Məsələ 879: Qiyam dedikdə “təkbirətül-ehram” vaxtı və rükudan öncə farağat dayanmaq nəzərdə tutulur. Bu qiyam vacib və rükündür. Həmd-surə oxunarkən, eləcə də rükudan sonrakı qiyamlar vacibdir, amma rükn deyil.
Məsələ 880: Bir şəxs rüknü unutsa və Həmd-surədən sonra otursa, rüku etmədiyi yadına düşsə, ayağa qalxıb rükunu yerinə yetirməlidir. Amma əyilmiş vəziyyətdən rüku halını alsa, rükuya bağlı qiyamı yerinə yetirmədiyindən namazı batildir.
Məsələ 881: Qiyam zamanı bədən və ayaqlar hərəkət etməməlidir. Bir tərəfə əyilmək və ya nəyəsə söykənmək də olmaz. Amma zərurət səbəbindən bu halların eybi yoxdur.
Məsələ 882: Əgər həmd-surə üçün qiyam halında unudub bədənini və ayaqlarını tərpətsə, eləcə də bir tərəfə əyilsə namazı batil deyil. Amma “təkbirətül-ehram” və rükuya bağlı qiyam zamanı hərəkət etsə vacib ehtiyata əsasən, namazını tamamlayıb yenidən qılmalıdır.