Mühazirənin planı: Oliqopoliyada miqdar rəqabəti: Kurno modeli Çemberlinin duopoliya modeli



Yüklə 0,85 Mb.
səhifə9/26
tarix31.12.2021
ölçüsü0,85 Mb.
#112838
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   26
ASEU TEACHERFILE WEB 211296251532800029.docx 1597687567

2. Çemberlinin duopoliya modeli

Amerikalı iqtisadçı E.Çemberlinin təklif etdiyi miqdar duopoliyası modelində məsələyə belə bir mövqedən yanaşılır ki, firmalar heç də sadəlöhv deyillər: onlar əldə etdikləri təcrübə əsasında rəqibinin hərəkətlərinə adekvat cavab reaksiyası verirlər. Bu halda rəqib firmalar bir-birinin istehsal həcmini dəyişməz qəbul etmirlər. Firmaların hər biri güman edir ki, istehsal həcmi ilə bağlı onun qərarından sonra rəqibi də istehsal həcmini dəyişəcəkdir. Rəqiblərin hər biri elə hərəkət etmək marağındadır ki, onların birgə mənfəəti maksimum olsun, bu isə yalnız inhisar qiyməti şəraitində mümkündür. Qərarların şərti olaraq növbəli qaydada (əslində isə eyni zamanda) qəbul edilməsi, açıq sövdələşməyə girmədən, hər iki rəqib üçün daha sərfəli nəticəyə nail olunmasına gətirib çıxarır. Yəni Çemberlinin miqdar modeli dinamikqeyri-kooperativ oyun modelidir.

E.Çemberlin “İnhisarçı rəqabət nəzəriyyəsi” əsərində (1933) oliqopolist firmaların davranış tiplərini əks etdirən 3 teoremi sübut edib.

Teorem 1. Əgər istehsalçı/satıcı firmalar bir-birindən qarşılıqlı asılılığı nəzərə almırlarsa və rəqibinin istehsal həcminin dəyişməyəcəyini güman edirlərsə, onda istehsalçı/satıcı firmaların sayı artdıqca tarazlıq qiyməti inhisar qiymətindən aşağı düşəcək və firmaların sayı sonsuza doğru dəyişdikcə qiymət təkmil rəqabət səviyyəsinə düşəcək.

Fərz edək ki, DD1 tələb əyrisinə və OD1 tələb həcminə malik sahə bazarı mövcuddur (şəkil 7.7). Bunu da fərz edək ki, Kurno modelində nəzərdə tutulan şərtlərə əməl edildikdə, firmalardan biri bazara əvvəl daxil olur. Bazarda başqa rəqib olmadığından o, inhisar buraxılış həcmində (OA miqdarda) məhsul istehsal edir və PE inhisar qiyməti müəyyən edir:



Bu halda həmin firmanın mənfəəti optimal həddə olacaq:



=

Şəkil 7.7-dəki qrafikdə həmin firmanın mənfəəti OAEPE düzbucaqlısının sahəsinə bərabərdir.





Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin