Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Hissələrin yeyilmiş səthlərinin ölçülərinin bərpası



Yüklə 190,69 Kb.
səhifə80/112
tarix10.01.2022
ölçüsü190,69 Kb.
#107598
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   112
Hissələrin yeyilmiş səthlərinin ölçülərinin bərpası

Hissələrin yeyilmiş səthlərinin ölçülərinin bərpasında plastikdeformasiyanın aşağıdakı üsullarından istifadə edilir: oturtma, genəltmə, daraltma, uzatma və üzdiyirləmə.

Proses zamanı təsir edən təzyiq qüvvəsilə tələb olunan deformasiyanın istiqaməti əsas şərtlərdən biri kimi nəzərdə tutulur.

Oturtma. Oturtma əməliyyatında təsir edən P qüvvəsinin istiqaməti deformasiyanın istiqamətilə uyğun gəlmir. Bu üsuldan bütöv və içiboş hissələrin xarici diametrini artırmaq, eləcə də hündürlüyünün azalması hesabına içiboş hissələrin daxili diametrinin kiçildilməsi üçün istifadə edilir. Bu zaman oymağın divarının qalınlığı artır.

Oturtma ilə paladdan olan klapan itələyiciləri, valların ucluqları və s. hissələr bərpa edilir. Bu halda hissə döymə temperaturuna qədər qızdırılır və xüsusi ştamplardan istifadə edilərək bərpa olunur.

Oturtmanın başqa növü olan batırma üsulu ilə deformasiya nəticəsində hissənin bərpa olunan səthində lazımı ölçüsünü onun qeyri – işlək səthlərinin sıxılması hesabına artırmaq məqsədilə istifadə olunur.

Batırma ilə klapan nimçələrini, vallarda və deşiklərdə yeyilmiş şlisləri və s. bərpa edirlər.



Genəltmə üsulu ilə xarici səthi yeyilmiş oymaqları içi boş barmaqları, şlisli və hamar valları və s. bərpa edirlər.

Hissələrin genəltmə ilə bərpası soyuq halda ucları sferik barmaqlar vasitəsilə aparılır. Əgər hissə tablanmış və ya sementlənmiş olarsa, genəltmədən əvvəl onu yumşaltma əməliyyatına uğradırlar, plastik deformasiyadan sonra isə başlanğıc termiki emalı bərpa edilir.

Genəltmədə təsir edən P qüvvəsinin istiqaməti tələb olunan deformasiyanın istiqaməti ilə uyğun gəlir.

Daraltma. Bu üsulla bərpa zamanı, genəltmədə olduğu kimi, təsir edən P qüvvəsinin istiqaməti deformasiyanın istiqaməti ilə uyğun gəlir.

Daraltma üsulundan içi boş hissələrin xarici diametrinin azaldılması hesabına daxili diametrini kiçiltmək üçün istifadə edirlər. Bu üsulla əlvan metaldan olan oymaqlar, soşka və dönmə yumruqlarının yuvaları və s. bərpa edilir.

Sükan soşkasında olan konik yuvanı daraltmaq üçün onu 900-950S temperatura qədər qızdırırlar və isti halda xüsusi tərtibatda deformasiyaya uğradırlar. Bu zaman hissənin strukturası dəyişdiyi üçün deformasiyadan sonra təkrar termiki emal aparılır. Hissədə konik yuvanın mexaniki emalı isə tələb olunan ölçüdə konik genəldici vasitəsi ilə aparılır.

Bərpa əməliyyatından sonra hissədə çatların olub – olmaması yoxlanılır.




Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin