Mühazirələr.
Mövzu 1.Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri.
PLAN
1.
Mülki Müdafiə və onun
məqsədi
2.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının(BMMT) tarixi
3.
Mülki Müdafiənin təşkiledilmə prinsipləri və vəzifələri
4.
Mülki Müdafiənin idarəetmə strukturu və
əsas xidmətləri
İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona gö-
rədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliy-
yatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-
texniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında
riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın
normal
fəaliyyətinə təhlükə yaradırlar.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi zamanı
istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini təmin
etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
Mülki müdafiə (MM) insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının
qorunması haqqında elmdir.
O, təhlükəli və zərərli amilləri aşkara çıxar-malı və
eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini, yollarını zərərli və
təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və
müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan
qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə
böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in
rolu
təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mübarizədə xeyli
artmışdır.
1931-ci ildə fransalı tibb xidməti generalı Corc Sent Rol Parisdə
“Cenevrə regionu assosiasiyası” təşkilatını yaratmış,
sonralar bu təşkilat
Ümumdünya Mülki Müdafiə təşkilatına çevrilmişdir. Bu təşkilatın əsasını
qoyanların məqsədi bu idi ki, bütün ölkələrdə hələ sülh
dövründə ikitərəfli və
çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar,
xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın.
Henri Corc 1947-ci ildə “Müasir müharibədə mülki əhalinin mühafizəsi” adlı
kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada “Cenevrə
regionu” adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın
layihəsi öz əksini tapmışdır. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin
avqustunda çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən sənədlərin
əsasını təşkil etdi. Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı və müharibə
dövründə mülki əhalinin qorunması ilə əlaqədar dördüncü Konvensiya
qəbul
olundu. Əgər “Cenevrə regionu” üzrə Konvensiyada yaralıların, xəstələrin,
qadınların, uşaqların və qocaların mühafizəsi üçün
böyük zonalar yaratmaq
nəzərdə tutulurdusa, indi diplomatik konfrans bu layihəni iki hissəyə böldü.
Konfransda yaralı və xəstə əsgərlər üçün “Qırmızı Xaç” emblemi ilə mühafizə
olunan hospital yaradılması təsdiq
edildi və əlavə olundu ki, xəstələr, qocalar,
əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar yaradılmalıdır.
Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi
ilə əlaqədar