Müqəddİmə Bir neçə zəruri xatırlatma


Yaddan çıxmış səcdə və təşəhhüdün qəzası



Yüklə 9,34 Mb.
səhifə226/519
tarix02.01.2022
ölçüsü9,34 Mb.
#12100
1   ...   222   223   224   225   226   227   228   229   ...   519

Yaddan çıxmış səcdə və təşəhhüdün qəzası


Məsələ 1107: Əgər bir şəxs namazın bir neçə səcdəsini unudarsa namazdan sonra onların qəzasını yerinə yetirməlidir. (Əlbəttə ki, bir rəkətin iki səcdəsini yaddan çıxarmaq namazı batil edir.) Təşəhhüd yaddan çıxdıqda namazdan sonra dərhal onun qəzasını yerinə yetirmək lazımdır. Yaddan çıxmış səcdə və təşəhhüdün qəzasından əlavə onların hər biri üçün vacib ehtiyata əsasən, iki səcdeyi-səhv yerinə yetirilir. (Öncə deyildiyi kimi, səcdeyi-səhvin təşəhhüdü yaddan çıxmış təşəhhüd üçün bəs edir.)

Məsələ 1108: Yaddan çıxmış səcdə və təşəhhüdün qəzasını yerinə yetirərkən namazın təharət, qiblə və başqa şərtləri ödənməlidir. Bu qəzalar namazdan dərhal sonra yerinə yetirilir.

Məsələ 1109: Əgər bir səcdə və təşəhhüd yaddan çıxmışsa, vacib ehtiyat budur ki, hansını əvvəl unudubsa onun da qəzasını birinci yerinə yetirsin. Əgər hansı birini öncə unutduğunu bilməsə, ehtiyat budur ki, əvvəlcə bir səcdə və bir təşəhhüdün qəzasını, sonra bir təşəhhüd və bir səcdənin qəzasını yerinə yetirsin.

Məsələ 1110: Əgər namazdan sonra onun formasını pozan və ya onu batil edən bir iş görərsə (məsələn, qiblədən çıxarsa) səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra vacib ehtiyata əsasən, namazını təzələməlidir. Əgər səcdeyi-səhvə səbəb olan bir iş görərsə, səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra, ehtiyat budur ki, səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1111: Əgər şəkk yaranarsa ki, səcdə və ya təşəhhüd unudulub, yoxsa yox, onların qəzasını yerinə yetirmək vacib deyil. Əgər birini unutduğuna əmindirsə və hansı birini unutduğunu bilmirsə, hər ikisinin qəzasını yerinə yetirməlidir. İstənilən birinin qəzasını əvvəlcə yerinə yetirə bilər.

Məsələ 1112: Əgər səcdə və ya təşəhhüdün qəzasından əlavə səcdeyi-səhv yerinə yetirməlidirsə, namazdan sonra əvvəlcə səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirməli, sonra səcdeyi-səhv etməlidir.

Məsələ 1113: Əgər şəkk yaransa ki, yaddan çıxmış səcdə və ya təşəhhüdün qəzasını namazdan dərhal sonra yerinə yetirib yoxsa yox, nə qədər ki, namazın vaxtı qurtarmayıb səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirsin. Əgər vaxt keçərsə, vacib ehtiyat budur ki, onun qəzasını yerinə yetirsin. Bu halda namazı düzgündür.

Məsələ 1114: Səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirmək üçün namazdan sonra niyyət edilir, sonra həmin səcdə və ya təşəhhüd “Allahu əkbər” və başqa bir şey deyilmədən yerinə yetirilir. Sonradan ehtiyata əsasən səcdeyi-səhv də edilir.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   519




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin