Məsələ 496: Bir şəxs ölmüş insanın bədəninə soyuduqdan sonra, qüsüldən öncə toxunsa, meyyitə toxunmaq qüslü verməlidir. Bilərəkdən və ya bilməyərəkdən toxunmağın fərqi yoxdur. Hətta dırnaq meyyitin dırnağına toxunarsa, meyyitə toxunmaq qüslü vacib olur.
Meyyitə toxunmağın hökmləri
Məsələ 497: Əgər ölmüş insanın bədəni tam soyumamışsa ona toxunduqdan sonra qüsül vacib olmaz. Hətta toxunulan hissə soyumuşsa da bu hökm öz gücündədir. Meyyitə üç qüsl verildikdən sonra ona toxunan insanın qüsl verməsi vacib deyil.
Məsələ 499: İnsan dörd ayı tamam olmuş siqt (düşmüş) uşağın meyyitinə toxunarsa qüsül verməsi vacibdir. Əgər körpə dörd aylıqdan kiçik olarsa, müstəhəb ehtiyata əsasən, qüsül verilməlidir.
Məsələ 500: Əgər dörd aylıq və ya dörd aylıqdan böyük uşaq dünyaya ölü gələrsə, onun anası vacib ehtiyata əsasən, meyyitə toxunmaq qüslü verməlidir.
Məsələ 501: Əgər körpə anası öldükdən sonra dünyaya gələrsə, vacib ehtiyata əsasən, büluğ həddinə çatdıqdan sonra meyyitə toxunmaq qüslü verməlidir.
Məsələ 502: Büluğ həddinə çatmamış və ya divanə şəxs meyyitə toxunsa büluğ həddinə çatdıqda və ya ağıla gəldikdən sonra meyyitə toxunma qüslü verməsi vacibdir. (Müməyyiz) yə’ni yaxşını pisdən seçə bilən uşaq qüsül versə onun qüslü düzgün deyil.
Məsələ 503: Əgər diri insanın və ya ölünün bədənindən üzərində sümük olan ət parçası qoparsa (Məsələn, bir əl və ya bir barmaq) ona qüsül verilməmiş toxunanlar meyyitə toxunma qüslü verməlidir. Amma həmin ətin üzərində sümük olmasa, qüsül vacib deyil. Amma ölünün və ya dirinin sümüyünə və ya dişinə toxunduqda qüsül vacib deyil.
Məsələ 504: Meyyitə toxunma qüslü cənabət qüslü kimi verilir. Bu qüsüldən sonra dəstəmaz almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz alınsın.
Məsələ 506: Meyyitə toxunma qüslü verməli olan şəxs məscidə gedə bilər, vacib səcdəsi olan Qur’an surəsi oxuya bilər, zövcəsi ilə yaxınlıq edə bilər. Amma namaz və bu kimi ibadətlər üçün qüsül verməlidir. Yə’ni meyyitə toxunma qüslü verməli olan insan dəstəmazsız insan kimidir.