“Musiqi və onun tədrisi metodikası”


Qədim Romanın musiqi mədəniyyəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə26/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Qədim Romanın musiqi mədəniyyəti

Qədim Romanın mədəniyyətinə, sözsüz, yunan mədəniyyətinin böyük təsiri olmuşdur. . Yunan 


mədəniyyətinin varisi olan Roma mənimsədiyi mədəniyyətə əyləncə xarakteri gətirir. Təsadüfi 
deyil ki, Romada faciə janrı yox, komediya janrı əyləncə kimi kök salır. Yunanıstandan fərqli 
olaraq, Əgər Yunan faciələrində xalq kütlələri istədiyi zaman bu tamaşalarda iştirak edirdisə, 
Romada artıq tamaşaların öz ifaçıları olurdu. Romada rəqs incəsənəti gur inkişaf edir və xalqın 
məişətində, səhnə tamaşalarında böyük rol oynamağa başlayır. Bu məqsədlə Romaya Suriya
Misir, Finikiyadan rəqqas dəstələri gətirilir, onlar kef məclislərində iştirak edir, bu məclislər çox 
vaxt vakxanaliyaya çevrilirdi.
Rəqs musiqisini müşayiət edən alətlərdən tibiya reza, fleyta, kabla daha çox səslənirdi. 
Musiqinin yüksək etik tərbiyəvi əhəmiyyətini itirməsinə baxmayaraq, Romada da musiqi 
nəzəriyyəsi inkişaf etməyə başlayır, hətta Romada bir sıra nəzəriyyəçilər meydana gəlir. Musiqi 
nəzəriyyəçilərindən Vitruvi, Makrobius, Boetsini göstərmək olar. qədim zamanlarda Şərqdə 
Yunanıstan və Roma böyük əhəmiyyət kəsb edən yüksək mədəniyyətə malik olmuşdur. Bu 
mədəniyyət orta əsrlərə qədər inkişaf edir və hətta humanizm dövründə də öz təsirini davam etdirir.

ORTA ƏSRLƏR. Feodalizm dövrünün musiqi mədəniyyəti
 
Roma imperiyasının xarabalıqlarında meydana çıxmış feodalizm quruluşu yeni feodalizm
mədəniyyətini yaratdı. Orta əsrlər də uzun bir dövrü əhatə edir.Feodalizm dövründə Avropa 
dövlətlərində əsas din – xristian dini idi.
 
Bu dövrdə elm və incəsənət Kilsə daxilində dini 
qanunlara uyğun inkişaf edirdi. 
Dini ibadət musiqisi sırasında birinci yeri himnlər və psalmlar tuturdu. Psalmlar 
deklamasiyalar, himnlər ariozo (kantilena) şəklində ifa olunan musiqidir. İlk not yazıları, 8 ladlı 
sistem bu dövrdə formalaşır. 
VI əsrin axırında Roma papası I Qriqori dini mahnıları toplayaraq, onları tərtib edir və 
xorallar şəklində bir kitaba yazır. Bu kitabın adına “antifonari” deyirdilər. Vaxtı ilə bu kitab qızıl 
zəncirlə müqəddəs Pyotrun ibadətgahına bağlı imiş. Qriqorian xoralları adı altında tanınan
xoralları yaymaqda məqsəd bütün dindar xalqları bir mərkəz altında toplamaq, bir dildə oxumağa 
vadar etmək idi. Latın dili vasitəsilə kilsə, ibadət edənləri xalq yaradıcılığından uzaqlaşdırmağa, 
öz qanunlarına tabe etməyə çalışırdı.
 
Xorallar 8 əsas kilsə ladlarına əsalanırdı. Bu ladları natural 
ladlar adlandırırlar. Major və minor ladlarını isə iblis ladları adlandırıb işlətməyi qadağan 
edirdilər, katolik kilsəsi xromatizmlərdən də istifadə etmirdi.
 
Xorallar, himnlər və digər ibadət 
mahnıları gələcəkdə messa formasının yaranmasına rəvac verir. Messa 5 hissəli mükəmməl dini 
əsər formasıdır. Bəzən ona “obednya” deyirlər. Messalar latın dilində oxunur, onların ifasında 
xor, solistlər və orkestr iştirak edir. Hər hissənin adı hissədəki ibadətin birinci kəlməsindən 
əmələ gəlir. 
Orta əsrlərdə dini musiqi ilə yanaşı xalq musiqisi də inkişaf edir. Bu inkişafı nə dinin mütləq 
hakimiyyəti, nə də feodalların istismarı dayandıra bilmirdi. Xalq musiqisi dövrdə mahnılar, rəqslər 
və həmçinin himnlərdən ibarət idi. Müəyyən dövrə qədər xalq musiqisi bir səsli idi. Xalqın əsas 
sənətkarları səyyah musiqiçilər idi. Onları “şpilman”, “jonqlyor” adlandırırdılar. Səyyah həyat 


keçirən jonqlyor və şpilmanlar şəhərləri və kəndləri gəzib öz sənətlərini tərənnüm edirdilər. 
Şpilman və jonqlyorlar hər sahədə mahir idilər: çalmaq, xorda oxumaq, kəndirbazlıq, hoqqabazlıq 
və hətta həkimliyi bacarırdilar. 
Daha sonra xalq musiqisi menestrellər, bardlar, trubadur və truverlərin, meysterzinqerlərin 
yaradıcılığında davamını tapdı, inkişaf etdi. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin