25) “Tanrı ölmüşdür” kəlamının müəllifi - alman filosofu Fridrix Nitsşe (1844-1900)
26) Brayan Ronald Vilsona görə, sekulyarizasiya nədir - “dini düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi”
27) Dünyəviləşmə nəzəriyyəsini “əfsanə” adlandıran sosioloqlar - Xose Kazanova, Rodni Uilyam Stark, Barri Qlasner kimi bəzi sosioloqlar
28) “Yehovanın Şahidləri” dini təşkilatı nə zaman yaranıb - XIX əsrin 70-ci illərində ABŞın Pittsburq şəhərində amerikalı tacir Çarlz Teyz Rassel (1852-1916) tərəfindən qoyulmuşdur
29) XIX əsrin ikinci yarısında İranda yaranmış dini hərəkat - bəhailik
30) “Bəyan” kitabının müəllifi - İmam Mehdi
31) Bəhaizmin yaradıcısı - Mirzə Hüseyn Əli (1817-1892)
32) “Bəhaullah” sözünün mənası - “Allahın Cəlalı”
33) Bəhai dininin əsas prinsipi - 1. Allah birdir.
2. Bütün dinlər birdir.
3. Bəşəriyyət birdir. Cəmiyyətin müxtəlif təbəqələrinə aid olan bütün
irqlər, millətlər, dinlər və silklər Allah qarşısında birdir.
4. İnsanlar müqəddəs ruha möhtacdırlar.
5. Hər bir insan haqqı müstəqil olaraq axtarmalıdır.
6. Elm və din harmonik olaraq bir-birini tamamlamalıdır. Hər hansı bir
din elmə ziddirsə, doğru deyil. Elm dinsiz olduqda mövhumatdır.
7. İnsanlar hər cür mövhumatdan imtina etməlidirlər.
8. Kişilər və qadınlar quşun qanadı kimi bərabərdirlər.
9. Hər bir uşaq möhkəm əsası olan təhsil hüququna malikdir.
10. İqtisadi problemlərin mənəvi həlli vardır.
11. Bəşəriyyətə beynəlxalq köməkçi dil lazımdır.
12. Bəşəriyyət dünya dövlətləri tərəfindən dəstəklənən ümumbəşəri
sülhü yaratmalıdır.
34) Beynəlxalq Krişna Şüuru Cəmiyyəti nə vaxt və harada yaranıb - 13 iyul 1966-cı ildə Nyu-Yorkda (ABŞ) benqallı rahib A.Ç.Bhaktivedanta Svami Prabhupada (1896-1977) tərəfindən