[64] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 102-ci maddəyə 102.2-102.5-ci maddələr əlavə edilmişdir.
[65] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 103-cü maddənin 103.1-ci maddəsinə ikinci, üçüncü və dördüncü cümlələr əlavə edilmişdir.
[66] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 104.1-ci maddəyə ikinci cümlə əlavə edilmişdir.
[67] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 105-ci maddənin 105.2-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
105.2. Cəmiyyətin nizamnamə kapitalının azaldılmasına onun bütün kreditorlarına bildiriş göndərildikdən sonra yol verilir. Bu zaman cəmiyyətin kreditorları cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini və düşdükləri zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.
[68] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəlləyə 105-1-ci maddə əlavə edilmişdir.
[69] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 106-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Maddə 106. Səhmdar cəmiyyətinin qiymətli kağızlarının buraxılması və dividendlərinin ödənilməsi üzərində məhdudiyyətlər
106.1. Səhmdar cəmiyyətinin imtiyazlı səhmlər buraxmaq ixtiyarı vardır. Həmin səhmlər səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, öz sahiblərinin, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində dividendlər almasına təminat verir, habelə onlara səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququ və bu cür səhmlərin buraxılması şərtlərində nəzərdə tutulan digər hüquqlar verir. Əgər səhmdar cəmiyyətinin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, imtiyazlı səhmlər öz sahiblərinə cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vermir. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı iyirmi beş faizdən çox olmamalıdır.
106.2. Səhmdar cəmiyyəti nizamnamə kapitalının miqdarından və ya üçüncü şəxslərin cəmiyyətə bu məqsədlə verdikləri təminatın ölçüsündən çox olmayan məbləğdə istiqrazlar buraxa bilər.
106.3. Əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz.
[70] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəlləyə 106-1-106-3-cü maddələr əlavə edilmişdir.
[71] Bax: 59-cu istinad
[72] Bax: 59-cu istinad
[73] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə yeni 107-1-107-11-ci maddələr əlavə edilmişdir.
[74] Bax: 62-ci istinad
[75] Bax: 62-ci istinad
[76] Bax: 62-ci istinad
[77] Bax: 62-ci istinad
[78] 30 may 2006-ci il tarixlı nömrəli 122-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 657) ilə 107-5.1-ci maddədə “tutulmadıqda,” sözündən sonra “bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir.
[79] Bax: 62-ci istinad
[80] Bax: 62-ci istinad
[81] Bax: 62-ci istinad
[82] Bax: 62-ci istinad
[83] Bax: 62-ci istinad
[84] Bax: 62-ci istinad
[85] 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 420) ilə Məcəllənin 109-cu maddəsinin mətni yeni redaksiyada verilmişdir. 109-cu maddənin əvvəlki redaksiyasında deyilirdi:
109.1. Kooperativ fiziki və hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədi ilə yaradılır.
109.2. Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin onun üzvləri tərəfindən ödənilməsi qaydası haqqında şərtlər göstərilməlidir.
109.3. Kooperativin adında onun fəaliyyətinin əsas məqsədi, habelə "kooperativ" sözü göstərilməlidir.
109.4. Kooperativlərin ayrı-ayrı növlərinin, o cümlədən istehlak kooperativlərinin və kondominiumların xüsusiyyətləri və hüquqi vəziyyəti, habelə onların üzvlərinin hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir.
[86] 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasinin Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 420) ilə Məcəlləyə 109-1 – 109-4-cu maddələr əlavə edilmişdir.
[87] Bax: 74-cü istinad
[88] Bax: 74-cü istinad
[89] Bax: 74-cü istinad
[90] 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 420) ilə Məcəllənin 110.1-ci maddəsinin mətni yeni redaksiyada verilmişdir:
110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür.
[91] 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasinin Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 420) ilə Məcəlləyə 110-1 – 110-3-cü maddələr əlavə edilmişdir.
[92] Bax: 79-cu istinad
[93] Bax: 79-cu istinad
[94] 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 420) ilə Məcəllənin 111-ci maddəsinə 111.6-111.15-ci maddələr əlavə edilmişdir.
[95] Bax: 82-ci istinad
[96] Bax: 82-ci istinad
[97] Bax: 82-ci istinad
[98] Bax: 82-ci istinad
[99] Bax: 82-ci istinad
[100] Bax: 82-ci istinad
[101] Bax: 82-ci istinad
[102] Bax: 82-ci istinad
[103] Bax: 82-ci istinad
[104] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 115.1-ci maddədən «könüllü» sözü çıxarılmışdır.
[105] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 115.1-1-ci maddə əlavə edilmişdir.
[106] 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 420) ilə Məcəllənin 117.1-ci maddəsində “habelə ümumi əmlak mənafelərinin təmsil və müdafiə edilməsi” sözləri “habelə ümumi mənafelərin (əmlak mənafeləri daxil olmaqla) təmsil və müdafiə edilməsi (o cümlədən dövlət və digər orqanlarda, beynəlxalq təşkilatlarda)” sözləri ilə əvəz edilmişdir.
[107] 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 4-cü fəslin 4-cü paraqrafı çıxarılmışdır. Paraqrafın əvvəlki redaksiyasında deyilirdi:
§4. Hüquqi şəxslərin inventar siyahısı, illik balansı və auditi
Maddə 120. Hüquqi şəxslərin inventar siyahısı
120.1. Öz təsərrüfat fəaliyyətinin əvvəlində hüquqi şəxs, əvvəla, əmlakının tərkibinə daxil olan obyektlərin, o cümlədən torpaq sahələrinin, daşınar obyektlərin, tələblərin və nağd pul məbləğinin, ikincisi, borclarının dəqiq siyahılarını tərtib etməyə, bu zaman ayrı-ayrı əmlak obyektlərinin və öhdəliklərinin dəyərini göstərməyə (inventar siyahısı) borcludur. Sonrakı dövrdə inventar siyahısı hər maliyyə ilinin sonu üçün tərtib edilir. İnventar siyahısı təsərrüfat ili qurtardıqda işlərin lazımi gedişinə uyğun müddətdə tərtib edilir.
120.2. Əsas kapital obyektləri, habelə xammal, yardımçı və iş materialları, əgər onlar vaxtaşırı dəyişdirilirsə, onların ümumi dəyəri isə firma üçün ikinci dərəcəli əhəmiyyət daşıyırsa, eyni həcmlərdə və eyni dəyərlə qəbul edilməlidir, bu şərtlə ki, miqdar, dəyər və tərkib baxımından onların mövcudluğu yalnız cüzi dəyişikliklərə məruz qalsın. Bu əmlak obyektlərinin maddi inventarlaşdırılması üç ildən bir aparılır. Ehtiyat əmlakın eyni növlü obyektləri, habelə eyni növlü və ya təqribən bərabər qiymətli digər daşınar əmlak obyektləri bir qrupda birləşdirilir və hesablanmış orta dəyərlə qəbul edilir.
120.3. Əmlak obyektlərinin növlər, miqdar və dəyər baxımından mövcudluğunun inventar siyahısı təkcə ayrı-ayrı əmlak obyektlərinin müfəssəl qeydiyyatı ilə deyil, həm də qəbul olunmuş riyazi-statistik metodlardan istifadə etməklə seçmə sınaqlar yolu ilə də müəyyənləşdirilə bilər. Bu zaman tətbiq olunan prosedur lazımi mühasibat uçotu prinsiplərinə uyğun gəlməlidir. Bu qaydada tərtib edilmiş inventar siyahısının informasiya dəyəri maddi inventarlaşdırma vasitəsilə tərtib edilmiş inventar siyahısının informasiya dəyərinə uyğun gəlməlidir.
120.4. Təsərrüfat ilinin sonu üçün inventar siyahısı tərtib edilərkən, əgər əmlak obyektlərinin növlər, miqdar və dəyər baxımından mövcudluğunu müəyyənləşdirməyin mümkünlüyü lazımi mühasibat uçotu prinsiplərinə uyğun gələn başqa üsulla təmin edilirsə, əmlak obyektlərinin həmin an üçün maddi inventarlaşdırılması tələb olunmur.
120.5. Təsərrüfat ilinin sonu üçün ümumi inventar siyahısında əmlak obyektlərini göstərmək məcburi deyildir, bu şərtlə ki:
120.5.1. hüquqi şəxs onların növlər, miqdar və dəyər baxımından mövcudluğunu təsərrüfat ili başa çatanadək sonuncu üç ayın və ya təsərrüfat ili başa çatdıqdan sonra ilk iki ayın günlərindən biri üçün tərtib edilmiş xüsusi inventar siyahısında göstərsin;
120.5.2. yuxarıda göstərilən lazımi mühasibat uçotu prinsiplərinə uyğun gələn artan yekun və ya interpolyasiya metodları ilə xüsusi inventar siyahıyaalması sayəsində təsərrüfat ilinin sonunda mövcud olan əmlak obyektlərinin həmin an üçün lazımınca qiymətləndirilməsinin mümkünlüyü təmin edilsin.
Maddə 121. Hüquqi şəxsin ilkin və illik balansı
121.1. Öz fəaliyyətinin əvvəlində və sonralar təsərrüfat ilinin sonunda hüquqi şəxs onun kapitalı ilə öhdəlikləri arasında nisbəti göstərən balans (ilkin balans, balans) tərtib etməlidir. Hər təsərrüfat ilinin sonunda təsərrüfat ili üçün gəlirlərin və xərclərin müqayisəsi (mənfəətlə zərərin hesabı) tərtib edilir. Balans və mənfəətlə zərərin hesabı illik (yekun) balansı təşkil edir. İllik balans lazımi mühasibat uçotu prinsiplərinə müvafiq surətdə işlərin lazımi gedişinə uyğun müddətdə tərtib edilir. İllik balans aydın və dəqiq olmalıdır.
121.2. İllik balans hüquqi şəxsin qanuni təmsilçiləri tərəfindən Azərbaycan dilində və ölkənin valyutasında tərtib edilir və imzalanır.
121.3. İllik balansda bütün əmlak obyektləri, borclar, ardıcıl hesabat dövrləri arasında məsrəflər ilə mədaxilin uçotuna hədd qoyan maddələr, habelə xərclər və gəlirlər göstərilməlidir. Aktivlərin maddələrini passivlərin maddələrinə, xərcləri gəlirlərə hesablamaq olmaz.
121.4. Balansda əsas və dövriyyə kapitalı, öz kapitalı, öhdəliklər, habelə ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddələr ayrıca göstərilməli və onların bölgüsü aparılmalıdır. Əsas kapital üzrə yalnız təsərrüfatın aparılması üçün daimi nəzərdə tutulan obyektlər göstərilməlidir. Firmanın təsis edilməsinə və öz kapitalının cəlb edilməsinə çəkilmiş xərcləri balansa aktivlərin maddələri kimi daxil etmək olmaz. Eyni qayda əsas kapitalın əvəzsiz əldə edilmiş qeyri-maddi əmlak obyektləri üçün də qüvvədədir.
121.5. Ehtiyatlar hüquqi şəxsə qarşı tələblərin irəli sürülüb-sürülməyəcəyinin və hansı miqdarda sürüləcəyinin məlum olmadığı hallarda öhdəliklər üçün yaradılır. Ehtiyatlar yarımçıq qalmış əqdlər üzrə gözlənilən zərərin ödənilməsi üçün yaradılır. Ehtiyatlar yalnız onların yaradılması zərurəti aradan qalxdıqda ləğv edilir.
121.6. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddələrdə yekun gününədək çəkilmiş xərclər göstərilir. Bunlar həmin gündən sonrakı müəyyən dövrə aid xərclərdir. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddələrin passivlərində yekun gününədək olan mədaxil göstərilir. Bunlar həmin gündən sonrakı müəyyən dövrə aid gəlirlərdir.
121.7. İllik balansda göstərilmiş əmlak obyektləri və öhdəliklər qiymətləndirilərkən aşağıdakı prinsiplər də nəzərə alınmalıdır:
121.7.1. təsərrüfat ilinin birinci gününə aid dəyər qiymətləri əvvəlki təsərrüfat ilinin yekun balansının dəyər qiymətləri ilə üst-üstə düşməlidir;
121.7.2. əmlak obyektləri və öhdəliklər yekun günü üçün ayrılıqda qiymətləndirilir;
121.7.3. dəyər qiymətləndirilməsi ehtiyatla aparılmalı, xüsusən yekun gününədək məlum olmuş və ya əmələ gəlmiş bütün gözlənilən risklər və zərər nəzərə alınmalıdır; bu qayda həmin risklərin və zərərin yalnız yekun günü ilə illik balansın tərtib edildiyi gün arasındakı dövrdə məlum olduğu halda da qüvvədədir;
121.7.4. mənfəət yalnız o halda nəzərə alınır ki, yekun gününədək o, həqiqətən reallaşmış olsun;
121.7.5. təsərrüfat ilinin xərcləri və gəlirləri illik balansda verilmiş və ya alınmış ödənişlər amili nəzərə alınmadan göstərilir;
121.7.6. əvvəlki təsərrüfat ili üçün illik balansın tərtibi zamanı istifadə olunmuş dəyər qiymətləndirilməsi metodları tətbiq edilməlidir.
121.8. Yuxarıda göstərilən prinsiplərdən kənara çıxmağa yalnız əsaslandırılmış, müstəsna hallarda icazə verilir; bu cür kənaraçıxmalar qoşmada izah edilməli və əsaslandırılmalıdır.
121.9. Balansın aktivlərində və passivlərində maddələrin dəyər qiymətləndirilməsi üçün aşağıdakı prinsiplər də tətbiq edilir:
121.9.1. əmlak obyektləri bu Məcəllənin 121.9.2 və 121.9.3-cü maddələrinə görə yol verilən amortizasiya ayırmaları çıxılmaqla, əldə etməyə və ya hazırlamaya çəkilmiş xərclər üzrə maksimum qiymətləndirilir;
121.9.2. əsas kapitalın istifadə müddəti məhdud olan əmlak obyektləri üzrə əldə etmə və ya hazırlama xərcləri əvvəlki təsərrüfat ili üçün planlı amortizasiya ayırmaları miqdarında azaldılır. Ayrıca təsərrüfat ili üçün tətbiq edilən planlı amortizasiya normaları müəyyənləşdirilərkən əldə etmə və ya hazırlama xərcləri əmlak obyektindən istifadə ediləcəyinin ehtimal olunduğu təsərrüfat illəri arasında bölünməlidir. Əsas kapitalın bütün əmlak obyektləri üzrə, hətta onların istifadəsi üçün müddət məhdudiyyəti olsa da, plandankənar amortizasiya ayırmaları həyata keçirilərək, əmlak obyektləri ağlabatan kommersiya qiyməti əsas götürülməklə yekun günü üçün onlara verilə bilən daha aşağı dəyər üzrə qiymətləndirilə bilər. Plandankənar amortizasiya ayırması əmlak obyektinin dəyərinin ehtimal edilən sürəkli azalması halında həyata keçirilir;
121.9.3. dövriyyə kapitalının əmlak obyektləri üzrə amortizasiya ayırmaları ona görə aparılır ki, onlar yekun günü üçün birja və ya bazar qiymətindən irəli gələn daha aşağı dəyər üzrə qiymətləndirilsin. Əgər birja və ya bazar qiymətini müəyyənləşdirmək mümkün deyilsə və əgər əldə etmə və ya hazırlama xərcləri yekun günü üçün əmlak obyektlərindən ötrü qəbul edilə bilən dəyərdən yüksəkdirsə, amortizasiya ayırmaları həmin dəyərədək həyata keçirilir. Bundan başqa, əgər ayırmalar zəruridirsə, onlar ağlabatan kommersiya qiyməti üzrə aparılmalıdır ki, gələcəkdə dəyərin azalıb-artması ilə əlaqədar əmlak obyektlərinin dəyər qiymətinin dəyişməsinin qarşısı alınsın;
121.9.4. əsas və dövriyyə kapitalında olan qısamüddətli və ya uzunmüddətli tələblər üzrə amortizasiya ayırmaları o halda aparılır ki, bu tələblərin əsasları və ya miqdarı barəsində borclunun etirazı vardır və ya borclunun əmlak vəziyyəti ilə əlaqədar olaraq onların ödənilməsi təmin edilmir, hüquqi şəxsin isə yetərli təminatları yoxdur. Belə tələblər tam miqdarda və ya ən azı ağlabatan kommersiya qiyməti əsas götürülməklə ödənilə bilən məbləğədək silinir;
121.9.5. Bu Məcəllənin 121.9.2, 121.9.3 və 121.9.4-cü maddələrinə uyğun aşağı dəyər qiymətini amortizasiya üçün əsasların olmadığı halda da saxlamaq mümkündür;
121.9.6. amortizasiya ayırmaları bir də onun üçün həyata keçirilə bilər ki, əsas və dövriyyə kapitalının əmlak obyektləri yalnız vergi hüququna müvafiq surətdə yol verilə bilən amortizasiya üçün hesabdan silməyə əsaslanan daha aşağı dəyər üzrə qiymətləndirilsin;
121.9.7. hüquqi şəxsin nizamnaməsinə görə şəriklərin göstərdikləri kapital və ehtiyatlar nominal məbləğ üzrə qiymətləndirilir;
121.9.8. öhdəliklər geri ödənişlərin məbləğləri üzrə qiymətləndirilməlidir. Əgər öhdəliklər üzrə geri ödənişlərin məbləği xərclərin məbləğindən çoxdursa, yaranan fərq aktivlərin ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddəsi kimi qiymətləndirilə bilər və öhdəliyin qüvvədə olduğu dövr ərzində eyni ölçülü illik paylar şəklində silinir.
121.10. Əldə etmə xərcləri əmlak obyektini əldə etmək və onu istismara hazır vəziyyətə gətirmək üçün çəkilən xərclərdir, bu şərtlə ki, onlar ayrıca əmlak obyektinə aid edilə bilsin. Əldə etmə xərclərinə onlarla bağlı olan yanakı xərclər və əldə etməyə çəkilən əlavə xərclər də aiddir. Əldə etmə qiymətinin azalması əldə etmə xərclərindən çıxılır.
121.11. Hazırlama xərcləri əmlak obyektinin hazırlanması, genişləndirilməsi və ya onun ilk vəziyyətindən kənara çıxan dərəcədə xeyli yaxşılaşdırılması üçün malların işlədilməsi və xidmətlərin alınması nəticəsində əmələ gələn xərclərdir. Bu xərclərə xammala və materiallara çəkilən xərclər, istehsal xərcləri və istehsalın xüsusi xərcləri aiddir. Hazırlama xərcləri hesablanarkən onlara, hazırlamaya aid edilə bilmək şərti ilə, zəruri olan ümumi maddi məsrəflərin, zəruri olan ümumi istehsal xərclərinin və əsas kapitala amortizasiya ayırmalarının ağlabatan hissələri də aid edilə bilər. Ümumi idarəetmə ilə bağlı olan pay xərcləri, habelə müəssisənin sosial təsisatlarına, könüllü sosial sığorta və müəssisənin pensiya təminatı üzrə ödənişlərə çəkilən xərclər nəzərə alına bilər. Əvvəlki iki cümləyə uyğun xərclər yalnız o halda nəzərə alına bilər ki, onlar hazırlama dövrünə təsadüf etsin. Satış xərclərini hazırlama xərclərinə daxil etmək olmaz.
121.12. Borc kapitalı üçün faizləri hazırlama xərclərinə daxil etmək olmaz. Əmlak obyektinin hazırlanmasını maliyyələşdirən borc kapitalı faizləri hazırlama dövrünə təsadüf etdiyi halda nəzərə alına bilər; belə halda onlar əmlak obyektinin hazırlanmasına çəkilən xərclər sayılır.
121.13. Firma verilərkən hüquqi şəxsin firmanı satın almaq üçün icra etdiyi qarşılıqlı öhdəliyin verilən firmanın borcları çıxılmaqla ayrı-ayrı əmlak obyektlərinin verildiyi məqamdakı dəyərindən çox olan məbləği firmanın dəyəri kimi götürülə bilər. Hər sonrakı təsərrüfat ilində silinmə yolu ilə məbləğin dörddə bir hissəsi ləğv edilir. Firmanın dəyərinin silinməsi ondan istifadənin ehtimal olunduğu təsərrüfat illəri arasında planauyğun şəkildə bölüşdürülə bilər.
121.14. Lazımi mühasibat uçotu prinsiplərinə uyğun olaraq, eyni növlü əmlak obyektlərinin dəyər qiymətləndirilməsi barəsində belə bir ehtimalı ehtiyatda saxlamaq olar ki, birincilərin əldə etdikləri və ya hazırladıqları əmlak obyektləri və sonuncuların əldə etdikləri və ya hazırladıqları əmlak obyektləri birincilər tərəfindən və ya digər müəyyən ardıcıllıqla istifadə edilmiş və ya özgəninkiləşdirilmişdir.
Maddə 122.
Dostları ilə paylaş: |