Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə65/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   112
Termokimyəvi metod hissələrin qələvi məhlullarında çirkin əridilməsi ilə təmizlənməsindən ibarətdir. Məhlulun temperaturu 400+200S, tərkibi isə 65% natrium hidroksiddən, 30% azot turşusundan və 5% natrium xlordan ibarət olur.

Termokimyəvi təmizləmə xüsusi qurğularda aparılır.

Təmizləmə qurğusu dörd vannadan ibarət olur. Birinci vannada isti qələvi məhlulda hissələr 5-10 dəq. saxlanılır. Burada çirklər parçalanır və dağılır.

Sonra hissələr ikinci vannada soyuq suya salınır, kəskin temperatur fərqi burda güclü buxar axını əmələ gətirir. Bu da çirklərin-ərpin, qurumun, pasın əriyərək hissələrdən tam qopmasına şərait yaradır.

Üçüncü vannada hissələrin səthləri turşulu emal nəticəsində tam təmizlənərək ağarır və qələvilərin qalıqları neytrallaşdırılır. Qara metallardan və alüminium ərintilərindən olan hissələrin bir yerdə eyni zamanda turşulu emalla təmizlənməsi 0S temperaturda fosfor turşusu (85kq/m3) və xrom anhidiridi (125 kq/m3) məhlulunda aparılır.

Dördüncü vannada hissələr qaynar suda yuyulur. Yumanın tam tsikli 20-25 dəqiqə təşkil edir. Hissələrin konteynerdə vannadan-vannaya keçməsi elektrotelfer vasitəsilə aparılır.




Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin