Multikulturalizmə giriş” fənnindən test sualları. 1 Multikulturalizm sözünün mənası


) Sosiologiya elmi nəyə xidmət edir



Yüklə 165,5 Kb.
səhifə7/14
tarix10.11.2022
ölçüsü165,5 Kb.
#119260
1   2   3   4   5   6   7   8   9   10   ...   14
1638796377336 Multikulturaliz.300 testin suallari

72) Sosiologiya elmi nəyə xidmət edir
- sosioloji metod multikulturalizmin mahiyyətini, hərəkətverici qüvvələrini bu və ya digər cəmiyyətin inkişafı ilə əlaqələndirir.


73) Vil Kimlika hansı nəzəriyyənin nümayəndəsidir
- Siyasi nəzəriyyəçi


74) Azlıqda olan qrupları iki kateqoriyaya ayıran siyasi nəzəriyyəçi
- Vil Kimlika


75) Klassik liberalizmin nümayəndəsi
- Çandran Kukatas


76) Fərdlərin azadlığına önəm verən nəzəriyyəçi
- Çandran Kukatas


77) Kommunitarian multikulturalizmin nümayəndələri
- Çarlz Teylor, Maykl Uolzer, Alasdair Makintayr və başqaları


78) Kim multikulturalizm modelini tanınma siyasəti adlandırırdı
- Çarlz Teylor


79) Animizm, totemizm, fetişizm, naturizm nədir
- Animizm təbiətin və onun ayrıca elementlərinin (dağ, ağac, günəş, və s.) canlı, yəni insan kimi ruha malik olduğuna dair mifoloji dünyagörüşüdür. Dinin ibtidai forması hesab edilən animizm insana xas qabiliyyətlərin təbiətə şamil edilməsindən ibarətdir. İbtidai həyat tərzi sürən qəbilələrdə (məs.: Avstraliya aborigenlərində) hələ də animist inanclar yaşamaqdadır.
Totemizm insanla müqəddəs sayılan totem (bitki, heyvan, əşya və s.) arasında fövqəltəbii qohumluğun mövcud olduğuna inam bəsləmək deməkdir. Bu inanc sistemində insanların ulu əcdadı hesab edilən xüsusi bir bitki və ya heyvan totemi qəbilələrin əlaməti kimi çıxış edir və qəbilə həyatının bütün ictimai münasibətlərini tənzimləyir. Totem müqəddəs qəbul edildiyi üçün həmin adı daşıyan qəbilə və fərdlər də toxunulmazlıq qazanır. E.Dürkheymə görə, totemizm bütün dinlərin mənşəyini təşkil edən ən ibtidai inancdır.
Fetişizm müəyyən qeyri-adi formaya malik predmetlərin müqəddəsləşdirilməsi və onlara sitayişə əsaslanan dünyagörüşüdür. Əslində fetişizm animist dünyagörüşünün xüsusi bir formasıdır. Ağdam rayonunun Boyəhmədli kəndində tapılmış və ibtidai dini inancı əks etdirən daş heykəl. Erkən orta əsrlər. DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI 59 Naturizm və ya animatizm təbiət qüvvələrinin şəxsiləşdirilməsi, fiziki dünyada baş verən hadisələrin sakrallaşdırılması, başqa sözlə desək, təbiətə sitayiş etməkdir.
Naturizm nəzəriyyəsində belə bir fikir irəli sürülür ki, ictimai inkişafın erkən dövrlərində insanlar ildırım, fırtına, zəlzələ, vulkanlar, günəş və ay tutulması, eləcə də digər təbiət hadisələri qarşısında qorxu və dəhşətə qapılmış, təbiət qarşısında aciz olduğunu başa düşmüş, bunun nəticəsində də təbiət hadisələrini tanrılaşdırmışlar.



Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin