Çuqun hissələrin qaynaq edilməsi
Avtomobillərin bir çox hissələri boz və döyülə bilən çuqundan hazırlanır. Boz çuqundan tökmə ilə hazırlanan hissələrə silindrlər bloku, blok başlığı, nazim çarxların karterləri, su və yağ nasoslarının gövdələri, ötürmə qutularının gövdələri, qabaq təkər topları və s. misal göstərilə bilər. Döyülə bilən çuqundan isə, arxa təkər topları, arxa körpünün reduktorunun gövdəsi və s. hissələr hazırlanır.
Bu hissələrdə xarakterik qüsurlara misal olaraq çatı, deşilməni, qopmaları, yivlərin zədələnməsini və s. göstərmək olar. Bu qüsurların aradan qaldırılmasında ən geniş istifadə olunan qaynaq üsuludur.
Çuqun hissələrin qaynaq edilməsinin çətinliyi çuqunun aşağıdakı xüsusiyyətləri ilə izah edilir. Çuqunun tərkibində karbon çox olur, plastikliliyi və zərbəyə qarşı özülülüyü kiçikdir, hərarətə qarşı yüksək həssaslığa malikdir və qızdırılarkən həcmi artır.
Qaynaq prosesində çuqun hissələrdə yerli qızdırma və sürətlə soyutma nəticəsində daxili gərginlik əmələ gəlir. Əmələ gələn gərginlik qaynaq tikişində əlavə çatların baş verməsinə nazik divarlı hissələrin sürətli so- yudulması isə çuqunun ağarmasına səbəb olur. Alınan qaynaq tikişi çox bərk və kövrək olur. Qaynaq tikişini emal etmək mümkün olmur.
Çuqun hissələrin bərpa edilməsində qaynağın iki əsas növündən istifadə edilir: «isti» (hissənin qızdırmaqla) və «soyuq» (hissə qızdırılmır).
İsti qaynaq üsulunda əvvəlcə hissənin qaynağa mexaniki hazırlanma işləri aparılır (çatın uclarının deşilməsi, çatboyu növcuqların açılması və s.) . Xüsusi peçlərdə hissə 550-600S qədər qızdırılır.
Hissələri qızdırmaq üçün iki kameralı mufel və elektrik peçlərindən istifadə etmək məqsədəuyğundur. Qaynaq qaz alovu ilə aparılır. Çuqun oksidlərinin ərimə temperaturu (1400S çuqunun ərimə temperaturundan (1200S) böyük olduğuna görə qaynaq zamanı flüsdən istifadə edilir.
Çökünü materialı kimi tərkibində (3-3,5%) yüksək miqdarda silisium olan 6-8 mm diametrli boz çuqun çubuqlardan istifadə edilir. Əridilən metalı oksidləşmədən qorumaq, 50%-li bura Na2B4O7 ilə natrium hidrokarbonat (NaHCO3) qarışığından ibarət olan flüs tətbiq edilir.
Qaynaqdan sonra hissələr termostatlarda tədricən soyudulur. İsti üsul qaynağın yüksək keyfiyyətini təmin edir. Lakin texnoloji cəhətdən çox mürəkkəb olduğundan az hallarda tətbiq edilir və əsasən mürəkkəb gövdə tipli hissələrin bərpasında istifadə olunur.
Çuqun hissələrin soyuq halda qaynağı texnoloji baxımdan sadədir və ona görə də avtotəmir istehsalında geniş tətbiq olunur. Əl ilə və yarımavtomatik elektroqövs qaynağı daha çox istifadə edilir, bu zaman poladdan əlvan metallardan və ərintilərdən hazırlanan elektrodlar işlədilir.
Dostları ilə paylaş: |