Mündəricat Giriş I fəsil. Üsulun əsasını təşkil edən makrosinoptik proseslərin inkişafının əsas anlayışları və qanunauyğunluqları II fəsil. Zonal və meridional sirkulyasiya indekslərinin istifadəsi



Yüklə 0,79 Mb.
səhifə12/13
tarix05.01.2022
ölçüsü0,79 Mb.
#111772
1   ...   5   6   7   8   9   10   11   12   13
3.2 Havanın fəsli proqnoz metodları

Makrometeoroloji proseslər təbii sinoptik dövrlərə və təbii sinoptik fəsillərə ayrılırlar. Təbii sinoptik fəslin makroproseslərin və havanın xarakterinin proqnostik göstəriciləri indiki və keçmiş fəsillərdəki makroproseslərin analizi əsasında təyin edilir. Gələcək sinoptik fəsil haqqında əlavə proqnostik informasiya əldə etmək üçün bir sıra sinoptik və statistik metodlardan istifadə olunur. Havanın fəsli proqnozlarının tərtib edilməsində aşağıdakı əsas mərhələlərə baxaq:

1) Gələcək fəslin necə olmasını əvvəlcədən xəbər verən prosesslər müəyyən olunur;

2) Əvvəlcədən xəbər verən proseslərə görə və xəritələrinin orta kəmiyyəti, anomaliya geopotensialı, havanın temperaturu, atmosfer yağıntıları hesablanır və gələcək fəsildə üstünlük təşkil edən sinoptik proseslərin növü təyin edilir;

3) Gələcək fəslin proqnozunun verilməsində atmosfer dövranının və səth örtüyünün fəsli göstəriciləri də nəzərə alınır;

4) AT500 səthində olan prosesslərin kəmiyyətləri nəzərə alınır və sinoptik arxivlərdən gələcək fəsil üçün analoq ili təyin edilir.

5) Həmin və əvvəlki fəsildə olan makroprosesslərin xüsusiyyətləri, arxivin uyğun çoxillik məlumatları ilə müqayisə etməklə gələcək fəsil üçün analoq ili müəyyən edilir;

a) stratosferdə sirkulyasiyanın xüsusiyyətlərinə əsasən AT100 , AT30 və AT10 xəritələrinin analizi vasitəsiylə analoq ilinin verilməsi;

b) troposfer sirkulyasiyasının, makrohava və qar səthinin məlumatlarının və çayların ərimə, donma vaxtına əsasən analoq ilinin verilməsi;

c) Şimali Atlantika suyunun temperaturuna görə analoq ilinin verilməsi.

6) 4 və 5 dövrləri üçün təyin olunan analoqlardan ən yaxşı analoq ili seçilir, hansında ki bütün proqnostik göstəricilər müşahidə edilir. Əsas metod ilə təyin olunan proqnostik göstəricilərdən əlavə, digər sinoptik və statistik metod ilə təyin olunan atmosfer sirkulyasiyasının və havanın göstəriciləridə nəzərə alınır;

7) gələcək fəsil üçün hava proqnozu tərtib edilərkən əsasən , , , xəritələrindəki t, R, Δt və ΔR kəmiyyətləri nəzərə alınmalıdır.

Katsın, Tsepkanovun və Urevin işlərində proqnostik asılılıq təbii sinoptik fəslin struktur analizi vasitəsiylə təyin edilirdi. Sinoptik fəsillər 2 hissədən iba-rətdir. Fəslin birinci hissəsində adətən birtipli təbii sinoptik dövrlər üstünlük təşkil edir, ikinci hissədə isə bir neçə xarakterik olmayan dövr müşahidə edilir. Fəslin hər iki hissəsinin anoloji tədqiqatları Katsı aşağıdakı nəticələrə gətirib çıxardır.

1) Əgər keçmiş fəslin hər 2 hissəsi yüksək barik sistemlərinə görə bir-birinə oxşardırsa, lakin 2-ci hissə indiki fəslin 1-ci hissəsinə oxşar deyilsə, onda gələcək sinoptik fəsil keçmiş fəslə oxşar olacaq;

2) Əgər keçmiş fəslin hər 2 hissəsi bir-birinə və indiki fəslin 1-ci hissəsinə oxşardırsa, onda gələcək fəsil başlanğıc fəslin 1-ci hissəsinin əksi olacaq;

3) Əgər keçmiş fəslin fər 2 hissəsi bir-birinə oxşar deyilsə və indiki fəslin 2-ci hissəsi 1-ci hissəsinə oxşar, onda gələcək fəsil keçmiş fəslin 2-ci hissəsinə oxşar və ya 1-ci hissəsinin əksi olacaq.

Bu qaydaların köməyi ilə verilən fəsli proqnozların təxminən 65%-i özünü tam doğruldur. Fəsli proqnozların tərtib olunmasında sinoptik və statistik me-todlardan istifadə edilir və bu sxemlər aşağıdakı müəlliflər tərəfindən işlənmişdi.

M.X. Baydal fəsli proqnozların makrosirkulyasiya metodunu işləyib ha-zırlamışdır, hara ki, Qərbi Sibir, Qazaxıstan, Mərkəzi Asiya və Zaqafqaziya üzrə havanın temperaturunun anomaliyasının, yağıntılarının və burada gedən proses-lərin göstəriciləri daxildir. Bu metodun əsasında atmosferin ümumi sirkulyasi-yasının meridional və zonal növlərinin ardıcıllığının qanunauyğunluğu durur.

D.A. Droqaytsev havanın temperaturunun fəsli proqnozunun bir neçə sxe-mini təklif etmişdi. Qış fəsli üçün verilən proqnozda prediktor rolunu “isti və so-

yuq impulslar” – yanvar ayı üçün sentyabr-oktyabr aylarında və fevral ayı üçün oktyabr-noyabr aylarında nisbi topoqrafiyanın dövrlərarası dəyişməsi ocağı yerinə yetirir. İmpulsun trayektoriyası öyrənilir hansı ki, qış fəslinin temperatur ano-maliyaları ilə xarakterikdir.

K.İ. Paniaşvili işlədiyi sxemə görə prediktor rolunu fəslin əvvəlində mü-şahidə edilən müəyyən sinoptik proses tipləri yerinə yetirir. Burada əsas diqqət Kats indeksinin köməyi ilə 32 – 480 şm.en. zonası üçün hesablanmış atmosfer sirkulyasiyasının qiymətinin analizinə verilir.

Fəsli proqnozun statistik metodunu D.A. Ped, L.A. Vitels, E.V. Vorobyov,

T.B. Pokrovski və V.Q. Şişkova tərəfindən işlənmişdir.

Ped dinamiki əhəmiyyət kəsb edən rayonlarda yerləşən ayrı-ayrı stansiya-ların temperatur və təzyiq informasiyalarını, stratosfer sirkulyasiyasının və səth örtüyünün xarakteristikasını və meteoroloji sahələrin müxtəlif variantlı aproksi-masiyalarını prediktor kimi istifadə etmişdir. Bunun nəticəsində havanın fəsli proqnozunun ümumi xarakterinin və temperatur və yağıntı anomaliyasının aylıq proqnozunun bir sıra sxemləri alınmışdır.

L.A. Vitels Avropa ərazisində yerləşən SSRİ-nin 11 rayonu üçün tempe-ratur və yağıntı anomaliyasının proqnoz sxemlərini almışdır. Prediktor rolunu burada Avropa təbii sinoptik rayonları hüdudlarında yerləşən bir sıra ərazilər üçün barik-sirkulyasiya anomaliyası oynayır. Maraqlıdır ki, bu sxemdə verilən başlanğıc məlumatlar 12 – 18 ay qabaqcadan anomaliya proqnozu üçün hesablanır.

Pokrovski atmosfer sirkulyasiyasının xüsusiyyətləri üçün Vangengeyimin sirkulyasiya formalarının ayın günləri ilə təkrarlanmasından istifadə edir. Tem-peratur anomaliyasının müsbət və mənfi qiymətləri üçün formaların təkrarlanması daha aydın müşahidə olunan aylar seçilir. Bu aylar prediktor rolunu oynayır.

Vorobyovun havanın temperaturunun aylıq proqnozu metodunda prediktor rolunu əvvəlcədən 1-ci aydan 14-cü aya qədər götürülən vaxt üçün 1-ci və 3-cü təbii sinoptik rayonlar üçün zonal sirkulyasiyanın qiyməti oynayır.

V.Q. Şişkovun ritmlik qaydası metodunun köməyi ilə gələcək fəsildə si-noptik prosesslərin başvermə ardıcıllığı müəyyən edilir. Gələcək fəsil üçün təyin edilən sinoptik proseslər bu fəslin prosesləri üçün də oxşar olmalıdır.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin