın inkişafında mühüm rol oynamışdır.

ROMANLARI.M.İbrahimov üç böyük romanın müəllifidir.”Gələcək gün”(1948),”Böyük dayaq”(1957),”Pərvanə” romanları geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır.

“Gələcək gün”romanında İkinci Dünya müharibəsi dövründə İranda genişlənməkdə olan milli-demokratik hərəkatın hərtərəfli şəkildə təsviri verilmişdir.Əsərin baş qəhrəmanı Firudin İbrahimidir.Romandakı Rza Qəhrəmani,mübaşir Məmməd,Ərbab Hənəfi,Musa kişi,Sərxan və başqa obrazların həmin tarixi epoxadakı ayrı-ayrı qütbləri təmsil etmələrinə baxmayaraq ,onlar milli azadlıq dövrünü xarakterizə etməyə imkan yaradırlar.

Yazıçının “Böyük dayaq” romanı Azərbaycanda şəxsiyyətə pərəstiş dövründən sonra yeni dövrdən bəhs edən əhəmiyyətli sənət əsəridir.Əsərin əsas qəhrəmanı Rüstəm kişi və onun ailəsidir.Bundan başqa əsərdə Şirzad,Telli xala,komsomol Nəcəf,Yastı Salman,Yarməmməd və başqa yaddaqalan,maraqlı surətlər vardır.

Ədibin “Pərvanə” romanında XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədərki çətin və mürəkkəb dövrün keşməkeşli hadisələrinin fonunda maarifçilik ideyalarının milli-azadlıq hərəkatına çevrilməsi özünün bədii əksini tapmışdır.

DRAMATURGİYASI.M.İbrahimov dramaturgiya sahəsində də qələmini sınamışdır.Mükəmməl dramatik əsərlər yaratmışdır.Ədibin “Həyat”pyesi(1935) Azərbaycan ədəbiyyatında başlanğıc mərhələdə bolşevizm dövrünün ziddiyyətlərini əks etdirən dram əsəridir.

“Madrid”pyesində(1937)bəşəriyyəti gözləyən müharibə təhlükəsi diqqət mərkəzinə çəkilmişdir.

“Məhəbbət” pyesi(1941)ictimai-məişət planında yazılmışdır.Əsərdə Yusiflə Məhəbbətin saf məhəbbəti,işə məsuliyyətli münasibətləri onları birləşdirir.

“Közərən ocaqlar”(1969)pyesi böyük yazıçı və dövlət xadimi N.Nərimanovun həyat və mübarizəsindən bəhs edir.Pyes şəxsiyyət və cəmiyyət,sənətkar və mühit problemlərini əks etdirən dram əsəridir.

“Kəndçi qızı”(1961),”Yaxşı adam”(1963)pesləri komediya janrında yazılmışdır.

M.İbrahimov sovet dövrünün ən sərt və çətin vaxtlarında yaşayıb-yaratmasına baxmayaraq bədii yaradıcılığı ilə Azərbaycan xalqının ictimai-mədəni inkişafına,ana dilimizin gözəllik və qüdrətinin yaşadılmasına öz töhfəsini vermişdir.

İlyas Əfəndiyevin həyatı və yaradıcılığı (1914-1996)

HƏYATI. İ.Əfəndiyev Azərbaycan dramaturgiyasında C.Cabbarlıdan sonra yeni bir mərhələ açan,nəsrimizdə,teatrımızda lirik-psixoloji üslubun əsasını qoyan bir ədəbi şəxsiyyətdir.O,1914-cüildə Füzuli rayonunda anadan olmuşdur.1938-ci ildə Ali Pedaqoji İnstitutn coğrafiya fakültəsini bitirmişdir.

1939-cu ildə yazıçının “Kənddən məktublar” adlı ilk hekayələr kitabı çap olunmuşdur.Bu kitabda onun 5 hekayəsi toplanmışdı.

Gənc yazıçının 1945-ci ildə ikinci kitabı nəşr edilir.”Aydınlıq gecələr”adlanan bu hekayələr kitabında yazıçının arxa cəbhədə fəaliyyət göstərən insanların fədakarlığından söhbət açılır.

50-ci illərdən başlayaraq İ.Əfəndiyev oxucuların sevimlisinə çevrilir.

Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə İ.Əfəndiyev bir sıra mükafatlarla təltif edilmiş,xalq yazıçısı adına layiq görülmüşdür.

İlyas Məhəmməd oğlu Əfəndiyev 1996-cı ildə vəfat etmiş,Fəxri xiyabanda dəfn olunmuşdur.

YARADICILIĞI.Romanları və povesti.İ.Əfəndiyevin ilk nəşr edilən hekayə kitablarından oxucuların diqqətini cəlb edir.

Yazıçının ilk romanı “Söyüdlü arx”(1958) romanının əsas mövzusunu 50-ci illərdə Azərbaycan kəndində baş verən ictimai dəyişikliklər,insan taleləri təşkil edir.Əsərin əsas qəhrəmanı Nuriyyə adlı gənc aktyor qızdır.Hadisələr Nuriyyənin dilindən söylənilir.

“Körpüsalanlar”(1960)romanı həm forma,məzmun etibarilə yazıçının yaradıcılığında yeni addımdır.Əsərin baş qəhrəmanı Səriyyə adlı bir qadındır.

“Dağlar arxasında üç dost”(1963)romanında kənd həyatı,insan taleləri,ailə-məişət problemləri müasirlik baxımından əks etdirilir.

“Sarıköynəklə Valehin nağılı”(1976-1978)romanı XXəsrin 70-ci illərində cəmiyyətdə gedən proseslərin real əks-sədası idi.

Əsər güclü müasirlik duyğusu ilə yazılmışdır.Cəmiyyətdə gedən mənəvi aşınma,harınlaşmış insanların mənəvi iflası romanda çox realistcəsinə göstərilmişdir.

“Geriyə baxma,qoca”(1980)romanı Azərbaycan nəsrində yeni bir mərhələ oldu.Əsərin əsas qəhrəmanı olan Murad müəllifin özüdür,prototipidir.

Romanın maraqlı cəhətlərindən biri də xalq məişətinin,adət-ənənələrinin incə,obrazlı dillə təsvir edilməsidir.


“Üçatılan”(1981)povesti də avtobioqrafik xarakter daşıyır.Əsərin baş qəhrəmanı Ərşad maraqlı bir obrazdır.Povest Azərbaycan nəsrinin uğurlu nümunələrindəndir.

DRAMATURGİYASI.Bu sahədə İ.Əfəndiyevin ilk qələm təcrübəsi 40-cı illərin əvvəlində M.Hüseynlə birlikdə yazdığı “İntizar” pyesidir.”İşıqlı yollar”(1947)pyesində Bakı neftçilərinin II Dünya müharibəsindən sonrakı dövrdə əməyi,”Bahar suları”(1948)pyesində isə kənddə yeniliklə köhnəliyin mübarizəsi mövzusunda yazılmışdır.

“Atayevlər ailəsi”(1954)dramı ailə-məişət mövzusunda yazılmışdır.

“Sən həmişə mənimləsən” (1960)pyesi ədəbiyyatımızda lirik-psixoloji dramaturgiya üslubunun əsasını qoydu.Bu , 60-cı illər ədəbiyyatında xüsusi bir mərhələ açan əsər oldu.Bu pyesdən sonra dramaturq bir-birinin ardınca “Mənim günahım”(1967),”Unuda bilmirəm”(1968),”Məhv olmuş gündəliklər”(1969)kimi pyeslərini yazdı.

1980-ci illərdə İ.Əfəndiyevin dramaturgiyasında tarixi mövzular qabarıq şəkildə özünü büruzə verdi.”Mahnı dağlarda qaldı”(1971)”Xurşidbanu Natəvan”(1980),”Şeyx Xiyabani”(1986)kimi pyesləri tarixi mövzuda yazılmışdır.Xalqımızın taleyi və birliyi problemi İ.Əfəndiyevin ən yaxşı tarixi əsərlərindən biri—Natəvanın həyatına həsr olunmuş əsərinin də mərkəzində durur.

“Şeyx Xiyabani”pyesi ədəbiyyatımızda o taylı-bu taylı Azərbaycanın birliyi probleminə həsr olunmuş ilk dram əsəridir.

“Cənubi Azərbaycan mövzusu bir motiv kimi İ.Əfəndiyevin “Unuda bilmirəm”,”Məhv olmuş gündəliklər”,”Büllur sarayda”,”Tənha iydə ağacı” pyeslərində də vardır.

“Qəribə oğlan”komediyasında müəllif səmimilik, düzlük,açıq danışıq kimi xüsusiyyətləri cəmiyyətdə qəribəlik kimi göstərir.

İ.Əfəndiyevin dramaturgiyası sayəsində Azərbaycan teatr sənəti yeni bir inkişaf mərhələsinə qədəm qoydu.

İSMAYIL ŞIXLININ HƏYATI VƏ YARADICILIĞI(1919-1995)

HƏYATI.Azərbaycan bədii nəsrinin inkişafında mühüm xidmətləri olan,Azərbaycan milli azadlıq mübarizəsinin öncüllərindən biri İsmayıl Qəhrəman oğlu Şıxlı 1919-cu il Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur.İlk təhsilini qonşu Kosalar kəndində almışdır.Sonra təhsilini Qazax Pedaqoji Texnikumunda oxumuşdur.1937-ci ildə Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuşdur.Onun tələbəlik illəri qanlı repressiya illərinə təsadüf edir.Bu qorxulu illər onu yaradıcılıq yolundan çəkindirməmişdir.

Ali məktəbi bitirib kənd məktəbində müəllim işləyir.1942-ci ildə orduya çağrılır.Müharibənin sonuna kimi döyüşən orduda xidmət edir.Qanlı-qadalı müharibə cəbhələrində də yaradıcılığını əsgər gündəlikləri şəklində davam etdirir.

Müharibədən sonra aspiranturada təhsil almış,oranı bitirdikdən sonra APİ-də müəllim işləmişdir.O,elmi-pedaqoji fəliyyətini təqaüdə çıxana qədər həmin ali məktəbdə davam etdirmişdir.

İ.Şıxlı müxtəlif illərdə Yazıçılar İttifaqının katibi,baş katibi,”Azərbaycan” jurnalının baş redaktoru olmuşdur.

İ.Şıxlı 1995-ci ildə vəfat etmiş,Fəxri xiyabanda dəfn olunmuşdur.

YARADICILIĞI. İ.Şıxlı yaradıcılığa şeirlə başlamışdır.O,ədəbiyyat tariximizdə daha çox nasir kimi tanınır.Nəsr yaradıcılığına hekayə ilə başlamışdır.Onun “Həkimin nağılı”,”Kerç sularında”hekayələri müharibə mövzusundadır

“Cəbhə gündəlikləri”. Ədəbiyyatımızda müharibə mövzusunda çoxlu əsərlər yazılmışdır.İ.Şıxlının “Cəbhə gündəlikləri” əsəri də bu cəhətdən öz orijinallığı ilə seçilir.Burada önəmli cəhətlər odur ki,müəllif təsvir olunan səhnələri öz gözləri ilə görmüş,müharibənin ağrı-acılarını dadmışdır.

“Ayrılan yollar”(1957).Bu romanda 50-ci illər Azərbaycan kəndinin real mənzərələri,müxtəlif taleli insanların həyatı,mübarizəsi təsvir olunur.

“Dəli Kür”(1966). Bu roman İ.Şıxlı yaradıcılığının zirvəsidir.Hadisələr Azərbaycan kəndi olan Göytəpədə baş verir.Əsərin əsas qəhrəmanları Cahandar ağa və onun ailəsidir.

Romanda XIX əsrdə ən böyük ictimai hərəkat olan maarifçilik hərəkatının nümayəndəsi,görkəmli pedaqoq A.Çernyayevskinin obrazı ustalıqla təsvir edilmişdir.

Romanda diqqəti çəkən məqamlardan biri də Azərbaycanın füsunkar təbiətidir.

“Ölən dünyam (1995)İ.Şıxlının sonuncu romanıdır. Bu romanda müəllif 50 illik yaradıcılıq yoluna yekun vurmuşdur.

BƏXTİYAR VAHABZADƏNİN HƏYATI VƏ YARADICILIĞI(1925-2009)

HƏYATI.Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqust ayının

16-da Şəki şəhərində anadan olmuşdur.İbtidai təhsilini də Şəkidə almışdır.1934-cü ildə şairin atası Bakıya köçür.Bəxtiyar təhsilini 176 saylı məktəbdə davam etdirir.

1942-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur.1947-ci ildə universiteti bitirib aspiranturaya daxil olur.

Bəxtiyar Vahabzadənin elmi-pedaqoji fəaliyyəti BDU ilə bağlıdır.O,1984-cü ildə Xalq şairi adı almış,Azərbaycan Elmlər Akademiyasının üzvü seçilir.

B.Vahabzadə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərinə görə ən yüksək mükafatlara layiq görülmüşdür.

1988-ci ildə Qarabağ torpaqları uğrunda xalq hərəkatı vüsət alanda və Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlayanda B.Vahabzadə bu hərəkatın həm mənəvi,həm də faktiki liderlərindən biri oldu.

B.Vahabzadə 2009-cu il fevralın 13-də vəfat etmiş,Fəxri xiyabanda dəfn olunmuşdur.

YARADICILIĞI.Gənc şairin ilk şeiri 1943-cü ildə nəşr olunmuşdur.Bu əsgər məktubuna həsr olunmuş “Ana və şəkil”şeiri idi.50-ci illərdə şairin “Ədəbi heykəl”,”Sadə adamlar”,”Ceyran”,”İnsan və zaman” və s. kitabları nəşr edilmişdir.

1959-cu ildə şairin “Gülüstan”poeması dərc olundu və B.Vahabzadəyə geniş şöhrət qazandırdı.

Şairin ən yaxşı poemaları sırasında “İstiqlal”,”Təzadlar”,”Qiymət”,”Atılmışlar”,”Şəhidlər” kimi əsərlərin xüsusi yeri vardır.B.Vahabzadənin sovet dövründə yazdığı bütün poemaları həm müstəqim,həm də rəmzi və simvolik mənalar daşıyır.

Ədəbiyyatda ilk addımlarından B.Vahabzadə poeziyasının ən başlıca qayəsi olan Vətən mövzusu özünü qabarıq şəkildə büruzə verir.Şairin “Şəhid məzarları”,”Vətən var”,”Təyyarələr”və s. şeirləri bu qəbildəndir.

ANA DİLİ mövzusu şairin yaradıcılığında qırmızı xətt kimi keçir.Dil insanı vətənə bağlayan amil,milli varlığın daşıyıcısı,xalqın varlığının mənəvi pasportudur.Ana dilinə münasibət şair üçün xalqa münasibətdir.Şair hələ 1954-cü ildə “Ana dili” şeirində dilimizə xor baxanlara qarşı amansızlıqla yazırdı:

Ey doğma dilində danışmağı ar bilən,

Fasonlu ədabazlar,

Qəlbinizi oxşamır qoşmalar,telli sazlar,

Bunlar qoy mənim olsun,

Ancaq vətən çörəyi sizlərə qənim olsun.

Ana dili barədə açıq danışmaq qadağan olunduğu zamanlarda B.Vahabzadə ana dili məsələsini qaldıran “Latın dili”şeirini yazmışdı.

Şair qələmini dramaturgiyada da sınamışdır.Nəsrlə yazdığı “Vicdan”,”İkinci səs”,”Yağışdan sonra”,”Yollara iz düşür”,nəzmlə yazdığı “Fəryad”dramları şairə tamaşaçı rəğbəti qazandırmışdır.



B.Vahabzadənin şeir dili zəngindir.O,fəlsəfi fikirləri sadə və dəqiq sözlərlə aydın şəkildə ifadə etməyin ustasıdır.
Yüklə 108,91 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin