MüNDƏRİcat giriş


Keyfiyyətin Təminatı Mərkəzi



Yüklə 0,53 Mb.
səhifə16/42
tarix10.01.2022
ölçüsü0,53 Mb.
#104119
1   ...   12   13   14   15   16   17   18   19   ...   42
Keyfiyyətin Təminatı Mərkəzi

Xəzər Universiteti Keyfiyyətin Təminatı Mərkəzi 1999-ci ildə Nottinqem Trent Universiteti (Böyük Britaniya) və Haarlem Universitetinin (Hollandiya) birgə əməkdaşlığı ilə həyata keçirilən TEMPUS proqramının “Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin inkişafı" layihəsi çərçivəsində yaradılmışdır.

2008-ci ildə TEMPUS proqramının "Azərbaycan universitetlərində təhsildə keyfiyyətin təminatı sistemlərinin yaradılması" layihəsi çərçivəsində Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində Keyfiyyətin Təminatı mərkəzləri yaradılmaqla Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyəti genişləndi. Vinçester Universiteti (Böyük Britaniya), III Karlos Universiteti (İspaniya) və Varşava Universiteti (Polşa) ilə sıx əməkdaşlıq keyfiyyətin təminatında təlim, nəzarət və mütəxəssis dəstəyi ilə nəticələndi.

Digər ali təhsil müəssisələri və Xəzərin professor-müəllim heyəti arasında bu sahədə əməkdaşlıqlar və məsləhətləşmələr davam edir.

Keyfiyyətin Təminatı sisteminin yaradılmasının məqsədi, əsasən, aşağıdakılardır:


  • Universitetin Avropa ali təhsil məkanının tələblərinə uyğunlaşdırılması;

  • Tədrisin və tədqiqatın keyfiyyətinin vaxtaşırı yaxşılaşdırılması;

  • Universitet daxilində keyfiyyət mədəniyyətinin formalaşdırılması və onun təkmilləşdirilməsi;

  • Tələbəyönümlü təhsil və qiymətləndirmə sisteminin təmin edilməsi.

Keyfiyyətin Təminatı Mərkəzi aşağıdakı istiqamətdə fəaliyyət göstərir:

  • Universitetin əsasnamələri, müxtəlif daxili qaydaları və metodik göstərişlərin hazırlanması;

  • Tədris proqramlarının və sillabuslarının yoxlanılması, təhlili və təsdiq edilməsi;

  • Müəllimin peşə fəaliyyətinin qiymətləndirilməsi;

  • Aralıq və final imtahanların monitorinqi;

  • İmtahan nəticələrinin təhlil edilməsi;

  • Müxtəlif aspektlər üzrə tələbələr, müəllimlər və digər maraqlı tərəflər arasında mütəmadi olaraq sorğuların keçirilməsi;

  • Akademik departamentlər və digər struktur bölmələrin daxili reytinqinin müyyən edilməsi.

Şəffaflığın artırılması məqsədilə təhsil və elmi fəaliyyətlə bağlı hər bir məlumat (o cümlədən, tədris proqramları, sillabuslar, professor-müəllim və digər məlumatlar) universitetin veb-səhifəsində öz əksini tapır və daim yenilənir.

2016-cı ildə mərkəz Xəzər Universitetinin akademik departamentlərinin elmi fəaliyyəti üzrə 8 göstərici əsasında reytinqini müəyyənləşdirdi və nəticələri ilə əlaqədar görüş keçirdi. Mərkəz bu nəticələri təhsilin və tədqiqatın keyfiyyətinin daha da yüksəldilməsi istiqamətinə yönəldə bilmişdir.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin