MüNDƏRİcat giRİŞ



Yüklə 190,71 Kb.
səhifə4/17
tarix01.01.2022
ölçüsü190,71 Kb.
#105386
1   2   3   4   5   6   7   8   9   ...   17
MUSİQİ - ABŞ musiqisində Şimali Amerikada yaşamış hindilərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır; zənci xalq yaradıcılığı ənənələri (caz, spiriçuels, blüz, reqtaym və s.) əhəmiyyətli yer tutur. 16-17 əsrlərdə ilk mühacirlərin həyat və məişət şəraiti musiqi sənətinin inkişafı üçün az əlverişli idi. Bu dövrdə yalnız ingilis puritanlarının psalm və himnləri yayılmışdı. 18 əsrdə mühacirətin artması ölkədə professional müsiqi sənətinin formalaşmasına şərait yaratdı.

10

Dini mahnılar müəllifi U. Billinqs, "Minervanın məbədi" (1781) operasının müəllifi F. Hopkinson, populyar lirik mahnılar müəllifi S. K. Foster, fortepiano əsərləri müəllifi L.M. Qotşalk (həmçinin pianoçu) ilk Amerika bəstəkarlarıdır. 19 əsrin 2-ci yarısında ABŞ-a köçən bir çox Avropa musiqiçisi burada simfonik orkestlər, musiqi təhsili müəssisələri və cəmiyyətlər yaratdı. 1883 ildə Nyu-Yorkda "Metropoliten-opera" teatrı açıldı. Amerika milli bəstəkarlıq məktəbinin banisi E. Mak-Douell olub. 20 əsrin əvvəllərində caz sənəti formalaşmış, D. Ellinqton, L. Armstronq, B. Qudmen və b. görkəmli caz ustaları yetişmişlər. Birinci dünya müharibəsindən əvvəl və sonra görkəmli Avropa musiqiçilərinin ABŞ-a köçməsi ölkənin musiqi həyatında yeni canlanmaya səbəb oldu. 20-ci illərin axırlarında Amerika professional bəstəkarlıq məktəbi yarandı (R. Harris, A. Koplend, U. Piston, R. Seşns, Ç. Ayvs). İlk milli opera "Porgi və Bess"in (1935) müəllifi C. Gerşvinin yaradıcılığında caz musiqisinin, zənci mahnı-rəqs folklorunun üslub xüsusiyyətləri inkişaf etdirilmişdir. U. Şumen, S. Barber, C. Menotti də bu dövrün bəstəkarlarındandır. 40-50-ci illərdə ölkədə müzikl janrı geniş yayılmışdı (bəstəkarlardan L. Bernstayn, R. Rocers, F. Lou). Bu dövrdə şair-bəstəkar, həmçinin xalq mahnıları ifaçılarından X. Ledbelli, Vudi-Qatri, P. Siger, eləcə də müğənni P. Robson məşhurlaşdı). Dirijorlardan Y. Ormandi, L. Stokovski, L. Maazel, pianoçulardan C. Brauninq, C. Bayron, B. Klaybern, M. Dixter, skripkaçılardan İ. Menuhin, İ. Stern, müğannilərdən M. Lansa, M. Anderson, M. Dobbs, L. Prays, musiqişünaslardan N. Slonimski, C. Çeyz ABŞ-ın görkəmli musiqi xadimlərindəndir. ABŞ-da Azərbaycan bəstəkarlarından Fikrət Əmirovun "Şur" və "Kürd-ovşarı" simfonik muğamları, Qara Qarayevin "İldırımlı yollarla" baletindən 2-ci süita ifa edilmişdir. 1848-ci ildə Almaniya inqilabının ardından bir çox Alman musiqiçisi Amerikaya köç etmişdir. Bunların arasında Almaniya Musiqi Birliyinin 25 nəfərlik orkestri də var idi. İllərcə ABŞ-ın müxtəlif bölgələrində çıxış edən orkestr konsert vermək ənənəsini ən uzaq yerlərə qədər tanıtmışdı. Amerikada doğulub musiqi təhsili üçün Avropaya getmiş musiqiçilər də ölkələrinə geri dönməyə başlamışdır. Pianist Luis Moreau Ciottschalk (1829-69), 1853-cü ildə ölkəsinə dönərək Amerikada üstünlüyünü davam etdirən Avropalı virtuozlarla rəqabət edərək turnelər təşkil etmişdir. XIX əsr Amerikan musiqi zövqü, ümumiyyətlə Alman ənənəsindən asılı idi. Amerikan bəstəkarları yalnız kiçik kənd-qəsəbə həyatında sadə, bölgəyə xas bəstələri ilə özlərinə yer tapa bilmişdilər.

Bu dövrdə Hatçinsonlar ailəsi ictimai fəaliyyətlə bağlı olan yerlərdə xor şəklində xalq mahnılarını oxumaqla məşhurlaşmışdılar.

XIX əsrin ortalarında Nyu York bütün sənət sahələrində yeni sənətçilərin cücərdiyi bir mərkəz halına gəlmişdi. Artıq amerikalı bəstəkarlar tərəfindən xüsusi Amerikan mahnıları bəstələnilirdi. Mövzusunu Amerika həyatından alan Uilliam Henry Fry-ın (1813-64) “Leonora” adlı operası 1845-ci ildə Filadelfiyada səhnəyə qoyulmuşdur.
11

İlk böyük orkestrlərin qurulduğu mərkəzlər isə Sentluiz, Sinsinnati, və Çikaqo şəhərləri idi. Musiqi cəmiyyətləri, konsert təşkilat büroları getdikcə çoxalmaqdaydı. Nyu-York Filarmoniya Orkestri 1842-ci ildə, Boston Simfoniyası 1881-ci ildə, Çikaqo Simfoniyası isə 1891-ci ildə yaradılır. 1810-cu ildə isə Fransız mədəniyyəti təsirində olması ilə seçilən Nyu- Orlean şəhərində opera evi tikilir.

XIX əsrdə vətəndaş müharibəsi ərəfəsində musiqiçilər musiqi təhsilini Amerikada deyil, daha çox Almaniyanın Münix, Leypziq, Berlin kimi şəhərlərində alırdılar. Ölkədəki musiqi məktəblərinin mütəşəkkil bir hala gəlməsi ancaq son əsr içində reallaşmışdır. Oberlin Kollecindəki ilk konservatoriyadan sonra (1865) Yeni Ingiltərə Konservatoriyası açılmışdır. Bu məktəblər hazırlıq səviyyəsində olduğundan şagirdlər fürsət tapdıqda Avropaya gedirdilər. John Paine (1839-1906) Almaniyadakı təhsilindən sonra Harvard universitetində professor olmuşdur.

Bütün təhsilini Amerikada alan Arthur Foote (1853-1937) ilə Corc Chadvvick (1854-1931) və Horatio Parker (1863-1919) məşhur Boston qrupunun üzvləri olmuşdur. Edvvard Macdovvell (1860-1908) eyni qrupun müasiri olmuş və gələcəyin böyük quruluşlu Amerikan musiqisini yaratmışdır. Digər bir axının qabaqcılı da musiqisini zənci melodiya və ritmləriylə təchiz edən Henry F. Gılbert (1869-1928) olmuşdur. Charles Ives (1874-1954) və Douglas Moore (1893-1969) kimi bu günün musiqi təməllərini atan məşhur bəstəkarlar Boston qrupunun şagirdləridir.



XX əsrdə musiqidə Amerikan xarakterini axtaran bəstəkarlar, xalq melodiyalarına və ölkənin özünə xas caz musiqisinə müraciət etdilər. Artıq pop musiqisi təməldə oxuma yazması olmayan xalqın ağızdan ağıza keçirdərək yaydığı musiqi janrına çevrilmişdir. Amerikada, dini məzmunlu musiqinin yanında xalqın ağızdan ötürmə üsulu ilə günümüzə qədər uzanıb gələn bir folk musiqi mədəniyyəti vardır. Ən köhnə folk mahnıları ya solo olaraq, ya da xor şəklində oxunmuşdur. Bu folk mahnılarına yoldaşlıq etmək üçün skripka, banjo və gitaranın da əlavə edilməsi ilə ilk pop musiqi növlərinin təməlləri qoyulmuş oldu. Amerikanın ilk pop musiqi ulduzu Jimmie Rodgersdir. Rodgers, country və boogie-blues arasında harmoniya yaradaraq hillbilly, folk və bluesdən mənimsədiyi sözləri birləşdirərək country musiqisinin başlıca dayağı halını almışdır. Pop musiqisi İngiltərə və Amerika kimi sürətlə sənayeləşmiş cəmiyyətlərdə geniş kütləni əyləndirmək məqsədiylə bir ənənə meydana gətirmişdir. Rok musiqisi isə özündə bir çox musiqi janrlarını birləşdirmiş bir növ olaraq rock and roll dan, and rollun çıxarılmasıyla 1960-cı illərin əvvəllərində meydana gəldi. Rok musiqisini meydana gətirən musiqi janrlarının alt növləri də, öz daxilində alt növlərə ayrılmışlar. Rok musiqisini də əhatə edən pop musiqi növləri bir çox musiqi janrlarının alt növlərinin sintezindən meydana gəlmişdir. Musiqi növləri arasındakı ilk qarşılıqlı təsiri 1730-cu illərdə Amerikada "Böyük Oyanışlar" adı ilə tanınan təkanda tapmaq mümkündür.
12

"Böyük oyanışlar" Amerikan musiqisinə dərindən təsir edən dini bir oyanışın ardıcıl olaraq meydana çıxan iki dalğası idi. "Birincisi Dr. İsaac Watts adında bir İngilisə aid "Hymms and Spirituali"nin (1701) Londonda nəşr olunmasıyla yaranan və 1739-cu il Boston nəşrindən sonra Amerikanın bütün şəhərlərində təsiri hiss edilən yeni bir musiqi anlayışının cənubun folk musiqilərinə təsir etməsi nəticəsində meydana gəlmişdir. İkinci oyanış isə 1780- 1830-cu illəri arasında düşərgə yığıncaqlarında ortaya çıxan bir axındır. Xristianlaşdırılmış zəncilər ayinlərini icra edərkən Afrika dini mərasimlərində görülən dairəvi rəqs, qışqırma, ritm tutma kimi elementlər dualarla birlikdə yerinə yetirilirdi. Beləcə zəncilər ağlardan mənimsədikləri spirituallarin içinə atalarından miras qalan ritm və coşğunu qataraq ortaya yeni bir növ musiqi çıxarmışlar. Bu eyni zamanda dini musiqidə qara-ağ ayrı-seçkiliyini də doğurmuşdur. Ağların spirituallari yerində sayarkən, qaraların etdikləri bütün ölkəyə yayılmaqla qalmayıb, ölkə xaricinə də çıxmışdır. Bir çox Amerikan musiqisi kimi Gospel də vətəndaş müharibəsindən sonra cənubda spirituallarin davamı xüsusiyyətində ayrı bir növ olaraq özünü göstərir. Spirituallarda olduğu kimi gospelin də yalnız qaralara xas olduğunu demək düzgün olmazdı, amma ən çox zəncilərin kilsələrində və zənci qrupları daxilində icra edilmişdir. XIX əsrin sonunda qurulan Pentacostalis və Hoolines kilsələrində, Afrika musiqisindəki əl çırpma və ayaqları yerə vurma yoluyla edilən musiqi, gospel növünün ilk nümunələrini meydana gətirmişdir. 1943-51-ci illər arasında cənubdan şimala edilən köçlər əsnasında pianino və nəfəs alətləri ilə tanış olan delta blues icraçıları rokn rolla keçiddəki son musiqi növü olan R&B-ni meydana gətirirlər. Başlanğıcda yalnız qaraların radio stansiyalarında və küçələrdə yaşayan R&B, orta sinif ağ gənclərin bu musiqini vərdiş halına gətirməsiylə məşhurlaşdı. Gün keçdikcə artan tələblər, nəşr olunan R&B vallarının sayının artmasına və 25 may, 1949-cu ildə Billboard musiqi jurnalı siyahılarında R&B adında yeni bir başlığın açılmasına gətirib çıxardı. 1953-cü ildə Chords qrupunun Sh-boom adlı musiqi parçaları R&B siyahılarına sığmayaraq, məşhur musiqi siyahılarına daxil oldu və " 1" nömrəyə qədər yüksəldi. 1954-55-ci illərdə eyni musiqini ağlar icra edincə bunun adını Rokn Roll qoydular. "Məşhur rokn roll pianisti Fats Domino "biz rokn roll - a 15 il əvvələ qədər Ney Orleansda R&B deyərdik" demişdir. Rokn roll, gənclər arasında o qədər rəğbət qazanır ki, həm sənayeyə qarşı ən radikal çıxışların qaynağı, həm də musiqi sənayesinin ən gəlirli dolanışıq qaynağı mövqeyinə gəlir. Rokn rollun R&B'dən fərqlənərək özünə xas bir musiqi növü halını almasını təmin edən ən əhəmiyyətli kəslər Elvis Presley və Chuck Berrydir. Rokn rollun böyük kralı Elvis Presley R&B ilə, country və hillbilly musiqilərini çox yaxşı sintez etmişdir. Chuck Berry isə özündən əvvəlki gitaraçıların texnikalarını sintez edərək rokn rollun ilk gitara qəhrəmanı olmuşdur. Buna baxmayaraq ikisinin də əsl şöhrətləri bu birləşdirici güclərindən və özlərindən sonrakı bütün rok musiqiçilərinə təsir etmələrindən gəlmişdir. Lakin sənaye rokn rollu çox tez udmuşdur.
13

Araşdırmaçıların çoxu 1950-ci illərin sonunun rokn roll musiqisinin də sonu olduğu mövzusunda görüş təşkil etmişdilər. 1950-ci illərin sonunda ən məşhur rokn roll musiqiçilərindən olan Elvis Presley hərbi xidmətdə, Chuck Berry isə həbsdə idi. Buddy Holly isə vəfat etmişdi. 1959-63-cü illər arasında rok musiqisində demək olar ki, bir boşluq yaranmışdı. Lakin, bu illərdə sonradan "60-cı illər gəncliyinin lideri" adını alan musiqiçi, Bob Dylan meydana çıxmışdır. Dylanın ilk üç albomundakı musiqilər nə folk musiqisi, nə də rokn roll musiqisinə aid idi. Dylan, mahnılarında qaralara qarşı düşmənliyin inadla davam etməsindən, döyüşün mənasızlığından, sevginin əhəmiyyətindən, dünyanın gözəlliklərinin sürətlə itib getməsindən bəhs etmişdir. Amerikada reallaşan bu musiqi yönümlü inkişaflar bütün dünya gəncliyinə, amma ən çox İngilis gəncliyinə böyük təsir etmişdir. Uşaqlıqlarından bəri rokn roll musiqisiylə böyüyən İngilis gəncləri arasından bir çox musiqiçi çıxmış; bunlar Beatles, Rolling Stones, Animals kimi ilk rok birliklərini qurmuşlar. Bu qruplar, ilk zamanlarda Amerikan musiqisinin alt növlərindən təsirlənmişlər, lakin qısa bir müddət sonra özlərinə xas strukturları ortaya qoyaraq əsl mənada rok musiqisini formalaşdırmışlar. Bu qruplardan ilk musiqi albomunu satışa çıxaran Beatles yaranışından bir iki il sonra, ilk albomlarındakı blues, boogie, gospel mahnı ailələrinin parçalarını kopiya etməkdən və rokn rolla yaxın musiqi parçaları bəstələməkdən yavaş-yavaş imtina etməyə başlamışdır. Ən son rokn roll mahnılarından biri də 1965-ci ildə Help albomunda Larry Uilliamsa aid "Dizzy Miss Lizzy" musiqi parçası olmuşdur. 1965-ci ildə "Rubber Soul" albomu çıxdıqdan sonra musiqidə tamamilə xüsusi quruluşa keçid tamamlandı. Bu inkişafdan sonra rokun maneə törədilə bilməz yüksəlişi başlamış oldu. Eric Claptonun üzvü olduğu qruplar, xüsusilə Cream çox böyük uğurlara imza atmışdır. Beatles ulduzu sönərkən səhnəyə Eric Clapton adıyla dünyanın ən yaxşı gitara virtuozlarından biri çıxdı. O zaman ABŞ küçələrinin divarlarının "Clapton his God"(Clapton tanrıdır) yazıları ilə dolması dövrü idi. 1960-cı illərin sonu, dünyada gənclik hərəkatları olaraq xarakterizə edə biləcəyimiz bir üsyanın yüksək səviyyəyə çatdığı illərdir. Get-gedə böyüyən nüvə müharibələri hədəsi, Amerikanın Vyetnamı amansızca döyüşə sövq etməsi, bir çox Vyetnamlının və Amerikalının bu döyüşdə ölməsi çarxları hərəkətə keçirmiş, çiçək gücü hərəkatı belə bir mühitdə ortaya çıxmışdır. Artıq rok musiqisi dünyaya qlobal problemlərin çatdırılması vəzifəsini öz üzərinə götürmüşdür. Məşhur "döyüşmə, seviş" şüarı bu hərəkatın bir məhsuludur. Çiçək gücünü yaradanların əksəriyyəti orta sinif ağ gənclərdir. Bu insanlar "hippi" olaraq adlandırılmışlar. Ümumiyyətlə, o dövrlərdə bu hərəkat harada olmağından asılı olmayaraq bütün rok qruplarından dəstək almışdır. Bu illərdə şərq dinlərinə olan maraq da artmış, hətta Beatlesın üzvləri Hindistana tanınmış Hindi Maharishi Yogini ziyarətə getmişdilər. Rokdakı bu şərq dəbi ilə birlikdə musiqiçilərin və dinləyicilərin narkotik maddələrə olan maraqları daha da artmışdı.
14

Hippilərin bəziləri zaman keçdikcə nizam-intizam müdafiəçisinə çevrilmişdilər. Bunlara ən yaxşı nümunə ABŞ dövlət başçısı Bill Klintondur. 1960-70-ci illər rok tarixi baxımından çox müxtəlif və əhəmiyyətli qrupları daxilində saxlamışdır. Beatles, The Animals, The Doors, Rolling Stones, The Who kimi qruplar hamısı bu tarixlərdə yaranmışlar. 1965-70-ci illər arasında qurulan Pink Floyd, Deep Purple, Led Zeppelin, Yes kimi qruplar da artıq mega rok qrupları idi. Bu qruplar sayəsində rok, heç olmadığı qədər məşhur olub, ciddi bir musiqi janrı kimi qarşılanmağa başlanmışdır. Rok musiqiçiləri özlərini klassik musiqi icraçıları kimi görmələri də bu dövrə təsadüf edir. O zamanların ən diqqət çəkən müzakirəsi rokun bir sənət növü olub olmadığıdır. 70-ci illərin ikinci yarısına gəlindiyində rok artıq val satışları və konsert gəlirləriylə musiqi sənayesinin ən yaxşı dolanışıq qaynağını meydana gətirməkdəydi. Rok musiqiçiləri milyonlarla dollarlıq elektronik alətlərə sahib idilər və hamısı çox zəngin olmuşdular. Bu mega rok qrupları nə edirsə etsin satdıqlarından ötəri val şirkətləri yenilərə heç şans verməməklə və ya şans versələr belə musiqilərini onlar kimi hazırlamaq şərti qoymuşdular. Pank rok da elə bu dövrlərdə özünü göstərmişdir. Pankda digər heç bir rok növündə görülməyən şiddət, qarışıqlıq və xaos vardır bu xüsusiyyətlər pankın qaranlıq qanadını gözlər önündə açmışdır. 60-cı illərdə Nyu-yorkun qaraj qruplarından formalaşan "Velvet Underground" pankın ilk toxumlarını atan qrup olaraq göstərilə bilər. Ancaq bu fikri ilk pank birliklərindən biri olan "Scx Pistols" qəbul etməyərək reaksiya vermişdir. Pankda qətiliklə keyfiyyət və xoşuna gəlmə qayğısı yoxdur. Pankçılar 1960-70-ci illərdəki rok musiqisini və təbii ki, rokçuları da lənətləyirdilər, çünki onların fikrincə rokdan artıq pul, şan, şöhrət vasitəsi olaraq istifadə edilməyə başlanmışdır. 1970-ci illərin uzun və qarışıq soloları ilə dolu musiqi parçaları yerinə qısa və nizamsız şəkildə musiqilər ifa edilirdi. Hətta Sex Pistols o qədər sadə və primitiv ifa edərdi ki, izləyənlər istər istəməz" bunu mən də ifa edə bilərəm" kimi bir fikrə düşürdülər. Sənayenin ən böyük düşməni olmasına baxmayaraq pank dəliliyi də digər bütün rok dəlilikləri kimi qısa müddətdə sənaye tərəfindən udulub "dəb" halına gətirilmişdir. Pank geyimləri ən lüks mağazaların vitrinlərində biri-birinin ardınca düzülmüşdür. 80-ci illərə gəldikdə bir çox rok musiqi növü icra halında olduğundan bir "Heavy Metal" partlayışı yaranmışdır. Heavy Metal musiqisini izah edən ən yaxşı söz "qarışıqlıq"dır. Bütün Heavy Metal qruplarının fəaliyyət sahələri fərqlidir. Bu musiqi növünün içində kommunizm, faşizm, anarxizm, inqilabçılıq, sadizm kimi bir-birindən çox fərqli mövzuları tapmaq mümkündür.



Heavy Metal bu çoxrəngliliyi sayəsində bir çox alt növlərə ayrılmışdır. Lakin hamısında ortaq olan bir şey vardır; küfr. Kimi dövlətə, kimi qaralara küfr edirdi. 90-cı illərə nəzər yetirsək gözlənilən yeni rok anlayışı Amerikanın Seatle adlı şəhərindən gəldi. Bu şəhərdə qurulan qaraj qruplarının əvvəl Amerikaya sonra bütün dünyaya açılması ilə birlikdə bir "grunge" cərəyanı yaşanmışdır.
15

Hələ Nirvananın Nevermind albomu bu yeni, alternativ roku bütün dünyaya tanıtdı. Bu gün Pearl Jam, Soundgarden, Red Ilot Chilli Peppers, Therapy kimi qruplar sayəsində rok yenidən canlanmışdır. Bu gün hətta Amerikanın ən son dövrə aid pop musiqisi ilə, ənənəvi hind musiqisi ilə əlaqədar olan caz da vardır. Müasir caz - çox geniş anlayışdır, lakin hətta bugünkü cazda da blüz və improvizə elementləri mövcuddur. Caz elə musiqidir ki, ifaçı onu yaratmaq üçün öz keçmişini öyrənməyə və yeni musiqi yaratmaq üçün həmin keçmişdən istifadə etməyə məcbur olur. Avropa musiqisinin keçmişi Amerika musiqisindən tamam fərqli olduğuna görə, avropalı musiqiçilərin yaratdığı caz bu fərqi əks etdirirdi. Əlbəttə, bu ümumi qaydadan istisnalar da var, lakin bütövlükdə Amerika cazı daha çox blüz xarakteri daşıyır, Avropa cazında isə klassik musiqinin təsiri daha güclü hiss olunur. Bu gün dünyada əlaqələr çox gücləndiyi şəraitdə həm avropalılar, həm də amerikalılar hələ gənc yaşlarından başlayaraq, çox vaxt eyni musiqini eşidir, buna görə də onların yaratdığı cazda fərqlər xeyli azalmışdır. Amerikada, xüsusilə 1900-cü illərin əvvəlində zəncilər bugünkünə görə çox daha alçaldılmış bir vəziyyətdə idilər. Və cazın ən güclü qollarından deyə biləcəyimiz “blues” axınının başlaması da bu dövrə təsadüf edir. Nyu Orleans şəhəri cazın mərkəzi halına gəlir. Bu gün hələ də caz ifaçılarının əzici bır seqmentinin zəncilər olduğunu görərik. Çünki caz musiqisi Amerikan musiqisi olaraq deyil, daha çox Afrika-Amerika qarışığı olan bir musiqi növü olaraq qeyd edilir. Amma buna baxmayaraq caz musiqisi hələ də ən dərin fəlsəfəyə malik və çox az miqdar insanın anlaya biləcəyi, dərindən hiss edə biləcəyi bir musiqi növüdür. Dövrümüzdə hələ də caz musiqisinin güclü görkəmli nümayəndələri vardır və istehsal edilən musiqi baxımından keyfiyyətini qoruya bilmişdir. Çünki bu musiqini ifa etmək böyük istedad savad və məharət, eyni zamanda da güclü səs diapazonu tələb edir. XIX əsrin ortalarından başlayaraq ABŞ-ın bir sıra cənub ştatlarında mövcud olmuş ən qədim, ənənəvi caz tiplərindən biri də arxaik caz idi. Arxaik caz XIX əsrin səyyar zənci və kreol orkestrlərinin musiqisi ilə təmsil edilmişdi. Arxaik caz dövründən sonra Yeni-Orlean stili (klassik stil) yaranmışdır. Qara Amerikalıların imtina edilməz musiqisi olan Qanqster Rap (gangsta) milyonlarla gənci təsiri altına salmışdır. Bu axın, qaraların yaşadığı hər şəhərdə sürətlə yayılırdı. "Gangsta" gənclərin gedərək dəyişən geyim tərzlərində, danışmalarında və hətta küçələrdəki gedişlərində belə özünü hiss etdirirdi. 1970-ci illərdə isə Nyu-York və Bronks şəhərlərinin arxa küçələrində qaradərili amerikalıların dinlədiyi yeni musiqi növü-hiphop musiqisi yarandı. DJ-lərin iki qrammofondan istifadə edərək qarışdırdıqları disko ritmlərinin üstünə, reperlərin həyatlarını izah etdikləri qafiyəli, ritmik sətirlər əlavə edərək yaratdıqları bir musiqi növü idi. Gənclərin hazırladıqları rep kasetlərini dəyişdirmələriylə küçədən küçəyə, şəhərdən şəhərə yayılan hiphop bir alt- mədəniyyəti halına gəldi. Və hip-hop rok musiqinin yarım əsrlik suverenliyinə son verərək, Amerikanın ən çox dinlənən musiqisi oldu.

16

Qaradərili amerikalıların atışma şəklində bir-birlərinə söylədikləri mahnılar, qısa müddətdə ara küçələrdən çıxıb, prospektlərə, meydanlara, oradan da başqa şəhərlərə yayıldı.



Zamanla hiphop Amerikanın ən təsirli, ən məşhur musiqi mədəniyyətinə çevrildi. Belə ki, Amerikanın ən çox satan musiqi jurnalı Billboardın 11 Oktyabr 2003 -cü il sayında ən çox dinlənən 10 mahnı sıralamasındakı 10 mahnının hamısı da hip-hop növündə idi. Amerika tarixində ilk dəfə 10 qaradərili müğənnidən ibarət olan bu siyahı, bir zamanlar qapılarını rep musiqisinə bağlayan radioların artıq hip-hop axınına təslim olduğunu sübut edirdi. Üstəlik qaraların yaratdığı və bu gün yalnız Amerikada 45 milyon adama xitab edən bu musiqinin dinləyicilərinin yüzdə səksənini ağdərili dinləyicilərin təşkil etməsi də maraqlı faktdır.

Amerikan musiqisi dünyada ən çox dinlənilən musiqi olmaqla yanaşı bir çox xalqların musiqi mədəniyyətini də özündə birləşdirir.

17


Yüklə 190,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin