Müqəddİmə Bir neçə zəruri xatırlatma


Ehtiyat namazının qaydası



Yüklə 9,34 Mb.
səhifə221/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   217   218   219   220   221   222   223   224   ...   519

Ehtiyat namazının qaydası


Məsələ 1087: Namazın rəkətləri ilə bağlı şəkk yarandıqda qılınan ehtiyat namazı aşağıdakı qaydadadır: Namazın salamından sonra dərhal ehtiyat namazı niyyət olunur. “Allahu əkbər” deyilir, “Həmd” oxunur (surə tərk edilir), rükuya gedilir, adi namazlardakı kimi səcdə qılınır. Əgər ehtiyat namazı bir rəkətdirsə, iki səcdədən sonra təşəhhüd və salam deyilir. Əgər ehtiyat namazı iki rəkətdirsə, iki səcdədən sonra bir rəkət də qılınır, təşəhhüd və salam deyilir.

Məsələ 1088: Ehtiyat namazının azanı, iqaməsi, surəsi və qunutu yoxdur. “Həmd” astadan oxunur. Vacib ehtiyat budur ki, “Bismillah” da astadan deyilsin. Namazla ehtiyat namazı arasında namazı batil edəcək iş görülməsin.

Məsələ 1089: Əgər ehtiyat namazına başlamamış mə’lum olsa ki, qılınmış namaz düzgündür, ehtiyat namazı lazım deyil. Əgər ehtiyat namazının gedişində bunu anlasa, ehtiyat namazını kəsə bilər.

Məsələ 1090: Əgər ehtiyat namazından öncə mə’lum olsa ki, namazın rəkətləri az olub, məsələn, dörd rəkət əvəzinə üç rəkət qılınıb, namazı batil edən iş görülməmişsə, həmin əskik miqdar yerinə yetirilməlidir. Yersiz salama görə ehtiyatən iki səcdeyi-səhv yerinə yetirilir. Əgər namazı batil edən bir iş görülmüşsə, namaz təzələnməlidir.

Məsələ 1091: Ehtiyat namazından sonra mə’lum olsa ki, namazı ehtiyat namazı həddində əskik olub, namazı düzgündür. (Məsələn, üç və dörd arasında şəkdən sonra ehtiyat namazı qılır və namazı bitirdikdən sonra mə’luma olur ki, əvvəlcə üç rəkət qılıbmış.) Əgər mə’lum olsa ki, namazının əskiyi ehtiyat namazından az olub, vacib ehtiyat budur ki, həmin əskik miqdarı dərhal yerinə yetirsin, namazını da təzələsin. Əgər mə’lum olsa ki, namazının əskiyi ehtiyat namazından çox olub, ehtiyat namazından sonra namazı batil edəcək bir iş görülməmişsə, vacib ehtiyat budur ki, həmin əskik miqdarı yerinə yetirsin, namazını da təzələsin.

Məsələ 1092: Bir şəxs şəkk edərsə ki, vacib olmuş ehtiyat namazını yerinə yetirib, yoxsa yox, namazın vaxtı ötərsə öz şəkkinə əhəmiyyət verməsin. Əgər namazın vaxtından qalırsa, başqa işə başlamamış ehtiyat namazını qılsın. Əgər namazı batil edən bir iş görmüşsə, vacib ehtiyat budur ki, ehtiyat namazını qılsın və namazını təzələsin.

Məsələ 1093: Rükn və qeyri-rüknlərin artırılıb-əskildilməsi, namazın hissələrinin yerinə yetirilməsinə şəkk baxımından ehtiyat namazı da digər vacib namazlar kimidir.

Məsələ 1094: Əgər ehtiyat namazının rəkətlərinin sayı ilə bağlı şəkk yaransa, yuxarı ehtimal əsas götürülür, yuxarı ehtimal namazı batil etsə, aşağı ehtimal əsas götürülür. Bu halda namaz düzgündür.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin