Mündəricat Giriş I fəsil. Üsulun əsasını təşkil edən makrosinoptik proseslərin inkişafının əsas anlayışları və qanunauyğunluqları II fəsil. Zonal və meridional sirkulyasiya indekslərinin istifadəsi


I Fəsil. Üsulun əsasını təşkil edən makrosinoptik proseslərin inkişafının əsas anlayışları və qanunauyğunluqları



Yüklə 0,79 Mb.
səhifə4/13
tarix05.01.2022
ölçüsü0,79 Mb.
#111772
1   2   3   4   5   6   7   8   9   ...   13
I Fəsil. Üsulun əsasını təşkil edən makrosinoptik proseslərin inkişafının əsas anlayışları və qanunauyğunluqları
Yuxarıda qeyd edildiyi kimi uzunmüddətli hava proqnoz üsulunun hazırlanmasına yönələn sinoptik tədqiqatlara keçmiş SSRİ-də 1913-cü ildə Multanovskinin rəhbərliyi ilə “ Baş Geofiziki ” rəsədxanada başlanmışdır.

Yeni elmi hipotizlər irəli sürən, atmosfer makroproseslərinin sxemləri üzrə bir sıra keyfiyyətli təkliflər verən və çoxillik sinoptik materiallar əsasında onların öyrənilməsini təşkil edən Multanovski və onun ardıcılları dünyada ilk dəfə olaraq uzunmüddətli hava proqnozunu hesablamışlar.

Multanovskinin təklif etdiyi makrosinoptik təhlil sistemi öz aktuallığını və müasirliyini indiyə kimi qoruyub saxlayır və uzunmüddətli hava proqnozları üsullarına daxil edilir.

1915-ci ildə Multanovski belə fikir irəli sürmüşdür ki, Avropa iqliminə təsir edən makrosinoptik proseslər, Avropa üzərində baş vermir. Avropaya yalnız onların təzahürləri gəlib çatır. Avropa üçün əsas proseslər atmosferin azor və qütb təsir mərkəzinin intensivliyinin dəyişmələri səbəbindən baş verir.

Hər bir mərkəzə onun intensivliyinin tərəddüdləri məxsusdur, tərəddüdlər isə təzyiqin dəyişmələri ilə bağlıdır. Qəbul edilmiş hipotezə görə Avropa üçün uzunmüddətli hava proqnozu üsulunu hazırlamaq üçün atmosferin azor və qütb təsir mərkəzini və ərazinin makrosinoptik proseslərini təhlil etmək lazımdır, yəni Qrenlandiyadan Yeniseyə kimi olan ərazini əhatə etmək lazımdır. Sonradan bu rayon birinci sinoptik rayon adlandırılmağa başlandı.

Makrosinoptik təhlil məsələlərini həll etmək üçün Multanovski və onun ardıcılları barik birləşmələrinin yığma və kinetik-yığma xəritələrindən də istifadə etmişlər. Tədqiqat obyekti kimi meteoroloji elementlər və hadisələr (atmosfer yağıntıları, havanın temperaturu, quraqlıq və s.) götürülür. Avropaya antisiklonik daxiletmələri göndərmək üçün antisiklonların trayektoriyalarının xəritələri çəkilmişdir. Antisiklonların trayektoriyalarının xəritələri həm soyuq dövrün ayları üçün və həm də isti dövrün ayları üçün çəkilmişdir və bu isə öz növbəsində yay və qış oxlarını aşkar etmək imkanı yaradır (şəkil 1.1).





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin