Musiqi incəsənətin və estetik tərbiyyənin bir növü kimi
Respublikamızda yeni insanın hərtərəfli inkişafına şərait yaratmışdır. Yetişməkdə olan gənc
nəslin şəxsiyyət kimi formalaşmasında estetik tərbiyənin çox böyük əhəmiyyəti vardır.
Estetik fərbiyənin əsas məqsədi uşaqları incəsənətə onun növləri
olan ədəbiyyat, təsviri ncəsənət,
musiqi, teatr və s. bədii yaradıcılıqla tanış etməkdir.
Musiqi incəsənətin bir növü kimi estetik tərbiyənin əsas vasitələrindən biridir.
Hamıya məlumdur ki musiqi insanda müsbət hisslər doğurur. Bu hisslər həm insanın əqlinə, həm
iradəsinə, həm də davranış rəftarına təsir edir,onun
mənəviyyatını saflaşdırır, eyni zamanda onlarda gözəllik duyğusunu gözəllikdən
həzz
almaq qabiliyyətini inkişaf etdirib formalaşdırır. O, uşağın fiziki, əqli,
əxlaqi tərbiyəsi
sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsinə kömək göstərir.
Bizim doğma Vətənə insanlar arasındakı xoş və səmimi münasibətlər, xalqın
xoşbəxtlik və səadəti üçün göstərilən cəhd bu cəmiyytin möhkəm ideya əsasını təşkil edir.
Respublikmızın Məktəbəqədər müəssisələrində musiqi məşğələlərinin təşkili üzrə aparılan işləri
aşağıdakı şəkildə qruplaşdırmaq olar:
• Azərbaycan musiqisinin müxtəlif janrlarından olan nümunələri dinlənilərək onların mövzusu,
emosional məzmunu, tempi, ritmi, dinamik çaları təntənəli, şən, sakit, qəmli,
qəhrəmani əzmi, cəld, oynaq xarakteri aydınlaşdırılmalıdır.
• Musiqili ritmik hərəkətlərin ifası zamanı Azərbaycan xalq musiqisinin ritminə uyğun
yerində addımlamağı, əl çalmağı, qaçmağı və müxtəlif rəqs elementlərini yerinə yetirməyi
öyrətmək lazımdır.
Məktəbəqədər müəssisələrdə uşaqların musiqi tərbiyəsinin təşkilində Azərbaycan
musiqisi
müstəsna imkanlara malikdir. İncəsənətin başqa növləri kimi musiqi də
ətraf aləmi əks etdirir, insanlar və həyat barədə musiqi dili ilə söhbət açır.
Azərbaycan musiqisi çoxəsrlik tarixə malikdir. Xalqımızın tarixi boyu
sevdiyi mahnılar, rəqslər, onun həyatı, əməyi və məişəti ilə bağlı olmuşdur. Bu mənada,
istər xalq musiqisi, istərsə də bəstəkarlar tərəfindən yaradılmış musiqi əsərləri
Azərbaycan
xalqının mənəvi sərvətinin qiymətli tərkib hissəsidir.
Milli musiqi nümunəbrində xalqın yüksək mənəviyyatı, onun arzu və istəkləri, ümidi,
gələcəyə inamı, əhval-ruhiyyəsi tərnnüm edilir.
Belə zəngin
tərbiyəvi imkanlara malik olan Azərbaycan musiqisi sözsüz ki,
məktəbəqədər
yaşlı uşaqlarda gözəl hisslər yaradır, onlarda nəcib mənəvi keyfiyyətlər
aşılayır,nəticə etibarı ilə uşaqlarda bədii zövqün təşəkkül tapıb formalaşmasına
imkan verir. Məktəbəqədər yaşlı uşaqlar gerçəkliyin, bu və digər
dərəcədə hadisələrin musiqi əsərlərində nеçə əks olunduğunu gördükdə onların gözəllik haqqında
təsəvvürləri təkmilləşir.
Bu gün respublikamizda yüksək intellekt bacarığı, ünsiyyət və əməkdaşlıq qabiliyyəti
olan, milli
və bəşəri dəyərlərə yiyələnmiş, müstəqil fikir söyləməyi bacaran, hüquqlarını dərk
edən və vətənpərvər vətəndaşların yetişdirilməsi təhsil sisteminin qarşısında əsas məqsəd
kimi
qoyulmuşdur. Bu gün gənc nəslin hərtərəfli inkişafında və şəxsiyyət
kimi formalaşmasında məktəbəqədər müəssisələrin üzərinə daha böyük məsuliyyət düşür.
Gələcək cəmiyyətdə yaşayacaq vətəndaşların bir şəxsiyyət kimi formalaşmasının, hərtərəfli
inkişafının əsası məktəbəqədər illərdə qoyulur. Bu illərdə uşağın hansı formada
tərbiyə olunması, onun sonralar bir vətəndaş kimi formalaşmasını müəyyən edir. Məktəbəqədər
müəssisələrdə təlim-tərbiyə işinin yaxşılaşdınlması, uşağm məktəbə hazırlanması baxımından
xüsusi əhəmiyyət kəsb edir. Uşağın bir şəxsiyyət kimi hərtərəfli inkişaf etməsi üçün onun bədii-
estetik cəhətdən formalaşması, yüksək
bədii zövqə və mədəni vərdişlərə yiyələnməsi əsas şərtlərdən biridir. Gənc
nəslin tərbiyəsinə xidmət edən estetik tərbiyənin
qüvvətli təsir gücünə malik vasitələrindən
biri də musiqidir. Bu mühüm məsələ ilə əlaqədar görülən işin əsas ağırlığı uşaq bağçalarının
üzərinə düşür. Məktəbəqədər müəssisələrdə aparılan təlim-tərbiyə
işlərinin səviyyəsinin
yüksəldilməsi, xüsusilə musiqi məşğələlərinin keyfıyyətinin hər vasitə ilə təkmilləşdirilməsi bu
gün qarşıda duran əsas vəzifələrdəndir.