Sənayeləşmiş ölkələr daha çox dünyanın şimal yarımkürəsində, zəif inkişaf etmiş ölkələr də cənub yarımkürəsində olduqları üçün bu iki qrup arasındakı diskusiyalara Şimal-Cənub Diyaloqu adı verilir.
Zəif inkişaf etmiş ölkələr bu düşüncələrlə, Şimalla aralarında bərabər və haqlı əlaqələrə əsaslanan, yoxsulluğu yer üzündən silmə məqsədi daşıyan və Cənubun iqtisadi yöndən özünütəmininə imkan verəcək bir “yeni beynəlxalq iqtisadi nizam” (new international economic order) yaradılmasını müdafiə edirlər.
Şimal-Cənub diyaloqu-2
Bu istiqamətdə atılan addımlardan biri, dövrün şərtləri daxilində heç bir hərbi ittifaqa bağlı olmayan Üçüncü dünya Ölkələrinin formalaşdırdıqları “Müstəqil Ölkələr” hərəkatıdır.
Bu hərəkatın ilk ortaya çıxdığı 1961-ci ildə yür üzündən müstəmləkəçiliyin aradan qaldırılması, suveren ölkələrin daxili işlərinə qarışmama, sülh içində birgə yaşama və BMT-nin gücləndirilməsi kimi prinsiplər üzərində qurulmuş, inkişaf problemlərinə isə o dərəcədə toxunmamışdır.
Sonralar iqtisadi sahədə tələblər artdı və bu təşəbbüslərin ilk nəticələrindən biri 1960-cı illərin BMT Baş Assambleyası tərəfindən “Birinci İnkişaf On İli” olaraq elan edilməsi və bu ölkələrin inkişafı üçün bir proqramın qəbul edilməsi olmuşdur.
Şimal-Cənub diyaloqu-3
Zəif inkişaf etmiş ölkələr sayca çoxluqda olduqları inkişaf etmiş və zəif inkişaf etmiş bütün üzvlərin bərabər səs hüququna malik olduğu BMT Baş Assambleyasından sırf öz inkişaf problemlərini müzakirə etmək məqsədilə xüsusi iclas tələbi etməsilə, 1964-cü ildə BMT Ticarət və İnkişaf Konfransı (UNCTAD) Cenevrədə toplandı.
Əksər sənayeləşmiş ölkələrin mənfi yanaşmalarına baxmayaraq UNCTAD, BMT Baş Assambleyasının daimi bir orqanı kimi özünü instutlaşdırmağı bacarmışdır.
UNCTAD Ticarət və İnkişaf Şurası adlı daimi bir orqana malikdir.
Cenevrədə daimi katibliyi vardır.
Dünya ticarəti və zəif inkişaf etmiş ölkələrlə bağlı daimi nəşrlər həyata keçirir.
Bu günə qədər UNCTAD iclaslarından alınan nəticələr gözlənilənin çox gerisində qalmışdır.
Şimal-Cənub diyaloqu-4
Cənubun öz gücünə duyduğu güvən, 1974-cü ildə BMT Baş Assambleyasının 6-cı xüsusi iclasında yüksək həddə çatmış və iclasda zəif inkişaf etmiş ölkələr, sənayeləşmiş ölkələr qarşısında inkişafla bağlı geniş əhatəli tələblər qoymuşlar.
Sonda bir Yeni Beynəlxalq İqtisadi Nizam qurulması qərara alınmışdır. Hətta bu qərarla birlikdə həyata keçirirləcək işləri göstərən bir də Deklarasiya və Fəaliyyət Planı qəbul edilmişdir.
Ancaq həqiqət odur ki, bu qəraraların alınmasından sonra Şimal-Cənub münasibətlərində ciddi bir dəyişiklik olmamışdır.
Zəif inkişaf etmiş ölkələrin ixracının əksəriyyəti bir neçə ənənəvi aqrar məhsullardan ibarət olduğundan valyuta gəlirlərində də böyük disbalanslara yol açır və başqa sözlə iqtisadi inkişafa da çox mənfi istiqamətdə təsir göstərmişdir.
İxracatdakı dalğalanmanın bir səbəbi də aqrar istehsalın xüsusiyyətlərinə bağlıdırsa, digəri aqrar məhsulların tələb və təklif elastikliklərinin aşağı olmasına bağlıdır.
İxracat gəlirlərindəki bu dalğalanma zəif inkişaf etmiş ölkələrin tədiyyə balansı, inflyasiya səviyyəsi və iqtisadi inkişafı üzərində ciddi təsirlər doğurur.
Əməktutumlu sənaye mallarında proteksionizmin artması
1970-ci illərdən sonra sənayeləşmiş ölkələrdə xüsusilə rəqabət qabiliyyəti olmayan əmək tutumlu ölkədaxili sektorlarda tətbiq edilən proteksionist tədbirlər, bu mallar üzərində müqayisəli üstünlüyə sahib olan zəif inkişaf etmiş ölkələrə çox mənfi yöndə təsir göstərmişdir.
Uruqvay Raundu müzakirələrində toxuculuq və aqrar məhsullar üzərindəki qeyri-tarif maneələrinin, mərhələli də olsa aradan qaldrıma qərarının alınmış olması, zəif inkişaf etmiş ölkələrin olduğu qədər, sənayeləşmiş ölkələrin də faydasınadır.
Zəif inkişaf etmiş ölkələrin ağır borc yükü
Zəif inkişaf etmiş ölkələrin beynəlxalq sferada üzləşdiyi ən mühüm problemlərdən biri şübhəsiz ki, böyük xarici borclardır.
Əksərinin istehlak malları ilə birlikdə, inkişaf üçün zəruri olan xammal və investisiya mallarını ölkə xaricindən idxal etmək məcburiyyətində olmaları bu ölkələrin xarici resurs ehtiyacını artırmaqdadır.
Məhdud valyuta gəlirləri qarşısında bu hal, hədsiz xarici borclanmanın başlıca səbəbini təşkil edir.
Zəif inkişaf etmiş ölkələrin xarici borcları hazırda 3,7 trilyon dolları aşmışdır.
Bunun da əsas hissəsi qeyri-neft məhsulları ixrac edən ölkələrə aiddir.
Bu borclar üçün təxminən ildə 400 milyard dollarlıq bir faiz ödəmələri həyata keçirilir.
Borcların böyük bir hissəsi uzunmüddətlidir.
Eyni zamanda bu borcların mühüm bir hissəsi rəsmi mənbələrdən təmin edilir.
Beynəlxalq maliyyə böhranları və zəif inkişaf etmiş ölkələr
Qloballaşmanın sürətləndiyi müasir dövrdə maliyyə böhranları tez-tez təkrarlanmağa başlanmışdır.
Maliyyə böhranlarından ən çox zərər çəkənlər də zəif inkişaf etmiş ölkələrdir.
Xarici ticarət hədləriylə bağlı diskusiyalar: Singer-Prebisch tezisi-1
Zəif inkişaf etmiş ölkələrin inkişaf problemlərilə bağlı ədəbiyyatda mühüm yeri olan mövzulardan biri də xarici ticarət hədlərinin uzun müddətdə bu ölkələr əleyhinə işləməsini irəli sürən fikirdir.
Aqrar və sənaye məhsulları arasındakı ticarət hədlərinin uzun müddətdə aqrar məhsulları əleyhinə dəyişməkdə olduğunu irəli sürən baxışa, bunun ilk nümayəndələrindən olan Alman iqtisadçısı Hans Singer ilə Latın Amerikalı Raul Prebischin adlarından dolayı Singer-Prebisch tezisi deyilir.
Xarici ticarət hədləriylə bağlı diskusiyalar: Singer-Prebisch tezisi-2
Singer-Prebisch tezisində ticarət hədlərinin zəif inkişaf etmiş ölkələr əleyhinə dönməsinə səbəb olaraq, təklif-tələb təsirləri və iqtisadiyyatların struktur elastikliyilə bağlı bir sıra faktor üzərində dayanılmışdır.
Təbii xammalın əvəzinə sünilərinin ortaya çıxması,
İnkişaf etmiş ölkələrdə aqrar bölməni qoruyucu tədbirlər.
Təkliflə bağlı faktorlar:
Texnoloji yeniliklər və faktor artımları,
İnhisarçı qurumların təsiri.
Xarici ticarət hədləriylə bağlı diskusiyalar: Singer-Prebisch tezisi-3
Qeyri-elastik iqtisadi struktur:
Tezisdə ticarət həddlərinin bu cür dəyişməsinin təsirlərindən qaçmaya mane olan üçüncü bir faktor kimi struktur elastiklikər göstərilir. Zəif inkişaf etmiş ölkələrdə bu elastiklik çox aşağıdır. Məsələn, ixracat qiymətlərindəki enmə qarşısında, resursların ixracat sektorundan asan şəkildə ölkədaxili sektorlara transfert edilə bilmə imkanının olması.
Buna baxmayaraq, ticarət hədlərinin uzun müddətli inkişafı ilə bağlı diskusiyalar hər zaman davam etmişdir və hələ də bir nəticəyə varılmamışdır.
Mənbələr
P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.
H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2009.
R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009.