Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023


Torpaq üzərində mülkiyyət. Aqrar islahatlar və yeni təsərrüfatçılıq formalarının yaranması



Yüklə 147,54 Kb.
səhifə25/50
tarix24.04.2023
ölçüsü147,54 Kb.
#125818
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

3. Torpaq üzərində mülkiyyət. Aqrar islahatlar və yeni təsərrüfatçılıq formalarının yaranması.
Kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaq mülkiyyət obyekti rolunu da yerinə yetirir. Bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində mülkiyyətin müxtəlif formalarına təsadüf edilmişdir. Müasir mərhələdə torpaq üzərində mülkiyyətin əsas formalarına – xüsusi, dövlət, qrup və bələdiyyə mülkiyyətini aid etmək olar. Torpaq üzərində mülkiyyətlə və torpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər aqrar münasibətlər adlanır. Bu aqrar münasibətlər ilk növbədə istehsal vasitələri üzərində mülkiyyətin forması ilə müəyyən olunan ictimai istehsal münasibətlərinin tərkib hissəsidir. Məhsuldar qüvvələrin inkişafı aqrar münasibətlərin də dəyişməsinə səbəb olur. Belə ki, feodalizmə iri torpaq sahibkarlığı və torpaqdan istifadə edən təhkimli kəndlilərin olması xarakterik idi. Bəzi ölkələrdə bu mülkiyyət forması və ona müvafiq mülkiyyət münasibətləri tədricən islahatlar həyata keçirmək yolu ilə dağılır. Bəzi ölkələrdə isə baş verən burjua inqilabları nəticəsində iri torpaq sahibkarlığı ləğv edilmiş və torpaq üzərində fermerlərin və ya dövlətin mülkiyyəti qərarlaşmışdır. Müxtəlif ölkələrdə bu proses müxtəlif cür həyata keçirilmişdir. Belə ki, bəzi ölkələrdə torpağın müəyyən hissəsi dövlət mülkiyyətinə, bələdiyyə mülkiyyətinə və fermerlərin mülkiyyətinə çevrilmişdi. Digər ölkələrdə isə torpaq üzərində dövlət mülkiyyəti bərqərar edilmiş və o, istifadə edənlərin sərancamına verilmişdi.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində Azərbaycanda torpaq üzərində mülkiyyətin aşağıdakı formaları qərarlaşmışdır:
a) dövlət mülkiyyətində olan torpaqlar: dövlət meşə fondu torpaqları, su fondu torpaqları, dövlət ehtiyatında olan torpaqlar və s. Dövlət mülkiyyətində olan torpaqlar ümumi torpaq fondunun çox hissəsini təşkil edir.
b) bələdiyyə mülkiyyətində olan torpaqlara yaşayış məntəqələrinin yerləşdiyi və onların ətrafında olan torpaqlar aiddir.
c) xüsusi mülkiyyətdə olan torpaqlara isə kolxoz və sovxozların ləğv edilməsi nəticəsində kəndlilərin mülkiyyətinə verilmiş torpaq sahələri daxildir.
Torpaq üzərində mülkiyyət müxtləlifliyi ilə yanaşı torpaqdan istifadə edən təsərrüfatların da müxtəlif formalarına rast gəlmək mümkündür. Bunlardan ən geniş yayılmışı fermer təsərrüfatı formasıdır. Fermer təsərrüfatı dedikdə, bazar iqtisadiyyatı şəraitində əmtəəlik kənd təsərrüfatı məhsulları istehsal edən xüsusi kənd təsərrüfatı müəssisələri nəzərdə tutulur. Fermerlər ya özlərinin mülkiyyətində olan, ya da icarəyə götürülmüş torpaqlarda təsərrüfatçılıq edirlər. Bu təsərrüfatlarda əmək prosesi ya təsərrüfatçıların özləri, ya da muzdlu işçilərin vasitəsilə həyata keçirilir. Kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfat formalarından biri də kollektiv təsərrüfat formasıdır. Bu təsərrüfatlar dövlət mülkiyyətində olan və istifadə etmək üçün kollektivlərin sərəncamına verilən torpaqlarda təsərrüfatçılıq edirlər. Kollektiv təsərrüfatda məhsul istehsalı kollektiv üzvlərinin birgə işləməsi, birgə əmək kooperasiyası əsasında həyata keçirilir. Bir çox şəxsin birgə işləməsi isə fermer təsərrüfatlarına nisbətən bir çox üstünlüklərə malikdir. Bir çox şəxsin eyni zamanda birlikdə işləməsi, onlar arasındakı qarşılıqlı təmas fərdi qüvvələrə nisbətən daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olur. Kollektiv təsərrüfatlarda kollektiv üzvülərinin birgə fəaliyyəti yoldaşlıq, bir-birinə kömək etmək vərdişləri də aşılıyır. Bütün bunlar isə kollektiv üzvülərinin şəxsiyyət kimi formalaşmasına imkan yaradır.
Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan təsərrüfat formalarından biri də dövlət təsərrüfatlarıdır. Bunlara SSRİ-də və digər sosialist ölkələrində mövcud olmuş sovxozları və kolxozları, müxtəlif ölkələrdə olan elmi-təcrübə stansiyalarını misal göstərmək olar. Bunlar dövlət mülkiyyətində olan torpaqlarda fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar Azərbaycan Respublikasının kənd təsərrüfatında quruluş dəyişiklikləri ilə yanaşı təşkilati dəyişiklərin də həyata keçirilməsini, yəni təsərrüfat formalarının da dəyişdirilməsini zəruri hesab edilir. İqtisadçılar belə hesab edirlər ki, dövlət mülkiyyətindən xüsusi mülkiyyətə, kollektiv təsərrüfatçılq formalarından fərdi təsərrüfatçılıq fomalarına keçid kənd təsərrüfatı məhsulları bolluğu yaratmağa iman verəcəkdir. Müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi və ictimai həyatında başlıca əhəmiyyət kəsb edən və vacib dövlət əhəmiyyətli problemlərindən biri də aqrar sahədə özəl qurumların təşkil edilməsidir. Hazırda bu problemin həlli ilə əlaqədar çox mühüm dövlət qanunları işlənib hazırlanmış və qəbul edilmişdir. Bu qanunların həyata keçirilməsinə şərait yaradacaq müxtəlif normativ sənədlərin hazırlanması da başa çatmaq üzrədir. Özəl qurumların təşkilinin əsas tərkib hissəsi olan özəlləşdirmə prosesi çox mürəkkəb, çoxpilləli və məsuliyyət tələb edən bir tədbirdir. Dünya aqrar təcrübəsində bir neçə tipik nümunə vardır ki, onlar uğurlu başlanğıc kimi təbii-iqlim şəraiti və mentalitetlərin oxşarlığı ilə diqqəti cəlb edən digər ölkələrdə tətbiq oluna bilər. Belə bir təcrübə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən İsrailin kənd təsərrüfatı təcrübəsidir. İsrailin kənd təsərrüfatı üçün səciyyəvi cəhət torpaq üzərində dövlət mülkiyyətinin saxlanması, torpaqdan istifadənin kollektiv və kooperativ formalarının tətbiqidir. Torpağın dövlət mülkiyyətində olmasına və ondan istifadənin kollektiv-kooperativ formalarının mövcudluğuna baxmayaraq, ölkədə olan hüquqi baza istehsalçılar arasında bazar münasibətlərinin formalaşmasına əlverişli şərait yarada bilər. Özəl qurumların inkişaf etdirilməsi məqsədilə yeni yaradılan müxtəlif növlü təsərrüfatçılıq formalarının parametlərinin əsas götürülməsi xüsusi əhəmiyyət kəsb edir. Aqrar sahədə özəl qurumların parametri dedikdə, hər şeydən əvvəl torpaq sahəsinin ölçüsü, mal-qaranın sayı və istehsalın həcmi başa düşülür. Bu cür təsərrüfatlar yaradılarkən, ilk növbədə onların malik olduqları kənd təsərrüfatına yararlı torpaqların sahəsi və mal-qaranın miqdarı düzgün müəyyənləşdirilməlidir. Bu məsələnin həlli çox vacib olub, xüsusilə Azərbaycan Respublikası şəraitində torpaqların azlığı və əmək qabliliyyətlilərinin isə iş yerlərindən çox olması ilə əlaqədardır.
Özəl qurumlar təşkil edilərkən, onları xarakterizə edən göstəricilərdən biri də işçilərin sayıdır. Məsələn, ailədə əmək qabiliyyətlilərin sayından asılı olaraq kəndli fermer təsərrüfatlarının parametrləri də dəyişir. Kəndli-fermer təsərrüfatlarının inkişafı üzrə təcrübəyə malik olan xarici ölkələrin, elecə də müstəqil dövlətlər birliyinə daxil olan bir sıra respublikaların bu sahədə iş təcrübələri göstərir ki, orta hesabla hər bir kəndli-fermer təsərrüfatında əmək qabiliyyətlilərin sayı 4 nəfər olduqda yüksək, son nəticələr əldə olunur. Lakin hazırda fəaliyyət göstərən kəndli-fermer təsərrüfatlarının əksəriyyətində onların hər birində əmək qabliyyətlilərin sayı 2-3 nəfərdən çox deyil. Belə vəziyyət kəndli-fermer təsərrüfatlarına yeniyetmələri və uşaqları işə cəlb etməyə məcbur edir. Odur ki, yeni kəndli-fermer təsərrüfatları yaradılarkən başqa amillər və şərtlərlə bərabər ailədə olan əmək qabiliyyətlilərin sayı da nəzərə alınmalıdır. Özəl qurumlar təşkil edildikdə onun idarə edilməsi də mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan İsveç təcrübəsi diqqəti cəlb edir. Belə ki, İsveçdə kooperativin ali idarəetmə orqanı bütün vəzifəli şəxslərin – idarə heyəti sədrinin, katibin və mühasibin seçildiyi illik ümumi yığıcaqdır. Beləliklə, dünya ölkələrinin təcrübəsinin öyənilməsi göstərir ki, müstəqil respublikamızda özəl qurumların təşkil edilməsi və onların fəaliyyətinin gücləndirilməsi üçün əlveşli şərait mövcuddur. Bu şəraitdən düzgün istifadə edərək özəl qurumların inkişafı hesabına məhsul bolluğu yaratmaq mümkündür.


Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin