Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli


Oliqopolist firmanın strateji davranış modellərinin təsnifləşdirilməsi



Yüklə 0,85 Mb.
səhifə3/26
tarix31.12.2021
ölçüsü0,85 Mb.
#112838
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

Oliqopolist firmanın strateji davranış modellərinin təsnifləşdirilməsi




Strateji dəyişən

Satış (istehsal) həcmi

Qiymət

Qərarların qəbul edilməsi ardıcıllığı

Eyni vaxtda

Kurno modeli

Bertran modeli

Ardıcıl (növbə ilə)

Ştakelberq modeli

Forhaymer modeli


1. Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli

İlk oliqopoliya modellərindən birini fransız riyaziyatçısı, filosofu və iqtisadşısı Antuan Kurno 1838-ci ildə təklif edib. O, duopoliya şəraitində fəaliyyət göstərən 2 firmanın qarşılıqlı fəaliyyətinin statik təhlilini verib. Lakin onun bu modeli təqdim etdiyi əsəri o zaman nədənsə elmi ictimaiyyətin yetərli diqqətini cəlb eləmədi. 1863-cü ildə o, “Sərvət nəzəriyyəsinin prinsipləri” əsərini təqdim etdi və burada həmin modelin izahını yenidən verdi. Yalnız bundan sonra onun həmin ideyası inkişaf etdirilməyə başlandı.

Kurno modeli aşağıdakı şərtlərə əsaslanır:


  1. bazarda yalnız 2 firma (A və B firmaları) fəaliyyət göstərir (yəni duopoliya bazarıdır);

  2. firmalar tamamilə yekcins (oxşar) məhsullar istehsal edirlər;

  3. məhsulun bazar qiyməti hər iki firma üçün eynidir ( = ) və 2 firmanın cəmi buraxılış miqdarına (Q = + ) uyğun tələb qiymətinə bərabərdir, yəni = = P( + ). Ümumi bazar tələbi əyrisi xətti xarakter daşıyır və firmalara məlumdur;

  4. firmaların son hədd xərcləri bərabər və sabitdir (c = cons.)

  5. firmalar mənfəətini maksimumlaşdırmağa çalışırlar və hər bir firmanın mənfəəti πi = qi(P( + ) – c) kimidir;

  6. firmalar istehsal/buraxılış miqdarı haqqında qərarlarını eyni zamanda və bir-birindən asılı olmadan qəbul edirlər (model statik xarakterlidir);

  7. hər bir firma rəqibinin istehsal/buraxılış həcmini (miqdarını) güman edir və rəqibinin həmin miqdarı dəyişməyəcəyini düşünür;

  8. firmalar öz səhvlərini görmürlər (“gözübağlı” fəaliyyət göstərirlər).

Bu şərtlər daxilində modelin tarazlıq vəziyyətini tapmalıyıq. Buna 2 addımda nail ola bilərik:

  • əvvəla, rəqibinin güman olunan hərəkətləri nəzərə alınmaqla, hər bir firmanın optimal seçimini, yəni firmanın reaksiya əyrisini müəyyən edirik;

  • sonra isə, firmaların reaksiya əyrilərini uzlaşdırmaqla qarşılıqlı uyğunlaşan hərəkət və proqnozların kombinasiyasını tapırıq.

Fərz edək ki, A firması əmindir ki, B firmasının buraxılışı miqdarındadır. Bu halda A firmasının mümkün davranışları şəkil 7.1-də təsvir olunub.

Əgər A firması heç nə istehsal etməzsə (yəni = 0), onda məhsulun qiyməti P(0 + ) = P( ) olar. Əgər A firması miqdarında məhsul buraxarsa, onda qiymət P( ) olar. Ümumən, A firmasının ümid etdiyi istənilən buraxılış miqdarı üçün qiymət ( ) əyrisi üzərində olacaq. ( ) əyrisi A firmasının qalıq tələbi əyrisi adlandırılır: o, B firmasının müəyyən buraxılış miqdarı şəraitində A firmasının buraxılış miqdarı və qiymətinin bütün kombinasiyalarını əks etdirir.



A firmasının qalıq tələbi müəyyən edildikdən sonra həmin firma üçün optimal buraxılış miqdarının tapılması məsələsi elə xalis inhisar şəraitində optimal buraxılış miqdarının müəyyən edilməsi məsələsinə oxşayır. Bu halda da, ilk növbədə, son hədd gəlirin son hədd xərcinə bərabər olduğu (MR = MC) nöqtə tapılmalıdır. Modelin şərtinə görə, son hədd xərcləri sabitdir və c-yə bərabərdir. Son hədd gəlir əyrisi (yəni ( ) əyrisi) isə ( ) əyrisi ilə eyni nöqtədən başlayır, lakin ondan 2 dəfə böyük mailliyə malikdir. Son hədd gəlir əyrisi ilə ( ( )) son hədd xərc əyrisinin (c) kəsişmə nöqtəsi ( ) buraxılış miqdarına uyğundur.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin