68) Zərdüştliyin müqəddəs kitabı - Avesta 69) “Avesta” kitabının hissələrindən biri deyildir
70) Pol Dyumoçel “multikulturalizm” terminini hansı mənada işlədib Birinci mənada bu termin elə bir sosial-tarixi situasiyanı xarakterizə edir ki, orada bir neçə müxtəlif etnik-mədəni qrupun nümayəndələri birgə yaşayırlar. Onun fikrincə, bu mənada işlədilən multikulturalizm termini deskriptiv (təsviredici) xarakter daşıyır. Dyumoçelin bu mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm termininin sözün geniş mənasında işlədilməsini xatırladır. Dyumoçelə görə, multikulturalizm termininin ikinci mənası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dövlət tərəfindən aparılan konkret siyasətlə bağlıdır. Multikulturalizm termininin ikinci mənası onun birinci mənasından irəli gəlir. Belə ki, cəmiyyətdəki multikultural situasiyanı idarə etmək məqsədilə dövlət bir neçə mümkün siyasət sırasında multikulturalizm siyasətinə də müraciət edir. Bu mənada işlədilən multikulturalizm termini dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə reaksiyasını, daha konkret desək, bu müxtəlifliyin qorunmasını, eləcə də bəzi hallarda hətta inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasətini ehtiva edir. Dyumoçelin ikinci mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm sözünün dar mənası ilə eynidir. Dyumoçelə görə, multikulturalizm termininin üçüncü mənası normativ xarakter daşıyaraq çoxmədəniyyətli cəmiyyətin ədalət baxımınından necə olmalı olduğunu göstərir. Dyumoçel multikulturalizm termininin bu anlamda multikulturalizm fenomeninin tanınmış tədqiqatçıları olan Çarlz Teylorun, Vil Kimlikanın və Ceyms Tallinin əsərlərində istifadə edilməsini göstərir. Bu müəlliflər hesab edirlər ki, etnik-mədəni müxtəliflik olan cəmiyyətdə müxtəliflik “MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ 19 qorunmalı və inkişaf etdirilməlidir. Bu, multikultural ədalətin normativ tələbidir.
71) Kanadalı tədqiqatçı Pol Dyumoçel hansı əsərdə multikulturalizm termininin ədəbiyyatda ən azı üç mənada işləndiyini göstərir - “Müqayisəli Multikulturalizm”